Month: July 2024

  • Чем заменили традиционный олимпийский огонь?

    Олимпийский огонь на Играх в Париже зажигался не от углеродного топлива, а с помощью водной струи, углекислого газа и света.

    Как передает Median.Az, об этом сообщает ТАСС со ссылкой на брифинг главы оргкомитета Игр Тони Эстанге.

    “Партнер нам помог организовать технологию с тем, чтобы мы не использовали углеродное топливо для зажжения олимпийской чаши. Газа там нет, он не используется, чтобы зажечь олимпийский огонь, – сказал Эстанге. – Это водная струя, углекислый газ и свет, что позволит избежать использования нескольких тонн углеродного газа”.

    “Мы хотели создать символ низкоуглеродных Игр, чтобы сократить выброс газа в атмосферу. При этом мы понимаем, что огонь – это символ Олимпиады, и мы хотели использовать новую экологичную атмосферу”, – добавил глава оргкомитета Игр.

    Напомним, олимпийские игры завершатся 11 августа.

  • Olimpiya məşəli nə ilə əvəz edildi?

    Fransanın paytaxtı Parisdə Oyunlarda Olimpiya məşəli karbon yanacağı ilə deyil, su axını, karbon qazı və işıq ilə yandırılıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Oyunların təşkilat komitəsinin rəhbəri Toni Estange danışıb.

    “Biz atmosferə qaz emissiyasını azaltmaq üçün aşağı karbonlu oyunların simvolunu yaratmaq istədik. Eyni zamanda, məşəlin Olimpiadanın simvolu olduğunu başa düşürük və biz yeni ekoloji atmosferdən istifadə etmək istədik”, – deyə Oyunların təşkilat komitəsinin rəhbəri bildirib.

    Qeyd edək ki, Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

  • Bu yollar bağlanacaq

    27 iyul saat 23:00-dan 28 iyul saat 14:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindəki dairədə aparılan təmir işləri ilə əlaqədar sözügedən yola Ziya Bünyadov, Fətəli xan Xoyski prospektləri və Aşıq Molla Cümə, Ağa Nemətulla küçələrindən avtonəqliyyat vasitələri ilə giriş-çıxışı tam məhdudlaşdırılacaq.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur” , – məlumatda qeyd olunur.

  • Qazaxıstan Azərbaycana 1 milyon tondan artıq buğda tədarük etməyə hazırdır

    Qazaxıstan Azərbaycana 1 milyon tondan artıq buğda tədarük etməyə hazırdır.

    Bu barədə Qazaxıstanın milli şirkəti “Ərzaq Korporasiyası” ASC-nin İdarə Heyətinin sədri Asılxan Cuvaşev məlumat verib.

    “Qazaxıstan Azərbaycana tarixən 1 milyon tondan çox taxıl göndərib”, deyə Asılxan Cuvaşev bildirib.

    Onun sözlərinə görə, aydın strukturlaşdırılmış və uğurla fəaliyyət göstərən taxıl saxlama və marketinq sistemi Azərbaycana səmərəli tədarük etməyə imkan verir:

    “Xüsusən, Hövsan limanında yerləşən Bakı taxıl terminalı ildə 600 min tona yaxın taxıl daşımaq gücünə malikdir, dəyirman kompleksi isə ildə 50 min tona qədər məhsul emal etmək gücündədir saat və yüksək keyfiyyətli xidmətlərə zəmanət verən avtomatlaşdırılmış prosesə nəzarət sistemi ilə təchiz olunub”.

    Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 234 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün (243,7 milyon dollar) göstəricisindən 4 faiz azdır.

    Bununla yanaşı, ticarət dövriyyəsində Azərbaycana ixrac üstünlük təşkil edib – 213,8 milyon dollar və ya 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə (207,2 milyon dollar) 3,2 faiz çoxdur.

    Bundan əlavə, bu dövrdə Azərbaycandan idxal 45 faiz azalaraq 20,1 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar-may aylarında bu rəqəm 36,5 milyon dollar olub.
    //qaynar.az

  • Paris-2024: Onlar Azərbaycan İdman Akademiyasının tələbə və məzunlarıdır

    Parisdə açılış mərasimi keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ölkəmiz 15 idman növündə 48 idmançı ilə təmsil olunur.

    Median.Az İdman.biz-ə istinadən xəbər verir ki, onlardan 24-ü Azərbaycan İdman Akademiyasının tələbə və məzunlarıdır.

    Olimpiadada İdman Akademiyasının 10 tələbəsi (Nicat Hüseynov (boks), Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası), Ləman Əlimuradova, Yelizaveta Luzan, Güllü, Darya Sorokina (hamısı bədii gimnastika, qrup hərəkətləri komandası), Ramil Vəlizadə (üzgüçülük), Balabəy Ağayev (cüdo), Yaşar Nəcəfov (cüdo) və 14 məzunu (Ruslan Lunyov (10 m, pnevmatik tapança), Malik Həsənov, Murad Allahverdiyev, Məhəmməd Abdullayev (hər üçü), Əliabbas Rzazadə, Hacı Əliyev, Turan Bayramov (hər üçü sərbəst güləş), Murad Məmmədov, Həsrət Cəfərov, Sənan Süleymanov, Rafiq Hüseynov (hamısı yunan-Roma güləşi), Hidayət Heydərov, Leyla Əliyeva və Gültac Məmmədəliyeva (hər üçü cüdo) iştirak edir.

    Olimpiya təmsilçilərimizə uğurlar arzulayan Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev tələbələrimizin Olimpiya oyunlarındaki iştirakı ilə bağlı bildirib ki, Azərbaycan İdman Akademiyası olaraq onların həm idman, həm də təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən qürur duyur. Məqsəd gənclərimizin yüksək səviyyəli idmançılar və savadlı vətəndaşlar kimi yetişməsinə töhfə verməkdir.

    O, bu yolda hər bir tələbə və məzuna uğurlar və qələbə sevinci yaşamağı arzu edib.

  • Başına bit düşən uşaq dərmandan istifadə edib öldü

    Xızı rayonu, Altıağac qəsəbəsində 2017-ci il təvəllüdlü Ümid Mərdan oğlu Eyvazlı bədbəxt hadisə nəticəsində ölüb.

    “Qafqazinfo”nun məlumatına görə, 7 yaşlı uşağın başına bit düşüb.

    Bundan sonra azyaşlı başına mal-qara üçün nəzərdə tutulan “Neastol” dərmanı töküb. Gənə və parazitlərə qarşı istifadə edilən maye dərmanın tətbiqindən sonra uşağın halı pisləşib və o, Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Oradan da Bakıya Respublika Klinik Xəstəxanasına gətirilən uşaq yolda dünyasını dəyişib.

    Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycanda gəlin qayınanasını BALTALADI

    Daşkəsəndə qadın baltalanıb.

    Hadisə rayonun ucqar kəndlərindən birində qeydə alınıb.

    Belə ki, 1958-ci il təvəllüdlü T. Qurbanova ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, vəziyyətinin ağır olduğu bildirilib.

    Məlumata görə, T.Qurbanova gəlini tərəfindən baltalanıb. Hadisədən sonra isə gəlin qaçıb.

    Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yeniyetmə qəza törətdi, qadınlar ölümdən son anda xilas oldular – ANBAAN GÖRÜNTÜLƏR

    Bakıda yeniyetmə idarə etdiyi avtomobil ilə yol-nəqliyyat hadisəsi törədib.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Belə ki, hadisə Nizami rayonu, Kamil Balakişiyev küçəsində qeydə alınıb.

    Yeniyetmə idarə etdiyi KIA markalı avtomobil ilə qəza törədib. Səki ilə hərəkət edən xanımlar son anda ölümdən xilas olublar. Yeniyetmələr qəzadan sonra hadisə yerindən qaçıblar.

    Həmin görüntüləri təqdim edirik:

  • В России упал истребитель-бомбардировщик Су-34

    В Волгоградской области Российской Федерации (РФ) потерпел крушение истребитель-бомбардировщик Су-34 Военно-космических сил (ВКС) России.

    Как передает Median.Az со ссылкой на “Известия” (Россия), об этом сообщили в Минобороны РФ.

    “Самолет упал в безлюдной местности. Полет выполнялся без боекомплекта. На земле разрушений нет”, – уточнили в ведомстве.

    Экипаж успел катапультироваться. Угрозы жизни летчиков нет. Предварительной причиной падения самолета в министерстве назвали техническую неисправность.

    На месте ЧП работает комиссия ВКС России.

  • Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb

    Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Su-34” təyyarəsi Volqoqrad vilayətində planlı təlim uçuşunu yerinə yetirərkən qəzaya uğrayıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, ekipaj katapult edib, pilotların həyatı üçün təhlükə yoxdur.

    Qırıcı boş əraziyə düşüb. İlkin səbəb kimi təyyarənin nasazlığı əsas göstərilib.