Month: July 2024

  • Акцизная ставка на электронные сигареты увеличена в 8 раз

    Акцизная ставка повышена с 14 до 16 манатов за 1 000 единиц изделий, содержащих табак, или восстановленный табак, предназначенный для затяжки без зажигания.

    Это отражено в поправке, внесенной Кабинетом министров в “Акцизные ставки на подакцизные товары, ввозимые на территорию Азербайджанской Республики”.

    Акцизная ставка повышена с 0.25 до 2 манатов за штуку одноразовых электронных сигарет, кальяна и их заменителей.

    Постановление вступит в силу через 30 дней после публикации.

  • Elektron siqaretlər üçün aksiz dərəcəsi kəskin artırılıb

    Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların aksiz dərəcəsi 1000 ədəd üçün 14 manatdan 16 manata qaldırılıb.

    Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.

    Birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin aksiz dərəcəsi bir ədəd üçün 0.25 manatdan 2 manata qaldırılıb.

    Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

  • Экс-кандидат в депутаты Милли Меджлиса арестован за мошенничество – ФОТО

    Арестован экс-кандидат в депутаты Милли Меджлиса, юрист Вугар Мамедов. В 2020 году он выдвигал свою кандидатуру от 109-го Балакенского избирательного округа.

    Согласно полученной Qafqazinfo информации, В.Мамедов обвиняется в мошенничестве в отношении пяти человек.

    Бывший кандидат в депутаты дал потерпевшим ложные обещания о том, что устроит их родственников на работу в государственные учреждения, поможет приватизировать земельные участки и смягчить наказания заключенным. Согласно обвинению, он присвоил у потерпевших в общей сложности 173 600 манатов.

    В.Мамедов, который также занимался реализацией пиявок, не считает себя виновным и заявляет, что показания потерпевших – клевета. Одного из потерпевших – Сарвана Алыева он знает лично еще со времен проведения избирательной кампании. Так, С.Алыев финансово поддержал кампанию, а В.Мамедов за это обещал помочь ему в оформлении земельного участка.

    По его словам, на его избирательную кампанию в целом пожертвовали 200 000 манатов. Эти деньги были потрачены на аренду избирательного штаба, агитационную работу и др.

    На основании собранных доказательств Вугару Мамедову предъявлено обвинение по статье 178.3.2 (мошенничество в особо крупном размере) Уголовного кодекса АР, в его отношении избрана мера пресечения в виде ареста.

  • Keçmiş deputatlığa namizəd dələduzluğa görə həbs edilib – FOTO

    2020-ci ildə Milli Məclisə növbədənkənar seçkidə 109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd olmuş Vüqar Məmmədov həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ixtisasca hüquqşünas olan Vüqar Seyfulla oğlu Məmmədov 5 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

    Keçmiş deputatlığa namizəd zərərçəkmişlərə yaxınlarını dövlət qurumlarında işə düzəldəcəyi, torpaq sahələrinin özəlləşdirilməsinə və həbsdə olan şəxsin cəzasını yüngülləşdirməsinə dəstək göstərəcəyi barədə yalan vədlər verib. İttihama görə, o, zərərçəkmişlərin ümumilikdə 173 min 600 manat pulunu ələ keçirib.

    Zəli biznesi ilə də məşğul olmuş V.Məmmədov özünü təqsirli bilmir, zərərçəkmişlərin ona böhtan atdığını deyir. O, həmin şəxslərdən birini – Sarvan Alıyevi tanıdığını, seçki kampaniyasında könüllü dəstək olmaq üçün namizədə pul verdiyini bildirib. Məqsəd isə deputat seçiləcəyi təqdirdə həmin şəxsə kommersiya məqsədilə torpaq sənədləşdirməyə köməklik göstərilməsi olub.

    Dediyinə görə, seçki kampaniyasında ona fərqli məqsədlərlə 200 min manat ianə ediblər. Həmin pullar da seçki qərargahının icarəyə götürülməsinə, təşviqat işlərinə və digər yerlərə xərclənib.

    Toplanmış sübutlar əsasında Vüqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (təkrar külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

  • Avtomobili ilə “Kürd Amo”nu vurub üstündən keçən şəxs həbs edildi

    “Kürd Amo” ləqəbi ilə tanınan Əhməd Ərəbovu maşınla vuran şəxs həbs edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, cari il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində almış olduğu xəsarətlərdən 1 gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və hazırda ibtidai istintaq Goranboy Rayon Prokurorluğunda davam etdirilir.

    İstintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, hadisə günü T.Şamilov öz avtomobili ilə əvvəlcə Ə.Ərəbovun maşınını arxadan vurub. Ə.Ərəbov avtomobilindən enəndə isə T.Şamilov onu maşını ilə vurub və üstündən keçib.

  • Yabanı halda bitən 7830 kq çətənə bitkisi məhv edilib

    Yabanı halda bitən 7830 kq çətənə bitkisi məhv edilib.

    Polis əməkdaşlarının “Xaşxaş-2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə Tovuz, Xocalı və Göygöl rayonlarının ərazisində yabanı halda bitən ümumilikdə 12 358 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев ознакомился с ходом строительных работ в Парке Победы в Баку – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев ознакомился с ходом строительных работ, проводимых в Парке Победы в Баку.

    Как сообщает АЗЕРТАДЖ, директор компании PMD Projects Нариман Топчубашев проинформировал главу государства о работах, проведенных в парке.

    Распоряжением, подписанным Президентом Ильхамом Алиевым 3 декабря 2020 года, было поручено создать в Баку Мемориальный комплекс Отечественной войны и Музей Победы с целью демонстрации общественности беспримерного героизма азербайджанского народа в Отечественной войне и одержанной им исторической Победы, увековечения светлой памяти наших шехидов. Сразу же после распоряжения был подготовлен проект Мемориального комплекса Отечественной войны и Музея Победы, начались строительные работы.

    Отметим, что 27 сентября 2023 года – в День памяти – Президент Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева посетили в Баку строящийся Парк Победы. Они ознакомились с проводимой здесь работой.

    Парк Победы, создаваемый на проспекте 8 Ноября, охватывает территорию площадью более 9 га.

    На входе в парк будет установлена арка, состоящая из 44 элементов. Она символизирует собой начало пути к Победе. Высота арки, строительство которой еще продолжается, составляет 44 метра, а ширина – 22 метра.

    В переходе к парку будет установлен мемориальный памятник в честь Дня Победы – 8 Ноября. Памятник станет олицетворением Дня Победы и несокрушимого единства. Вокруг него будет разбита озеленительная полоса, воссоздающая узоры и орнаменты карабахских ковров.

    Вход в Музей Победы будет в двух направлениях со стороны парковой зоны. На боковой стене музея, площадь которого составляет 9 200 кв. м, будут написаны имена солдат и офицеров, ставших шехидами в борьбе за территориальную целостность Азербайджана.

    После посещения музея посетители смогут войти в парковую часть. В Парке Победы будут созданы также тематический сад, каскад водопадов, Карабахский мемориальный сквер и общая смотровая площадка. В конце парка планируется построить площадь Флага Свободы.

    Мемориальный сквер будет разбит в конце парка. Тропинка, спускающаяся к этому участку, будет обрамлена высокими бордюрами из цветов и озеленений. На прилегающей к мемориальному скверу территории будут созданы уголки отдыха, установлены скамейки. В центре водного бассейна будет развеваться флаг Азербайджана.







  • İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış oldu – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.

    AZƏRTAC xəbər verir ki, “PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

    Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanılıb.

    Qeyd edək ki, 2023-cü il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlətimizin başçısı və birinci xanım burada görülən işlərlə tanış olublar.

    8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.

    Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.

    Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.

    Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək.

    Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur.

    Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.







  • Захарова: Будущее Южного Кавказа должны определять только страны региона – ВИДЕО

    Будущее Южного Кавказа должны определять только страны региона и соседние государства-партнеры, заявила официальный представитель МИД РФ Мария Захарова на брифинге с журналистами.

    Как передает Median.Az, об этом сообщает NEWS.ru.

    По ее словам, никто извне мира и процветания туда не принесет.

    Ранее Президент Азербайджана Ильхам Алиев заявил, что будущее Южного Кавказа должно быть мирным. Глава государства сказал, что в странах этого региона произошли кардинальные перемены, которые надо осмыслить, и после этого найти пути взаимодействия. Он привел в пример Грузию и Армению, где формируется новая внешнеполитическая повестка.

    Ильхам Алиев до этого объяснил, что неуместное вмешательство нерегиональных стран в дела республик Южного Кавказа никогда не приносило и не принесет пользы. Президент отметил, что руководителям стран, находящихся в тысячах километров от региона, следует выстраивать диалог для достижения каких-либо результатов.

  • Zaxarova: “Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazda təhlükəsizlik təminatının ilkin şərtidir” – VİDEO

    “Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsi üçün zəruri ilkin şərt kimi qiymətləndirir”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru-nun jurnalistinin sualını cavablandırarkən deyib.

    O qeyd edib ki, Cənubi Qafqazın gələcəyini yalnız region ölkələri və qonşu tərəfdaş dövlətlər müəyyən etməlidirlər.

    Zaxarovanın sözlərinə görə, kənardan heç kim regiona sülh və firavanlıq gətirməyəcək.