Газоснабжение некоторых районов Мингячевира приостановят на несколько часов.
Как сообщает Report, в связи с испытанием газопроводов среднего давления на плотность, сегодня с 10:00 до завершения работ будет приостановлена подача газа в “Аз. ТЭС”, жилой массив овощеводческого совхоза, поселок Ени Хаят.
Month: July 2024
-
Будет приостановлена подача газа в Мингячевир
-
Mingəçevirdə qazın verilişi dayandırılacaq
Mingəçevir şəhərinin bəzi ərazilərində bir neçə saatlıq qazın verilişi dayandırılacaq.
“Report”un məlumatına görə, bu gün saat 10:00-dan ortatəzyiqli daşıyıcı qaz kəmərlərinin kipliyə sınanması məqsədilə şəhərin “Az.İES”, Tərəvəzçilik sovxozu yaşayış massivi, Yeni Həyat qəsəbəsində qazın təchizatında fasilə olacaq.Qeyd edək ki, qazın verilişi görülən işlər başa çatdıqdan sonra bərpa olunacaq.
-
Состоялись политические консультации между МИД Азербайджана и России
23 июля 2024 года в Москве состоялся очередной раунд политических консультаций между Министерством иностранных дел Азербайджанской Республики и Министерством иностранных дел Российской Федерации.
Как сообщили в МИД Азербайджана, с азербайджанской стороны делегацию на консультациях возглавлял заместитель министра иностранных дел Самир Шарифов, а с российской – заместитель министра иностранных дел РФ Михаил Галузин.“Состоялся широкий обмен мнениями о текущем состоянии и перспективах развития азербайджано-российского двустороннего сотрудничества, международных и региональных вопросах, стоящих на повестке и представляющих взаимный интерес.
На встрече с удовлетворением было подчеркнуто, что политический диалог на высоком уровне, основанный на взаимном доверии между лидерами двух стран и формирующий двустороннюю повестку, является основой союзнического взаимодействия между государствами.
В ходе политических консультаций между двумя странами также были обсуждены вопросы сотрудничества в рамках экономических, торговых, культурно-гуманитарных, международных и региональных организаций и форматов, рассмотрена двусторонняя договорно-правовая база и рассматриваемые проекты.
В тот же день состоялась встреча между заместителем министра иностранных дел Азербайджана Самиром Шарифовым и заместителем министра иностранных дел России Александром Грушко. В ходе встречи состоялся обмен мнениями по вопросам международной и региональной безопасности, а также по вопросам сотрудничества в рамках региональных форматов, в которых участвуют обе страны.
Кроме того, на встрече между С.Шарифовым и специальным представителем президента Российской Федерации, главой российской делегации на переговорах по вопросам Каспийского моря Михаилом Петраковым было обсуждено текущее состояние и динамика развития сотрудничества по каспийским вопросам”, – говорится в сообщении ведомства.
-
Azərbaycan və Rusiya arasında siyasi məsləhətləşmələr aparılıb
İyulun 23-də Moskva şəhərində Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.Bildirilib ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik ediblər.
Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkə liderləri arasında qarşılıqlı etimada əsaslanan və ikitərəfli gündəliyi formalaşdıran yüksəksəviyyəli siyasi dialoqun dövlətlər arasında müttəfiqlik qarşılıqlı fəaliyyətin əsasını təşkil etməsi məmnunluqla vurğulanıb.
Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında, həmçinin, iqtisadi-ticarət, mədəni-humanitar, eləcə də beynəlxalq və regional təşkilatlar və formatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub, ikitərəfli müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr nəzərdən keçirilib.
Həmin gün nazir müavini Samir Şərifov ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında da görüş keçirilib. Görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri, eləcə də hər iki ölkənin iştirak etdiyi regional formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, S.Şərifov ilə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər dənizi məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov arasında keçirilmiş görüşdə Xəzər məsələləri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf dinamikası müzakirə olunub.
-
Bu rayonda işıq olmaycaq
Sabah Mingəçevir şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılacaq.
Median.Az xəbər verir ki, 35/6 kv-luq “Karxana” yarımstansiyasından çıxan 6 kv-luq 18 saylı elektrik hava xəttinə təhlükə törədən ağac budaqlarının budanması məqsədilə sabah saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar, M.Maqomayev və digər küçələrdə elektrik enerjisinin verilişində fasilə olacaqdır.
Aidiyyəti idarədən bildirilib ki, işlər başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.
-
Ağadadaş Ağayevin “balta insidenti” ilə bağlı YENİ MƏQAMLAR: “Qulağına 6 tikiş qoyulub…”

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev “Medera” klinikasının mühafizəçisi ilə əlbəyaxa olub. Hadisə nəticəsində Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta klinikada çalışan xadiməni yaralayıb.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkədə yeni detallar paylaşıb.
O bildirib ki, hadisə bu gün yox, dünən – 22 iyulda səhər saatlarında baş verib:
“Sadəcə, xəbər bu gün “partladı”. Hadisənin gecəsi isə Ağadadaş Ağayev məhz “Medera”da əməliyyat olunub. Ağadadaş Ağayev “Medera” ilə çox yaxın məsafədə yerləşən, özünə məxsus olan “Büsat” şadlıq evinin həyətində ikimərtəbəli ev tikib, orada yaşayır.
Hadisənin baş verdiyi günün gecəsi Xalq artisti içkili vəziyyətdə öz evində yıxılır və qulağını zədələyir. Onu gətirirlər “Medera”ya və gecə qulağına 6 tikiş qoyurlar. Hətta MRT olunur. Əməliyyatı da əslən Masallıdan olan bir həkim edib. Bildirilir ki, bütün bunların müqabilində Ağadadaş Ağayev “Medera”ya 1000 manat pul ödəyir. Səhər baxır ki, qulağında ağrı var, mühafizəçidən xahiş edir ki, evə bir tibb bacısı göndərsin. Nəticədə kobud cavab alır.
Sonrasını da gördünüz”.
-
“Ağadadaş mədəni adamdır, onu hövsələdən çıxarıb” – Nadir Qafarzadə
“Ağadadaş müəllimin görüntülərini gördüm. Heç istəməzdim belə bir şey olsun. Çünki hər zaman tərbiyəli, yerini bilən və ixtisasca müəllimdir. İllərdir sənətdədir və yaşı 70-ə yaxınlaşır. Xəstədir, illərdi Türkiyədə müalicə alıb. Onun özünü böyük kimi aparmasını görmüşəm. Valideynlərimiz deyib ki, böyüklərin hörmətini saxlayın. Səhvi olsa belə, ona hörmət edin. Sakit adamdı, onu necə hövsələdən çıxarıblarsa, bu vəziyyətə düşüb”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə Xalq artisti Ağadadaş Ağayevin dava edərkən yayılan videosuna münasibət bildirərkən deyib. Sənətçi A.Ağayevin xəstə olduğunu, onun əsəblərinin yerində olmadığını bildirib:
“Hətta günah Ağadadaş müəlimdədirsə belə ona nazik davranmaq lazımdır. Hamımız yaşlanacağıq. İnsan hövsələdən çıxıb. Xəstəlikdən sonra travma qala, əsəbləri yerində olmaya bilər. İnsan yavaş-yavaş yaşlanır. Deməyin, balta çəkir. Onu görmədim. Ağadadaş mədəni adamdır, onu hövsələdən çıxarıb. Hörmət edib, ağsaqqala əl qaldırmaq olmaz. İndi müasirlikdir, deyirlər ağsaqqalı da, ağbirçəyi də döymək lazımdır. İndi avtobusda da böyüyə yer vermirlər”.
Ağadadaş müəllim, bu halınıza məyus oldum. Sizi belə görmək istəməzdim.
-
Abşeronda qardaş qardaşı öldürəndən sonra intihar etdi

Abşeronda qardaş qardaşı bıçaqlayaraq öldürüb, daha sonra intihar edib.
APA xəbər verir ki, hadisə Saray MTK-da baş verib.
Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.




