Month: July 2024

  • Сегодня день рождения Лейлы Алиевой

    Сегодня день рождения вице-президента Фонда Гейдара Алиева, инициатора кампании “Справедливость к Ходжалы!”, генерального координатора Молодежного форума Организации исламского сотрудничества по межкультурному диалогу, председателя Азербайджанской молодежной организации России (АМОР), учредителя и председателя Общественного объединения “Международный диалог во имя охраны окружающей среды” (IDEA) Лейлы Ильхам гызы Алиевой.

    Лейла Алиева родилась 3 июля 1985 года.

    С 1989 по 2000 год училась в бакинской школе №160, по окончании которой поступила в Европейскую школу бизнеса (ESB). С 2006 по 2008 год училась в магистратуре Московского государственного института международных отношений (МГИМО).

    С 10 мая 2007 года является главой российского представительства Фонда Гейдара Алиева, с 2011-го – вице-президентом Фонда Гейдара Алиева. Будучи вице-президентом Фонда Гейдара Алиева, Лейла Алиева уделяет особое внимание тем, кто больше всего нуждается в заботе и помощи. Свой день рождения она традиционно проводит рядом с детьми, которым оказывает помощь. Она помогает пожилым людям, детям, лишенным родительской опеки, семьям беженцев и вынужденных переселенцев.

    Кроме того, Лейла Алиева принимает непосредственное участие во многих проектах в сфере образования, здравоохранения, спорта и культуры.

    АМОР во главе с Лейлой Алиевой стала самой активной и влиятельной молодежной структурой в России. География деятельности организации постоянно расширяется, а количество мероприятий под ее патронатом растет. Под руководством Лейлы Алиевой АМОР активно работает над тем, чтобы ближе ознакомить россиян с историей и культурой Азербайджана. В то же время молодые азербайджанцы, являющиеся членами АМОР, не забывают о своих корнях и поддерживают тесную связь с Родиной.

    Лейла Алиева 19 декабря 2007 года основала в Москве журнал “Баку”. Она является не только основателем, но и главным редактором издания.

    Лейла Алиева – инициатор кампании “Справедливость к Ходжалы!”, стартовавшей 8 мая 2008 года. Уже более 13 лет в рамках этой инициативы во всем мире – от Европы до Америки – проводятся мероприятия и акции, призванные донести до людей правду об одном из самых ужасных событий новейшей истории – Ходжалинском геноциде. Активная деятельность Лейлы Алиевой в рамках кампании внесла большой вклад в разоблачение агрессивной политики Армении в отношении Азербайджана и дала возможность показать истинное лицо оккупантов.

    В июле 2011 года распоряжением Президента Азербайджана Лейла Алиева была награждена медалью “Терегги” за вклад в доведение правды о нашей стране до мировой общественности.

    В ноябре 2011 года ей была присуждена почетная премия “Ключ к жизни” за активное участие в гуманитарной акции в Нью-Йорке.

    12 сентября 2012 года Лейла Алиева была награждена медалью “За заслуги перед Астраханской областью”.

    Основатель IDEA Лейла Алиева 5 апреля 2013 года была награждена специальной международной почетной премией “За защиту окружающей среды”.

    Следует отметить, что по инициативе учредителя и главы Общественного объединения IDEA Лейлы Алиевой в Баку были благоустроены десятки дворов в рамках проекта “Наш двор”. Миллионы деревьев были посажены в стране со дня основания объединения. Лейла Алиева также является инициатором проекта “Школьные сады”, который объединяет социальные и экологические проекты. Во время первой акции проекта при ее участии во дворе одной из школ Баку было посажено 100 миндальных, сливовых и гранатовых деревьев.

    Кроме того, 20 декабря 2013 года Лейла Алиева была награждена Орденом святой равноапостольной княгини Ольги III степени и медалью “За заслуги перед Волгоградской областью”.

    В мае 2015 года Лейла Алиева была удостоена звания посла доброй воли Продовольственной и сельскохозяйственной организации ООН за вклад в борьбу против голода и достижение таких целей, как обеспечение продовольственной безопасности, повышение эффективности сельского, лесного и рыбного хозяйства, создание здоровых продовольственных систем.

    20 октября 2015 года она награждена медалью Пушкина.

    28 сентября 2016 года решением Научного совета Московского государственного института международных отношений удостоена медали “За заслуги”.

    Лейла Алиева также является творческим человеком. Она пишет стихи, картины, была исполнительным продюсером фильма “Али и Нино”, возглавляла кинопроект “Баку, я тебя люблю”.

    Отметим, что у Лейлы Алиевой двое сыновей и дочь.

  • Leyla Əliyevanın doğum günüdür

    Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

    Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

    1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.

    2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

    2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

    10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

    Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.

    O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

    Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

    Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

    Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

    Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib.

    2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.

    Artıq 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

    Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

    2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

    2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.

    12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.

    IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

    Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

    Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır.

    Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.

    Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.

    2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

    20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

    2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.

    Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.

    Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.

  • Суд вынес решение в отношении женщины, убившей своего годовалого ребенка

    В Бакинском апелляционном суде завершилось судебное заседание по жалобе на приговор в отношении Наргиз Багыевой, обвиняемой в убийстве годовалого ребенка.

    Как сообщает рravda.az, на процессе под председательством судьи Сабита Бахрамзаде было объявлено решение, согласно которому апелляция не была удовлетворена.

    Отметим, что Бакинский суд по тяжким преступлениям приговорил Н.Багыеву к 14 годам лишения свободы.

    Напомним, инцидент произошел в сентябре 2022 года в поселке Говсан Сураханского района.

    В ходе следствия возникли обоснованные подозрения в том, что Наргиз Багыева (2002 г.р.) умышленно убила своего ребенка (2021 г.р.), подмешав в еду малыша перекись водорода.

    Н.Багыевой было предъявлено обвинение по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) Уголовного кодекса Азербайджана.

  • Körpəsini öldürən qadınla bağlı qərar verildi

    Bakı Apellyasiya Məhkəməsində 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

    Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

  • Lukaşenko: Qərb yeni “səlib yürüşü”nə başlayıb, dünya fəlakətin astanasındadır

    Belarus Prezidenti Aleksandr Lukaşenko Qərbin yeni “səlib yürüşü”nə başladığını deyib.

    Median.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, Aleksandr Lukaşenko bu barədə Belarusun Müstəqillik Günü münasibətilə təşkil olunan təntənəli mərasimdə danışıb.

    Belarus Prezidenti Qərbin yeni “səlib yürüşü”nə başladığını və dünyanın artıq fəlakətin astanasına sürükləndiyini, İkinci Dünya müharibəsinə dair həqiqətlərin Qərbə lazım olmadığını bildirib:

    “Hazırda “sükan” arxasında olanlar təslimçilərin ideya və birbaşa varisləridir. Onlar üçün 1945-ci ildə heç nə bitməyib. Ən əsası, artıq yeni “səlib yürüşü” başlayıb”, – o qeyd edib.

  • Taksi fəaliyyətində “yeni” dövr: verilən sifarişə “köhnə” maşınlar gəlir

    İyulun 1-dən taksi fəaliyyəti ilə bağlı yeni tələblər işə düşüb. Hər şeydən əvvəl yaşı 8 ildən çox olmayan nəqliyyat vasitələri bu məqsədlə yola çıxa bilər. Buna qədər tələbləri yerinə yetirmiş yaşı 15 ilə qədər olan avtomobillərə də taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilir. Əlbəttə, buraxılış icazəsi və kartının alınması da vacib şərtdir.

    Median.Az “Bizimyol.info”ya istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə bağlı yeni tələblər bu sektorda nəzərəçarpan dəyişikliklərə səbəb olub. Qiymətlərin yüksəlməsi gözlənilən idi və artıq baş verib. Təxminən iki dəfə artımdan söhbət gedir.

    İkinci dəyişiklik avtomobil qıtlığıdır. Bunu da gözləmək olardı. Çünki nəinki minlərlə, onminlərlə nəqliyyat vasitəsi taksi xidməti göstərməkdən məhrum qalıb. Buna görə də taksi sifariş etmisinizsə, bəzən yarım saat gözləmək lazım gəlir.

    Üçüncü dəyişiklik maşın bazarında durğunluq yaranmasıdır. Köhnə avtomobillərin qiyməti aşağı düşsə də, satış yox dərəcəsindədir. Çünki bazarda bu kateqoriyadan olan nəqliyyat vasitələrinin payı çox artıb. “Prius”lar xeyli ucuz təklif olunmağa başlayıb. Çünki taksi fəaliyyəti ilə əsasən bu maşınların sürücüləri məşğul olurdu.

    Sosial platformalarda taksilərin yarıtmaz fəaliyyəti ilə bağlı əvvəllər çox yazılırdı. Sanki indi sosial media istifadəçilərinin həmin günlərlə bağlı peşmanlığı var. Çünki qiymətlər xeyli artıb. Məsələn, 4 manatlıq məsafə üçün indi 8-10 manat ödəmək lazım gəlir. Üstəlik, taksi tapmaq müşkülə çevrilib.

    Sosial media istifadəçilərinin yazdıqlarından belə anlaşılır ki, köhnə “Prius”lar hələ də işləyir. Sürücülər müxtəlif hiylələrə əl atırlar. Adətən, tanışlarının yaşı çox olmayan avtomobilləri ilə qeydiyyatdan keçirlər, sifarişə isə “Prius”la gəlirlər. Təkcə bu maşınlar deyil. Sifarişə başqa markalı nəqliyyat vasitələri ilə gələnlər də var.

    Daha bir hiylə sifarişlərin rəsmi ləğv olunmasıdır. Sürücü təyin olunan yerə gəlir, müştəridən xahiş edir ki, sifariş ləğv olunsun, gedişlə bağlı narahatlığa isə əsas yoxdur. Yəni müştərini ünvana aparır, amma şirkətə heç bir haqq ödəmir.

    Taksi fəaliyyətinin belə tezliklə tənzimlənəcəyi çətin görünməyə başlayıb. İlk gündən problemlər qabarır. Həm də şərtlər müştərilərə sərfəli görünmür. Yeni tələblər üzərində bir daha işləməyə ehtiyac var.

  • Bakıda insanların istirahət etdiyi çimərliyə girib şou göstərən sürücülər – VİDEO

    Bakıda yük avtomobilləri ilə çimərlik ərazisinə girən sürücülərin videosu sosial şəbəkədə yayılıb.

    Onlar avtomobillə dənizə daxil olaraq dövrə vurublar. Videogörüntüdən də aydın şəkildə görünür ki, çimərlikdə kütləvi şəkildə insanlar var.

    Sürücülərin təhlükə saçan həmin görüntülərini təqdim edirik:
    //avtosfer.az

  • Türkanda ruhi xəstə olan qadın sakinləri və sürücüləri NARAHAT EDİR – VİDEO

    Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində uzun zamandır xoşagəlməz hal mövcuddur.

    Sakinlərdən biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, ruhi xəstə olan qadın sözügedən ərazidəki sakinlərə və sürücülərə real təhlükə yaradır. Belə ki, o, yolla gedərək nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır. Eyni zamanda şikayətçi, xəstə qadının yaşından asılı olmayaraq vətəndaşları təhqir etdiyini bildirib.

    Qeyd edək ki, ruhi xəstə olan qadın 2-3 ildir qəsəbədə yaşayır və bu müddət ərzində insanları narahat edir.
    //avtosfer.az

  • ABŞ Çinin elektrik avtomobil sənayesinə qarşı planlar hazırlayır

    Birləşmiş Ştatlar Çindən gələn elektrik avtomobillərinə qarşı “proteksionist planlar” hazırlayır, milli təhlükəsizliyin qorunması adı altında ticarət-iqtisadi sahədə problemləri həll etməyə çalışır.

    Bunu Çinin Rusiyadakı səfiri Zanq Hanhui TASS-a müsahibəsində bildirib.

    O qeyd edib ki, alternativ enerji mənbələrindən istifadə etməklə elektromobillərin və digər məhsulların istehsalının inkişafı və yaşıl iqtisadi transformasiya beynəlxalq ictimaiyyət tərəfindən yekdilliklə təklif olunan təşəbbüsdür:

    “Son illərdə ABŞ təkcə Çindən gələn mallara deyil, həm də Asiya, Cənubi Amerika və Avropanın bir çox ölkələrinin mallarına tarifləri əhəmiyyətli dərəcədə artırıb”, – diplomat idxal olunan elektrik avtomobillərinə artan tariflərin tətbiqini müzakirə edərkən qeyd edib.

    Onun fikrincə, bu cür hərəkətlər qlobal “yaşıl transformasiya”nın ləngiməsi və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığa inamın sarsılması ilə nəticələnəcək. (Bakıvaxtı.az)

  • Kuryerlərin diqqətinə! – Dələduz müştərilər pulunuzu mənimsəyə bilər – VİDEO

    “Wolt” şirkətində çalışan kuryer dələduzluq hadisəsi ilə qarşılaşıb.

    Yemək sifariş verən müştəri kuryeri ustalıqla aldatmağa nail olub. Belə ki, 27 manatlıq yemək sifariş verən müştəri mağazadan bəzi şeylərin alınmasını da xahiş edib. Şübhə doğurmamaq üçün bunları aldırdıqdan sonra isə kartına 80 manat pul yükləməsini və sifarişi çatdıran zaman artıqlaması ilə ödəyəcəyini bildirib. Kuryer pulu deyilən hesaba yüklədikdən sonra müştəri telefonu söndürərək yoxa çıxıb. Bu zaman məlum olub ki, ona qarşı dələduzluq olunub. Dələduzların qurbanına çevrilməmək üçün bu cür xahişlərin yerinə yetirilməməsini və ayıq-sayıq olmağı tövsiyə edirik.
    //avtosfer.az