11 июля с 11:00 начнется регистрация на прием в группы дошкольной подготовки общеобразовательных учреждений на 2024/25 учебный год.
Об этом заявил директор Государственного агентства дошкольного и общего образования Эшги Багиров.
По его словам, регистрация будет осуществляться через электронную систему mektebeqebul.edu.az.
“Выбор школ и учителей по азербайджанскому сектору будет активирован с 11:00 16 июля, а по секторам, где обучение ведется на других языках – с 11:00 18 июля”, – отметил Э.Багиров.
Отметим, что в группы дошкольной подготовки принимаются дети, которым в текущем году исполнилось 5 лет (2019 г.р.).
“İyulun 11-də saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir”.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.
Direktorun sözlərinə görə, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək:
“Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədrisi digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər”. //oxu.az
Претенденты на кресло депутата из президентской коалиции “Вместе за республику” и от блока левых “Новый народный фронт” сняли свои кандидатуры с целью помешать правой партии “Национальное объединение” получить большинство.
Об этом сообщает издание Le Monde.
“185 кандидатов снялись с выборов, 126 “треугольников” (Традиционно каждая партия формулирует единую позицию для своих кандидатов и избирателей в ситуациях, когда в округах во второй тур выходит три-четыре финалиста – во Франции эти ситуации называют “треугольниками” и “четырехугольниками” – ред.) еще возможны. От участия во втором туре отказался 121 кандидат от левых, 60 – от коалиции президента и несколько кандидатов от других партий”, – говорится в публикации.
До 18:00 (20:00 по бакинскому времени – ред.) 2 июля партиям нужно представить итоговые списки кандидатов во втором туре.
Глава правой партии “Национальное объединение” Жордан Барделла назвал результаты голосования на парламентских выборах во Франции безапелляционным вердиктом относительно того, чего хочет большинство граждан страны.
Ранее сообщалось, что “Национальное объединение” и ее союзники одержали победу в первом туре парламентских выборов во Франции, набрав 33,4% голосов. Коалиция левых “Новый народный фронт” заняла второе место с 27,98% голосов, а коалиция президента Эммануэля Макрона – третье, набрав 20,76% голосов.
“Respublika Naminə Birgə” prezident koalisiyasından və “Yeni Xalq Cəbhəsi” solçu blokundan deputatlığa namizədlər sağçı Milli Birlik partiyasının səs çoxluğu əldə etməməsi üçün namizədliklərini geri götürüblər.
Qeyd olunur ki, 185 namizəd seçkidən imtina edib. Solçuların 121, prezident koalisiyasının 60 və digər partiyaların dörd namizədi ikinci turda iştirakdan imtina edib.
İyulun 2-si saat 18:00-dək partiyalar ikinci turda namizədlərinin yekun siyahılarını təqdim etməlidirlər.
Sağçı Milli Birlik partiyasının rəhbəri Jordan Bardella Fransada keçirilən parlament seçkisində səsvermənin nəticələrini ölkə vətəndaşlarının əksəriyyətinin nə istədiyi ilə bağlı qəti qərar adlandırıb.
Парламент одобрил поправки в Семейном кодексе, запрещающие браки между детьми братьев и (или) сестер, имеющими общего биологического дедушку и (или) бабушку, двоюродными братьями и сестрами, имеющими биологическое родство.
Одним из обсуждаемых вопросов является то, будет ли разрешен брак между родственниками, которые уже помолвлены.
С какого числа начнут действовать новые правила?
Депутат Фазиль Мустафа сообщил Bizim.Media, что правила вступят в силу через год.
“Новые правила о родственных браках вступят в силу с 1 июля 2025 года. Поэтому спешить в этом вопросе не стоит, обсуждения в этом направлении продолжатся. Закон принят, после подписания главой государства он вступает в силу”, – сказал он.
Parlament Ailə Məcəlləsində Azərbaycanda əmi, bibi, xala və dayı uşaqlarının evliliyini qadağan edən dəyişikliyi təsdiqləyib. Bu məsələ müzakirələrə səbəb olub.
Müzakirələrdən biri də qohumlar arasında hazırda nişanlı olanların nikahına icazə verilib-verilməyəcəyi məsələsidir.
Maraqlıdır, yeni qaydalar hansı tarixdən tətbiq ediləcək?
Məsələyə aydınlıq gətirən millət vəkili Fazil Mustafa Bizim.Media-ya bildirib ki, qaydalar bir ildən sonra qüvvəyə minəcək:
“Qohum evlilikləri ilə bağlı yeni qaydalar 2025-ci il iyul ayının 1-dən qüvvəyə minəcək. Ona görə də bu məsələdə tələsiklik yoxdur, yəqin ki, bu istiqamətdə müzakirələr davam edəcək. Qanun qəbul edilib, dövlət başçısı imzalayandan sonra qanun qüvvəyə minir”.
При участии министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова состоялась торжественная церемония, посвящённая Дню полиции и окончанию 2023-2024 учебного года.
Об этом сообщили в Министерстве внутренних дел страны.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Polis Gününə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibətilə nazir Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib.
Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında baş tutan mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.
Sonra peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 106 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsində sahəsində görülən mühüm işlərdən danışıb.
Daxili işlər orqanlarının fəaliyyətində yeni bir mərhələ təşkil edən son 21 ilin inkişaf və təkmilləşmə baxımından xüsusilə əhəmiyyətli bir dövr olduğuna diqqət çəkən nazir Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar çərçivəsində, həmçinin xüsusi diqqət və qayğısı sayəsində – Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, zamanın çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini qeyd edib.
Nazir xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini, cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğunu şəxsi heyətə çatdırıb.
Qeyd olunub ki, 2003-2023-cü illərdə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 25 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.
Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunan nazir, həmçinin cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini də vurğulayıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını deyən V.Eyvazov işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın gerçəkləşməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığını, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyini, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyini bildirib.
Nazir xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinə təşəkkürünü bildirib.
Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edən V.Eyvazov məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.
General-polkovnik Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.
Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.
Государственная налоговая служба при Министерстве экономики Азербайджана осуществила государственную регистрацию ЗАО Холдинг оборонной промышленности “Азерсилах”, созданного при Министерстве оборонной промышленности.
Компания зарегистрирована по юридическому адресу: город Баку, Ясамальский район, проспект Метбуат, 40.
Уставный капитал ЗАО составляет 500 млн манатов. Законным представителем акционерного общества является Эмиль Ахмед оглу Ибрагимов.
Напомним, что Президент Ильхам Алиев подписал указ о создании ЗАО “Азерсилах” 7 сентября 2023 года, а 21 февраля текущего года Кабинет министров утвердил устав, структуру и численность сотрудников ведомства.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində yaradılmış “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-ni dövlət qeydiyyatına alıb.
Yeni şirkət MSN ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 40-da qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 500 milyon manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 manat olan 500 milyon ədəd adi səhm əsasında formalaşıb. Səhmdar cəmiyyətinin qanuni təmsilçisi isə Emil Əhməd oğlu İbrahimovdur.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 7-də “Azərsilah”ın yaradılması haqqında fərman imzalayıb. Bu il fevralın 21-də Nazirlər Kabineti qurumun Nizamnaməsini, strukturunu və işçilərinin say həddini təsdiq edib.