Month: July 2024

  • İlham Əliyev Məleykə Abbaszadəyə yeni vəzifə verdi

    Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinə sədr təyin edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

  • İlham Əliyevdən DİM-lə bağlı FƏRMAN

    Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

    Fərmanla müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla beş üzvdən ibarət Müşahidə Şurası yaradılır.

    Eyni zamanda Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə cari rəhbərliyi üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

  • Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirildi

    Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətləri genişləndirilib.

    “Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”yə dəyişikliyi təsdiqləyib.

    Belə ki, Şura dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verə biləcək, eləcə də dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə baxa biləcək.

    Bundan başqa, dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi də Şuranın fəaliyyət istiqamətlərinə əlavə olunan maddələrdə arasındadır.

    Həmçinin Şura fəaliyyəti dövründə dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması ilə yanaşı, dövlət qulluqçuları üçün hazırlanmış təlim strategiyasına razılıq verə biləcək.

  • ADY vətəndaşlara müraciət etdi – VİDEO

    Bu il ərzində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus qatarların keçdiyi dəmir yolu xətlərinə 22 dəfə kənar əşya qoyulub.

    Bu barədə ADY məlumat yayıb.

    Bildirilib ki, dəmir yolu relsləri üzərinə daş düzülməsi, dəmir, təkər və digər böyük əşyaların qoyulması buna misal ola bilər.

    Belə hallar zamanı hərəkətin təhlükəsizliyinə ciddi təhlükə yaranır, qatarların hərəkət qrafiki pozulur, sərnişinlərin və yüklərin daşınmasında, mənzilbaşına vaxtında çatdırılmasında yubanmalar yaşanır. Bununla yanaşı qatar heyəti və sərnişinlərin həyatı risk altına düşür.

    “Siz də dəmir yolu xətti üzərində kənar əşya görsəniz, yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 “Əlaqə Mərkəzi”nə dərhal məlumat verin”, – məlumatda qeyd olunur.

  • PSJ 19 yaşlı portuqaliyalı futbolçu üçün 120 miylon avro təklif edib

    Fransanın PSJ klubu “Benfika”nın 19 yaşlı futbolçusu üçün 120 milyon avro təklif göndərib.

    Median.Az idman jurnalisti Fabrizio Romanonun şəxsi “Instagram” profilindəki paylaşımına istinadla xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Juan Neveş karyerasını PSJ-də davam etdirə bilər. Paris klubu gənc futbolçu üçün 120 milyon avro təklif edib.

    Juan Neveş Fransa klubuna keçmək istəsə də, komandalar arasında danışıqlar yekunlaşmayıb.

    Qeyd edək ki, Juan Neveş indiyədək ümumilikdə 113 görüşdə meydana çıxıb. Beş qol, səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.

  • В Агдамском районе повесился мужчина

    В селе Биринджи Юзбашылы Агдамского района произошло самоубийство.

    Как передает lent.az, Натиг Ахмедов, которому было около 50 лет, свел счеты с жизнью, повесившись в сарае во дворе своего дома.

    По данному факту ведется расследование.

  • Ağdamda kişi özünü tövlədə asdı

    Ağdamda intihar hadisəsi baş verib.

    Lent.az xəbər verir ki, hadisə rayonun Birinci Yüzbaşılı kəndində qeydə alınıb.

    Təxminən 50 yaşlarında olan Natiq Sabir oğlu Əhmədov yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq canına qəsd edib.

    Hazırda araşdırma aparılır.

  • Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)

    Xalq artisti Ağadadaş Ağayevin törətdiyi insidentin görüntüləri yayılıb.

    Sosial şəbəkələrdə yayılan videoda sənətçinin mühafizəçiyə balta ilə hücum etdiyi kadrlar yer alıb.

    Görüntüləri təqdim edirik:

  • Bakıda kişinin övladlarını bıçaqladıqdan sonra intihar etməsinin təfərrüatı: “Əli yerdə çabalayırdı” – VİDEO

    Bakının Xəzər rayonu Binə qəsəbəsində atanın iki oğlunu bıçaqlayaraq onlardan birini öldürməsinin, daha sonra intihar etməsinin təfərrüatı məlum olub.

    Baku TV-nin əməkdaşı hadisə baş verən ərazidə olub.

    Dəhşətli hadisə barədə danışan qonşuların sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən Rza Eyyubov spirtli içki aludəçisi olub.

    “Səs gəldi, çölə çıxanda gördük ki, Əli yerdə çabalayır. İçəridən xəbərimiz yox idi. Evə girəndə isə gördük ki, digər oğluna da çoxsaylı bıçaq zərbələri endirib. Evin hər yeri qan idi”, – hadisə şahidi deyib.

  • Ağadadaş Ağayevin törətdiyi hadisə ilə bağlı TƏBİB-dən AÇIQLAMA

    “Ağadadaş Ağayevin törətdiyi hadisə ilə bağlı TƏBİB-ə məlumat daxil olmayıb”.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

    Əlavə edilib ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə, eləcə də TƏBİB-in tabeliyində tibb müəssisələrinə də müraciət daxil olmayıb.