Month: July 2024

  • Вице-президент Венесуэлы получила травму при падении дерева

    Исполнительный вице-президент Венесуэлы Делси Родригес получила серьезную травму в результате падения дерева в штате Сукре, когда она помогала населению, пострадавшему от урагана “Берил”.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил президент Венесуэлы Николас Мадуро в прямом эфире телеканала Venezolana de Televisión.

    “Она остановилась под деревом, когда сильнейший порыв ветра повалил несколько деревьев, и получила серьезную травму”, – указал Мадуро. Он сообщил, что Родригес “находится в сознании, она сильная и скоро выздоровеет”.

    В результате наводнения, вызванного ураганом “Берил”, в Куманакоа погибли два человека, пятеро пропали без вести, заявил министр внутренних дел страны Ремихио Себальос телеканалу Venezolana de Televisión.

    Национальный центр по наблюдению за ураганами США ранее сообщил, что ураган “Берил”, сформировавшийся в Атлантическом океане, усилился до максимальной, пятой категории. По его данным, максимальная скорость порывов ветра достигает 71 м/с, что соответствует пятой категории по шкале Саффира – Симпсона, которая характеризует ураганы максимальной силы.

  • Venesuelanın vitse-prezidenti ağac aşması nəticəsində yaralanıb

    Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges “Beril” qasırğasından zərər çəkmiş əhaliyə yardım edərkən Sukre ştatında ağac aşması nəticəsində ağır xəsarət alıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalının canlı efirində bildirib.

    Maduro deyib ki, Rodriges “şüurdadır, güclüdür və tezliklə sağalacaq”.

    Kumanakoada “Beril” qasırğasının yol açdığı daşqın iki nəfərin ölümünə və beş nəfərin itkin düşməsinə səbəb olub.

  • NATO ölkələri gələn il Ukraynaya 40 milyard avro ayıracaq

    NATO-ya üzv dövlətlər 2025-ci ildə Ukraynaya 40 milyard avro həcmində hərbi dəstəklə bağlı razılığa gəlib.

    Bu barədə “Reuters” xəbər yayıb.

    Bildirilib ki, bununla bağlı alyansın 9-11 iyul tarixlərindəki Vaşinqton sammitində imzalanacaq sənəddə sözü gedən öhdəliyin proporsional pul köçürmələri vasitəsilə icrası əks olunub.

    Bu arada, Baş katib Yens Stoltenberq bir qədər əvvəl üzv dövlətləri Ukraynaya illik 40 milyard avro həcmində maliyyə dəstəyinə çağırıb. O ki qaldı alyans ölkələrinin həmin məbləğdəki payına, Baş katib onun ümumdaxili məhsulun həcmi nəzərə alınmaqla, bərabər bölüşdürülməsini vacib sayıb.

    Qeyd edək ki, belə olan halda ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və İtaliyanın üzərinə daha böyük maliyyə yükünün düşəcəyi ehtimal olunur.

    ///apa

  • В Таиланде рассмотрят отмену 50-летнего запрета на продажу алкоголя днем

    Правительство Таиланда рассмотрит вопрос отмены запрета на продажу алкогольной продукции в дневное время с 14:00 до 17:00, который действует в королевстве более 50 лет.

    Об этом сообщила газета Bangkok Post.

    По данным издания, премьер-министр Таиланда Сеттха Тхависин провел встречу с представителями ресторанного бизнеса, которые пожаловались на рост операционных расходов и цен на продукты.

    “Я рассмотрю это [отмену дневного запрета на продажу алкоголя]. Правительство пытается продвигать туризм, надеясь, что он также принесет больше дохода”, – сказал глава правительства.

    Глава клуба таиландских рестораторов Соратхеп Ротпхочанарат отметил, что в 2019 году совокупный доход ресторанного бизнеса составил около 420 млрд батов (11,4 млрд долларов) или около 7% ВВП. Первоначально ожидалось, что в этом году этот доход вырастет еще на 4-5%, но с апреля темпы роста замедлились, из-за чего рестораны закрываются.

    Ограничения на продажу алкоголя были введены в Таиланде в 1972 году с целью недопущения употребления горячительных напитков работниками в обеденное время. Продажа алкоголя в королевстве также запрещена с полуночи до 11:00.

  • Tailand spirtli içkilərin gündüz satışına qoyulan 50 illik qadağanın ləğv edilməsini nəzərdən keçirəcək

    Tailand hökuməti krallıqda 50 ildən artıqdır qüvvədə olan spirtli içkilərin gündüz saat 14:00-dan 17:00-a qədər satışına qoyulan qadağanın aradan qaldırılması məsələsinə baxacaq.

    Bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.

    Nəşr bildirib ki, Tailandın Baş naziri Settha Thavisin restoran biznesinin nümayəndələri ilə görüş keçirib, onlar əməliyyat xərclərinin artması və ərzaq qiymətlərinin artması ilə bağlı şikayət ediblər.

    “Mən bu məsələyə baxacağam. Hökumət turizmi inkişaf etdirməyə çalışır və ümid edir ki, bu, həm də daha çox gəlir gətirəcək”, – Baş nazir vurğulayıb.

    Qeyd edək ki, Tailandda 1972-ci ildə işçilərin nahar vaxtı spirtli içki içməsinin qarşısını almaq üçün spirtli içkilərin satışına məhdudiyyətlər tətbiq edilib. Krallıqda gecə yarısından 11:00-a qədər spirtli içkilərin satışı da qadağandır.

  • Zaqatalada idarə əməkdaşı iş başında öldü

    Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında ölüb.

    Lent.az-ın məlumatına görə, hadisə günorta saatlarında rayonun Çobankol kəndində baş verib.

    İdarədə elektrik işləyən, 1972-ci il təvəllüdlü Zaqatala rayon sakini Hacıməhəmməd Rəhmətullah oğlu Qaracayev təmir işləri aparan zaman nərdivandan yıxılaraq ölüb.

    Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda məmurun qulağını KƏSDİLƏR – FOTO

    Azərbaycanda məmurun qulağın kəsiblər.

    Bu barədə jurnalist Heydər Oğuz “Facebook” səhifəsində məlumat paylaşıb.

    O bildirib ki, fotosunu paylaşdığı qulaq Prezident mükafatı alan məmurun qulağıdır. Bu məmur bir həftə əvvəl icra hakimiyyətində nümunəvi qulluğuna görə medal alıbmış.


    //azinforum.az

  • “Moon Kids” şirkətinin direktoru həbs edildi

    O qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

    “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Bu barədə Marja-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

    Qeyd edək ki, artıq xanım direktorun rəhbəri olduğu “Moon Kids” Uşaq Bağçası da fəaliyyətini dayandırılıb. Bağçanın bütün sosial şəbəkələrdəki hesabları silinib.

  • Azərbaycan Çin vətəndaşlarına bir il müddətinə vizasız rejim tətbiq edəcək

    Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq ediləcək.

    “Report”un məlumatına görə, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.

    Bildirilib ki, tərəflər turizm sahəsində əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazır olduqlarını bildirirlər.

    Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin tətbiq edilməsi barədə qərarını alqışlayır.

    Tərəflər bundan sonra da vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.

  • Azərbaycan və Çin universitetlərinin birgə alyansı yaradıla bilər

    Azərbaycan və Çin universitetlərinin birgə alyansı yaradıla bilər.

    “Report”un məlumatına görə, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.

    Bildirilib ki, tərəflər regionlar arasında əlaqələrin genişləndirilməsini, həmçinin media və informasiya mübadiləsi sahəsində əməkdaşlığı dəstəkləyirlər, elm və texnologiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın tərəqqisini fəal şəkildə təşviq etməyə hazır olduqlarını bildirirlər.

    Eyni zamanda tərəflər hesab edirlər ki, təhsil sahəsində əməkdaşlıq sabit şəkildə inkişaf edir. Tərəflər təhsil sahəsində əməkdaşlıq haqqında saziş və təhsil sənədlərinin və elmi dərəcələrin qarşılıqlı tanınması haqqında saziş çərçivəsində kadr və dil mübadiləsini, eləcə də universitetlər arasında qarşılıqlı əlaqəni həyata keçirirlər. Tərəflər ali təhsil müəssisələrinin birgə alyansının yaradılması məsələsini müzakirə edəcəklər.

    Sənəddə qeyd olunub ki, tərəflər dil mübadiləsi sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir, təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisini təşviq edəcək və müəllimlər arasında mübadilələri və mütəxəssislərin hazırlanması təcrübəsini inkişaf etdirəcək, həmçinin Konfutsi İnstitutlarının inkişafına dəstək verəcəklər. Bundan başqa, mədəniyyət sahəsində əməkdaşlığın səviyyəsinin artırılması, qarşılıqlı əsasda Azərbaycan və Çinin mədəniyyət günlərinin keçirilməsi barədə razılığa gəlib və qarşılıqlı olaraq mədəniyyət mərkəzlərinin təsis edilməsi ilə bağlı məsləhətləşmələr aparmağa hazır olduqlarını bildirirlər.