Month: July 2024

  • Şəmkirdə 72 yaşlı kişini avtomobil vuraraq öldürüb

    Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərində bankların birinin yaxınlığında qeydə alınıb.

    Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 1952-ci il təvəllüdlü Məhəmməd Əzimovu “Opel” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Пашинян примет решение об участии Армении в COP29 в Азербайджане

    Премьер-министр Армении Никол Пашинян собирается в августе созвать пресс-конференцию, где коснется вопроса приглашения Армении принять участие на конференции ООН по изменению климата COP29, которая пройдет в Баку 11-22 ноября.

    Об этом газете “Грапарак” сообщили в Управлении информации и по связям с общественностью правительства.

    “Мы направили правительству письменный запрос с просьбой сообщить, когда армянская сторона получила приглашение. Мы спросили, собирается ли премьер-министр Армении поехать в Баку и принять участие в конференции COP-29”, – пишет издание.

  • Paşinyan Azərbaycanda keçiriləcək COP29-da iştirak edəcək?

    Ermənistanın baş naziri Nikol Paşinyan avqustda mətbuat konfransı keçirməyə hazırlaşır. O, konfransda ölkəsinin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransında iştiraka dəvət məsələsinə toxunacaq.

    Bu barədə “Hraparak” qəzetinə hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    “Biz hökumətə dəvəti nə zaman aldığı barədə yazılı sorğu göndərmişik. Həmçinin, Ermənistanın baş nazirinin Bakıya gedərək COP-29 konfransında iştirak edib-etməyəcəyini də soruşmuşuq”, – qəzet yazıb.

  • Leysan yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında iyulun 24-ü axşamdan 25-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Vurğulanıb ki, Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var.

    Bildirilib ki, Azərbaycanın rayonlarında iyulun 24-ü gündüz dağlıq ərazilərdən başlayaraq 26-sı axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Qarabağa avtobus reyslərinə avqust ayı üçün biletlər satışa çıxarılacaq

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə avqust ayı üçün biletlər 25 iyul saat 11:00-da satışa çıxarılacaq.

    Bu barədə Oxu.Az-a AYNA-dan bildirilib.

    Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

    Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün portal müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

    Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bileti yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş istifadə edə bilər. Biletlər alındıqdan sonra başqa şəxsə ötürülməsi mümkün deyil.

    Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 765 reys həyata keçirilib, 31 067 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

  • Bakıda narkotiklərin satışını təşkil edən şəxslər saxlanıldılar

    Nəsimi Rayon Polis İdarəsinə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər barədə əməliyyat məlumatları daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər – əvvəllər narkotiklə bağlı cinayətlərə görə məhkum olunmuş 1989-cu il təvəllüdlü Səbuhi Abasov və 2000-ci il təvəllüdlü Vüqar İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

    Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

  • В Азербайджане в гараже найдены тела мужчины и женщины

    В Губинском районе трагически погибли мужчина и женщина.

    Прошлой ночью Мехъяддин Мамедов (1987 г.р.) и Айсель Азизова (1992 г.р.) встретились и заехали на легковом автомобиле в гараж.

    Оба они отравились угарным газом, который попал в автомобиль через внешнюю циркуляцию автомобильного кондиционера. Их тела были обнаружены утром.

    Сообщается, что М.Мамедов был холост, а А.Азизова – в разводе. У неё остались двое детей.

    По данному факту в прокуратуре Губинского района ведется расследование.
    //oxu.az

  • Azərbaycanda qarajda görüşən qızla oğlan faciəli şəkildə öldülər

    Qubada iki nəfər faciəli şəkildə ölüb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, gecə saatlarında 1987-ci il təvəllüdlü Mehyəddin Məmmədov və 1992-ci il təvəllüdlü Aysel Əzizova qarajda olan minik avtomobilində görüşüblər.

    Avtomobilin kondisionerin işlək vəziyyətdə olması qarajda dəm qazının yığılmasına və faciəyə səbəb olub. Hər iki şəxsin meyiti səhər saatlarında aşkarlanıb.

    M.Məmmədov subay, A.Əzizova isə əvvəllər evli olub, iki övladı var.

    Faktla əlaqədar olaraq Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

  • На одной из улиц Баку ограничено движение транспорта

    В Баку в связи с ремонтными работами на дорогах движение транспортных средств ограничено на улице Ахмеда Раджабли (участок от улицы Тебриза до улицы Фатали хана Хойского).

    Об этом Median.Az сообщает со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта.

    Согласно информации, из-за введенного ограничения движение регулярных автобусных маршрутов №2, 5, 9, 11 и 24 организовано альтернативно через улицы Ага Нейматуллы, Улугбека, Фатали хана Хойского и Фаига Юсифова.

  • Bakının bir küçəsi bağlandı, bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

    Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar bu gün Əhməd Rəcəbli küçəsində (Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, tətbiq edilən məhdudiyyətlə əlaqədar 2, 5, 9, 11 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ağa Nemətulla küçəsi, Uluqbəy küçəsi, Fətəli xan Xoyski küçəsi və Faiq Yusifov küçəsi ilə təşkil edilib.