Month: July 2024

  • Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək

    Azərbaycan Fransanın “France 2” telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək.

    Median.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

    “Şikayət hazırlanır, Hazırda onun mətni tərtib edilir, bu gün şikayəti BOK-a göndərməyə çalışacağıq”, – Ç.Hüseynzadə bildirib.

    O əlavə edib ki, Milli Olimpiya Komitəsi şikayətin mətnini öz kanalları vasitəsilə yayacaq.

  • Coşqun Diniyev bu komandaya transfer oldu

    Azərbaycan millisinin üzvü Coşqun Diniyevin yeni klubu məlum olub.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, “Ümraniyespor”dan ayrılan futbolçu karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı yarımmüdafiəçi “Bandırmaspor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Diniyev 1-ci liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalayıb.

    Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm “Ümraniyespor”un heyətində 33 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

  • Сотрудник МЧС погиб в результате несчастного случая

    В селе Самедабад Билясуварского района произошел несчастный случай.

    Как передает Report, сотрудник Министерства по чрезвычайным ситуациям (МЧС) – житель поселка Сураханы города Баку Фовзи Гулуев (1976 г.р.) – упал с высоты. В результате мужчина получил закрытую черепно-мозговую травму.

    Пострадавший был госпитализирован в Билясуварскую центральную районную больницу, однако, несмотря на усилия врачей, спасти его жизнь не удалось.

    По данному факту проводится расследование.

  • FHN: Biləsuvarda ölən şəxs nazirliyin əməkdaşı deyil – YENİLƏNİB-2

    Biləsuvar rayonunun Arazbarı kəndində yerləşən soyuducu anbara baxış keçirən zaman yıxılaraq ölən şəxs – 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edildiyi mütəxəssis olub.

    Bu barədə FHN-dən “Report”un sorğusna cavab olaraq bildirilib.

    Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    ***

    Biləsuvarda hündürlükdən yıxılaraq ölən Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Fövzi Manaf oğlu Quluyev nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müqavilə əsasında cəlb edilən mütəxəssisi olub.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

    ***

    Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un məlumatına görə, hadisə Səmədabad kəndində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Fövzi Manaf oğlu Quluyev hündürlükdən yıxılıb.

    Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisənin təfərrüatı araşdırılır.

    Faktla bağlı araşdırma aparılır.

  • Ailə üzvü adından sizə zəng edə bilərlər – Xəbərdarlıq

    Süni intellektlə bank əməkdaşı, ailə üzvü adından sizinlə danışıqlar aparıla bilər.

    Median.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

    “Ehtimalların kiber məkanda hədəfi qurbandır. Çünki kiber məkanda şans yoxdur, olmur. Göstərilirsə, təşviq edilirsə, yalandır. Bilməlisiniz ki, naməlum şəxslərin təklifləri, qazanc vədləri sizi tələyə salacaqdır. Bank kartı ilə əlaqəli şəxsi məlumatlarınızı heç kimə verməyin. Süni intellektlə sizlə bank əməkdaşı, ailə üzvü – qohum adından danışıqlar aparıla bilər. Diqqətli ol ki, qurbana çevrilməyəsən”, – E.Hacıyev qeyd edib.

  • Dələduzlar indi də bu yola əl atırlar- XƏBƏRDARLIQ

    “Süni intellektlə sizinlə bank əməkdaşı, ailə üzvü adından danışıqlar aparıla bilər”.

    Median.Az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

    Reklamınızı SmartBee ilə effektiv edin.
    “Ehtimalların kiberməkanda hədəfi qurbandır. Çünki kiberməkanda şans yoxdur, olmur. Göstərilirsə, təşviq edilirsə, yalandır. Bilməlisiniz ki, naməlum şəxslərin təklifləri, qazanc vədləri sizi tələyə salacaq.

    Bank kartı ilə əlaqəli şəxsi məlumatlarınızı heç kimə verməyin. Süni intellektlə sizinlə bank əməkdaşı, ailə üzvü – qohum adından danışıqlar aparıla bilər. Diqqətli ol ki, qurbana çevrilməyəsən”, – E.Hacıyev qeyd edib.

  • Parisin Olimpiya kəndində ölüm: Samoalı boks üzrə məşqçi vəfat etdi

    Samoalı boks üzrə məşqçi Lionel Elika Parisin Olimpiya kəndində 61 yaşında vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

    Məşqçiyə təcili tibbi yardım göstərilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

    “Paris Olimpiadası zamanı faciəvi şəkildə dünyasını dəyişən Samoanın boks üzrə məşqçisi Lionel Elikanın ailəsinə, dostlarına və həmkarlarına başsağlığı veririk. Lionelin idmana olan fədakarlığı və həvəsi boks ictimaiyyətində silinməz iz qoyub”, – deyə Beynəlxalq Boks Assosiasiyasının bəyanatında bildirilir.

    Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.

  • Bakıda yaşayış binasında yanğın olub

    Bakı şəhərində binada yanğın olub.

    APA xəbər verir ki, hadisə Binəqədi rayonu, Mir Cəlal 13 ünvanında yerləşən mənzildə qeydə alınıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

  • Yevlax şəhərinin işıqlandırma sistemi yenidən qurulur

    Yevlax şəhərinin işıqlandırma sistemi yenidən qurulur.

    “Report”un Qərb bürosunun məlumatına görə, şəhərdə ümumi uzunluğu 27 km olan 31 küçə və 1 prospektin işıqlandırılma sisteminin yenidən qurulması işlərinə başlanılıb.

    Qeyd edək ki, hazırda Yevlax şəhərinin Nizami prospektində yeni işıqlandırma xəttlərinin çəkilməsi məqsədilə səkilərin kənarlarında qazıntı işləri həyata keçirilir.

  • Geyilə bilən cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır

    “Journal of the American Heart Association”da dərc edilən bir araşdırma göstərir ki, ağıllı saatlar və digər geyilə bilən cihazlar insanların sağlamlıqla bağlı narahatlıqlarını artıra bilər.

    Bu, xüsusilə Atrial Fibrilasiya (AF) xəstələri arasında narahatlıq və sağlamlıq xidmətlərindən istifadəni əhəmiyyətli dərəcədə artırır.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, Şimali Karolina Universitetinin Tibb Fakültəsindən Lindsey Rosmanın rəhbərlik etdiyi tədqiqatda AF xəstəsi olan 172 nəfər iştirak edib, onların yarısı geyilən cihazlardan istifadə edib.

    Nəticələr göstərib ki, geyilə bilən cihazları olan xəstələr ürək simptomlarından daha çox narahat olurlar və bu cür cihazları olmayanlara nisbətən daha tez-tez tibb işçilərinə müraciət edirlər.

    Tədqiqat geyilə bilən cihaz istifadəçilərinin 20%-nin qeyri-müntəzəm ritm bildirişləri səbəbindən artan narahatlıq yaşadığını və lazımsız olduğu halda tez-tez həkimə müraciət etdiyini göstərib.

    Alimlər artan narahatlığın və tibb müəssisələrinə tez-tez baş çəkməyin həm xəstələrə, həm də səhiyyə sistemlərinə yük ola biləcəyi bardəə xəbərdarlıq ediblər.