Month: July 2024

  • Paris-2024: Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

    Azərbaycan nümayəndə heyəti Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda iştirak edib.

    Median.Az xəbər verir ki, milli komanda paraddan 16-cı keçib.

    Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Elnur Məmmədov da yer alıb.

    Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.

    Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.

  • Rusiya Yutubu bloklamaq qərarı verdi

    Kreml Rusiyada Yutubu bloklamaq niyyətindədir.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

    İddiaya görə, buna səbəb Yutubda Rusiya qanunvericiliyinin pozulmasıdır.

    Bildirilib ki, əvvəlcə Yutub qismən məhdudlaşdırılacaq, noyabrdan etibarən isə tam bloklanacaq.

  • Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

    Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

    Median.Az xəbər verir ki, planetin ən böyük yarışının açılış mərasimi ilk dəfə stadiondan kənarda – Sena çayının ətrafında təşkil olunub.

    Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilir.

    Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca hərəkət edir.

    Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyır.

    Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

  • Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər

    Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1993-cü il təvəllüdlü Daşqın Xəlilov (t2), 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev (t3) və 2005-ci il təvəllüdlü R.M-nin hərəsi 19 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Məhkəmədə cinayətkar qruplaşmanın şöbə müdirini hansı üsulla öldürdükləri də məlum olub.

    Bəlli olub ki, qruplaşma əvvəlcə Bəyaz Cabbarovun evinin önünə gələrək elektrik sayğacına müdaxilə edib. Elektrik verilişinin kəsildiyini görən həkim evin önünə çıxıb və bu zaman Fəxri Allahverdiyevlə R.M ona qarşı zorakılıq ediblər. Daha sonra Bəyaz Cabbarovu zorakı üsulla evə aparan qruplaşma üzvləri, onu döşəmənin üstünə yıxıblar. Cinayətkarlar şöbə müdirindən evdə olan pulların yerini soruşublar. Həkim isə yalnız üzərində pul olduğunu, bunu onlara verə biləcəyini deyib.

    Bəyaz Cabbarovun evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini onlara deməyəcəyini bildikdən sonra, quldurlar onu xüsusi amansızlıqla qətlə yetiriblər. Həkimə ümumilikdə 17 bıçaq zərbəsi endirilib.

    Qeyd edək ki, cinayətkar qruplaşma həkimin evində 40-50 min manat pul olduğunu ehtimal ediblər.

    Onu da əlavə edək ki, həkimi qətlə yetirənlər hadisədən sonra kameraya düşmüşdülər.

  • Житель Шамахинского района задержан за выращивание конопли

    В результате операции, проведенной сотрудниками Шамахинского РОП, арестован ранее судимый Шахин Аллахвердиев, занимавшийся незаконным оборотом наркотических средств.

    Об этом сообщает oxu.az со ссылкой на пресс-службу Министерства внутренних дел.

    Согласно информации, правоохранители обнаружили у вышеуказанного лица марихуану, а также выявили 28 кустов конопли, которые Ш.Аллахвердиев выращивал на берегу реки в селе Чаган.

    Решением суда в его отношении была избрана мера пресечения в виде ареста.

    Расследование по данному факту продолжается.

  • Şamaxıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs SAXLANILDI

    Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Şahin Allahverdiyev saxlanılıb.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ondan marixuana və rayonun Çağan kəndində çay kənarında aqrotexniki qulluq edərək yetişdirdiyi 28 ədəd çətənə kolu aşkarlanıb. Məhkəmənin qərarı ilə Ş.Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Hansı tərəvəzləri çiy yemək olmaz?

    Çiy tərəvəzlər daha çox vitamin ehtiva edir, yəni orqanizm üçün daha faydalıdır. Amma həmişə belə olmur. Dietoloq tibb elmləri doktoru Mariyat Muxina hansı tərəvəzlərin çiy yeyilməməsini açıqlayıb.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu qayda badımcan, qulançar və ispanağa aiddir.

    Çiy badımcanın tərkibində mədə ağrısına, həmçinin ürəkbulanma və digər xoşagəlməz hisslərə səbəb ola bilən solanin var.

    Qulançarın pəhriz lifi kifayət qədər qabadır, orqanizmin tərkibindəki faydalı maddələri qəbul etməyi çətinləşdirir. Qulançar bişmiş formada istehlak edilən bir bitkidir. Çiy qulançar çox zəif həzm olunduğundan, qaba pəhriz lifinə malik olduğundan, ondan faydalı maddələr sorulmayacaq.

    İspanaq bişirildikdən sonra daha az C vitamini ola biləcəyinə baxmayaraq, kalsium, maqnezium və dəmiri mənimsəmə şansı əhəmiyyətli dərəcədə artır. Fakt budur ki, bədən bu vitaminləri çiy ispanaqda sadəcə qəbul edə bilmir.

    Bundan əlavə, həzm sistemi və diabet xəstəlikləri üçün dietoloq xurma yeməyi məsləhət görmür.

  • Qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərdi

    İyulun 14-də keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanında dörd nəfər yüksək nəticə göstərib, altı nəfərin isə nəticəsi ləğv edilib.

    Bu barədə metbuat.az-a Mərkəzdən məlumat verilib.
    Bildirilib ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib.

    IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib.

    İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27 929 abituriyentdən (I qrup üzrə 22 889 nəfər, IV qrup üzrə 5 040 nəfər) 767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

  • Bu kitabları uşaqlara verməyin: ZİYANDIR

    Məlumdur ki, uşaqlar üçün kitab oxumaq ən yaxşı istirahət və hobbi formalarından biridir. Ona görə də uşaqlara kitab sevgisini aşılamaq lazımdır.

    Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bəzən valideynlər səhv kitabları seçirlər ki, bu da uşaqlarını həvəsdən tamamilə məhrum edir.

    Uşaq nəhəng bir kitab görsə, onu oxumağa başlamaqdan qorxacaq. Bu kitablar uşaqlarınızın başa düşməyəcəyi suallar və mövzular qaldıra bilər. Həmçinin, belə kitablarda başa düşülməsi çətin olan söz və konstruksiyalardan istifadə oluna bilər.

    Ədəbiyyatın mühüm funksiyalarından biri də insanın əxlaqi tərbiyəsidir. Əgər siz özünüz övladınıza təklif etməyi planlaşdırdığınız kitabı oxumamısınızsa, bu səhvi düzəldin.

  • Ad günü məclisində qan düşdü

    Sumqayıt şəhərində 1989-cu il təvəllüdlü Vüqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Elşənə xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, Quba rayon sakini Vüqar 2023-cü ilin avqustun 29-dan 30-na keçən gecə qohumu Elşənin uşağının ad günü mərasimində olarkən onun ünvanına işlətdiyi ifadələr xoşuna gəlmədiyindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Vüqar Elşənin ona iradını bildirdiyi üçün oradan gedib.

    Daha sonra Vüqar Elşənə məxsus mənzilin açarını ona qaytarmaq üçün saat 02:00-da onun yaşadığı evə qayıdıb. O, Elşən ilə yenidən mübahisə edib.

    Onu çölə çağırıb və Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində yerləşən 7 saylı evin qarşısında söhbət edərkən yenidən mübahisə etməyə başlayıb. Mübahisə zamanı Vüqar əvvəlcədən üzərində olan turist bıçağını çantasından çıxarıb və Elşənin qarın nahiyəsindən bir dəfə zərbə vurub.

    Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Elşən əmisi qızı Fərqanənin əridir: “Hadisədən əvvəl Elşənin oğlu Hüseynin doğum günü ilə əlaqədar onların yaşadığı Sumqayıt şəhərinin 4-cü mikrorayondakı mənzilə qonaq gəldim. Hüseynin doğum gününü qeyd etmək üçün Elşənin yaşadığı evdə süfrə açıldı. Məclisdə süfrə arxasında Elşən, Fərqanə, oğlanları Hüseyn, Fərqanənin dayısı Mikayıl, onun arvadı Nazilə, Mikayılın oğlu Elvin olub. Biz süfrə arxasında yemək yeyərkən yeznə barədə söhbət düşdü. Mən dedim ki, “yeznə” sözü eşşəyə deyilir, bizim zonada, yəni Qubada kürəkən deyilir. Lakin Elşən ümumilikdə Quba üçün yeznəyə eşşək deyənləri söydü. Mən ümumi danışaraq söyüş söyməməsini Elşənə bildirdim. Elşənin bu sözü pisimə gəldi. Mən heç nə deməyərək süfrədən qalxıb yataqxanada qaldığım otağa keçdim. Orada boynuma asmaq üçün çantanı götürdüm və təxminən 5 dəqiqə sonra yəni saat 2 radələrində onların yanına geri qayıtdım, otağın açarını Elşənə vermək istəyərkən aramızda yenidən mübahisə başladı. Biz evdən çölə çıxdıq. Həmin vaxt boynumdan asdığım çantanı açdım və ev təmiri ustası işlədiyim üçün içərisində türmədən mənə hədiyyə olan bıçağı götürdüm. Bıçaqla Elşənin sol qarın nahiyəsindən bir dəfə vurdum. Elşən bıçağı tutub saxladı. Məni yerə yıxdı, əlimi buraraq bıçağı əlimdən aldı. Daha sonra ayağa qalxdım və oradan uzaqlaşdım”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, ad günü məclisində 8-9 bakal pivə və təxminən 350 qram araq içib: “İçkili olduğumdan, həmçinin Elşənin Quba camaatına qarşı ümumi söyüş söyməsi səbəbindən bıçaqla onu vurmuşam. Mənim Elşəni öldürmək fikrim və ya niyyətim olmayıb. Onu öldürmək istəyim olsaydı bıçaqla bir dəfə deyil, bir neçə dəfə vurardım. Daha sonra özüm Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gələrək, polisə təslim oldum. Mən süfrə arxasında jarqon sözlərdən işlətməmişəm. Mən rusca danışdığım üçün Elşən elə başa düşüb ki, jarqon, yəni türmə sözlərindən istifadə edirəm. Mən süfrə arxasında söyüş söyməmişəm. Biz süfrə arxasında yemək yeyərkən yeznə barədə söhbət düşüb. Mən də demişəm ki, “yeznə” sözü eşşəyə deyilir, bizim zonada, yəni Qubada yeznəyə kürəkən deyilir. Lakin Elşən ümumilikdə Quba üçün yeznəyə eşşək deyənləri söydü. Mən də ümumi danışaraq Elşənə söyüş söyməməsini bildirdim”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Elşənin sözlərinə görə, uşağının ad gününü qeyd etmək üçün 2023-cü ilin avqustun 29-u gecəsi təqsirləndirilən şəxs Vüqar, həmçinin bəzi qohumları onun evinə gəliblər: “Qonaqlardan Mikayıl məni tərifləyərək yaxşı yeznə olduğunu dedikdən sonra Vüqar əslində yeznə sözünün kürəkən deyil, başqa mənada istifadə olunduğunu dedi. Bundan sonra Vüqara istifadə etdiyi sözün yaxşı olmadığını dedim. Xəbərdarlıq etsəm də, Vüqar həmin sözü təkrar işlətdiyi üçün onu evimdən qovdum. Bir az sonra Vüqar geri qayıdaraq məndən üzr istəmək üçün məni evin həyətinə çağırdı. Orada qarnımdan bir bıçaq zərbəsi vuraraq məni yaraladı. Bundan sonra dərhal Vüqarı yıxaraq bıçağı öz əlimə aldım. Mən bıçaqlanandan sonra həyat yoldaşım və Mikayıl gəldiyindən Vüqarla ayrıldıq”.

    Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə barışmayıb, lakin ondan şikayəti yoxdur: “Mən xəstəxanaya getdikdən sonra baş verən hadisə barədə polisin məlumatı olub. Bir gün polis əməkdaşları təqsirləndirilən şəxsi axtardılar, həmin müddət ərzində o, özü polisə gedərək təslim olmadı”.

    Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.