Month: August 2024

  • Движение на некоторых улицах и проспектах будет ограничено из-за подготовки к Формуле-1

    В связи с подготовкой к Гран-При Азербайджана 2024 Формула 1 Qatar Airways с 08:00 31 августа до вечера будет действовать ограничение на движение транспорта от пересечения улицы Хагани с проспектом Бюльбюля до пересечения с улицей Пушкина.

    Как передает апа, об этом сообщили в Операционной компании «Бакинское городское кольцо».

    Одновременно будет ограничено движение транспорта на участке от пересечения улицы Азиза Алиева, улицы Истиглалият и проспекта Азербайджана до пересечения проспекта Нефчиляр/Азиза Алиева. Отметим, что Гран-при Азербайджана Формулы-1 пройдет 13-15 сентября 2024 года.

    Операционная компания «Бакинское городское кольцо» благодарит водителей за понимание.

  • “Formula 1”: Azərbaycan Qran-prisinə görə daha bir neçə yolda hərəkət məhdudlaşdırılacaq

    “Formula 1” Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.

    Median.Az xəbər verir ki, bu səbəbdən, 31 avqust saat 08:00-dan etibarən axşam saatlarınadək Xəqani küçəsi Bülbül prospekti kəsişməsindən Puşkin kəsişməsinə qədər nəqliyyata məhdudiyyət tətbiq olunacaq.

    Eyni zamanda, Əziz Əliyev küçəsi, İstiqlaliyyət küçəsi və Azərbaycan prospekti kəsişməsindən Əziz Əliyev Neftçilər prospekti kəsişməsinə qədər olan hissədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

    Qeyd edək ki, “Formula 1” Azərbaycan Qran Prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək

  • США объявили в розыск армянина, готовившего теракт против азербайджанцев

    В США бывший студент армянского происхождения Арам Брэнсон обвиняется в изготовления бомбы в комнате общежития Чикагского университета.

    Об этом сообщает abc7chicago.com.

    Согласно информации, А.Брэнсон устроил взрыв в общежитии Чикагского университета, а затем скрыл этот факт, распространив ложную информацию. Кроме того, он обвиняется в разработке секретных планов по изготовлению взрывного устройства.

    Отмечается, что 21-летний А.Брэнсон, из-за которого сработал сигнал тревоги в международном аэропорту Логан в связи с тем, что в его сумке была взрывчатка, обвиняется в фальсификации и сокрытии информации, а также в даче ложных показаний федеральным властям.

    В настоящее время А.Брэнсон, как предполагается, проживает в столице Армении Ереване и учится в Американском университете в этой стране. В США он объявлен в розыск по федеральным обвинениям.

    Согласно обвинению, А.Брэнсон планировал использовать эту бомбу против азербайджанцев.

  • ABŞ-də azərbaycanlılara qarşı terror aktı hazırlayan erməni axtarışa verilib

    ABŞ-də erməniəsilli keçmiş tələbə Aram Brenson Çikaqo Universitetinin yataqxana otağında bomba hazırlamaqda ittiham olunur.

    Bu barədə abc7chicago.com məlumat yayıb.

    Məlumata görə, A.Brenson Çikaqo Universitetinin yataqxanasında partlayış törədib, daha sonra yalan məlumat yaymaqla bu faktı gizlədib. Bundan əlavə, o, partlayıcı qurğunun istehsalı üçün gizli planlar hazırlamaqda ittiham olunur.

    Qeyd olunur ki, 21 yaşlı A.Bransonun çantasında partlayıcı olması səbəbindən “Loqan” Beynəlxalq Hava Limanında həyəcan siqnalı işə düşüb. O, saxta məlumat verməkdə və məlumatı gizlətməkdə, habelə federal quruma yalan ifadələr verməkdə ittiham olunur.

    Hazırda A.Bransonun Ermənistanın paytaxtı İrəvanda yaşadığı və bu ölkədəki Amerika Universitetində təhsil aldığı güman edilir. O, ABŞ-də federal ittihamlarla axtarışdadır.

    İttihama görə, A.Branson bu bombadan azərbaycanlılara qarşı istifadə etməyi planlaşdırıb.

  • Gəncədə kişi avtobusda qeyri-etik hərəkətlər etdi – VİDEO

    Gəncədə sərnişinlərdən biri avtobusda qeyri-etik hərəkətlər edib.

    Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, hadisə ötən gün Gəncədə, 20 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

    Həmin anlar başqa bir sərnişin tərəfindən lentə alınıb.

    Sözügedən görüntüləri təqdim edirik:

  • MN-dəki 143 milyonluq cinayət işi: General Namiq Poladova 4 milyon 600 min manat çatıb

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bayram Bayramovun vəkili Tahir Şamxalov vəsatətlərlə çıxış edib.

    O, vəsatətində müdafiə etdiyi Bayram Bayramova məxsus Gəncə şəhərində yerləşən evin və Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən torpaq sahəsinin üzərində həbsin götürülməsini istəyib. Hakim bu məsələnin hökm qəbul edilərkən müşavirə otağında həll olunacağını deyib.

    Vəkil digər vəsatətində Bayram Bayramovun 2020-ci il Vətən Müharibəsində çalışdığı hərbi hissəsinə nə qədər çağırışcı, könüllü və ehtiyatdan geri çağırılan hərbi qulluqçuların sayının müəyyən olunması üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəyib:

    “2020-ci il dekabrında müharibə vaxtında çağırışçıların, könüllülərin, ehtiyatdan çağırılan zabit, gizir və müddətdən artıq hərbi qulluqçulara əmək haqqı verilib. Lakin həmin sənədlər sonradan yandırılıb. Ümumilikdə həmin şəxslərə 719 min manat maaş verilib. Lakin Maliyyə Nazirliyinin yoxlamaları zamanı həmin sənəd mövcud olmadığı üçün məbləğ Bayram Bayramovun adına mənimsəmə kimi yazılıb”.

    Vəsatət dəqiqləşdirilməsi üçün gələn proses müzakirəyə çıxarılacaq.

    Daha sonra general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatətlə çıxış edərək Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi general Namiq Poladovun məhkəməyə əlavə şahid qismində çağırılmasını tələb edib.

    Vəkil əsaslandırıb ki, iş üzrə müdafiə etdiyi Nizami Məmmədova verilən 18 milyon manatlıq ittihamdan 4 milyon 600 min manatı Namiq Poladova çatıb:

    “İstintaqda da, məhkəmə dövründə də şahidlərin və iş üzrə dindirilən təqsirləndirilən şəxslərin hər biri hərbi hissələrdə inspeksiyaya pul verdiklərini bildirib. İnspeksiya pulları da birbaşa Namiq Poladova çatıb. Bunu məhkəmədə ifadə verən şahidlər də təsdiqləyib. Namiq Poladovun özü isə istintaqda bunu üzərindən atıb. Xahiş edirik, məhkəmə Namiq Poladovu iclasa çağırsın”.

    Namiq Poladovun iş üzrə sualları cavablandırmaq üçün növbəti prosesslərin birində məhkəməyə çağırılacağı gözlənilir.

    Rəşad Mirmehdizadə digər vəsatətində iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsini istəyib. O bildirib ki, iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlər var və bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməlidir.

    Təqsirləndirilən Cəlal Kazımovun vəkili də məhkəmə komisyon ekspertizasının keçirilməsinin vacibliyi bildirib. Məhkəmə bu vəsatəti gələn prosesdə müzakirəyə çıxaracağını qeyd edib.

    Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov əlavə şahidlərin dindirilməsini tələb edib. O bildirib ki, adına kart açılan “ölü canlar”ım dindirilməsi vacibdir. Hakim bu vəsatətə gələn proses münasibət bildirəcəklərini qeyd edib.

    Proses sentyabrın 13-də davam etdiriləcək.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
    Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

  • Avroviziyanın keçiriləcəyi şəhər bəlli oldu

    Avroviziyanın 2025-ci ildə keçiriləcəyi şəhər bəlli olub.

    Bununla bağlı müsabiqənin rəsmi internet səhifəsində məlumat verilib.

    Verilən məlumata görə yarışma İsveçrənin Bazel şəhərində baş tutacacaq.

  • Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılır

    Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

    Bildirilib ki, səbəb 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşdirilmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu 16 may 2025-ci ilə qədər davam edəcək.

    Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

  • İş adamı Vaqif Hacıyev intihar etdi – DETALLAR

    Bakı Apellyasiya Məhkəməsində özünü öldürmə həddinə çatdırma, dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Səbuhi Heydərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, 6 yanvar 2021-ci il tarixində iş adamı Vaqif Hacıyevin intihar etməsindən bir neçə gün əvvəl sahibi olduğu şirkətdə sahə rəisi işləyən 1972-ci il təvəllüdlü Sübhi Heydərovun hüquq-mühafizə orqanlarına şikayət etməsi məlum olub.

    Aparılan araşdırmalarla izolyasiya materialları biznesi ilə məşğul olan sahibkarı intihara məhz öz işçisinin məcbur etməsi üzə çıxıb. Bundan sonra Sübhi barəsində Cinayət Məcəlləsinin 125, 178 və 182-ci (özünü öldürmə həddinə çatdırma, dələduzluq, hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş başlanılıb.

    Məlum olub ki, Vaqif Hacıyev tikinti sahəsində tanınmış iş adamı olub. O, bir neçə il əvvəl Ceyranbatan qəsəbəsində tanışından iki ev alıbmış. Lakin ev sahibinin oğlu olan Mahir (şərti) adlı şəxs həmin mənzilləri sonradan öz adına keçirdiyindən Vaqif Hacıyevin verdiyi pullar batıb və onun Mahirlə problemləri yaranıb. Bunu öyrənən Sübhi işlədiyi şirkətin rəhbərinə Mahiri cəzalandırmağı, onun həbsini təşkil etməyi təklif edib. O, əvvəllər bir neçə ay həbsxanada olduğunu və bir neçə tanışı vasitəsilə Mahirin avtomobilinə narkotik yerləşdirib sonra polisə məlumat verəcəyini və həmin şəxsin həbsinə nail olacağını deyib. Vaqif Hacıyev bu təkliflə razılaşıb və bu işə görə Sübhinin tələb etdiyi 19 min manatı verib.

    Bundan sonra Sübhi Vaqif Hacıyevə Mahirin bu işdə onun əlinin olduğunu öyrəndiyini, həmçinin işə qoşduğu şəxslərin ələ keçmək riskinin olduğunu bildirərək pul tələb etməyə başlayıb. Sübhi həmin pulları qarşı tərəfə Vaqif Hacıyevin adının verilməməsi, işin hüquq-mühafizə orqanlarında ört basdır edilməsi adı ilə almağa başlayıb. V.Hacıyevin cinayət məsuliyyətinə cəlb olunacağına dair yalanlar söyləyən, onun barəsində müxtəlif rüsvayedici məlumatlar yaymaqla həqiqətən cinayət məsuliyyətinə cəlb olunacağına inam yaradan Sübhi uzun müddət ərzində mütəmadi olaraq onu aldatmaqla və hədə-qorxu gələrək özünün psixoloji təsiri altına salıb özündən tam asılı vəziyyətə gətirməklə, ümumilikdə 646 195 manat məbləğində pulunu ələ keçirib. Nəticədə, Vaqif Hacıyevdə stres, həyəcan, təşviş, gərginlik səviyyəsinin artaraq reaktiv depressiv hal yaranıb. 2 yanvar 2021-ci il tarixində isə Sübhi növbəti dəfə Vaqif Hacıyevin Nəsimi rayonundakı ofisindən pul alıb çıxarkən tutulub. Bundan sonra Vaqif Hacıyev özünün də rüsvay olacağını düşünərək, 6 yanvar 2021-ci il tarixində saat 12 radələrində bağ evində özünü asaraq intihar edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iş adamını intihara sövq edən, ona qarşı dələduzluq etmiş və hədə-qorxu yolu ilə 650 min manata yaxın pul almış şəxsə 15 il həbs cəzası verilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş maddələrin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın verilməsini xahiş edib.

  • Bakının mərkəzində çay evləri əxlaqsızlıq yuvalarına çevrilib – GÖRÜNTÜLƏR (VİDEO)

    Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı çay evi kimi fəaliyyət göstərən iaşə obyektləri ilə bağlı Baku TV-nin qaynar xəttinə şikayət ünvanlanıb.

    Sakinlər deyiblər ki, bu məkanlarda çalışanların qeyri-etik əməllərinin əlindən küçədən ailə-uşaqla keçmək mümkün deyil.

    “Bu problem illərdir davam edir. Gecədən səhərə qədər musiqi səsi gəlir, nalayiq ifadələr, təhqirlər eşidirik. Buranı əxlaqsızlıq yuvasına çeviriblər”, – deyə sakinlər narazılıq bildiriblər.

    Çəkiliş aparıldığını görən obyekt sahibləri isə çay evlərini bağlayıb ərazidən uzaqlaşmağa başlayıblar. Bir neçə dəqiqədən sonra isə ərazidəki bütün iaşə obyektlərinin işıqları sönüb, qapıları da bağlanıb.

    Ətraflı süjeti təqdim edirik: