Month: July 2024

  • Avropa çempionatı: Azərbaycan millisi finala yüksəlib

    Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

    “Report”un məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gəlib.

    Qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb – 66:49.

    Beləliklə, Azərbaycan millisi finala vəsiqə qazanıb.

  • Livandan atılan raketin partlaması nəticəsində 9 İsrail vətəndaşı həlak olub

    İsrailin “Kanal 12” kanalı Livandan atılan raketin Colan təpələrindəki Məcdal Şəmsə düşməsi nəticəsində 9 nəfərin həlak olması ilə bağlı məlumat yayıb.

    APA əl-Cəzirəyə istinadən xəbər verir ki, Livandan atılan raketin Məcdəl Şəms bölgəsinə düşməsi nəticəsində 7-sinin vəziyyəti ağır olmaqla 30 nəfərin də yaralandığı bildirilir.

    İsrailin Baş naziri Binyamin Netanyahu insidentin təfərrüatları barədə məlumat aldıqdan sonra Vaşinqtondan təhlükəsizliklə bağlı məsləhətləşmələr aparır.

  • Almaniyadakı Göy məscid niyə bağlandı?

    Bu həftə Almaniya hökuməti, axır ki, İran rejiminə birbaşa bağlı olan Hamburq İslam Mərkəzinin və onun tabeliyindəki qurumların fəaliyyətini qadağan etdi.

    Median.Az “Azad İran” “YouTube” kanalına istinadən xəbər verir ki, mərkəzin yerləşdiyi və Göy məscid adı ilə məşhur olan məscid də bağlanaraq müsadirə olunub. Uzun müzakirə və araşdırmaların nəticəsi olaraq atılan bu addım beynəlxalq aləmdə geniş diqqət çəkib və təbii ki, İran hakimiyyəti tərəfindən kəskin etirazla qarşılanıb.

    İyulun 24-də səhər Almaniyanın daxili işlər naziri Nensi Fezer xüsusi bəyanatla çıxış edərək deyib:

    “Bu gün biz Almaniyada totalitar islamçı ideologiyanı təbliğ edən Hamburq İslam Mərkəzinin fəaliyyətinə qadağa qoyduq. Hamburq İslam Mərkəzi və onun bölmələri, həmçinin “Hizbullah” terrorçularını dəstəkləyir və aqressiv antisemitizmi yayırlar. Bizim böyük zəhmət bahasına apardığımız araşdırmalar ciddi şübhələrimizi təsdiqlədi və biz bu islamçıların fəaliyyətinə son qoyduq. Bu, islamçı ekstremizmə qarşı daha bir addımdır”.

    Xanım nazir daha sonra mühüm bir məqama da toxunaraq əlavə edib:

    “Mən önəmli bir fərqi də qeyd etməliyəm: biz dinə qarşı hərəkət etmirik. Biz əleyhinə sərt tədbirlər gördüyümüz islamçılarla ölkəmizdə yaşayan və öz inancına bağlı olan çoxsaylı müsəlmanlar arasında aydın fərq qoyuruq. Bizim qadağamız heç bir halda şiə məzhəbinin dinc praktikasına şamil olunmur”.

    Nazirin bu bəyanatı səsləndirdiyi ərəfədə alman polisinin yüzlərlə əməkdaşı xüsusi vasitələrlə Hamburqdakı “İmam Əli məscidi” kimi də tanınan Göy məscidin ərazisinə daxil olaraq axtarış aparıb və binanı plomblayıb. Verilən məlumata görə, axtarış zamanı Hamburq İslam Mərkəzinin siyasi və casusluq fəaliyyətini sübut edən çoxsaylı sənədlə yanaşı, xeyli elektron cihaz, iki nəqliyyat vasitəsi, 100 min avro nağd pul, Almaniyada fəaliyyəti qadağan olunmuş “Hizbullah” və HƏMAS terror təşkilatlarına aid yazılar və sənədlər ələ keçirilib. Eyni zamanda sözügedən mərkəzin Hamburqda və ölkənin digər əyalətlərində olan qurumlarında da axtarışlar aparılıb. Bunların içərisində Hamburqdakı “Almaniya İslam Akademiyası” və “İran-islam məscidləri tərəfdarlarının birliyi”, Frankfurtdakı “İslam Mədəniyyəti Mərkəzi”, Münhendəki “Bavariya İslam Cəmiyyəti” və Berlindəki “İslam Mərkəzi” də daxil olmaqla bütövlükdə ölkənin 8 əyalətində yerləşən 53 məkanda axtarışlar həyata keçirilib. Təkcə bu fakt İranın idarə etdiyi Hamburq İslam Mərkəzinin Almaniyada necə geniş şəbəkə qurduğunu aydın şəkildə nümayiş etdirir.

  • Makron Olimpiya Oyunlarınınaçılış mərasimində fitə basıldı – VİDEO

    Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb.

    Median.Az-ın məlumatına görə, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.

    Siyasətçi qeyd edib ki, “hətta müəyyən auditoriya” Makronun gəlişindən açıq-aydın narazılığını ifadə edib, buna görə də “o, hətta çaşıb qalıb”.

    Filippo öz paylaşımına Fransa liderinin çıxışı zamanı fit və qışqırıqların eşidildiyi qısa videonu əlavə edib. Onun sözlərinə görə, bu fraqment efirdə kəsilib, siyasətçi görüntünün yayılmasına çağırış edib

    Xatırladaq ki, iyulun 26-da Parisdə Olimpiya Oyunları açılışı olub.

  • Bakıda küləyin sürəti 25 m/san olub – YENİLƏNİB

    İyulun 27-si saat 19:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

    Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.

    Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.

    Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.

    Şəkıdə və Sarıbaşda (Qax) duman müşahidə olunub.

    Şimal -qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.

  • Fransanın rüsvayçı təşkilatçılığı: Hicaba qadağa qoyub, azyaşlı uşağı LGBT üzvü kimi göstərdilər

    Paris Olimpiya oyunlarının açılışında LGBT qalmaqalı baş verib. Qlobal güclərin dəstəyi ilə maliyyələşən LGBT üzvləri Paris-2024 Olimpiya Oyunlarının açılış mərasimində səhnəyə çıxıblar.

    Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bütüm dünyada canlı yayımlanan görüntülərində bir qrup şəxs qırmızı xalıdan biabırçı şəkildə keçib.

    Belə ki, Olimpiadanın simvolu olan məşəli daşıyanlar arasında cinsi azlıqlar – geylər və translar olublar.

    Özlərini “drag queens” kimi təqdim edən Miss Martini, Nicky Doll və Mínima Geste kimi adlar məşəli daşıyıblar.

    Olimpiadanın açılışındakı acı görüntülər bununla bitməyib.

    LGBT moda nümayişində 9-10 yaşlı balaca qızdan da istifadə edilib.

    Fransa müsəlman fransız idmançı Sillanın hicabla Paris Olimpiadasının açılış mərasiminə qatılmasına isə icazə verməyib.

    Fransa Olimpiya Komitəsi onun açılış mərasiminə papaq taxmaq şərti ilə icazə verəcəklərini bildirib. İdmançı Silla sosial media hesabında məcburi təklifi qəbul etdiyini açıqlayıb.

    Xatırladaq ki, Fransanın idman naziri Oudea-Kastera 24 sentyabr 2023-cü ildə Paris Olimpiya Oyunlarında “sərt dünyəvilik” rejiminin tətbiqinin tərəfdarı olduqlarını bəyan edib.

  • В регионах Азербайджана выпал град, в Гедабее сошел сел

    По состоянию на 19:00 27 июля в ряде регионов Азербайджана сохраняется дождливая погода.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В Дашкесане, Алтыагадже, Гусаре, Гедабее, Гёйгёле, Шамкире, Гяндже и Шеки наблюдаются кратковременные интенсивные дожди и грозы.

    В некоторых районах Гедабейского района из-за осадков ливневого характера сошел сель.

    Около 17:40 на села Поладлы, Шахдаг, Новоивановка, Дюзьюрд Гедабейского района обрушился град, диаметр которого местами составлял 25-28 мм.

    В Шеки и Сабирабаде (Гах) наблюдался туман.

    Северо-западный ветер периодически усиливался в Джульфе до 17 м/с в соответствии с желтым предупреждением и до 25 м/с в Баку и на Абшеронском полуострове в соответствии с оранжевым предупреждением.

  • Bölgələrdə dolu düşüb, Gədəbəyin bəzi yerlərindən sel keçib – FAKTİKİ HAVA

    İyulun 27-si saat 19:00-a olan məlumatına əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

    ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən “Report”a bildirilib ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.

    Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.

    Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.

    Şəkıdə və Sarıbaşda (Qax) duman müşahidə olunub.

    Şimal-qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.

  • AzMİU-nun müəllimi FACİƏVİ şəkildə vəfat etdi – FOTO

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin vəzifəli müəllimi vəfat edib.

    Median.Az news24.az-a istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu hündürlükdən yıxılıb.

    Məlumatımıza görə, F.Quluyev AZMİU-da Tədriş işləri üzrə dekan müavini olub.

    Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

  • Ağadadaş Ağayevin hücum etdiyi mühafizəçi ilə bağlı YENİ DETALLAR

    Xalq artisti Ağadadaş Ağayevin balta ilə hücum etdiyi xəstəxana mühafizəçisi ilə bağlı yeni detallar məlum olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, “MedEra” hospitalının mühafizəçisi, əvvəllər məhkumluq həyatı yaşayan Nurəddin Cəlilov “Vətən-N” Mühafizə Xidmətinin əməkdaşı olub. Şirkət yoxlanış aparmadan şəxsi işə götürərək, qaydaları pozub.

    O, üç aydır ki, “MedEra” hospitalında mühafizəni təşkil edirmiş.

    Xatırladaq ki, iyulun 23-də Xalq artisti Ağadadaş Ağayev halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev klinikanın qarşısına gələrək əlində olan baltanı mühafizəçiyə tullayıb, daha sonra onunla əlbəyaxa olub. Atılan balta orada işləyən xadimənin ayağına dəyib.

    Faktla bağlı cinayət işi başlanılıb.