Month: July 2024

  • Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi

    Gürcüstanda yaşayan ən yaşlı soydaşımız, pedaqoq, jurnalist, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində çalışmış Dünyamalı Kərəm (Əliyev) iyulun 26-da 104 yaşında dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, bu barədə D.Kərəmin yaxınları məlumat yayıblar.

    Qeyd edək ki, Dünyamalı Kərəm oğlu Əliyev 1920-ci il aprelin 28-də Bolnisi rayonunun Qoçulu kəndində anadan olub.

    Bakıda ali təhsil alan D.Kərəm 1954-1957-ci illərdə Xankəndidə “Kommunist ” qəzetinin xüsusi müxbiri olaraq çalışıb. Sonradan anasının arzusu ilə Bolnisiyə qayıdaraq müəllim kimi fəaliyyət göstərib.

    O, 7 kitabın, yüzlərlə elmi məqalənin müəllifi olub.

    Daim “İnsanın uzunömürlü olması onun özündən asılıdır”, – deyən D.Kərəmin sonuncu kitabı da “Mən ki, 100 il yaşamasam” adlanıb.

  • Военно-Грузинскую дорогу закрыли для всех видов транспорта из-за схода селя

    Движение всех видов транспорта приостановлено на участке Военно-Грузинской дороги из-за схода селя на территории Грузии.

    Как сообщает Report со ссылкой на “Интерфакс”, об этом сообщила во вторник пресс-служба ГУ МЧС по Северной Осетии.

    “В связи со сходом селя на территории Грузии, невозможностью обеспечения безопасного проезда автотранспортных средств (…) запрещено движение всех видов автотранспортных средств на участке Владикавказ – населенный пункт Ларс – в направлении на выезд из РФ с 17:20 26 июля”, – говорится в сообщении.

    Ограничения введены до особого распоряжения.

    Военно-Грузинская дорога проходит в высокогорье и в настоящее время является единственным сухопутным маршрутом, связывающим Россию с Грузией и Арменией

  • Hərbi-Gürcüstan yolu selə görə bağlanıb

    Gürcüstanda baş verən sel səbəbindən Hərbi-Gürcüstan yolunda bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

    “Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

    “Gürcüstan ərazisində baş vermiş sellə əlaqədar olaraq avtomobillərin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzdür, Vladiqafqazla Lars arasındakı ərazidə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, – məlumatda deyilir.

    Məhdudiyyətlər növbəti xəbərdarlığa qədər tətbiq ediləcək.

    Qeyd edək ki, Hərbi-Gürcüstan yolu yüksək dağlıq ərazilərdən keçir və bu, hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.

  • Объявлены результаты вступительных экзаменов по I и IV группам специальностей

    Государственный экзаменационный центр (ГЭЦ) Азербайджана объявил результаты проведенных 14 июля вступительных экзаменов в вузы по I и IV группам специальностей, а также экзамена по географии для абитуриентов III группы, выбравших обе подгруппы – DT и TC.

    Как передает Oxu.Az, об этом сообщили в ГЭЦ.

    Абитуриенты, участвовавшие в экзамене, могут ознакомиться с результатами по данной ссылке.

    Информацию о результатах экзамена также можно получить, отправив указанный в пропускном листе код на номер 7727 посредством мобильных операторов (Azercell, Bakcell, Nar, Naxtel).

    По I группе специальностей наивысший балл (400) набрали два человека – выпускник Сумгайытской гимназии естественных наук Руфат Асадов и выпускник средней школы №283 города Баку Али Мамедли.

    Лучший результат по IV группе (397 баллов) показали также два абитуриента – выпускник средней школы №1 села Бейюк Бяхмянли Физулинского района Орхан Аббасов и выпускница средней школы №39 города Гянджа Нурай Гусейнова.

    По данным ГЭЦ, из 27 929 претендентов (22 889 человек – I группа, 5 040 – IV группа), утвердивших заявку на участие, 767 человек (673 – I группа, 94 – IV группа) не участвовали в экзамене. Шестерых абитуриентов отстранили от экзамена за нарушение правил, их результаты были аннулированы.

  • I və IV qrupların qəbul imtahanının nəticəsi elan olunub

    Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 14 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

    Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

    Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

    Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 27929 abituriyentdən (I qrup üzrə 22889 nəfər, IV qrup üzrə 5040 nəfər) 767 nəfər (I qrup üzrə 673 nəfər, IV qrup üzrə 94 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 5156 abituriyentdən 1576 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

    Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib. Hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 697 bal toplayan Bakı şəhər 57 saylı orta məktəbin məzunu Əlizadə Rəbiyyə Həsən qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 397 bal toplayıb.

    Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni də 697 bal toplayan Hüseynova Nuray Emin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

    Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

    İmtahan nəticəsi ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyul saat 10:00-dan 31 iyul saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

    • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

    • İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

    • İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

    Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

    Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi 9 – 19 avqust tarixlərində aparılacaq.

  • Göygöldə qadın oğlu tərəfindən bıçaqlanıb

    Göygöldə bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb. 1989-cu il təvəllüldü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

    Məlumata görə, qadın oğlu tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Barak Obama və xanımı Kamala Harrisin namizədliyi ilə bağlı son sözlərini dedilər

    Aş Evin sabiq rəhbəri Barak Obama və xanımı Mişel Obama Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyiblər.

    Median.Az-ın məlumatına görə, bu barədə onlar “X” hesablarından elan ediblər.

    “Barakla mən onun pozitivliyi, yumor hissi, ölkə daxilində insanlara işıq və ümid gətirmək bacarığına görə demokrat namizəd kimi dəstəkləməkdən çox həyəcanlıyıq. Kamala sizin arxanızdayıq!” – deyə Mişel Obama paylaşımında qeyd edib.

    “Ölkəmiz üçün bu kritik anda onun (Harrisin) noyabrda qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik”, – deyə B.Obama öz paylaşımında bildirib.

  • Турция планирует производить в год 1 млн электромобилей

    Власти Турции намерены производить в год порядка 1 млн электромобилей.

    Как передает Report со ссылкой на TRT Haber, об этом сообщил президент республики Реджеп Тайип Эрдоган.

    “Мы запускаем пакет мер по стимулированию производства электромобилей стоимостью $5 млрд, чтобы увеличить их производство в год до 1 млн единиц”, – заявил Эрдоган.

    Он напомнил, что в начале июля Турция подписала соглашение на сумму свыше $1 млрд с крупнейшим в мире производителем электромобилей, китайской компанией BYD. “Наши переговоры с другими компаниями продолжаются. Все это только начало”, – отметил президент Турции.

    Соглашение с BYD предусматривает открытие завода в Турции мощностью 150 тыс. электрокаров и гибридных машин в год.

  • Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır

    Türkiyə hökuməti ildə 1 milyona yaxın elektromobil istehsal etmək niyyətindədir.

    Median.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Elektrikli avtomobillərin illik istehsalını 1 milyon ədədə çatdırmağı hədəfləyən 5 milyard ABŞ dolları dəyərində təşviq paketinə başlayırıq”, – Ərdoğan bildirib.

    O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin “BYD” şirkəti ilə 1 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb. “Digər şirkətlərlə danışıqlarımız davam edir. Bu, hələ başlanğıcdır”.

    “BYD” ilə müqavilə Türkiyədə ildə 150 min ədəd elektromobil və hibrid avtomobil istehsal etmək gücünə malik zavodun açılmasını nəzərdə tutur.

  • Olimpiadanın açılışına bir neçə saat qalmış dəmir yolunda təxribat baş verib

    Paris Olimpiadasının açılış mərasiminə saatlar qalmış nəqliyyat ölkənin yüksək sürətli dəmir yolu şəbəkəsi təxribat aktlarına məruz qalıb.

    Median.Az xəbər verir ki, bu barədə milli dəmir yolu operatoru SNCF məlumat yayıb.

    Təhqiqata yaxın mənbə bildirib ki, hücumlar təxribat aktlarıdır.

    “Bu, nəqliyyat şəbəkəsini iflic etməyə yönəlmiş genişmiqyaslı bir hücumdur” deyən SNCF, bir çox marşrutun ləğv edilməli olduğunu əlavə edib.

    Milli dəmir yolu operatoru hücumların Atlantik, Şimal və Şərq xətlərinə təsir etdiyini əlavə edərək, SNCF-nin bir gecədə eyni vaxtda bir neçə hücumun qurbanı olduğunu qeyd edib.

    SNCF sərnişinləri səyahəti təxirə salmağa və qatar stansiyalarına getməməyə çağırıb. Agentliyin məlumatına görə, hücumlar nəticəsində 800 minə yaxın sərnişin zərər çəkib.

    Həmçinin London və Paris arasındakı qatar xidmətinin dayandığı və bunun bir neçə uçuşun ləğvinə səbəb olduğu bildirilir.

    Hücumlar Parisin 7500 idmançı, 300 000 tamaşaçı və çoxlu VIP-lərin qatılacağı açılış mərasiminə hazırlaşdığı vaxta təsadüf edir. Parad şəklində ilk dəfə baş tutacaq açılış mərasimi iyulun 26-da axşam saatlarında baş tutacaq.