Month: July 2024

  • Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

    Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.

    Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

    O qeyd edib ki, Qırğızıstanın dövlət başçısı iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.

    Mənbə: Kg.akipress

  • Президент Азербайджана принимает участие во встрече в формате “ШОС плюс” в Астане

    4 июля в столице Казахстана Астане проходит встреча в формате “ШОС плюс”.

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии принимает участие Президент Азербайджанской Республики Ильхам Алиев.

  • İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə iştirak edir

    İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

  • Rusiyanın vergi orqanları Hüseyn Həsənovun şirkətini bağlayıb

    Rusiyanın Federal Vergi Xidməti (FTS) Azərbaycanəsilli bloger Hüseyn Həsənovun suşi çatdırılması ilə məşğul olan “Banda Foods” şirkətini bağlayıb.

    Bu barədə Mash xəbər verir.

    Nəşrin yazdığına görə, Həsənovun şirkətinin bağlanmasına səbəb vergi bəyannaməsinin olmaması, həmçinin bloqqerin Federal Vergi Xidmətinə borcu olub. Qida çatdırılması biznesi 2023-cü ilin yazında fəaliyyətə başlayıb.

    Xatırladaq ki, bundan əvvəl Federal Vergi Xidməti ödənilməmiş borcuna görə Həsənovun avtomobillərinə və mənzillərinə məhkəmə yolu ilə həbs qoymaq niyyətində olduğunu açıqlamışdı. Xüsusilə, bloger iki avtomobilini itirə bilər: “2020 Rolls-Royce Cullinan” və “2022 Chevrolet Tahoe”.

  • İlham Əliyev ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən ziyafətdə iştirak etdi

    İyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

  • “Uşaq xəstə olub…” – Əhmədin dayısı

    “Uşaq xəstə olub, bilmədən bu işləri görüb. Bir dayı kimi zərərçəkmiş də, vuran da, ölən də mənimdir”.

    “Qafqazinfo”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun dayısı Baxış Bədəlov deyib.

    Qeyd edək ki, bu gün ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.

    Xatırladaq ki, bu gün prokurorluğun məhkəməyə göndərdiyi qərarda da Əhmədin hadisəni anlaqsız vəziyyətdə törətdiyi qeyd edilib.

  • Dəfələrlə evdən qaçan yeniyetmənin ailəsi tüfeyli həyat tərzi keçirir: Atası intihara cəhd edib

    Bir neçə gün öncə Bakının, Nizami rayonunda itkin düşən 11 yaşlı İlkin Sənan oğlu Ruşanov tapılıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, ailə tüfeyli həyat tərzi keçirir, dəmir yığıb satmaqla məşğul olur.

    Yeniyetmə dəfələrlə evdən qaçıb. Bu dəfə metronun “20 Yanvar” stansiyası yaxınlığından tapılıb. Məlum olub ki, “Playstation” oynamağa gedib. Elə orada da gecələyib. Təhsildən də yayınıb. Ailəsinə dəmir yığmaqda köməklik göstərir.

    Aldığımız məlumata görə, atası oğlunun itkin düşməsi ilə bağlı müvafiq qurumlara müraciət etməyib. Sadəcə “Xəzər” televiziyasında yayımlanan “Təsir dairəsi” verilişinə çıxıb. Yeniyetmənin atası bir müddət öncə özünü maşınların altına ataraq intihara cəhd edib.

  • Azərbaycanda “halal hotel” sertifikatı veriləcək

    Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə “halal hotel” sertifikatı veriləcək.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.

    “Hotellər maraqlı olduğu təqdirdə halal sertifikatlaşmadan keçib, özlərini müştərilərinə “halal hotel” kimi təqdim edə biləcəklər”, – deyə məlumatda qeyd olunub.

    Azərbaycan Standartlaşdırma İnstututu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlamaqdadır. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

    “Bu il qəbul edilməsi nəzərdə tutulan standart Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi islam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır. Ölkədəki otel və turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və turizm sektorunu müsəlman ölkələrindən gələn turistlər üçün daha cəlbedici etmək, bu sahədə inkişafa nail olmaq əsas məqsədlərdən, prioritetlərdən biridir”, – deyə o qeyd edib.

  • Sabah rayonlarda şimşək çaxacaq, yağış yağacaq

    İyulun 5-də Bakıda hava yağmursuz keçəcək, rayonlarda isə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.

    Bu barədə Milli Hidrometeorologiya İdarəsi məlumat yayıb.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

  • Tanınmış oftalmoloqu maşın vurdu

    Tanınmış oftalmoloqu maşın vurub.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.

    Nicat Məlikov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada 64 yaşlı Gülnarə Məmmədovanı vurub. Gülnarə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəki RMX-da göz həkimi kimi əhaliyə xidmət göstərir.

    Faktla bağlı araşdırma aparılır.