Month: August 2024

  • Yas yasa qarışdı: Xeyir-şər evinə gedən qadın qəfil öldü

    Sumqayıtda yas məclisi zamanı ölüm hadisəsi baş verib.

    Demokrat.az xəbər verir ki, dünən 51 yaşlı qadın “Zəngəzur” xeyir-şər evində təşkil olunan yas məclisində iştirak edən zaman ölüb.

    Hadisə yerinə gələn Təcili Tibbi Yardım qadının ürək tutmasından vəfat etdiyini bildirib.

  • Bəzi ərazilərdə yağıntının miqdarı normadan bir qədər çox olacaq: Sentyabrın hava PROQNOZU

    Sentyabr ayı ərzində ölkədə həm isti, həm də soyuq dövr üçün xarakterik olan sinoptik proseslər müşahidə olunur.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, bu ilin sentyabr ayında havanın ortaaylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

    Ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

    Bakıda və Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 18-23, gündüzlər 24-29, bəzi günlərdə 32-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 12-23 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ortaaylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 16-21, gündüzlər 25-30, bəzi günlərdə 35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-13 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın ortaaylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 12-17, gündüzlər 19-24, bəzi günlərdə 27-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-50 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın ortaaylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 11-16, gündüzlər 18-23, bəzi günlərdə 25-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-37 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın ortaaylıq temperaturunun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 16-21, gündüzlər 25-30, bəzi günlərdə 35 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 17-44 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın ortaaylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 15-20, gündüzlər 22-27, bəzi günlərdə 33 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-120 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın ortaaylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun gecə 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 14-38 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın ortaaylıq temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 17-22, gündüzlər 23-28, bəzi günlərdə 34 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199 mm).

  • Polkovnik Rüstəm Məmmədli HƏBS EDİLDİ

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Rüstəm Ağali oğlu Məmmədli həbs edilib.

    Bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

    * * * **

    O bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Rüstəm Ağali oğlu Məmmədliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”, – deyə o qeyd edib.

    * * * * *

    Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edilib.

    “Report”un əldə etdiyi xəbərə görə, “Bakı Korpusu”nun yanacaq xidmətinin rəisi, polkovnik Rüstəm Məmmədli Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilib.

    O, mənimsəmədə və rüşvətalmada təqsirləndirilib. Belə ki, onun korpusun texnikaları üçün nəzərdə tutulan yanacağı sataraq gəlir əldə edərək mənimsəməkdə ittiham olunur. İş üzrə zərərin 100 min manatdan çox olduğu qeyd edilir.

    Polkovnik barəsində müstəntiqin vəsatəti əsasında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

  • Xudatda 22 yaşlı qızın meyiti tapılıb

    Xudat şəhərində mənzillərin birindən meyit tapılıb.

    APA-nın Şimal bürosu xəbər verir ki, asılmış halda meyiti aşkarlanan şəxsin 2002-ci il təvəllüdlü Qusar rayon sakini Həlimə Həsənova olduğu müəyyənləşib. Onun həmin mənzildə kirayədə yaşadığı bildirilir.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.

  • Пожар в Баку локализован

    Силы Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана благодаря необходимым и неотложным мерам локализовали пожар, вспыхнувший на территории Предприятия экспериментальных опытно-испытательных работ Нефтегазового научно-исследовательского института Государственной нефтяной компании (SOCAR) в Сураханском районе города Баку, не допустив его распространения на прилегающие территории, в том числе на близлежащие дома.

    Об этом говорится в информации пресс-службы МЧС.

    Отмечается, что в настоящее время продолжаются мероприятия по тушению возгорания.

  • Bakıda güclü yanğın məhdudlaşdırıldı

    Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

    Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunur ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

  • СМИ: Во Франции опровергли слухи об отмене ОАЭ покупки истребителей Rafale

    Министерство Вооруженных сил Франции опровергло слухи, что Объединенные Арабские Эмираты якобы отказались приобретать 80 французских истребителей Rafale после задержания сооснователя мессенджера Telegram Павла Дурова в Париже.

    Об этом сообщил источник в ведомстве телеканалу BFMTV.

    Во французском Минобороны заявили, что появившиеся в СМИ недостоверные сообщения “представляют собой операцию по дезинформации”.

    Ранее Telegram-каналы и аккаунты в соцсетях совместно с некоторыми СМИ, в том числе зарубежными, распространили информацию, что ОАЭ якобы в одностороннем порядке приостановили выполнение контракта по покупке 80 французских истребителей из-за ареста Дурова, у которого имеется гражданство Эмиратов. Посты в соцсети X на эту тему собрали миллионы просмотров. Также в интернете появилось сфабрикованное видео репортажа телеканала Al Jazeera, якобы посвященного приостановке сделки между Абу-Даби и Парижем по инициативе “премьер-министра ОАЭ”, поскольку сын последнего тесно связан с Дуровым.

    Как указывает BFMTV, ОАЭ “никогда не заявляли о подобных мерах”.

    Договоренности о поставках Эмиратам 80 многоцелевых истребителей Rafale версии F4 французской компании Dassault Aviation, а также 12 многоцелевых вертолетов EC725 Caracal, стороны достигли в начале декабря 2021 года. По словам президента Франции Эммануэля Макрона, эта сделка стала для его страны крупнейшим оборонным контрактом за всю историю. Как отмечает BFMTV, поставки должны начаться в 2027 году.

  • Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

    “Telegram” mesencerinin təsisçisi Pavel Durovun Parisdə saxlanılmasından sonra Birləşmiş Ərəb Əmirliklərinin guya Fransaya məxsus 80 ədəd “Rafale” qırıcı təyyarəsini almaqdan imtina etməsi ilə bağlı yayılan xəbər rəsmi Paris tərəfindən təkzib olunub.

    BFMTV kanalı məlumatı Fransa Silahlı Qüvvələrindəki mənbəyə istinadən dərc edib.

    Qeyd olunur ki, Fransa hərbi departamentinin nümayəndələri iddia edirlər ki, KİV-də yayılan məlumatlar dezinformasiyadan başqa bir şey deyil.

    Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. Avqustun 28-də dünyanın aparıcı informasiya agentliklərində dərc olunan xəbərdə qeyd olunur ki, Birləşmiş Ərəb Əmirlikləri Pavel Durovun həbsinə etiraz olaraq Fransa ilə aralarında olan 80 ədəd “Rafale” qırıcısının alınması ilə bağlı 17 milyard dollarlıq müqaviləni dondurub. Bundan bir gün sonra Pavel Durov məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

  • Məşhur meyxanaçının halı pisləşdi

    Meyxanaçı Xəyyam Əhmədlinin səhhəti pisləşib.

    Bu barədə aktyor Elcan Rəsulov məlumat yayıb.

    Xəyyamın təcili yardım maşınından görüntülərini paylaşan Elcan onun maddi vəsaitə ehtiyacı olduğunu vurğulayıb:

    “Xəyyamın vəziyyəti yenə ağırlaşıb. Bu dəfə heç əməliyyat da etmək olmaz. Oqtay Kamil dedi ki, aparata qoşulmalıdır. O da 150 min dollardır. Xəbəri dostlarla paylaşın, görək nə baş verir. Allah köməyi olsun”.

    Meyxanaçının ağır ürək problemləri olduğu bildirilir.

  • Bakıda başlayan güclü yanğınla bağlı FHN-dən daha bir AÇIQLAMA – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

    Nazirlikdən verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.