Month: July 2024

  • Bakı funikulyorunda da gediş haqqı artıb? – Rəsmi AÇIQLAMA

    İyul ayının 1-dən ictimai nəqliyyatda gediş haqları artırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tariflər yenilənib, şəhərdaxili avtobuslarda və metro nəqliyyatında gediş haqqı 50 qəpik müəyyənləşib.

    Paytaxtda Şəhidlər xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən nəqliyyat vasitəsi Bakı funikulyorudur.

    Cəmi iki stansiya, “Bəhram Gur” və “Şəhidlər Xiyabanı” arasında gediş-gəlişi təmin edən, həmçinin, şəhərin gözəlliyini seyr etmək üçün istifadə edilən funikulyorda gediş haqqı artıbmı? Ümumiyyətlə, xidmətə görə qiymətdə dəyişiklik gözlənilirmi?

    Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, qiymətdə artım yoxdur:

    “Hazırda funikulyorda 1 nəfər üçün gediş haqqı 1 manatdır. Qiymətdə hər hansı dəyişikliyin olması isə qurumun səlahiyyətində deyil”.

    Qeyd edək ki, funikulyor 64 ildir, fəaliyyət göstərir. Bir müddət pulsuz xidmət göstərən funikulyorun iki stansiyası var və onlar arasındakı məsafə 455 metrdir. Vaqonlar hər 10 dəqiqədən bir yola düşür.

  • “Günlük 1,5 manat olsun” – Gedişhaqqı ilə bağlı təklif

    Bakıda ictimai nəqliyyatda gediş qiymətlərinin 25% bahalaşaraq, 50 qəpiyə qalxması müxtəlif ölkələrdə olan təcrübənin bu və ya digər formada tətbiqi məsələsini gündəmə gətirib.

    Median.Az xəbər verir ki, nümunələrdən biri Türkiyənin iri şəhərlərində tətbiq edilən modeldir. Belə ki, qardaş ölkədə, məsələn, İstanbulda bir tam gediş 17.7 lirədir. Tələbələr üçün bu məbləğ 8,64, müəllim və digər sənət sahibləri üçün 12,67, pensiyaçılar üçünsə gedişhaqqı pulsuzdur.

    2 saat müddətində təkrar istifadədə tam bilet sahibləri 12,67, 3-cü istifadədə 9,62, 4-cü istifadədə 6,08 lirə alınır.

    Tələbələrdə bu rəqəm müvafiq olaraq 3,79, 3,56 və 3,04 lirədir.

    Sosial kartlarda ikinci istifadədə 7,6, 3-cüdə 5,81, 4-cüdə isə 3,79 lirədir.

    Mavi kartlar da var – aylıq: tam 1389, tələbə kartı 250, sosial kart isə 864 lirədir.

    Metrolar, elektrik qatarları üçün də müxtəlif güzəştlər tətbiq edilir. Bu güzəştlər turistlərə aid deyil.

    İqtisadçı Natiq Cəfərli bildirib ki, turistlər istisna olmaqla, Bakı sakinlərinə də fərqli model tətbiq edilə bilər:

    “Birdəfəlik bilet 50 qəpik ola bilər, bu, turistlərə, nəqliyyatdan az-az istifadə edənlərə aid olmalıdır. Amma günlük, həftəlik, aylıq, 6 aylıq və illik istifadə müddəti gediş sayı ilə deyil, zamanla məhdudlaşdırılan biletlər də olmalıdır. Məsələn, saatlıq bilet 50 qəpiyə, günlük bilet 1,5 manata, aylıq 25 manata, 6 aylıq 110 manata, 1 illik 170 manata biletlər olmalıdır. Bu zaman avtobus şirkətləri, metro öncədən vəsait toplayır deyə, işlərini doğru planlaya bilirlər. Bu model həm vətəndaşa, həm də ictimai nəqliyyat xidməti göstərənlərə sərf edir”.
    //axar.az

  • Минобороны Грузии: Во время учений разбился самолет Су-25

    Самолет Су-25 разбился в Грузии во время плановых военных учений, погиб пилот Кахабер Зурабашвили.

    Об этом сообщило Минобороны страны.

    * * * * *

    В результате крушения вертолета в Болнисском муниципалитете грузинского региона Квемо Картли погиб пилот.

    Как сообщает новостной портал “Инфо Рустави”, информацию об этом подтвердил представитель мэрии села Дисвели Зураб Шаинидзе.

    Источник: ТАСС

    * * * * *

    Военный вертолет разбился в Болнисском муниципалитете грузинского региона Квемо Картли.

    Об этом сообщил телеканал “Пирвели”.

    По его данным, вертолет упал в районе села Дисвели.

    Информация о возможных жертвах или пострадавших пока не поступала.

    Источник: ТАСС

  • Gürcüstanın şərqində hərbi helikopter qəzaya uğrayıb, ölən var

    Gürcüstanın Müdafiə Nazirliyi ölkənin şərqində uçuş aparatının qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib. Məlumata görə, qəzaya uğrayan helikopter deyil, hərbi təyyarə olub.

    “Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus “Su-25″ qırıcı təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya-Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı veririk”, – deyə idarədən bildirilib.

    Mənbə: Sputnik Gürcüstan

    * * * * *

    Gürcüstanın Kvemo Kartli bölgəsinin Bolnisi bələdiyyəsində hərbi helikopter qəzaya uğrayıb.

    Məlumata görə, hadisə Disveli kəndi yaxınlığında baş verib.

    Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə zamanı pilotun öldüyü bildirilir.

    Mənbə: TASS

  • Назначен новый посол Азербайджана в Таиланде

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение об отзыве Ирфана Шакир оглу Давудова с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики (АР) в Королевстве Таиланд.

    Как сообщает АЗЕРТАДЖ, другим распоряжением главы государства Эльчин Рагуб оглу Баширов назначен чрезвычайным и полномочным послом АР в Королевстве Таиланд.

  • Azərbaycanın Tailanddakı səfiri dəyişdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev İrfan Şakir oğlu Davudovun Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Dövlət başçısının digər sərəncamı ilə, Elçin Raqub oğlu Bəşirov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

  • Президент Ильхам Алиев отозвал генконсула Азербайджана в Лос-Анджелесе

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал распоряжение об отзыве Рамиля Кямиль оглу Гурбанова с должности генерального консула АР в городе Лос-Анджелес Соединенных Штатов Америки.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyev Los-Ancelesdəki baş konsulu geri çağırdı

    Prezident İlham Əliyev Ramil Kamil oğlu Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • TƏBİB: В 24 учебных заведениях Баку нет медобслуживания

    В 324 из 348 расположенных в Баку учебных заведений есть медицинское обслуживание.

    Об этом Report сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Было отмечено, что в 24 образовательных учреждениях из-за их расположения, числа учащихся и отсутствия условий медицинского обслуживания нет.

    “Наряду с педиатром, работающим в школе, ответственность за иммунопрофилактику против инфекционных заболеваний и обязательную диспансеризацию детей несет врач-педиатр, которому подчиняется данный участок, независимо от того, в каком образовательном учреждении обучается ребенок”, – говорится в информации.

  • Bakıda bəzi təhsil müəssisələrində tibb xidməti yoxdur – RƏSMİ

    Bakı şəhərində yerləşən 348 təhsil müəssisəsindən 324-də tibb xidmət təşkil olunub.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, yalnız 24 müəssisədə uşaq sayı və yerləşdiyi ərazi, təhsil müəssisəsində şəraitin olmaması və s. səbəbdən hələ tibb xidməti ilə təmin edilməyib.

    Təhsil müəssisələrində tibbi xidmətinin təşkili prinsiplərinin hansı formada həyata keçirilməsi məsələsinə gəlincə, bildirilib ki, “Təhsil haqqında” qanuna əsasən dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları” ilə tənzimlənir.

    Bildirilib ki, bu qaydalara əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər:

    “Müəssisələrdə tibb məntəqələrinin yaradılması isə həmin müəssisələrin səlahiyyətləri çərçivəsindədir. Ambulator tibb xidmətinin təşkili üçün təhsil müəssisəsində yaradılan həkim və ya tibb məntəqəsinə həkimin, eləcə də tibb bacısının birdəfəlik təhkim edilməsi üçün bu müəssisədə təhsil alan uşaq sayı və ərazi üzrə tibb müəssisələrinin ştatları nəzərə alınır. Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası və uşaqların icbari dispanserizasiyası üzrə cavabdehlik uşağın hansı təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq məktəb həkim-pediatrı ilə yanaşı ərazi üzrə təhkim olunduğu həkim-pediatrın cavabdehliyindədir”.