Month: August 2024

  • Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

    Avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Bu barədə President.az məlumat yayıb.

    Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib. Türkiyə Prezidenti bunu ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirib.

    “BE-200ÇS” amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyən dövlətimizin başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.

    Dövlət başçıları Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.

    Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

  • İstirahətə getdiyi evdən meyiti tapıldı

    Göyçayda evdən meyit tapılıb.

    Lent.az-ın məlumatına görə, hadisə şəhərin Məhəmməd Füzuli küçəsində baş verib. Buradakı mənzillərin birində P. Əliyevin meyiti aşkarlanıb.

    Məlum olub ki, ev P. Əliyevin özünə məxsus olub və o, buraya istirahət üçün gəlibmiş. Onun ürək xəstəliyindən vəfat etdiyi bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Çində istismardan çıxarılan sovet təyyarədaşıyan gəmisində yanğın baş verdi

    Çinin Yantszı çayı üzərindəki Nantong şəhərində istismardan çıxarılan “Minsk” təyyarədaşıyan gəmisinin sökülməsi və təmiri zamanı yanğın baş verib.

    Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

    Müxbirlərin bildirdiyinə görə, avqustun 17-də səhər saatlarında yanğının böyük hissəsi söndürülüb. Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.

    “Minsk” kreyseri SSRİ-də yığılıb. 1972-ci ildə əsası qoyulub, 1975-ci ildə istifadəyə verilib. Gəmi 1978-ci ildə istismara verilib və 30 iyun 1993-cü ildə donanmadan çıxarılıb. Daha sonra Çinə satılıb və 2006-cı ildə Şenjendəki əyləncə parkının bir hissəsi olub.

    2016-cı ildə təyyarə daşıyıcısı Nantong şəhərinə aparılıb. Orada “planlaşdırılmış təyyarə gəmisi tematik parkının” bir hissəsi olması nəzərdə tutulurdu.

  • Azərbaycan əsas gəlir mənbələrindən birini sürətlə itirir: Qarşısını necə almaq olar?

    BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və digər humanitar ixtisaslaşmış qurumlarının “Dəniz ekosistemləri və balıqçılıq üçün iqlim dəyişikliyi riskləri: 2100-cü ilə qədər proqnozlar” adlı illik hesabatı yayılıb.

    Hesabatda qeyd edilib ki, qlobal istiləşmə regiondan və temperaturun yüksəlməsindən asılı olaraq əsrin sonuna qədər dünya okeanlarında balıq ehtiyatlarını və biokütləni 10-40 % azaldacaq.

    Tədqiqata görə, 178 ölkədə əsrin sonuna qədər balıq ehtiyatının 10 %, yüksək emissiya şəraitində isə 48-dən çox ölkədə 30 %-ə qədər azalacağı proqnozlaşdırılır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Publika.az-a açıqlamasında bu hesabatı şərh edib, qlobal istiləşmənin Azərbaycana təsirindən danışıb.

    O bildirib ki, Xəzər dənizi kifayət qədər böyük su hövzəsidir:

    “Ona görə də onun şimal və cənubu arasında temperatur fərqi təxminən 10 dərəcəyə çatır. Orta temperatur 25-26 dərəcədir. Cənuba nisbətən şimalda suyun temperaturu daha az olur. Yəni Xəzər dənizində suyunun temperaturunu bir rəqəmlə ifadə etmək mümkün deyil. Milyon illər boyunca Xəzər dənizi sularında adaptasiya olunmuş çox qiymətli balıq növləri olub. Onlardan bəziləri bu gün də orada yaşayır. Lakin iqlimin bu cür istiləşməsi onların yaşayış mühitinə çox ciddi təsir edir. Çünki iqlim istiləşdikcə, suda həll olmuş oksigenin miqdarı azalır. Bu isə balıqların boğulmasına və daha çox öz yerlərini dəyişməsinə səbəb olur. Məsələn, son 10 illikdə balıqların daha çox şimal istiqamətində yer dəyişməsi müşahidə olunub. Bu, suyun temperatur ilə bağlıdır. Digər yandan da şimal istiqamətində dəniz səviyyəsi kəskin şəkildə aşağı düşür. Bu da başqa bir faktor kimi balıqların yaşam tərzinə təsir edir”.

    Ekoloq əlavə edib ki, Xəzərdə yaşayan balıqlar əsasən keçici balıqlardır və onlar kürü tökmək üçün çaylara keçirlər:

    “Həm çaylarda suyun azalması, həm dənizin səviyyəsinin aşağı düşməsi balıqlara təsir edir. Ümumiyyətlə, dəniz-çay əlaqələri zəifləyib. Xəzər dənizində balıq ehtiyatları sürətlə tükənir. Vaxtilə Azərbaycanda il ərzində təkcə 6-7 min ton nərə balığı, qara kürü istehsal olunurdu, bu gün o istehsal yoxdur. Azərbaycan özünün əsas ənənəvi gəlir mənbələrindən birini tədricən itirməkdədir. Bu bir həyəcan siqnaldır. Digər tərəfdən Xəzərin ekosisteminə çirklənmə təsir edir. Xəzər hövzəsində yerləşən iri şəhərlərdə mövcud kanalizasiya şəbəkələri ya yoxdur, ya da yetərsiz işləyirlər. Bu da Xəzərin çirklənməsinə səbəb olur. Xülasə Xəzər dənizində balıq resurslarının tükənməsinə çox sayılı amillər təsir edir. Çox təəssüflər olsun ki, bir ölkə ilə bu problemi həll etmək olmaz. Bu istiqamətdə görülən addımlar da çoxistiqamətli olmalıdır. Ölkələr bir araya gəlib, Xəzərin sağlamlaşdırılması planı üzərində əsaslı olaraq işləməlidirlər”.

  • Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib – FOTO

    Rusiya xarici işlər nazirinin müavini Sergey Putin diplomatik qurumun rəhbərinin birinci müavini təyin edilib.

    “Report”un məlumatına görə, müvafiq sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

    “Sergey Vladimiroviç Putin Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini təyin edilsin”, – sənədin mətnində deyilir.

  • В Азербайджане скоропостижно скончался пилот

    В Азербайджане скоропостижно скончался пилот.

    Как передает publika.az, пилот гражданской авиации Гариб Гарибов умер на 36-м году жизни.

    Причина его смерти не уточняется.

    Отметим, что Г.Гарибов – муж сестры одного из самых известных и востребованных азербайджанских мужчин-моделей Ильгара Алиева. Последний в настоящее время также работает пилотом.

  • Azərbaycanda pilot qəfil öldü – FOTO

    Azərbaycanda pilot qəfil vəfat edib.

    Publika.az-ın məlumatına görə, mülki aviasiya sahəsində çalışan 36 yaşlı pilot Qərib Qəribov dünyasını dəyişib.

    Onun ölüm səbəbi açıqlanmayıb.

    Qeyd edək ki, Qərib Qəribov tanınmış model İlqar Əliyevin bacısının həyat yoldaşıdır. İlqar Əliyev də hazırda pilot kimi fəaliyyət göstərir.

  • Ermənistanda Qərbi Nil virusu yayılıb, ölən var

    Ermənistanda Qərbi Nil virusuna 20 yoluxma halı qeydə alınıb. Yoluxanlardan biri ölüb.

    Bu barədə Median.Az Sputnik-ə istinadən xəbər verir.

    Ermənistanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Milli Mərkəzin direktor müavini Sergey Çaxmaxçyan məlumatı təsdiqləyib.

    O, xəstəliyin uzun müddətdir mövcud olduğunu və Ermənistanda geniş yayılmadığını, lakin qlobal istiləşmə səbəbindən belə risklərin ortaya çıxdığını xatırladıb.

  • İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub

    İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, həyata keçirilən tədbirlərlə 10-16 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 8 avtomat silahı, 2 tapança, 8 tüfəng, 29 qumbara, 24 alışdırıcı, 2 mərmi, 15 süngü-bıçaq, 131 patron darağı, 3480 ədəd müxtəlif çaplı patron və digər sursatlar tapılıb.

    Eyni zamanda Kəlbəcər rayonu ərazisindən 1 avtomat silahı, 6 qumbara, 1 süngü-bıçaq, 4 patron darağı, 417 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 1 avtomat, 1 tapança, 2 tüfəng, 3 mərmi, 1 qumbara, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron, Cəbrayıl rayonu ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 3 paatron darağı və 112 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonu ərazisindən 2 avtomat silahı, 1 süngü-bıçaq, 4 patron darağı və 102 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

    Bildirilib ki, işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

  • Azərbaycanda 14 yaşlı qız əməliyyat zamanı öldü

    Yevlaxda əməliyyat zamanı 14 yaşlı yeniyetmə qız həyatını itirib.

    “Unikal”ın məlumatına görə, hadisə rayon xəstəxanasında baş verib.

    2010-cu il təvəllüdlü Nərminə Vüsal qızı Kazımova cərrahi əməliyyat zamanı dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.