Month: July 2024

  • Messi mühüm oyunu buraxacaq

    ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi MLS-də keçiriləcək “All-Star” oyununu buraxacaq.

    Bu barədə ESPN məlumat yayıb.

    Bildirilib ki, buna səbəb hücumçunun Amerika Kubokunun finalında, Kolumbiya ilə qarşılaşmada aldığı zədədir.

    Həmçinin onun komanda yoldaşı Suares də dizindəki narahatlıq səbəbindən oyunda iştirak etməyəcək. Lakin “İnter Mayami”ni təmsil edən “Barselona”nın digər iki keçmiş futbolçuları Serxio Buskets və Jordi Alba bu qarşılaşmada meydana çıxması gözlənilir.

    Qeyd edək ki, iyulun 24-də baş tutacaq “All-Star” matçında Meksika Liqasının və MLS-in ən yaxşı futbolçularından ibarət komandalar üz-üzə gələcək.

  • Ağadadaş Ağayevlə mühafizəçiyə cinayət işi açıldı

    Xalq artisti Ağadadaş Ağayevin iştirak etdiyi dava ilə bağlı cinayət işi açılıb.

    Bu barədə DİN-dən bildirilib.

    Məlumata görə, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.

    Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri — N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

    Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

    Qeyd edək ki, Ağadadaş Ağayevlə əlbəyaxa olan şəxsin “Medera” hospitalın mühafizəçisi olduğu bildirilir.

  • Kriptovalyutaların bazar dəyəri nə qədərdir? – TOP 10

    Hazırda qlobal kriptovalyuta bazarının dəyəri 2,42 trilyon dollar təşkil edir.

    İqtisadiyyat.az bu barədə “İnvesting.com”a istinadən xəbər evrir

    Araşdırmalara görə, ən bahalı kriptovalyuta bitkoindir. Onun bazar dəyəri 1,26 trilyon dollar təşkil edir.

    Bəs digər kriptovalyutaların bazar dəyəri nə qədərdir?

    Kriptovalyuta Bazar dəyəri
    Bitcoin 1,26 trilyon dollar
    Ethereum 410 milyard dollar
    Tether 113 milyard dollar
    BNB 84 milyard dollar
    Solana 72 milyard dollar
    USDC 33 milyard dollar
    XRP 32 milyard dollar
    Toncoin 18 milyard dollar
    Dogecoin 17 milyard dollar
    Cardano 15 milyard dollar

     

  • Aİ-92 markalı benzinin sərfiyyatı artıb? – RƏSMİ AÇIQLAMA

    Son vaxtlar sosial şəbəkələrdə Aİ-92 markalı benzinin sərfiyyatının artması ilə bağlı müzakirələr gedir.

    Sürücülər qiymət artımından sonra yanacaq sərfiyyatının artdığını, aldıqları yanacağın daha tez bitdiyini qeyd edirlər.

    Məsələ ilə bağlı SOCAR-ın Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, yayılan məlumat həqiqəti əks etdirmir.

    “SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir. Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər”, – deyə məlumatda bildirilir.

    Xatırladaq ki, iyun ayının 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 10 qəpik artırılaraq 1,10 manat müəyyən edilib.

  • “Telegram” istifadəçilərinin sayı 50 milyon artıb

    Yaz aylarından bəri “Telegram”dan aktiv istifadə edənlərin sayı 900 milyondan 950 milyona çatıb.

    Bu barədə messencerin həmtəsisçisi Pavel Durov öz “Telegram” kanalında məlumat verib

    Məlumata görə, “Telegram” istifadəçilərinin sayı 50 milyon artıb.
    //iqtisadiyyat.az

  • Bakıda fantastik qiymətə malikanə satışa çıxarıldı (FOTO)

    Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb.

    İqtisadiyyat.az xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.

    Qeyd edilir ki, 10 otaqdan ibarət malikanənin həyətyanı sahəsi 36 sotdur.

    Paytaxtın Həsən Əliyev küçəsində yerləşən bu daşınmaz əmlak nə az, nə çox – 15 000 000 manata təklif olunur.

    Malikanənin sahibinin kimliyi açıqlanmayıb.

  • Şirkət rəhbəri yenidən mənzil dələduzluğunda ittiham olunur

    “Star-M”, “Zamiq”, “Hasil”, “Xəmsə”, “EMZ” və “Şans” MTK-ların rəhbəri Məhərrəm Məhərrəmov barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

    Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Avqustun 5-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Vüqar Quliyevin sədrliyi ilə keçiriləcək.

    İş materiallarına görə, Məhərrəm Məhərrəmov rəhbəri olduğu MTK-lar tərəfindən Bakı şəhərində inşa olunmuş yüksək mərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirib.

    Toplanmış sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

    Məhərrəmov Məhərrəmov başqa cinayət işi üzrə də mühakimə olunur. Həmin cinayət işi də mənzil dələduzluğu ilə bağlıdır. O, 17 mənzili 36 nəfərə satmaqda təqsirləndirilir.

  • Ədalət Şükürovun nümayiş etdirdiyi bağ evinin qiyməti neçədir? (VİDEO)

    Əməkdar artist Ədalət Şükürov sosial şəbəkədə Bilgəhdə yerləşən bağ evini nümayiş etdirib.

    İzləyicilərin əksəriyyəti sənətçinin bağ evinin qiyməti ilə maraqlanıb. Amma sənətçi bağının qiyməti ilə bağlı suallara cavab verməyib.

    Qaynarinfo Əməkdar artistin bağ evinin qiyməti ilə bağlı araşdırma aparıb. Əmlak ekspertləri bağ evinin elə də böyük olmadığını bildirib. Bildirilib ki, evin ərazisi təxminən 300-350 kv.metr, torpaq sahəsi isə təxminən 6 sotdur.

    Ekspertlər müğənninin bağ evinin qiymətinin 500-600 min manat arasında olduğunu vurğulayıb.

  • Определена дата начала операционной деятельности Тюркского инвестфонда

    Операционная деятельность Тюркского инвестиционного фонда (ТИФ) начнется с 1 ноября 2024 года.

    Как передает Median.Az со ссылкой на сообщение фонда, такое решение было принято на заседание Совета директоров ТИФ, состоявшемся в Стамбуле 20 июля.

    “Встреча стала платформой для принятия важнейших решений относительно структуры управления и функционирования фонда, целью которого является содействие экономическому сотрудничеству и инвестициям между тюркскими государствами”, – говорится в сообщении.

    Во встрече приняли участие: исполнительный директор Азербайджанской инвестиционной компании Ульви Мансуров, председатель правления АО “Банк Развития Казахстана” Марат Елибаев, генеральный директор по внешнеэкономическим связям министерства казначейства и финансов Турции Керем Дёнмез, исполнительный директор Фонда реконструкции и развития Узбекистана Шурхат Вафаев, директор Департамента международных экономических отношений министерства национальной экономики Казахстана Саадат Асансеитова, а также генеральный директор ТИФ Рамиль Бабаев.

    “В ходе заседания был принят ряд ключевых решений, в том числе об утверждении Регламента Совета директоров, предварительного административного бюджета ТИФ на 2024 год, политики в области управления финансовыми ресурсами, а также об определении даты начала операционной деятельности фонда и предоставлении генеральному директору фонда права подписи для совершения необходимых операций”, – говорится в информации.

    Участники встречи также приветствовали присоединение Венгрии к Соглашению об учреждении ТИФ.

    “Следующее заседание Совета директоров состоится в начале августа, на котором будут определены дальнейшие организационные и финансовые рамки деятельности ТИФ. В качестве целевой даты начала операционной деятельности ТИФ установлено 1 ноября 2024 года”, – говорится в информации.
    //report

  • Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağı tarix müəyyənləşib

    Türk İnvestisiya Fondu (TİF) bu il noyabrın 1-dən əməliyyat fəaliyyətinə başlayacaq.

    Bununla bağlı qərar TİF-in Direktorlar Şurasının iyulun 20-də İstanbulda keçirilən iclasında qəbul edilib.

    “Görüş türk dövlətləri arasında iqtisadi əməkdaşlığın və investisiyaların təşviqini hədəfləyən fondun idarəetmə strukturu və fəaliyyəti ilə bağlı mühüm qərarların qəbul ediləcəyi platformaya çevrilib”, – məlumatda bildirilib.

    Görüşdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, “Qazaxıstan İnkişaf Bankı” ASC-nin İdarə Heyətinin sədri Marat Elibayev, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin Xarici İqtisadi Əlaqələr üzrə baş direktoru Kerem Dönmez, Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun icraçı direktoru Şurxat Vafayev, Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin direktoru Səadət Asanseitova, eləcə də TİF-in baş direktoru Ramil Babayev iştirak ediblər.

    “İclasda bir sıra mühüm qərarlar, o cümlədən Direktorlar Şurasının reqlamentinin, TİF-in 2024-cü il üçün ilkin inzibati büdcəsinin, maliyyə resurslarının idarə edilməsi siyasətinin təsdiqlənməsi, eləcə də fondun əməliyyat fəaliyyətinin başlama tarixinin müəyyən edilməsi və fondun baş direktoruna zəruri əməliyyatların aparılması üçün imza hüququnun verilməsinə dair qərarlar qəbul edilib”, – məlumatda bildirilib.

    Bundan başqa, iclas iştirakçıları Macarıstanın TİF-in təsis edilməsi haqqında sazişə qoşulmasını alqışlayıblar.

    “Direktorlar Şurasının avqustun əvvəlində keçiriləcək növbəti iclasında TİF-in fəaliyyətinin təşkilati və maliyyə çərçivələri müəyyən ediləcək. TİF-in əməliyyat fəaliyyətinə başlaması üçün hədəf tarix 2024-cü il noyabrın 1-i müəyyən edilib”, – məlumatda qeyd olunub.

    Xatırladaq ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycandan rəhbər iqtisadiyyat naziri Mikayıl Cabbarov, alternativ rəhbər isə maliyyə naziri Samir Şərifov təyin edilib.

    Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edir. Fond öz məqsədini həyata keçirmək üçün aşağıdakı funksiya və səlahiyyətlərə malikdir:

    – regiondaxili ticarətin təşviqində yardım etmək;

    – xüsusilə mikro, kiçik və orta müəssisələrə aid olan layihələri maliyyələşdirmək;

    – beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlıq etmək və birgə maliyyələşdirmək;

    – nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək;

    – dövlət-özəl tərəfdaşlığı daxil olmaqla rəqəmsal infrastrukturun yaradılmasını və modernləşdirilməsini dəstəkləmək;

    – sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləmək;

    – enerji səmərəliliyi, bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla yaşıl iqtisadiyyata töhfə verən layihələri maliyyələşdirmək;

    – zəruri hesab edildikdə investisiya layihələrinin hazırlanması üçün yardım və maliyyə dəstəyi təmin etmək.
    //report