Month: August 2024

  • Şimali Koreya sərhədləri açır – Turist qəbul edəcək

    Şimali Koreya beş illik pandemiya qapanmasından sonra qapılarını turistlərin üzünə açır.

    İlkin olaraq yalnız Samjiyon şəhəri turistlərin üzünə açılacaq, lakin tezliklə paytaxt Pxenyana da səfər etməyin mümkün olacağı gözlənilir.

    Kim Çen Inın göstərişi ilə Cənubi Koreyadan başqa bütün ölkələrdən turistlərin qəbul ediləcəyi nəzərdə tutulur. ABŞ isə öz vətəndaşlarına bu ölkəyə səfər etməyi qadağan edir.

    Çinli turoperatorlar dekabrdan turist gətirməyi planlaşdırır. Lakin bəzi ekspertlər bu planların reallaşmasına şübhə ilə yanaşırlar.

  • Şarj cihazını “rozetka”dan ayırmasanız nə olar? – Diqqətli olun

    Mobil telefon sahibləri üç növə bölünür. Bəziləri həmişə şarj cihazını rozetkadan vaxtında çıxarırlar. Bəzi istifadəçilər də bunu etməyi unudurlar. Bəziləri isə qəsdən sarj cihazını rozetkada qoyurlar.

    Elektrik yuvasında qalan cihaz ciddi problemlərə çevrilə bilər.

    Artan elektrik istehlakı

    Elektrik yuvasına qoşulu olan şarj cihazı qadcetdən ayrıldıqdan sonra da enerji sərf etməyə davam edir. Bəli, əvvəlcə itkiləri böyük adlandırmaq olmaz. Ancaq istifadəçi hələ də şarj cihazını yuvadan ayırmamağa davam edərsə, ay sonu gələn ödəniş haqqı bir xeyli artacaq.

    Yanğın

    “Rozetka”da qalan şarj cihazının alışması da mümkün hadisələrdən biridir. Bu, qısaqapanma səbəbindən baş verə bilər. Mənzilinizdə yanğın baş verməsini istəmirsiniz? O zaman şarj cihazını vaxtında bağlayıcıdan ayırın.

    //lent.az

  • Alim Qasımov bu dəfə nəvəsi ilə oxudu – VİDEO

    Xalq artisti Alim Qasımov nəvəsi Salehlə muğam oxuyub.

    “Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri xanəndə instaqram hesabında paylaşıb.

    “Nəvəm Salehlə birgə. Allah sizi qorusun”, – deyə sənətkar yazıb.

    Videoda Alim Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımova da yer alıb.

    Qeyd edək ki, Saleh F. Qasımovanın övladıdır. Onun daha üç övladı var.

  • Masterkart 1000 işçisini ixtisar edir

    ABŞ-ın maliyyə xidmətləri şirkəti olan “Masterkard” qlobal işçi sayını azaldır.

    Bu barədə şirkətin məlumatında deyilir.

    Bildirilir ki, bu, təşkilati dəyişiklik planı ilə əlaqədardır:

    “Şirkət böyüməsini sürətləndirmək və uzunmüddətli fürsətlərə yatırımı mümkün etmək üçün yenidən struklaşma planı hazırlayıb. Bu prosedur şirkət personalının 3 faizinə təsir edəcək. İxtisara düşən işçilərə bildirişlərin verilməsinin üçüncü rübdə tamamlanması gözlənilir. Həmin işçilərə dəstək göstəriləcək”.

    ABŞ mediası ixtisara düşən işçi sayının, təxminən, 1000 nəfər olacağını yazıb.

  • Teleqramın yaradıcısı Bakıya gəldi

    Teleqramın yaradıcısı Pavel Durov Bakıya gəlib.

    Bu barədə Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, Durov Bakıda bir sıra yerləri gəzib.

    Onun yüksək vəzifəli şəxslərlə görüşü nəzərdə tutulub.

  • Alimentin miqdarı necə təyin olunur?

    Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10430 boşanma halı qeydə alınıb.

    Boşanmaların artması əsas müzakirə olunan mövzulardan biridir. İnsanlar səbəbin müxtəlif olduğunu düşünsələr də, bəzi mütəxəssislərin fikrincə boşanmaların artmasının əsas səbəbi aliment hərisliyidir.

    Bəs, aliment nədir?

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən vəkil Esmira Rzayevanın sözlərinə görə Azərbaycan Respublikasının Konstitusiyasında, Qanunvericiliyində və Ailə Məcəlləsində də nəzərdə tutulub ki, aliment uşaqların saxlanılması üçün nəzərdə tutulan ödənişli öhdəçilik və yaxud ərin arvadına, övladlarına qarşı öhdəliyidir.

    “Aliment ödəyəcək şəxsin rəsmi iş yeri və yaxud rəsmi gəliri varsa, 1 uşaq üçün maaşının və əlavə gəlirlərinin 1/4 hissəsini, 2 uşaq üçün 1/3 hissəsini, 3 və ya daha çox uşaq üçün gəlirlərinin və maaşının 50%-ni ödəyə bilər.

    “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanunda uşağın yaşaması üçün minimum aliment 235 manat nəzərdə tutulub”.

    Valideyn işsizdirsə, aliment necə təyin edilir?

    Vəkil qeyd edib ki, əgər aliment ödəyəcək şəxs işsizdirsə və ya onun gəliri sabit deyilsə, o zaman Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, sabit pul məbləği dəyərində aliment tutulacaq, bu da yaşayış minimumu və yaxud tərəflərin razılaşması ilə nəzərdə tutulan məbləğ ola bilər. O, qeyd edib ki, valideyn alimenti ödəmirsə, həmin şəxsə qarşı məhkəmə tədbirləri həyata keçirilir.

  • Qiyməti kəskin artan abituryentlərin test toplularının içərisi niyə dəyişmir? (VİDEO)

    Test toplularının qiymətində kəskin artım müşahidə edilir.

    Test kitabları tez tez yenilənir. Valideynlər isə iddia edir ki, dəyişən təkcə toplunun üz qabığı və qiymətidir.

    Ekspertlər bildirir ki, test topluları yeniləndikdən sonra içərisində çox az sayda dəyişiklik olur. Amma kitabın yeni nəşri çıxanda bir sıra probelər də yaranır.

    Onların sözlərinə görə, bəzi kurslar öz vəsaitlərini satmaq üçün demək olar ki, hər il yeni kitablar çıxarırlar. Repetitorların bu toplulardan istifadəsi nəticəsində abituryentlər bu vəsaiti almağa məcbur qalır.

    Qeyd edək ki, test topluların qiyməti 10-15 manat arasında dəyişir.//Xəzər TV

  • Xalq artisti: “Yuxusuzluq məni öldürür, ağrılardan bezmişəm”

    Bu gün Xalq artisti Ənvər Həsənovun doğum günüdür.

    73 yaşlı sənətkar “Qaynarinfo”ya arzularından danışıb:

    “Ağrıyıram, hər gün iynə vurulur, dərman içirəm, beləcə vaxtımı keçirirəm. O qədər ağrıyıram ki, ad günümü də unuduram. Dostlar sağ olsun, gecədən zəng vurub təbrik edirlər. Bu yaşdan sonra adam özünə nə arzu edər? Heç nə arzulamıram. Hər yerim ağrıyır, yata bilmirəm. Yuxusuzluq məni öldürür. İnanın, ağrılardan bezmişəm. Ağrısız-acısız bir həyat arzulayıram. Bəlkə, bundan sonra yaxşı olaram”.

    Ənvər Həsənov deyib ki, dostları onunla daim əlaqə saxlayır, səhhətini soruşurlar:

    “Mən heç yerə çıxa bilmirəm, onlar gəlirlər. Allah yaxşı dostları var eləsin”.

  • BDU-nun dosenti Nizami Süleymanov vəfat edib – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Nizami Süleymanov vəfat edib.

    Bu barədə BDU-dan bildirilib.

    N.Süleymanov 1953-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1970-1975-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1991-ci ildə “Ümumi qeyri-lokal sərhəd şərtli Steklov tipli məsələlərin araşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

    Fizika-riyaziyyat elmləri namizədi, dosent N.Süleymanov 1978-ci ildən indiyədək BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışıb. 60-dan çox elmi və metodik işin müəllifi idi.

    BDU kollektivi Nizami Süleymanovun vəfatından kədərləndiyini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.

    Allah rəhmət eləsin.

  • Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

    Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafının zibilliyə çevrilməsi barədə sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb və xoşagəlməz vəziyyət aradan qaldırılıb.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

    Xidmətin əməkdaşlarının və “Təmiz şəhər” ASC-nin işçilərinin köməyi ilə sahələrin tullantılardan təmizlənməsi təşkil olunub, toplanmış tullantılar Xankəndi poliqonuna daşınıb.

    Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb.

    Əhalinin diqqətinə çatdırılıb ki, ictimai yerlərə, yol kənarlarına, təbiət ərazilərinə məişət tullantılarının atılması mövcud qanunvericiliklə qadağandır.

    “Ölkəmizin bütün ərazilərinin təmiz saxlanılması, tullantılarla çirkləndirilməməsi hər birimizin vətəndaşlıq borcudur. Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq”, – Xidmət vətəndaşlara müraciətində bildirib.