Month: July 2024

  • Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı YENİ DETALLAR – VİDEO

    Ötən gün Bakının Suraxanı rayonunda övladını girov götürərək onu öldürəcəyini bildirən və daha sonra polis tərəfindən zərərsizləşdirilən “Beton Xosrov” ləqəbili Xosrov Əhmədovla bağlı bəzi detallar məlum olub.

    Bildirilib ki, əvvəllər peşəkar ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olan və bir sıra beynəlxalq yarışlarda iştirak edən Xosrov Əhmədovun 3 qız övlad var imiş. Vurğulanıb ki, hadisə onların gözləri qarşısında baş verib.

    Bundan başqa, X. Əhmədov əvvəllər həyat yoldaşını tez-tez döyürmüş.

    Ötən gün isə o, 6 yaşlı qızının boğazına bıçaq çəkərək onu öldürəcəyini deyib.

    Daha ətraflı Baku TV-nin materialında:

  • Peskov Aİ-nin verdiyi qərarla bağlı Moskvanın reaksiyasını açıqladı

    “Avropa rəsmilərinin Rusiyaya məxsus dondurulmuş 1.4 milyard avro aktivləri Ukrayna Silahlı Qüvvələri üçün silah alınmasına yönəltmək qərarına Moskvadan sərt cavab hazırlanacaq”.

    Median.Az-ın Ura.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    O, bunu Avropa İttifaqı tərəfindən verilən ən pis qərar adlandırıb.

    “Şübhəsiz ki, bu və ya digər şəkildə (bizim tərəfimizdən) cavab olacaq. Bu cür oğru hərəkətlər qarşılıqsız qala bilməz. Bu pullar təkcə oğurlanmır, həm də silah alınmasına xərclənir. Bundan pis bir şey düşünmək çətindir. Biz bu qərarların qəbul edilməsi və həyata keçirilməsi ilə əlaqəsi olan insanların hüquqi təqibi imkanlarını araşdıracağıq. Bu, beynəlxalq hüququn birbaşa pozulması, mülkiyyət hüquqlarının tapdalanmasıdır”, – deyə Peskov bildirib.

    Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Jozep Borrel bildirib ki, Rusiyanın aktivlərindən gələn gəlirlərdən 1,4 milyard avro məbləğində ilk tranş avqustun ilk günlərində Ukrayna üçün silah alınmasına yönəldiləcək. Onun sözlərinə görə, bu, prioritet hərbi avadanlığın – hava hücumundan müdafiə vasitələrinin, artilleriya sursatlarının alınmasına imkan verəcək.

  • Un ucuzlaşdı, çörəyin qiyməti düşəcək? – Açıqlama

    Xəbər verdiyimiz kimi, Azərbaycanda ötən ayla müqayisədə unun topdansatış qiyməti ucuzlaşıb. Bildirilir ki, iyulun 18-dən etibarən istehsalçılar unun qiymətini 1 manatdan çox azaldıblar. Belə ki, hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,8-28,5 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 28,3-29,5 manat təşkil edirdi.

    Bəs unun qiymətinin ucuzlaşması çörəyin qiymətinə təsir edəcəkmi?

    Bakupost.az -ın sualını cavablandıran iqtisadçı Xalid Kərimli çörəyin qiymətinin ucuzlaşmayacağını bildirib.

    O qeyd edib ki, buğdanın qiymətinin ən ucuz vaxtı martın əvvəllərində olub:

    “London əmtəə birjasında buğdanın qiyməti 155 funta düşdü. Sonra martın əvvəllərindən başlayaraq qiymətlər qalxdı və mayın ortalarında 200 funta qədər yüksəldi. Həmin vaxt unun bir kisəsinin qiyməti 30-32 manata qədər qalxmışdı. İyunun ortalarında unun qiyməti yenidən ucuzlaşdı və 167 funt oldu. İndi son qiymətlərə baxıram, iyulun üçüncü həftəsinin sonunda unun qiymətləri 197 funtdur. Unun qiymətləri oktyabr ayında olan qiymətlərlə müqayisədə indiki qiymətlərə uyğundur”.

    Onun sözlərinə görə, bütün bu qiymət dəyişimləri ötən il Rusiya-Ukrayna müharibəsi zamanı mövcud olan fantastik qiymətlərdən təqribən iki dəfə ucuzdur:

    “Həmin dövrdə unun tonunun qiyməti London birjasında 430 funt idi. İndi isə ənənəvi fəsli qiymətlərlərə uyğunlaşıb. Biz un 150-155-165 funt olanda çörəyin qiymətində ucuzlaşmanı görmədik. Ona görə də indiki dəyişimlər çörəyin qiymətinə təsir göstərməyəcək”.

    X.Kazımlı buğdanın qiymətinin dəyişməsinin unun qiymətinin dəyişməsinə təsirinin daha çox olduğunu bildirib:

    “Çünki unun maya dəyərində buğdanın çəkisi 80 faizin üzərindədir. Çörəyin qiymətində isə unun çəkisi daha azdır, 40-45 faiz. Bu da onunla bağlıdır ki, orda zavod, istehsal xərcləri var. İndiki halda un və buğda qiymətləri dünya bazarında 195 funtdur və bu da hazırda bizim çörək bazarında formalaşan qiymətlərə uyğun qiymətdir. Ona görə də çörək bazarında hər hansı bir ucuzlaşmanın olacağını gözləmirəm”.

  • Apteklərdə aparılan yoxlamaların nəticəsi açıqlandı

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən apteklərdə satılan bioloji aktiv qida məhsullarının mövcud tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə müntəzəm olaraq nəzarət tədbirləri həyata keçirilir.

    Belə ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində ümumilikdə 154 aptekdə yoxlama keçirilib. Aparılan yoxlamalar zamanı xüsusi təyinatlı qida məhsulları (uşaq qidaları, diyetik qidalar və digər), təbii mineral sular və bioloji aktiv qida məhsullarının satışı həyata keçirilən apteklərdə bir sıra uyğunsuzluqlar aşkar edilib:

    – 102 aptekdə sanitar norma və qaydalara əməl edilməməsi;

    – 3 aptekin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi;

    – 4 aptekdə ümumilikdə 5 adda 18 məhsulun idxal sağlamlıq aktının mövcud olmaması;

    – 5 aptekdə ümumilikdə 8 adda 44 məhsulun üzərində müalicəvi xüsusiyyətlərə malik olması barədə məlumatların əks olunması;

    – 9 aptekdə ümumilikdə 15 adda 32 məhsulun üzərində Azərbaycan dilində məlumatların əks olunmaması;

    – 7 aptekdə ümumilikdə 18 adda yararlılıq müddəti bitmiş 32 bioloji aktiv qida məhsulunun satışı;

    – 4 aptekdə ümumilikdə 4 adda 9 məhsulun istifadə qaydası və dozasının müvafiq rəyə və istifadənin yaş həddinə uyğun göstərilməməsi;

    – 1 aptekdə 1 adda məhsulun içlik vərəqində, 1 aptekdə isə 2 adda 21 məhsulun qablaşdırmasında göstərilən yararlılıq müddətinin uyğun göstərilməməsi;

    – 2 aptekdə ümumilikdə 2 adda 5 dərman vasitəsinin bioloji aktiv qida məhsulu kimi satışa təqdim edilməsi;

    – 4 aptekdə ümumilikdə 47 adda 53 bioloji aktiv qida məhsulunun üzərində dərman vasitələrinə vurulan “Nəzarət markası” ilə markalanması və digər nöqsanlar.

    Agentlik tərəfindən həyata keçirilən tədbirlərlə, ümumilikdə 113 aptekdə nöqsan aşkar edilib ki, onlardan 17-də məhsul satışının dayandırılması, 14-də məhsul satışının qadağan edilməsi, 3-də məhsulun dövriyyədən çıxarılması, 24-də iş personalının işdən kənarlaşdırılması və 1-də isə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərarlar verilib, həmçinin sözügedən müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb. 41 aptekdə isə hər hansı uyğunsuzluq aşkar edilmədiyi üçün nəticə qənaətbəxş hesab olunub.

    Həmçinin cari dövr ərzində apteklərdə keçirilən monitorinqlər zamanı 39 aptekdə bioloji aktiv qida məhsullarının onlar üçün ayrılan rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanılmadığı, həmin rəf və dolabların üzərində “Bioloji aktiv qida məhsulları” sözləri, onun alt hissəsində isə “Dərman vasitəsi deyildir” sözlərinin qeyd olunmadığı, 9-da Azərbaycan dilində markalanması olmayan və 1-də isə yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkar edilib.

    Görülmüş tədbirlər çərçivəsində tələblərə uyğun olmayan məhsullar satışdan kənarlaşdırılıb, aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri bir daha izah olunub. Bundan başqa, 1 aptekdə bioloji aktiv qida məhsullarının həkim reseptinə yazılması faktı aşkar edilib ki, bununla bağlı müvafiq tədbir görülməsi üçün zəruri məlumatlar aidiyyəti üzrə göndərilib.

    Qeyd edək ki, agentlik tərəfindən aptek rəhbərlərinə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib.

  • Ильхам Алиев выразил соболезнования президенту Вьетнама

    Президент Азербайджана Ильхам Алиев направил письмо с соболезнованиями президенту Социалистической Республики Вьетнам То Ламу.

    Как сообщает АЗЕРТАДЖ, в письме говорится:

    “Уважаемый господин Президент,

    Крайне опечалены известием о кончине генерального секретаря Центрального комитета Коммунистической партии Вьетнама, выдающегося государственного деятеля Нгуен Фу Чонга.

    Нгуен Фу Чонгу принадлежат большие заслуги в укреплении добрых традиций отношений дружбы и сотрудничества между Азербайджаном и Вьетнамом. Мы высоко ценим вклад Нгуен Фу Чонга в развитие наших межгосударственных отношений.

    В связи с этой тяжелой утратой от своего имени и от имени народа Азербайджана выражаю глубокие соболезнования Вам, семье и близким покойного, всему народу Вьетнама”.

  • İlham Əliyev Vyetnam prezidentinə başsağlığı verdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama başsağlığı məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, görkəmli dövlət xadimi Nquyen Fu Çonqun vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

    Nquyen Fu Çonqun Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələrinin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Biz dövlətlərarası münasibətlərimizin inkişafına Nquyen Fu Çonqun verdiyi töhfəni yüksək qiymətləndiririk.

    Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

  • Leysan olacaq, dolu düşəcək

    Azərbaycanda iyulun 24-dən hava şəraiti dəyişir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyulun 24-ü axşamdan 25-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. İyulun 25-də yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında iyulun 24-ü gündüz dağlıq ərazilərdən başlayaraq 26-sı axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Nikahın bağlanmasına mane olan halların sayı artırıldı

    Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılıb.

    Belə ki, bundan sonra ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

  • Əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqləndi

    Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Belə ki, nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.

    – qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

    – bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

    Bundan başqa, üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.

    Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

  • Ильхам Алиев назначил Малейку Аббасзаде на новую должность

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о назначении Малейки Аббасзаде председателем правления Государственного экзаменационного центра Азербайджанской Республики.

    Об этом сообщает АЗЕРТАДЖ.