Month: July 2024

  • “Azərbaycan Ordusuna atəş açmağı mən əmr etdim”

    Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan 2021-ci ildə baş verən toqquşmalara görə məsuliyyət daşıdığını dolayısı ilə etiraf edib.

    Axar.az xəbər verir ki, bu barədə Karapetyan sosial şəbəkə hesabında yazıb.

    O bildirib ki, Azərbaycan Ordusuna atəş açmaq əmrini verdiyini təsdiqləyib:

    “Bəli, sərhədi qanunsuz pozan düşmənə atəş açmaq əmri vermişəm. Bəs bu əmr olmasaydı, əsgərim necə qoruna bilərdi?”

    O iddia edib ki, sərəncamı Paşinyanın xoşuna gəlməyib və onu dərhal vəzifədən azad edib.

    Qeyd edək ki, Karapetyanın çox böyük ehtimalla 13 noyabr 2021-ci ildə Qarabağdakı separatçı-terrorçu tör-töküntülərinin Azərbaycan əsgərinə qarşı təxribatı ilə başlayan, daha sonra isə Ermənistan ordusunun sərhəddə Ordumuza qarşı atəş açması ilə davam edən toqquşmanı nəzərdə tutur. Belə ki, separatçı-terrorçulara “yardım üçün” sərhəddə atəşi pozmağa başlayan Ermənistan ordusuna 15-16 noyabrda ağır zərbə vurulmuş və düşmən susmağa məcbur olmuşdu. Məhz həmin gün də Karapetyan vəzifədən alınmışdı.

  • Biləsuvarda yeraltı qaz kəməri zədələnib, iki kənd qazsız qalıb

    Biləsuvar rayonunda internet xətti çəkilən zaman yeraltı qaz kəmərinin zədələnməsi nəticəsində iki kənd qazsız qalıb.

    Rayonun Səmədabad kəndi ərazisində internet xətti çəkilən zaman yeraltı qaz kəməri zədələnib.

    Bununla əlaqədar Səmədabad və Arazbarı kəndlərinin ümumilikdə 600 abonentinin qaz təchizatı dayandırılıb.

  • “Qarabağ”ın futbolçusu əməliyyat olunacaq

    “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı əməliyyat olunacaq.

    Bunu “Report”a açıqlamasında Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev deyib.

    Klub rəsmisi futbolçunun zədəsi haqqında danışıb:

    “Musa Qurbanlı Cəbəllütariqə getməmişdən öncə Avstriyada keçirilən son yoxlama oyununda menisk nahiyəsindən zədələnmişdi. O, yəqin ki, qarşıdakı bir-iki gün ərzində əməliyyat oluncaq. Komandaya isə 4-6 həftəyə dönəcək”.

    Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”a bu yay İsveçin “Yurqorden” klubundan transfer olunub. 22 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

  • Qusarda 23 km uzunluğa malik avtomobil yolunun asfaltlanmasına başlanılıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən, 23 km uzunluğa malik Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun asfaltlanmasına başlayıb.

    Median.Az agentliyə istinadən xəbər verir ki, yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib.

    10 km hissəsi yararsız asfalt, 13 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub.

    Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi aparılıb. Artıq yolun 13 km-lik hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Hazırda yolun digər hissəsinə yeni asfalt-beton örtüyününün döşənməsi işləri davam etdirilir.

    Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

  • Ərdoğan: Yunanıstanın bütün addımlarını izləyirik

    Yunanıstanın bütün addımlarını izləyirik.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

    O bildirib ki, Türkiyə lazım gələndə müdaxilələr də edir.

    R.T.Ərdoğan qeyd edib ki, Türkiyə bütün ölkələrlə dostluğu möhkəmləndirməyə, dostlarının sayını artırmağa çalışır: “Uzadılan heç bir əli havada saxlamırıq”.

    Qeyd edək ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias daha əvvəl bildirmişdi ki, onlar bir gecə qəfil F-35 qırıcı təyyarələri ilə Ankaraya gedə bilərlər.
    //report

  • МОК: Зимние Олимпийские игры 2030 года пройдут во французских Альпах

    Французские Альпы станут местом проведения XXVI зимних Олимпийских игр 2030 года.

    Как передает Median.Az со ссылкой на Euronews, об этом стало известно по итогам голосования на 142‑й сессии Международного олимпийского комитета (МОК) в Париже в среду.

    “Дорогие французские коллеги, согласно решению участников сессии МОК, XXVI зимние Олимпийские игры пройдут во французских Альпах”, – заявил глава МОК Томас Бах.

    Отмечается, что заявка от Франции была единственным кандидатом и представляет собой проект, в центре которого – горнолыжные курорты во французских Альпах и ледовые спортивные объекты в прибрежном городе Ницца.

  • 2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək

    2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.

    Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında açıqlama verib.

    Bunun üçün Fransa hökuməti olimpiadanın keçirilməsinə təminat verməlidir. Həmçinin üç region – Evian, Ron-Alp və Provans-Alp arasında Fransa hökuməti ilə razılaşmanın təsdiqlənməsi təmin olunmalıdır. Fransa nümayəndə heyəti bu tələblərin hökumətin lazımi vəziyyətdə olduğu zaman həyata keçiriləcəyini təsdiqləyib.

    Zəmanətlərin verilməsi üçün bu il dekabrın 31-i son tarix kimi təyin olunub.

  • Türkiyə ordusu Suriyada PKK/YPG-nin üç üzvünü öldürüb

    Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, Suriyadakı “Zeytin dalı” əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının üç üzvü öldürülüb.

    Vurğulanıb ki, Türkiyə ordusu terroru məhv etməkdə qətiyyətlidir.

  • Опубликован список лучших футболистов XXI века

    Опубликован список лучших футболистов XXI века по версии американского спортивного портала ESPN.

    Как сообщает Median.Az со ссылкой на ESPN, список возглавил игрок сборной Аргентины Лионель Месси.

    Звезда сборной Португалии и саудовского клуба “Аль-Наср” Криштиану Роналду занял второе место, а бывший нападающий сборной Франции Тьерри Анри – третье.

    Игрок сборной Бразилии Неймар занял 20-е место.

  • XXI əsrin ən yaxşı futbolçularının siyahısı açıqlanıb

    XXI əsrin ən yaxşı futbolçularının siyahısı açıqlanıb.

    İlk pilləyə Argentina yığmasının futbolçusu Lionel Messi layiq görülüb.

    Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzu Kriştianu Ronaldu ikinci, Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri isə üçüncü olub.

    Braziliya millisinin futbolçusu Neymar 20-ci yerə layiq görülüb.