Month: July 2024

  • Moskvada 134 illik temperatur rekordu qırıldı

    Moskvada 1890-cı ilin rekordu qırılıb.

    İyulun 2-də Rusiya paytaxtında havanın temperaturu 32 dərəcəyə qalxıb.

    Ölkənin Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, əvvəllər bu gün üçün maksimal göstərici 31,9 dərəcə olub.

    O əlavə edib ki, günorta saatlarında Balçuq rayonunda havanın temperaturu 33,2 dərəcəyə çatıb.

    Mənbə: TASS

  • Стал известен сюжет фильма “Гладиатор 2”

    Создатели исторического фильма “Гладиатор 2” раскрыли некоторые подробности о сюжете проекта.

    По их словам, главным героем будет потомок императора Марка Аврелия по имени Луций, выросший в африканской стране Нумидии – его сыграл Пол Мескал. Они отметили, что “Гладиатор 2” начинается с вторжения в Нумидию римской армии под командованием Марка Акация (Педро Паскаль).

    Сообщается, что в результате сражения Луций попадает в плен, становится гладиатором и отправляется в Рим. Там он узнает, что его мать влюблена в Акация, после чего главных персонажей ждет сражение на арене.

    По имеющимся сведениям, Дензел Вашингтон сыграл в фильме торговца, который невероятно богат и ездит по Риму на золотой колеснице. Джозеф Куинн и Фред Хехингер исполнят роли двух жестоких братьев-императоров.

    Напомним, что премьера “Гладиатора 2” состоится 15 ноября 2024 года. События ленты развернутся спустя 25 лет после сюжета оригинального фильма.

    Источник: “Чемпионат”

  • Çoxdan gözlənilən tarixi filmin süjeti məlum oldu

    “Qladiator 2” tarixi filminin yaradıcıları layihənin süjeti ilə bağlı təfərrüatı açıqlayıblar.

    Belə ki, baş qəhrəman, Afrikanın Numidiya ölkəsində böyüyən Lusius adlı şəxs imperator Mark Avrelinin nəslindən olacaq. Onu Pol Meskal canlandıracaq.

    Film Markus Akasiyanın (Pedro Paskal) komandanlığı altında Roma ordusunun Numidiyaya hücumu ilə başlayacaq.

    Süjetə əsasən, döyüş nəticəsində Lusius əsir düşür, qladiator olur və Romaya göndərilir. Orada anasının Akasiyaya aşiq olduğunu öyrənir, bundan sonra əsas personajlar arenada döyüşürlər.

    Denzel Vaşinqton filmdə inanılmaz dərəcədə zəngin olan və qızıl arabada Roma ətrafında gəzən bir taciri canlandıracaq. Cozef Quinn və Fred Hehinger isə iki qəddar qardaş imperator rolunu oynayacaqlar.

    “Qladiator 2″nin premyerası 15 noyabr 2024-cü ildə baş tutacaq. Filmdəki hadisələr orijinaldakından 25 il sonra cərəyan edəcək.
    //oxu.az

  • Fişəng şouları təşkil edənlərin NƏZƏRİNƏ: Cərimələnə bilərsiniz – VİDEO

    İnsan sağlamlığına zərər yetirən, əhalinin istirahətinə mane yaradan partlayıcı və tez alışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsi qanunla qadağan olunsa da, toy məclislərində fişəng şoularının nümayişi hələ də davam edir.

    Sosial şəbəkədə “Fontan şou” adlandırılan nümayişlə cütlüklərin toy gününü daha maraqlı edəcəklərini vəd edən təşkilatçılardan birinin sözlərinə görə, pirotexniki işləri görmək üçün kurs keçib, sertifikat alıblar.

    Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, qapalı məkanlarda bu cür nümayişlərin keçirilməsi yanğın kimi bədbəxt hadisələrə səbəb ola bilər:

    “Açıq alovdan istifadə edərkən hər hansısa bir şounun göstərilməsi yanğın riskini artırır, həmçinin qapalı məkanlarda insanlar tüstüdən zəhərlənə də bilərlər”.

    Məsələ ilə bağlı Vəkil Turan Abdullazadə isə vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinə əsasən, partlayıcı maddələrin gəzdirilməsinə, əldə edilməsinə və satılmasına görə fiziki şəxslər 40 manatdan 80 manatadək, vəzifəli şəxslər 350-500, hüquqi şəxslər isə 1 500-2 000-dək cərimə edilirlər.

    Bu tədbirlərin tətbiqi kifayət etmədikdə isə15 gün müddətinə inzibati həbs tətbiq olunur.

    Ətraflı Baku TV-nin süjetində:

  • Avtobus dayanacaqlarındakı lövhələr sakinlərdə çaşqınlıq yaradır – VİDEO

    Dayanacaqlardakı xüsusi məlumat lövhələrində nömrələri qeyd olunan bəzi avtobuslar həmin ərazilər üzrə fəaliyyət göstərmirlər.

    Sakinlər bildiriblər ki, 132, 175 nömrəli avtobusları saatlarla gözləyib, heç bir nəticə əldə etməyiblər.

    Belə ki, iyulun 1-dən Bakı ətrafı qəsəbələr üzrə marşrut xətlərində yeni avtobuslar istifadəyə verilib. Bəzilərinin isə nömrələri dəyişdirilib.

    Lakin məlumat lövhələrində əvvəlki nömrələr olduğu kimi qalıb.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, marşrut xətləri ilə bağlı məlumat lövhəsinə dair yeni standartlar müəyyən edilib:

    “İşlər yekunlaşdıqdan sonra lövhələr yeni standartlar əsasında quraşdırılacaq”.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Əsgərlikdən yayınanlar necə ifşa ediləcəklər? – VİDEO

    İyulun 1-dən hərbi xidmətə çağırışla bağlı qüvvəyə minən yeni qaydalara görə, çağırışçılarla bağlı yekun tibbi müayinəyə dair qərarı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi verir.

    Bu halda sual yaranır? Müddətli həqiqi hərbi xidmətə yararsız olanların aqibəti necə olacaq?

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sözçüsü Pərviz Sədrəddinov bildirib ki, 35 yaşı tamam olmayan və əvvəlki illərdə hərbi xidmətə yararsız olmaları barədə qərar qəbul edilən və möhlət hüququ bitən vətəndaşlar üzrə yekun qərarın verilməsi üçün altsistem vasitəsilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndiriləcəklər:

    “Müayinənin nəticələrindən asılı olaraq qərar qəbul ediləcək. Əgər vətəndaşın yararlı olması təsdiq edilərsə, həqiqi hərbi xidmətə göndəriləcək”.

    Ətraflı Baku TV-nin süjetində:

  • Самому молодому магистранту в Азербайджане 19 лет

    Ранее, 2 июля, были обнародованы результаты экзамена по приему в магистратуру.

    Как сообщает Median.Az со ссылкой на страницу Azərbaycan Universitetləri в социальной сети, самым молодым магистрантом в стране стал 19-летний Абульфаз Азизоглу.

    Напомним, что из 15 660 бакалавров, участвовавших в выборе специализации, 13 494 человека были приняты в магистратуры высших учебных заведений.

  • Ölkənin ən gənc magistrantı 19 yaşındadır

    Bu barədə “Azərbaycan Universitetləri” səhifəsində məlumat verilib.

    Bildirilib ki, ölkənin ən gənc magistrantı adını 19 yaşlı Əbülfəz Əzizoğlu qazanıb.

    O, Bakı Dövlət Universitetinin (BDU) məzunudur.

    Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 660 bakalavrdan 13 484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

  • В Гяндже женщина-водитель совершила опасные маневры: У меня есть покровитель – ВИДЕО

    Женщина-водитель Айсу Алиева поделилась на своей странице в социальных сетях кадрами, где она нарушает правила дорожного движения (ПДД) в городе Гянджа.

    Как сообщает avtosfer.az, она совершала опасные маневры на автомобиле марки Chevrolet.

    Девушка призналась, что у нее нет водительских прав, а также заявила, что имеет покровителя.

    Отмечается, что она неоднократно нарушала ПДД на взятых в аренду автомобилях.

    Представляем соответствующее видео:

  • Şəhəri bir-birinə qatan xanım sürücü: “Day-dayım var” – VİDEO

    Gəncədə yol hərəkəti qaydalarını pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

    Avtosfer.az xəbər verir ki, sürücü Aysu Nurəliyeva idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobillə manevr qaydalarını pozub.

    Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona verilən suala cavab olaraq “day-dayılıq” edəninin olduğunu bildirib.

    Xanım sürücü dəfələrlə “Rent a Car”dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.

    Həmin görüntüləri təqdim edirik: