Month: July 2024

  • Kondisionerin tez-tez işə salınması maşının sisteminə zərər vura bilər? – AÇIQLAMA

    Belə bir fikir var ki, kondisionerin tez-tez işə salınması avtomobilin sisteminə zərər vura bilər.

    Əksinə əgər kondisioneri tıxacda işə salsanız, xüsusən də isti havalarda, onda mühərrikin ömürünü uzatmış olarsınız.

    Avtosfer.az xəbər verir ki, ekspert izah edib ki, mühərrik kondisioner qoşulmadan adi rejimdə işləyəndə, maksimal temperaturda qızır və pərlər işə düşərək mühərriki soyudur:

    “Lakin bu, həm yağ itkisinə, həm də porşen halqalarının və klapanların maksimum kokslanmasına da gətirib çıxarır”.

    Həmçinin mütəxəssis vurğulayıb ki, işləyən kondisioner mühərriki daim aşağı temperatur həddində saxlayır və bu sayədə mühərrikin ömürünü uzadır:

    “Ümumiyyətlə, çox vaxt avtomobillərdə kondisionerin işləməsi ilə bağlı təlimat olmur. Buna görə də, istənilən temperaturda onu məhdudiyyətsiz istifadə edə bilərsiniz”.
    //avtosfer.az

  • Alimlər elektrik enerjisi olmadan işləyən kompüter yaratdı

    Şimali Karolina Dövlət Universitetinin tədqiqatçıları elektrik enerjisi olmadan işləyən və müəyyən tapşırıqlar üçün elektron cihazları əvəz edə bilən mexaniki kompüter Kirigami hazırlayıblar.

    Qaynarinfo xəbər verir ki, Kirigami kompüteri cəmi 1 sm eni və hündürlüyü olan bir-birinə bağlı 64 kubdan ibarətdir. Kublar elə yerləşdirilib ki, onların həndəsəsi məlumatları əks etdirsin. Məlumatların manipulyasiyası (və ya redaktə edilməsi) kubları yuxarı və ya aşağı itələməklə həyata keçirilir ki, bu da birləşdirilmiş kubların həndəsəsini dəyişir. Tom’s Hardware yazır ki, 64cc kompüter tək istifadə edilə bilər və ya artan mürəkkəblik və yaddaş tutumu üçün əlavə 64cc Kirigami kompüterlərinə qoşula bilər.

    Adından da göründüyü kimi, Kirigami kompüteri 3D strukturların yaradılmasına imkan verən eyniadlı kağız qatlama sənətindən ilhamlanıb. Şimali Karolina Dövlət Universitetinin dosenti Jie Yinin sözlərinə görə, Kirigami kompüterinin məqsədi məlumatların saxlanması üçün sabit mexaniki sistem hazırlamaqdır. Kirigami kompüterinin əsas diqqəti ikili hesablama funksiyalarıdır. Bununla belə, gələcəkdə Kirigami kompüterini beş ştatlı kompüterə çevirmək imkanı ilə inkişaf etmiş hesablamalar üçün potensial var.

    Kirigami elektron kompüterlərə təsir edən zəifliklərdən qorunur, məsələn, uzaqdan sındırma və heç bir enerji istehlak etmir. Əgər Kirigami kompüteri tədqiqat mərhələsini başa vurarsa, ondan hökumətlər, banklar və şirkətlər üçün məlumatların ehtiyat nüsxəsi kimi saxlanılması kimi müəyyən tapşırıqlarda müasir elektron kompüterləri əvəz etmək üçün istifadə oluna bilər.

  • Azərbaycanda elektrobuslar istehsal ediləcək

    Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək.

    Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

    Məlumata görə, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə keçirilən görüşündə bildirib.

    Belə ki, ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb.

    İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar.

    Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. İnvestisiya həcmi 34 mln. dollar olan layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. Bununla yanaşı, ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Azərbaycanda avtobus istehsalı müəssisəsi fəaliyyətə başlayanadək şirkətdən elektrik avtobusları alınacaq.

  • Bakıda 27 nəfəri gün vurub

    Bu ilin iyun ayı ərzində Bakı şəhəri üzrə günvurma ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27 nəfərin müraciəti qeydə alınıb.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

    Bildirilib ki, gün vuranlardan 5 nəfər xəstəxanaya təxliyə olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib.

    Yerində yardım göstərilənlərdən iki nəfəri 6 və 7 yaşlı uşaqlar olub.

  • Daha 115 dərman vasitəsi – Ucuz satmaq olar, baha isə yox!

    Qiymət siyasətinin prinsipi: sahibkara iş azadlığı, vətəndaşa sosial müdafiə…

    Tarif Şurasının iyunun 29-da qəbul etdiyi qərarla dövlət qeydiyyatına alınmış və satış qiymətinin yuxarı həddi müəyyənləşdirilmiş dərmanların siyahısına may ayından sonra daha 115, son 1 ildə isə 717 dərman vəsaitinin adı daxil edilib.

    Qiymət siyasətinin iki mühüm təsir istiqaməti var: birincisi, bütövlükdə iqtisadiyyata, biznes fəaliyyətinə və ikincisi, sosial vəziyyətə təsiri.

    “Qafqazinfo” xəbər verir ki, qiymət siyasətinin iki hədəfindən biri işgüzar fəallıq, biznesin inkişafı üçün imkanları təmin etmək, ikinci hədəfi isə vətəndaşların sosial müdafiəsinin təşkil olunmasıdır. Sosial müdafiə sahibkarlığa məhdudiyyətlər yaratmamalı, paralel olaraq nisbətən zəif sosial təbəqələr azad bazar iqtisadiyyatının təzyiqindən qorunmalıdır.

    Bununla belə sosial əhəmiyyət kəsb edən məhsulların qiymətlərinini də tənzimlənməsində sahibkarlar üçün bazarda rəqabət imkanları təmin edilir. Belə ki, məsələn, 2023-cü ilin iyulun 14-də “Dərman vasitələri haqqında” qanuna edilmiş dəyişiklik nəticəsində dərman satışında əvvəllər mövcud olmuş konkret-dəyişməz qiymətlər siyasəti dəyişdirilərək “topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi” konkret-dəyişməz olaraq müəyyənləşdirildi: “Dərman vasitələrinin ekspertizası, o cümlədən sadələşdirilmiş ekspertizası xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir”.

    Dərman vasitələrinin aşağı həddinin isə biznes maraqlarına uyğun olaraq azad şəkildə dəyişidirilməsinə icazə verildi. Yəni dərman vasitələrinin qiymətinin yuxarı həddi dövlət tərəfindən müəyyənləşdirilir, aşağı həddi isə sahibkarlıq subyektinin azad seçiminə buraxılır. Başqa sözlə, sahibkar daha ucuz məhsul tapmaq və alıcını cəlb etmək üçün daha ucuz satmaq üçün imkan yaradıldı.

    Əsas ərzaq məhsulları ilə bağlı antiinflyasiya tədbirləri

    Bütövlükdə isə hökumət anti-inflyasiya tədbirləri ilə bazarın tənzimlədiyi qiymətlərə də təsir edərək əsas qida məhsullarının qiymətinin sabitləşməsinə nail olub.

    Nazirlər Kabinetinin 2022-ci ilin fevralın 21-də imzalanmış antiinflyasiya tədbirlərinin gücləndirilməsinə dair təxirəsalınmaz tədbirlərə dair Sərəncamından sonra görülmüş işlər nəticəsində qlobal inflyasiya təzyiqlərinə müqavimət təşkil olundu.

    Antiinflyasiya tədbirləri bir tərəfdən əsas qida məhsullarının istehsalında və emalında istifadə olunan idxal məhsulları üzərində gömrük rüsumlarının ləğvini nəzərdə tutur, o biri tərəfdən daxili istehsalı stimullaşdırmaq üçün yerli sahibkarlara vergi, kredit, subsidiya və s. istiqamətlərdə əlverişli şərtlər formalaşdırmağı nəzərdə tutur.

    NK-nın sözügedən Sərəncamında:

    – minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalının stimullaşdırılması istiqamətində tədbirlər görülməsi;

    – minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətləri və məhsullarına dair yeni mexanizmlərin yaradılması;

    – minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsi;

    – minimum istehlak səbətinin tərkibinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması nəzərdə tutulur.

    Sərəncamla habelə, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin və ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün nəzarət tədbirlərinin artırılması da nəzərdə tutulur.

    İdxal inflyasiyasının təsirinin azaldılması məqsədilə idxal edilən və minimum istehlak səbətinin tərkibindəki ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsi, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılması da antiinflyasiya tədbirləri sırasına daxildir.

    Güzəştli kredit mexanizmi üzrə

    Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmənin tətbiqinə başlandı.

    Kredit faizlərinin subsidiyalaşdırılması üzrə

    Maliyyə xərclərinin azalması və nəticə etibarı ilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən kreditlər üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi tətbiq olundu.

    Nəzərdə tutulan şərtlər çərçivəsində 30,3 milyon manat kredit portfeli üzrə 2,5 milyon manat faiz subsidiyası ödənişi həyata keçirilib.

    NK-nın “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında“Qərarının qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradıldı.

    Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırıldı. Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş oldu. Bir daha qeyd etmək lazımdır ki, 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir. Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Onu vurğulayaq ki, yem xərcləriinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.

    Baza məhsullara hədəflənmiş bu antiinflyasiya tədbirləri minimum istehlak səbətinə daxil olan əsas ərzaq məhsullarının qiymətinə sabitləşdirici təsir edir, onları bazarın əks qiymət təzyiqi və təsirlərindən qoruyur.

  • Bu prospektdə təmir aparılır – Video

    Paytaxtın Azadlıq prospektində əsaslı təmir işləri davam etdirilir.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılır.

    Prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması işləri icra olunub. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra edilən təmir işlərinin son mərhələsində sözügedən ərazi üfüqi nişanlanma xətləri ilə təmin olunacaq.

    Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

    “Təmir müddətində sürücülərdən sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə Agentlikdən bildirilib.

  • “BakıKart” adından dələduzluq edilir! – Xəbərdarlıq

    “BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

    Məlumata əsasən, kiberdələduzlar sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşaraq, vətəndaşları ictimai nəqliyyatdan pulsuz istifadə etmək vədi ilə saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

    Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatları dəqiqləşdirməyi tövsiyə edir.

  • Dünyada ilk: İnsan beyni tərəfindən idarə olunan robot – FOTO

    Alimlər insan beyni tərəfindən idarə olunan robotun yeni versiyası yaradılıb.

    Median.Az xarici medaiya istinadən xəbər verir ki, bu əsaslı layihə insan beyninin funksiyalarını təqlid edən çipdən istifadə edərək robotu idarə etməyi mümkün edib və dünyada bir ilk olub.


    Çində baş tutan bu innovativ layihə beyin-kompüter interfeysləri (BCI) və süni intellekt (AI) texnologiyalarının birləşməsi ilə hazırlanıb.

    Layihədə laboratoriyada yetişdirilən insan beyni hüceyrələri xüsusi hazırlanmış çipdə yetişdirilib və bu hüceyrələr robotun hərəkətlərini idarə etmək üçün öyrədilib.

    Araşdırma qrupunun rəhbəri Dr. Con Smit bildirib ki, bu texnologiya təkcə robototexnika sahəsində deyil, həm də nevroloji xəstəliklərin müalicəsində inqilab yarada bilər.

    Smit: “Bu texnologiyadan istifadə edərək, iflic olan xəstələrin hərəkətliliyini bərpa etmək mümkündür”.

    Layihə tibb və texnologiya dünyasında böyük səs-küy yaradıb. Mütəxəssislər bildirirlər ki, bu texnologiya gələcəkdə insan-maşın qarşılıqlı əlaqəsində yeni era başlaya və insan beyninin sərhədlərini daha da genişləndirə bilər.

    Bu inkişaf insan beyninin fövqəladə tutumunu və texnologiya ilə birləşdikdə nələrə nail ola biləcəyini bir daha ortaya qoyur. Bu texnologiyanın qarşıdakı illərdə necə inkişaf edəcəyi və hansı yeni tətbiqləri açacağı maraqla gözlənilir.
    //konkret.az

  • Bu evlərə çıxarış verilməyəcək – AÇIQLAMA

    2024-cü ilin sonuna kimi, sənədsiz evlərin dövlət qeydiyyatına alınması üçün yeni portalın istifadəyə veriləcəyi gözlənilir. Artıq bununla bağlı işlərə başlanılıb. Bəs, əmlak amnistisiyası hansı evlərə şamil olunmayacaq?

    Mövzu ilə bağlı danışan əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, çıxarışı olmayan əmlaklar, torpaq sahələri, qeyri-yaşayış obyektlərinin böyük hissəsi paytaxt Bakı və Abşeron ərazisində yerləşir:
    “Bu əmlaklara çıxarışların verilməməsinin müxtəlif səbəbləri var. Əsas səbəbi həmin torpaqların digər təyinatlı torpaqlar olmasıdır. Onların təyinatı dəyişdirilməli, sonra çıxarış verilməlidir”.

    Ekspert qeyd edib ki, əmlak amnistiyasının tətbiq olunması vətəndaşların mülkiyyət hüququnun tanınması ilə barabər, dövlət büdcəsinə gəlirlərin gəlməsi deməkdir:

    “Bu həm də qeyri-neft sektorunun inkişafına gətirib çıxaracaq. Çıxarışı olmayan əmlaklar sığorta, ipoteka predmetinə çevrilə bilmir. Təbii ki, sadalananlardan əlavə bir çox sayda predmetlər var ki, əgər bu əmlakların çıxarışı, sığortası olsaydı, əmlak və torpaq vergisi zamanı və digər müddəalarda dövlət büdcəsinə külli miqdarda vergilər toplana bilərdi. Bu baxımdan əmlak amnistiyasının təqbiq olunması zamanı vətəndaşların mülkiyyət hüqunun formalaşması ilə bərabər, dövlət büdcəsinədə külli miqdarda gəlirlərin gəlməsinə səbəb olacaq”.

    Ekspertin sözlərinə görə, qadağan olunmuş ərazilərdə tikilən bir qisim fərdi yaşayış evləri var ki, qanunvericiliyə əsasən həmin əmlaklara çıxarış verilə bilməz:

    “Bura yüksək gərginlikli elektrik naqilləri altında tikilmiş, aktiv neft mədənləri və vulkanik ərazidə yerləşən evlər daxildir”.

  • Sabah çimərliklərdə hava necə olacaq?

    İyulun 3-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

    Dəniz suyunun temperaturu:

    Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

    Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.