Month: July 2024

  • Польша закупит 150 бронемашин для размещения на границе с РФ и Беларусью

    Польские власти закупят 150 бронеавтомобилей, а также разместят дополнительные беспилотники на границах с РФ и Беларусью в рамках программы “Восточный щит”.

    Об этом сообщило министерство национальной обороны республики в соцсети “X”.

    “Мы начинаем с закупки 150 военных бронеавтомобилей. Мы увеличиваем количество беспилотных летательных аппаратов в вооруженных силах”, – говорится в сообщении ведомства.

    О программе “Восточный щит” впервые сообщил в начале мая премьер-министр Польши Дональд Туск.

    По данным ведомства, власти собираются завершить возведение линии укреплений на границе к 2028 году. Стоимость работ составит 10 млрд злотых (около 2,5 млрд долларов). Непосредственно в приграничной зоне планируется создать противотанковые рвы и минные поля, а также установить противотанковые ежи. Также с 1 августа на границе с Беларусью будут служить 8 тыс. военных, а дополнительные 9 тыс. будут находиться в резерве.

  • Polşa 150 ədəd zirehli avtomobil alacaq

    Polşa hökuməti “Şərq qalxanı” proqramı çərçivəsində 150 ədəd zirehli avtomobil alacaq, o cümlədən Rusiya və Belarusla sərhədlərdə əlavə pilotsuz uçuş aparatları (PUA) yerləşdirəcək.

    Bu barədə Polşa Milli Müdafiə Nazirliyinin “X” hesabında bildirilib.

    “Biz 150 ədəd hərbi zirehli avtomobilin alınmasından başlamaqla Silahlı Qüvvələrdəki PUA sayını da artırırıq”, – məlumatda qeyd olunub.

  • Bakıda avtomobili salondan oğurladılar

    İyulun 22-də Yasamal rayonu ərazisində yerləşən avtosalonların birindən üzərində dövlət qeydiyyat nişanları olmayan “Chevrolet” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Həsənov avtomobillə birgə saxlanılıb.

    Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

  • 50 yaşdan sonra bu qidalara ÜSTÜNLÜK VERİN

    Yaş artdıqca bir çox insan osteoporozla qarşılaşır. Həkimlər 50 yaşdan yuxarı insanların pəhrizə kalsiumla zəngin qidaları, məsələn, göyərti və süd məhsulları daxil etməyi məsləhət görürlər.

    Aparılan araşdırmalara görə, sümük sıxlığı problemi olan insanların müntəzəm olaraq toyuq yumurtası istehlak etməsi son dərəcə vacibdir.

    Araşdırmada 20 mindən çox yaşlı insan iştirak edib. Alimlər 2005-ci ildən 2018-ci ilə qədər olan məlumatları təhlil ediblər.

    Nəticələr göstərib ki, gündə ən azı 100 qram yumurta yeyənlərin (orta hesabla iki yumurtadan bir qədər az) bel və omba nahiyələrində sümük mineral sıxlığı əhəmiyyətli dərəcədə yüksəkdir.

    Alimlər bunu yumurtanın sümükləri gücləndirən fermentin istehsalına töhfə verməsi ilə əlaqələndirirlər. Yumurta kalsiumun daha yaxşı mənimsənilməsi üçün lazım olan D vitamini ehtiva edir.

    Bundan əlavə, yumurta sink, zülal və sümük sağlamlığına ümumi müsbət təsir göstərən bir çox digər minerallarla zəngindir.

    Mütəxəssislər deyirlər ki, ən yaxşı yemək omletdir. İstəsəniz üzərinə bir az göyərti, pomidor və ədviyyatlar əlavə edə bilərsiniz.
    //lent.az

  • Bu smartfon sahibləri peyk rabitəsindən istifadə edə biləcəklər

    Peyk rabitəsi artıq “iPhone”nin 14 və 15 modellərində və bir neçə Çin flaqmanında həyata keçirilib.

    “Google Pixel 9” smartfonları avqust ayında təqdim olunacaq.

    Android Authority resurs mütəxəssisləri Android 15 beta 4 kodunda “Pixel Satellite SOS” haqqında təfərrüatları aşkar ediblər. Bu, mobil şəbəkənin mövcud olmadığı yerlərdə cihazın peyklərlə əlaqə saxlamasına imkan verən təcili peyk rabitəsi funksiyasının adı olacaq.

    Görünür, peyk rabitəsi “Google Mesajlar” vasitəsilə göndərilən mətn mesajları ilə məhdudlaşacaq. Üstəlik, “Apple”ın orijinal təklifi kimi pulsuz olacaq.

    “Google” cihazlarından başqa, “Samsung” da tezliklə “Galaxy” telefonları üçün peyk bağlantısı dəstəyini təqdim etməyə hazırlaşır. Bu onu göstərir ki, peyk rabitəsi tezliklə Android cihazlarında adi seçimə çevriləcək, ancaq yalnız 15-ci versiyaya yenilənənlər.

    Qeyd olunur ki, hələlik mobil rabitənin əhatə olunmadığı yerlərdə fövqəladə hallar xidmətləri ilə əlaqə üçün peyk qoşulmasının funksionallığı məhdudlaşdırılıb. Zamanla o, həmçinin SMS, MMS və bəzi ani mesajlaşmalara, daha sonra isə tam internetə çıxışı təmin etməlidir.
    //lent.az

  • Madonnanın oğlu zibil qutularında çörək axtarır

    Dünya şöhrətli müğənni Madonnanın 18 yaşlı oğlu Devid Banda yemək almağa pulunun olmadığını açıqlayıb.

    Madonna Devid Bandanı 2006-cı ildə 13 aylıq olarkən Malavidəki uşaq evindən övladlığa götürüb.

    18 yaşı tamam olduqdan sonra sevgilisi ilə birlikdə ayrı evə köçən Bandanın çörək almağa belə pulu yoxdur.

    Banda Nyu Yorkun Bronks məhəlləsində ev kirayələyib, Onun sevgilisi 21 yaşlı model Maria Atuestadır. Lakin Madonnanın oğlu düşdüyü vəziyyətdən məmnun görünür. İllərlə var-dövlət içində yaşamış gənc

    “Gecə ac qalmaq və yemək alacaq pulunun olmadığını görüb zibili qarışdırmaq çox gözəldir. Gənc olmaq əyləncəlidir”, – deyib.

    Devid, əlavə pul qazanmaq üçün onlayn gitara dərsləri verdiyini qeyd edib.
    //lent.az

  • Uşağınıza oxumağı nə vaxt öyrətmək lazımdır?

    İndi bir çox insan oxumağı erkən öyrənməyi əhatə edən metodların faydalarından danışır, lakin bütün ekspertlər bu arqumentlərlə razılaşmır. Valideynlər çox vaxt uşağına yalnız yaş göstəricilərinə əsasən oxumağı öyrətməyin vaxtı olduğuna qərar verirlər.

    Bir uşağın oxumağı öyrənməyə hazır olduğunu aydın şəkildə müəyyən etməyin çox sadə üsulları var.

    1. Uşaq yaxşı danışmalıdır.

    2. Bütün səsləri tələffüz etməkdə problem yaşamamalıdır.

    3. Uşaq yaxşı söz ehtiyatı inkişaf etdirdi.

    4. Uşağın özü kitablara maraq göstərməlidir.

    Beləliklə, 4 yaşından əvvəl uşağa ənənəvi üsulla oxumağı öyrətməyə başlamaq sadəcə yersizdir.
    //lent.az

  • Bu tərəvəz bir dəqiqədə şəkəri aşağı salır

    Araşdırmalara görə, kərəviz bir dəqiqə ərzində şəkər səviyyəsini azaltmağa kömək edir.

    Bu tərəvəz həm də xəstəliklərdən qoruyur və ümumi sağlamlığı yaxşılaşdıra bilər.

    Beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, kərəviz qan şəkərinin səviyyəsinə nəzarət etmək üçün əla təbii vasitədir.

    Kərəviz yarpağı ekstraktı istehlakdan 120 dəqiqə sonra qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.

    Bu nəticə yaşlı diabet xəstələrinin qan şəkərinin səviyyəsinə kərəviz yarpağı ekstraktının təsirinin təhlili əsasında hazırlanıb.

    Tədqiqatda prediabet diaqnozu qoyulmuş 60 yaşdan yuxarı yaşlı indoneziyalılar iştirak edib. Könüllülər fərqli pəhrizlərlə iki qrupa bölünüb.

    Birinci qrup 12 gün ərzində yeməkdən 30 dəqiqə əvvəl gündə üç dəfə (səhər, günorta və axşam) 250 mq kərəviz yarpağı ekstraktı qəbul edib. İkinci qrup isə yeməkdən sonra şəkəri aşağı salmaq üçün dərman qəbul edib. Araşdırma nəticəsində məlum olub ki, birinci qrupda yeməkdən sonra qan şəkərinin səviyyəsi 19,5% azalıb.

    Yeməkdən iki saat sonra qan şəkərinin səviyyəsini ölçən postprandial plazma qlükoza testinin nəticələri kərəvizin şəkər səviyyəsini azaltmaqda təsirli olduğunu göstərib. Bu kəşf qan şəkərinin səviyyəsini təbii yolla idarə etmək istəyənlər üçün yeni imkanlar açır.

    Lakin, kərəviz yarpağı ekstraktının müsbət təsirlərinə baxmayaraq, bu, yüksək glisemik indeksli qidaları məhdudiyyətsiz istehlak edə biləcəyiniz demək deyil. Ekstraktı istifadə edərkən belə, qan şəkərinin səviyyəsinə təsir edən həddindən artıq miqdarda şəkər və zərərli karbohidratlardan qaçaraq, bu cür qidaların istehlakını məhdudlaşdırmaq tövsiyə olunur.

    Bundan əlavə, ürək xəstəliyi riskini azaldan antioksidanlar və fitonutrientlərlə ürək sağlamlığını dəstəkləyir. Zədələnmiş hüceyrələri bərpa edir və bədəndəki iltihabı azaldır. Tərkibindəki yüksək vitamin, xüsusilə C vitamini və K vitamini sayəsində immunitet sistemini gücləndirir. Vitamin C immunitet hüceyrələrini dəstəkləyir, K vitamini isə möhkəm sümükləri və sağlam qan dövranını təmin edir.

    Sinir sisteminə təsir edən, stress səviyyəsini azaldan, əhval-ruhiyyəni və yuxu keyfiyyətini yaxşılaşdıran xüsusi maddələr sayəsində sakitləşdirici təsir göstərir.
    //lent.az

  • Azərbaycanda bank kartlarının sayı 19 milyona çatdı

    Ötən ayın sonuna Azərbaycanda banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı may ayında nəzərən 224 min ədəd artaraq 18 milyon 91 min ədəd təşkil edib.

    Median.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

    Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,3% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 21.5%, kredit kartları üzrə 12.6% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 dəfə artıb. 2024-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,103 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,122 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 972 mln. manatı POSterminallar, 7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.5%-ni təşkil etmişdir.

    Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 2.5%, POS-terminalların sayı 19.5% artıb.

  • 66 yaşlı Şeron Stoun… – Fotolar

    Dünyaşöhrətli amerikalı aktrisa Şeron Stoun Fransanın Kann şəhərində “Knights Of Charity” qala mərasimində iştirak edib.

    “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 66 yaşlı ulduz mavi libasda görüntülənib.

    Qırmızı xalçada kamera qarşısına keçən aktrisa qalada fotolar çəkdirib. Stoun libası və tərzi ilə diqqətləri üzərinə çəkib.

    O, geyimini mirvari boyunbağı ilə tamamlayıb.

    Şeron Stounun sözügedən fotolarını təqdim edirik: