Month: July 2024

  • Türkiyədə zəlzələ olub

    Türkiyənin Bingöl vilayətində 4,2 bal maqnitudada zəlzələ qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

    Bildirilib ki, yeraltı təkanların ocağı Bingölün Karlıova rayonunda, 12 kilometr dərinlikdə olub.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur.

  • Dopinqdən istifadə edən iraqlı idmançı Olimpiadadan kənarlaşdırıldı

    İraqlı cüdoçu Sadjad Qanim Sehen Paris olimpiadasından müvəqqəti olaraq kənarlaşdırılıb.

    Median.Az Beynəlxalq Test Agentliyinin (ITA) mətbuat xidmətinə istinadla xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

    İyulun 23-də cüdoçudan götürülən dopinq testinin nəticəsi müsbət olub. O, Paris-2024-də yarışa bilməyəcək və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

    İdmançı, həmçinin B nümunəsinin nəticələrini də tələb etmək hüququna malikdir.

    Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris Olimpiadası avqustun 11-də başa çatacaq.

  • Sumqayıtda yaşayış binasında yanğın

    Sumqayıtda yaşayış binasında yanğın olub.

    APA xəbər verir ki, hadisə 3-cü mikrorayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

    Məlumatla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

  • Paris-2024: Kabo-Verde Azərbaycanın seçimini təkrarlayacaq

    Paris-2024-ün bu gün keçiriləcək açılış mərasimində Azərbaycan millisinin bayraqdarı olacaq Məhəmməd Abdullayev bu etimadı qazanan yeganə boksçu deyil.

    İdman.biz xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq tədbirdə 11 ölkənin bayrağını 12 dəri əlcək ustası dalğalandıracaq.

    Məsələ ondadır ki, bir millinin hər iki bayraqdarı boksçu olacaq. Filippində bu etimad Karlo Paalam və Nesti Patesioya göstərilib.

    Daha bir maraqlı məqam isə Azərbaycanla Kabo-Verdeni birləşdirir. Bu ölkəni də açılış mərasimində bizim kimi kişi boksçu ilə xanım cüdoçu təmsil edəcək. Bunlar Daniel Varela de Pina və Djamila Silvadır. Azərbaycanda isə Məhəmmədlə yanaşı, Gültac Məmmədəliyeva bayraqdar funksiyasını yerinə yetirəcək. Azərbaycan paradda 16-cı, Kabo-Verde 38-ci keçəcək.

    Açılış mərasimində ilk boksçu Sindi Nqamba olacaq. Xanım idmançı paraddan ikinci keçəcək Qaçqınların Olimpiya Komandasının üzvü kimi Olimpiadanın bayrağını daşıyacaq.

    Boksçu bayraqdarlar siyahısında məşhur simalar da var. Tokio-2020-nin qalibi, ikiqat dünya çempionu Busenaz Sürmeneli Türkiyənin, dünya və ikiqat Avropa qızılının sahibi Stanimira Petrova Bolqarıstanın önündə gedəcək. Qazaxıstan və Özbəkistan bayraqları ötən ilin dünya çempionları Aslanbek Şimbergenovla Abdumalik Xalokova həvalə olunub.

    Qeyd edək ki, Olimpiada avqustun 11-dək davam edəcək.

  • Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlandı

    Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.

    Median.Az cədvəli təqdim edir:

    S/n Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri Qəbulun keçirildiyi
    şəhər, rayon
    Əhatə olunan
    şəhər və rayonlar
    Qəbulun keçirildiyi
    gün
    1. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
    Anar Quliyev
    Balakən Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, Qəbələ 03
    2. Baş prokuror
    Kamran Əliyev
    Balakən Balakən, Zaqatala, Qax 06
    3. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
    Ramin Məmmədov
    Zaqatala Zaqatala, Balakən, Qax 06
    4. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvan Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur 08
    5. Qida Təhlükəsizliyi Agentliyinin sədri
    Qoşqar Təhməzli
    Beyləqan Beyləqan, Füzuli, Xocavənd 09
    6. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
    Azər Məmmədov
    Şəki Şəki, Qax 09
    7. Baş prokuror
    Kamran Əliyev
    Naxçıvan Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur 16
    8. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Lənkəran Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı 16
    9. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
    Zaur Mikayılov
    Göyçay Göyçay, Ağdaş 16
    10. Ədliyyə naziri
    Fərid Əhmədov
    Şamaxı Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu, Göyçay 19
    11. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bərdə Bərdə, Ağdam 19
    12. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bərdə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Goranboy, Xocalı, Xocavənd, Laçın 20
    13. Elm və təhsil naziri
    Emin Əmrullayev
    Şamaxı Şamaxı, Ağsu, İsmayıllı, Qobustan 23
    14. Əmək və əhalinin sosial müdafiəsi naziri
    Sahil Babayev
    Göygöl Göygöl, Daşkəsən 23
    15. Gənclər və idman naziri
    Fərid Qayıbov
    Şəmkir Şəmkir, Gədəbəy 23
    16. İqtisadiyyat naziri
    Mikayıl Cabbarov
    Xaçmaz Xaçmaz, Qusar 23
    17. Kənd təsərrüfatı naziri
    Məcnun Məmmədov
    Goranboy Goranboy, Naftalan, Xocalı 23
    18. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri
    Saleh Məmmədov
    İsmayıllı İsmayıllı, Ağsu 23
    19. Baş prokuror
    Kamran Əliyev
    Şəki Şəki, Mingəçevir, Oğuz 27
    20. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
    Bahar Muradova
    Siyəzən Siyəzən, Xızı 27
    21. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri
    Zaur Əliyev
    Şəmkir Şəmkir, Gədəbəy 27
    22. Energetika naziri
    Pərviz Şahbazov
    Hacıqabul Hacıqabul, Şirvan, Salyan, Sabirabad, Kürdəmir 29
    23. Mədəniyyət naziri
    Adil Kərimli
    Astara Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı 29
    24. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
    Mürsəl İbrahimov
    Gədəbəy Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax 29
    25. “Azərişıq” ASC-nin sədri
    Vüqar Əhmədov
    Xaçmaz Xaçmaz, Qusar 29
    26. “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən
    İlham Mirzəliyev
    Qəbələ Qəbələ, Oğuz, İsmayıllı 29
    27. Fövqəladə hallar naziri
    Kəmaləddin Heydərov
    Ağdaş Ağdaş, Göyçay 30

     
    Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

  • Rusiya gəmisi Finlandiyanın ərazi sularını pozub

    Rusiya gəmisi Finlandiyanın ərazi sularını pozmaqda şübhəli bilinir.

    APA xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda bildirilib ki, bu gün günorta saatlarında Finlandiya körfəzinin şərqində Finlandiyanın dəniz ərazisi sərhədləri Rusiya gəmisi tərəfindən pozulub.

    Nazirlik xatırladıb ki, iyunun 10-da Rusiyanın dörd təyyarəsi Loviisa və Porvoo sahilləri yaxınlığında Finlandiyanın hava məkanını pozub.

    “Yle” agentliyi isə Finlandiya Sərhəd Mühafizəsinə istinadən bildirib ki, bu, Rusiyanın Baltik Dəniz Donanmasının “Mixail Kazansky” tədqiqat gəmisidir. Gəmi Finlandiyanın xarici ərazi sularını Hamina şəhərinin cənubundan keçib.

    “Sərhəd Mühafizəsi faktla bağlı Cinayət Məcəlləsinin ərazi pozuntusu kimi araşdırma aparır. Cinayəti törətməkdə hələlik kimliyi məlum olmayan gəmi kapitanı şübhəli bilinir”, – “Yle” bildirib.

  • DİN əməliyyat keçirib, saxlanılanlar var

    Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin kultivasiyası və dövriyyəsi ilə məşğul olan, eləcə də dələduzluq yolu ilə vətəndaşların maddi vəsaitini ələ keçirən şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

    Bu barədə “Report”a DİN-dən məlumat verilib.

    Bildirilib ki, tədbirlər zamanı saxlanılan 3 nəfərin hər birindən “Kalaşnikov” avtomatı, daraqlar və 103 ədəd patron aşkarlanıb.

    İdarə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Diyanət Ağadadaşov, Tərlan Cəfərov, tanışı Aygün Hacıyeva və Məhəmməd Abuşov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 26 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin, eləcə də 51 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.
    M.Abuşovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla yanaşı özünü dövlət orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların maddi vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən edilib.

    Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

  • Kamilədən polkovnik atasına: “Məni yalnız anam böyüdüb” – FOTO

    Rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyeva atası, Krım Dəniz Piyadaları İttifaqının sədri, polkovnik Valeri Ramazanovun müsahibəsinə cavab verib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə o, “Telegram” kanalında paylaşım edib.

    “Məni yalnız anam böyüdüb, gələcəyim üçün narahat olub. Yalnız o, mənim əsl və sevimli ailəmdir”, – Vəliyeva yazıb.

    Qeyd edək ki, yanvarın 29-da İman Arbitraj Məhkəməsi (CAS) Vəliyevanı dopinqdə təqsirli bilib və idmançını diskvalifikasiya edib. O, 2025-ci ilin dekabrına qədər turnirlərdə iştirak edə bilməz. Həmçinin dövlət konkisürmə meydançalarında məşq edə bilməz.

    Fevralın 7-də CAS Vəliyevanın işində əsaslandırmanı dərc edib. Qadağan olunmuş trimetazidinlə yanaşı, skaterin qanında icazə verilən üç maddə aşkar edilib. Bunlar ekdisteron, hipoksen və L-karnitin, həmçinin 50-dən çox əlavələrdir.

    Fiqurlu konkisürən komanda yarışında Rusiya və Avropa çempionatlarının qızıl medalından, habelə Pekində keçirilən Olimpiya Oyunlarının qızıl medalından məhrum edilib. Rusiya komandası bürünc, ABŞ qızıl, Yaponiya isə gümüş medal qazanıb.

  • Rusiya müdafiə nazirinin sabiq müavini saxlanılıb

    Rusiya müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov saxlanılıb.

    Bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

    General korrupsiya işi ilə saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib.

    Qanunsuz fəaliyyətə şərait yaradan səbəb və şəraitin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Bulqakov rus ordusunun maddi-texniki təminatına cavabdeh olub.

    2022-ci ilin sentyabrında başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

    ///apa