Month: July 2024

  • Признание, из-за которого мужчина сбросил жену из окна – ВИДЕО

    Распространились снятые до инцидента кадры Айшан Кязымовой, которую вчера муж сбросил из окна многоэтажного здания в Хырдалане.

    На эксклюзивных кадрах, полученных Oxu.Аz, женщина, отвечая на вопросы своего мужа Гусейна, признается в измене.

    Предположительно, после этого Гусейн сбросил её из окна.

    Отметим, что А.Кязымова была госпитализирована и скончалась в больнице.

  • Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş – Son görüntüləri yayıldı (VİDEO)

    Xırdalanda əri tərəfindən çoxmərtəbəli yaşayış binasının pəncərəsindən atılan qadının son görüntüləri yayılıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə Hüseyn Kazımovun arvadı Ayşən Kazımovanı xəyanətlə bağlı sorğu-sual etməsi öz əksini tapıb. Videoda mərhum ərinə xəyanət etdiyini etiraf edib.

    Bu videodan sonra Hüseyn arvadını pəncərədən atıb. Hadisə nəticəsidə A.Kazımova ölüb.

  • Стало известно о состоянии пострадавшей во время инцидента с участием Агададаша Агаева

    Инцидент с участием народного артиста Агададаша Агаева, вступившего в рукопашную с охранником клиники MedEra Hospital, расположенной в Бинагадинском районе столицы, вызвал широкий резонанс в обществе.

    Утверждается, что певец, перенесший несколько дней назад операцию на ухе, попросил охранника вызвать медсестру, однако получил отказ. Именно по этой причине и разгорелся конфликт.

    На распространившихся кадрах запечатлено, как сначала А.Агаев метнул в охранника топор, после чего последний избил его.

    Топор повредил ногу Назакет Пашаевой, работающей уборщицей в клинике.

    KONKRET.az связался с MedEra Hospital, чтобы узнать о состоянии здоровья пострадавшей.

    Юрист медучреждения Хейранса Бабаева сообщила, что Н.Пашаева лечится на дому.

    “Состояние нашей сотрудницы удовлетворительное. По словам врачей, ее здоровье в течение недели должно прийти в норму. Из-за травмы ноги ей трудно ходить, она хромает. Лечение продолжается в домашних условиях. Травма не тяжелая”, – отметила она.

    Юрист также внесла ясность в вопрос о возможности подачи Н.Пашаевой иска о компенсации.

    “Сейчас пока рано что-либо говорить по поводу иска. Эту тему следует обсудить на уровне руководства. Только после этого можно сказать что-то определенное”, – заявила Х.Бабаева.

  • Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının vəziyyəti necədir?

    Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonu ərazisində yerləşən “MedEra” klinikasının mühafizəçisi ilə əlbəyaxa olması gündəmin əsas mövzusuna çevrilib.

    İddia olunur ki, bir neçə gün əvvəl qulağından əməliyyat olunan xalq artisti “MedEra”nın gözətçisindən tibb bacısını çağırmasını xahiş etsə də, qarşı tərəfin bundan imtina etməsi mübahisəyə səbəb olub. Tərəflər arasındakı gərginlik də məhz bu səbəbdən yaranıb. Daha sonra mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib.

    Yayılan görüntülərdə əvvəlcə Ağadadaş Ağayevin gözətçiyə tərəf balta atdığı, daha sonra isə mühafizəçi tərəfindən döyüldüyü əks olunub.

    Ağadadaş Ağayev tərəfindən atılan balta klinikada xadimə işləyən Nəzakət Paşayevanın ayağını yaralayıb.

    Nəzakət Paşeyavanın səhhəti ilə bağlı son durumu öyrənmək məqsədilə KONKRET.az “MedEra” klinikası ilə əlaqə saxlayıb:

    Klinikanın hüquqşünası Xeyransa Babayeva bildirib ki, Nəzakət Paşayeva evində müalicə alır:

    “Səhhəti normaldır. Həkimlərin dediyinə görə, onun səhhəti 1 həftə ərzində normala dönməlidir. Ayağından xəsarət aldığı üçün yeriməsində çətinlik yaşayır, axsayır. Xəstəxanada deyil, müalicəsi ev şəraitində davam etdirilir. Aldığı xəsarət ağır deyil”.

    Hüquqşünas Nəzakət Paşayevanın təzminat davası aça biləcəyi ehtimalına da aydınlıq gətirib:

    “İndi təzminat iddiası ilə bağlı nəsə demək üçün tezdir. Bu mövzu rəhbərlik səviyyəsində müzakirə edilməlidir. Yalnız bundan sonra dəqiq nəsə demək olar”.

  • “Qarabağ” – “Linkoln” matçının hakimləri dəyişdirildi

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllüttariq) matçının hakimləri dəyişdirilib.

    Görüşü Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.

    Baş hakim Yakob Sundberqə Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.

    Qeyd edək ki, bundan əvvəl oyuna ukraynalı hakimlər təyinat almışdılar. Cavab qarşılaşması iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.

    Xatırladaq ki, Cəbəllüttariqdə baş tutan ilk qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

  • Çimərlik mövsümü başlayandan suda boğulanların sayı AÇIQLANDI

    Bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumilikdə 30 müraciət qeydə alınıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    Qeyd olunub ki, müraciətlərdən 27-si kişi, 3-ü qadın ilə bağlı olub:

    “Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb”.

    Xatırladaq ki, iyunun 15-dən ölkədə çimərlik mövsümü başlayıb.

  • УЕФА открыл дело против Мораты и Родри

    Союз европейских футбольных ассоциаций (УЕФА) открыл дисциплинарное дело в отношении испанских футболистов Альваро Мораты и Родри за песню, в которой оспаривалась государственная принадлежность Гибралтара.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает пресс-служба УЕФА.

    Инцидент произошел 15 июля в Мадриде во время празднования победы сборной Испании на чемпионате Европы по футболу. 16 июля Футбольная ассоциация Гибралтара сообщила о решении направить жалобу в УЕФА.

    “Дисциплинарное производство было возбуждено в соответствии со статьей 55 дисциплинарного регламента УЕФА против Родриго Эрнандеса и Альваро Мораты за поведение во время презентации трофея чемпионата Европы 2024 года в Мадриде 15 июля”, – говорится в заявлении УЕФА.

  • UEFA Rodri və Alvaro Moratanı cəzalandıracaq

    UEFA İspaniya millisinin üzvləri Rodri və Alvaro Moratanı cəzalandıracaq.

    Median.Az Skysports.com-a istinadla xəbər verir ki, buna səbəb onların çempionluğu qeyd edərkən Cəbəllüttariqə ərazi iddiası edən mahnı oxumasıdır.

    Buna görə də adıçəkilən ölkə UEFA-ya şikayət edib. Hazırda araşdırma gedir və qurum yaxın günlərdə qərarını açıqlayacaq.

    Xatırladaq ki, ispanlar qitə turnirinin finalında İngiltərəyə 2:1 hesabı ilə qalıb gəliblər.

  • Могут ли Агададаша Агаева лишить звания “Народный артист”?

    Инцидент с участием народного артиста Агададаша Агаева вызвал широкий общественный резонанс.

    Пользователи соцсетей крайне негативно отреагировали на действия певца, некоторые даже потребовали лишить его почетного звания. Возникает вопрос: действительно ли А.Агаева могут лишить звания “Народный артист”?

    Как пишет Modern.az, почетное звание в Азербайджане присваивается Президентом по личной инициативе, а также по рекомендации Милли Меджлиса и Кабинета министров.

    Согласно положению, лицо, получившее почетное звание, может быть лишено его в двух случаях:

    1. Лицо, получившее почетное звание, осуждено за тяжкое или особо тяжкое преступление;

    2. Лицо, получившее почетное звание, совершает действия, которые его порочат.

    Отметим, что в настоящее время проводится расследование в связи с происшествием с участием А.Агаева. После завершения следственных действий дело будет рассмотрено в суде.

  • Ağadadaş Ağayev “Xalq artisti” adından MƏHRUM EDİLƏ BİLƏR?

    Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimaiyyət arasında ciddi rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib.

    Sosial şəbəkələrdəki müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi “Xalq artisti” adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.

    Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin (“MedEra” hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.

    İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.

    DİN fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını bəyan edib. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb olunublar, istintaq hərəkətləri davam etdirilir.

    Hadisə zamanı müğənnini döyən gözətçinin hərəkətlərini pisləyənlər də çoxdur və ictimaiyyət olaya gerçək hüquqi qiymət verilməsini gözləyir.

    Fəxri ad daşıyan Ağadadaş Ağayevin isə qeyri-etik davranışı və qınaq obyektinə çevrilməsi müğənnini hədəfə çevirib.

    Bəs Ağadadaş Ağayevin “Xalq artisti” fəxri adı onun əlindən alına bilərmi?

    Modern.az-ın məlumatına görə, Azərbaycanda fəxri ad fərdi təşəbbüslə, habelə Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə Prezident tərəfindən verilir.

    Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da təqdim oluna bilər. Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.

    Bəs fəxri ada layiq görülən şəxs hansı hallarda ondan məhrum edilə bilər?

    Əsasnaməyə görə, fəxri ad almış şəxs iki halda ondan məhrum edilə bilər:

    1. Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda;
    2. Fəxri ad almış şəxs onu ləkələyən xəta törətdikdə.

    Cinayət məsuliyyətinə cəlb edilən müğənni Ağadadaş Ağayevlə bağlı istintaq hərəkətləri yekunlaşandan sonra işə məhkəmədə baxılacaq.