Month: July 2024

  • В Азербайджане произошел взрыв, пострадали 3 человека

    В частном доме в селе Набран Хачмазского района произошел взрыв.

    Как сообщает АПА, жители Товузского района – 33-летний Эльшан Музаффарзаде, 32-летняя Новрасте Намазова и 2-летний Мард Мирзазаде получили травмы различной степени тяжести.

    По предварительной информации, инцидент произошел в результате утечки газа.

    По данному факту проводится расследование.

  • Xaçmazda evdə partlayış olub: Biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb

    Xaçmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib.

    APA xəbər verir ki, hadisə zamanı həmin evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və iki yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

    İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.

    Hazırda faktla bağlı araşdırma aparılır.

  • Aytən Səfərova “Xəzər TV”dən ayrılıb? – AÇIQLAMA

    “Mən işdən azad olunmamışam. Bütün həmkarlarım kimi işdən sonra asudə vaxtım olduğunda fərdi olaraq tələbə hazırlayacağam”.

    Bu sözləri tanınmış teleaparıcı Aytən Səfərova azxeber.com-a açıqlamasında çalışdığı “Xəzər” telekanalından ayrılaraq fərdi şəkildə tələbə hazırlaması ilə bağlı çıxan xəbərlərə münasibət bildirərkən deyib.

    O, hələ də rəsmi olaraq televiziyada çalışdığını bildirib:

    “Bu xəbərləri kim dərc edir bilmirəm amma onu deyə bilərəm ki, hamısı yalandır. Mən hazırda doğma “Xəzər” telekanalında verilişimin şef redaktoru olaraq çalışıram. Tələbələrə verəcəyim dərs isə təbii ki, bütün həmkarlarımın etdiyi kimi, işdən sonra asudə vaxtılarda olacaq. Mən onlara doğru tələffüz, danışıq və diksiya dərsi verəcəyəm, bu doğrudur. İşdən çıxmağım doğru xəbər deyil”.

  • Bakıda bir məktəbin 14 məzunu ilə bağlı polis tədbir gördü

    Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

    Bu barədə Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

    Bildirilib ki, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunub müvəqqəti mühafizə olunan duracağa təmin olunub.

    “Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib.

    Həmin günü paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

  • Ağadadaş Ağayevin balta ilə insident törətdiyi yerdən GÖRÜNTÜLƏR (VİDEO)

    Xalq artisti Ağadadaş Ağayevin balta ilə insident törətdiyi ərazidən görüntülər yayımlanıb.

    Hadisə yerindən İctimai TV-də reportaj yayımlanıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Hacıqabulda iki yaşlı uşaq ölüb

    Hacıqabul rayonunda Türkiyədən olan iki yaşlı uşaq olub.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Navahı kəndində baş verib.

    Belə ki, Türkiyə vətəndaşı, 2022-ci il təvəllüdlü Damla Rəhimoğlunun həkiməqədər ölüm faktı qeydə alınıb.

    Üzərində heç bir zorakılıq əlaməti aşkar olunmayan uşağın pnevmoniyadan öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Абшеронском районе мужчина выбросил жену из окна

    Задержан подозреваемый в попытке умышленного убийства.

    Как сообщили в прокуратуре Абшеронского района, в надзорный орган поступила информация о том, что 23 июля около 7:00 Айшан Кязымова (2002 г.р.) выпала из окна многоэтажного здания в городе Хырдалан.

    В ходе расследования были установлены обоснованные подозрения в том, что Гусейн Кязымов (2002 г.р.) во время возникшего между ними спора выбросил свою жену А.Кязымову из окна квартиры, где они проживали, в результате чего последняя получила множественные телесные повреждения.

    А.Кязымова была госпитализирована, ее состояние в настоящее время оценивается как тяжелое.

    По данному факту в прокуратуре Абшеронского района возбуждено уголовное дело по статье 29, 120.1 (покушение на умышленное убийство) Уголовного кодекса Азербайджана. Гусейн Кязымов задержан в качестве подозреваемого.

    Предварительное расследование уголовного дела продолжается.

  • Xırdalanda əri tərəfindən pəncərədən atılan qadın öldü – YENİLƏNİB

    Xırdalanda çoxmərtəbəli binanın pəncərəsindən atıldığı bildirilən qadın ölüb.

    Median.Az-a DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bu gün səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.

    Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. H.Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

    * * * * *

    Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

    Abşeron Rayon Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, iyulun 23-ü saat 7 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində çoxmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

    Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.

    Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Səfa Mirzəyev İkinci Fəxri xiyabanda DƏFN OLUNACAQ

    Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev ötən gün vəfat edib.

    Modern.az-ın məlumatına görə, mərhumun yas mərasimi Heydər məscidində keçiriləcək.

    S.Mirzəyev bu gün saat 3-də İkinci Fəxri xiyabanda dəfn olunacaq.

    Qeyd edək ki, Səfa Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib. O, 2022-ci il mayın 12-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. S.Mirzəyev 11 may 2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 11 may 2022-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

  • İlham Əliyev misirli həmkarını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk. Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim səfər çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim.

    Əminəm ki, dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.