Month: August 2024

  • В Сирии произошло землетрясение магнитудой 5,2

    Землетрясение магнитудой 5,2 зафиксировано в Сирии.

    Как передает АПА со ссылкой на ТАСС, об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр находился в 4 км к западу от города Саламия, где проживают 94,8 тыс. человек. Очаг залегал на глубине 7 км.

    Информации о пострадавших и разрушениях не поступало.

    Ранее землетрясение магнитудой 5,5 было зафиксировано в Сирии 13 августа.

  • Suriyada 5.2 bal gücündə zəlzələ OLDU

    Suriyada zəlzələ baş verib.

    Median.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

    Yeraltı təkan Türkiyədə də hiss edilib.

    Hama şəhirində baş verən zəlzələnin maqnitudası 5.2 olub.

    Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

  • “Qarabağ Universitetində təhsil alacaq hər bir tələbəyə noutbuk hədiyyə olunacaq” – RƏSMİ

    “Hazırda ilk tədris ilində universitetimizdə təhsil alacaq tələbələr üçün çoxsaylı imkanlar yaradılır”.

    Median.Az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Elm və Təhil Nazirliyinin qəzetinə müsahibəsində deyib.

    Onun sözlərinə görə, universitetdə təhsil yalnız dövlət sifarişi əsasında həyata keçiriləcək:

    “Bu, o deməkdir ki, universitetə qəbul olacaq tələbələrimizin hamısı dövlət tərəfindən təqaüd alacaq. Biz həmin tələbələrə dəstək olmaq məqsədilə əlavə təqaüd verilməsi imkanlarını da müzakirə edirik. Qarabağ Universitetində bu il təhsil alacaq bütün gənclərimiz dövlətimiz tərəfindən verilən və ödənişsiz əsaslarla təqdim olunan mənzil tipli yataqxanalarda yaşamaq imkanı əldə edəcəklər”.

    Şahin Bayramov qeyd edib ki, hər bir tələbəyə noutbuk hədiyyə olunacaq:

    “Bir sözlə, universitetdə təhsil alan gənclərimiz üçün çoxsaylı imkanlar yaradılır. Əminəm ki, bu tipli dəstəklər qarşıdakı dönəmdə də davam edəcək. Əlavə imkanların növbəti illərdə qəbul olacaq gənclər üçün konkret formatı ilə bağlı tədris ili ərzində məlumatlar daha detallı şəkildə veriləcək”.

  • ÜST rəhbəri Qəzzadakı vəziyyətlə bağlı ÇAĞIRIŞ ETDİ

    Avqustun sonunda və sentyabrda Qəzzada sirkulyasiya edən virus variantının yayılmasının qarşısının alınması üçün iki tur poliomielitə qarşı peyvənd kampaniyasının başlanması gözlənilir.

    Median.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “X”də yazıb.

    “Həyat xilasedici peyvəndlərin ehtiyacı olan bütün uşaqlara çatması üçün humanitar fasilələr çox vacibdir. Biz bütün tərəflərdən kampaniyanın hər turunda yeddi gün ərzində humanitar fasilələr tətbiq etməyi xahiş edirik”,-o qeyd edib.

  • Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını LƏĞV ETDİ

    Azərbaycan və 125 digər ölkə Pakistana səfər etmək üçün pulsuz viza ala bilər.

    Median.Az xəbər verir ki, bu barədə “Visanews” məlumat yayıb.

    Pakistanın informasiya naziri Ataulla Tarar bildirib ki, Azərbaycan da daxil olmaqla, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək.

    Qeyd edilib ki, bu ölkələrin vətəndaşlarına 90 günlük viza 24 saat ərzində həm turizm, həm də işgüzar məqsədlər üçün pulsuz veriləcək.

  • Azərbaycanda rəqəmsal tələbə kartlarından istifadəyə start verilir

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşəbbüsü ilə rəqəmsal tələbə kartlarından istifadəyə start verilir.

    Report bu barədə İRİA-ya istinadən xəbər verir.

    Məlumata görə, artıq AzTU tələbələri tələbə bileti məlumatlarını “mygov” tətbiqi üzərindən rəqəmsal formada təqdim edəcəklər. Növbəti tədris ilindən universitetə daxil olmaq, universitetdə imtahanlara giriş zamanı kimi bir çox hallar üçün rəqəmsal tələbə kartından isitifadə nəzərdə tutulub.

    Bunun üçün tələbə “mygov” tətbiqində öz hesabına daxil olaraq rəqəmsal sənədlərin təqdim olunduğu “kartlar” bölməsində tələbə məlumatlarını əks etdirən tələbə kartı ilə tanış ola bilər. Kartın üzərindəki “QR paylaş” düyməsinə klikləyərək və yaxud həmin bölmədə əks olunan unikal nömrəni təqdim edərək məlumatları digər tərəflərlə paylaşa bilərlər. Eyni zamanda tələbə kartının PDF sənəd formatında paylaşılması da mümkündür. Qarşı tərəf isə bu məlumatları “mygov Checker” mobil tətbiqi və ya veb platforması vasitəsilə yoxlaya biləcək.

    Tələbə daha sonra “mygov” mobil tətbiqində “paylaşdığım məlumatlarım” bölməsində paylaşdığı məlumatların tarixçəsi ilə tanış ola bilər.

    “Mygov” rəqəmsal hökumət platformasını İRİA təqdim edir. Platforma dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalı yaradır və yeni nəsil rəqəmsal hökumət yanaşmasına dair funksionallıqları özündə birləşdirir.

  • Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv etdi

    Azərbaycan və 125 digər ölkə Pakistana səfər etmək üçün pulsuz viza ala bilər.

    Bu barədə “Visanews” məlumat yayıb.

    Pakistanın informasiya naziri Ataulla Tarar bildirib ki, Azərbaycan da daxil olmaqla, 126 ölkədən gələn ziyarətçilər üçün elektron viza (e-Visa) rüsumlarından imtina ediləcək və müraciət prosesi əhəmiyyətli dərəcədə sadələşdiriləcək.

    Qeyd edilib ki, bu ölkələrin vətəndaşlarına 90 günlük viza 24 saat ərzində həm turizm, həm də işgüzar məqsədlər üçün pulsuz veriləcək.

  • Azərbaycanın FIFA referisi pley-off matçına təyinat alıb

    FIFA referisi Elçin Məsiyev avrokubok oyununa təyinat alıb.

    “Report” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq.

    Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu VAR, Rəşad Əhmədov isə AVAR hakimi kimi fəaliyyət göstərəcək.

    Qeyd edək ki, görüş avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda keçiriləcək.

  • Nazirdən tibb işçiləri ilə bağlı ƏMR

    Bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisaslar müəyyən edilib.

    APA xəbər verir ki, bu, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrində əksini tapıb.

    Qeyd edilib ki, bəzi tibb mütəxəssislərinin sertifikasiyadan keçməli olduqları ixtisasların müəyyən edilməsi siyahısı aşağıdakı kimidir:

    – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasdəyişmə ilə bağlı peşə hazırlığı kursu keçənlər şəhadətnamə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;

    – Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb), pediatriya ixtisası üzrə bitirmiş və 19.03.2018-ci il tarixinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23.07.2010-cu il tarixli 57 nömrəli əmri ilə təsdiq olunmuş baza ali tibb təhsilinə əsasən tutulmasına icazə verilən vəzifələrin siyahısına uyğun olaraq işə qəbul olunmuş və həmin vəzifədə işləyənlər sertifikasiyadan tutduqları vəzifəyə, yaxud ali və ya ali ixtisas tibb təhsili diplomunda qeyd edilmiş ixtisasa uyğun olaraq sertifikasiyadan keçməlidirlər;

    – Əsas (baza ali) tibb təhsilini müalicə işi (tibb) ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq beş ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra “Tibb” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

    – Əsas (baza ali) tibb təhsilini pediatriya ixtisası üzrə bitirmiş və fasiləsiz olaraq beş ildən artıq müddətdə işləməyən şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müvafiq peşə hazırlığı kursu keçdikdən sonra pediatriya (baza) ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

    – Əsas (baza ali) tibb təhsilini stomatologiya ixtisası üzrə bitirmiş, internatura və ya rezidentura təhsili almamış şəxslər sertifikasiyadan stomatologiya (baza) ixtisası üzrə keçməlidirlər;

    – “Funksional diaqnostika” ixtisası üzrə internatura hazırlığını kardiologiya şöbəsində funksional diaqnostika kabinetlərində (Elektrokardioqrafiya, Exokardioqrafiya) keçənlər – “Kardiologiya”, şüa diaqnostikası şöbələrində (ultrasəs müayinəsi, rentgen müayinəsi və s.) keçənlər isə “Şüa diaqnostikası” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər;

    – Əsas (baza ali) tibb təhsilli təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlər “Tibb” ixtisası üzrə sertifikasiyadan keçməlidirlər.

    İctimai Səhiyyə və İslahatlar Mərkəzinə tapşırılıb ki, tibb mütəxəssislərinin sertifikasiya imtahanlarına buraxılması yuxarıda təsdiq edilmiş siyahı nəzərə alınmaqla həyata keçirilsin. Tibb mütəxəssislərinin (təsdiq edilmiş siyahıda qeyd olunan şəxslər və bu əmr qüvvəyə minənədək Səhiyyə Nazirliyi tərəfindən təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmış şəxslər istisna olmaqla) təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmasına yol verilməsin. Sertifikasiya imtahanları ilə bağlı həyata keçirilən fəaliyyət və onun nəticələri təhlil edilərək hər rübün sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim edilsin.

    Dövlət və qeyri-dövlət tibb müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, tibb və ya əczaçılıq işçilərinin yalnız hədəf auditoriyası kimi ixtisaslarının və (və ya) çalışdıqları vəzifələrin müəyyən edildiyi təkmilləşdirmə kurslarına göndərilməsi təmin edilsin.

    Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna tapşırılıb:

    – Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən, 2009-cu ilin mart ayınadək tibb mütəxəssislərinin ixtisasdəyişmə məqsədilə peşə hazırlığı kurslarından keçməsi barədə məlumatlar “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri”nə daxil edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim edilsin;

    – Bu əmrin tələbləri nəzərə alınaraq, tibb mütəxəssislərinin təhsil haqqında diplomda qeyd edilmiş ixtisasdan fərqli ixtisas üzrə təkmilləşdirmə və peşə hazırlığı kursuna qəbul olunmasına yol verilməsin.

    Azərbaycan Tibb Universitetinə tapşırılıb ki, 2011-ci ilədək bütün illər üzrə internaturada hazırlıq keçmiş şəxslərin siyahısı reyestrə daxil edilməsi üçün cari ilin sonunadək Səhiyyə Nazirliyinə təqdim edilsin.

    Səhiyyə Nazirliyinin Aparatının İnsan resursları, elm və təhsil şöbəsinə tapşırılıb ki, bu əmrə uyğun olaraq təqdim edilmiş müvafiq məlumatların reyestrə daxil edilməsi təmin edilsin. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə tapşırılıb ki, verilmiş tapşırığın icrası üçün reyestrdə müvafiq texniki imkanların yaradılması təmin edilsin.

    Ali və orta ixtisas tibb təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb, habelə tibb təhsilini həyata keçirən digər təhsil müəssisələrinin rəhbərlərinə tövsiyə edilib ki:

    – pedaqoji heyət üzrə müvafiq tibb və səhiyyə (əczaçılıq) ixtisaslarına uyğun kafedra və ya şöbələrə yalnız ixtisası (ixtisaslaşması) həmin kafedranın profilinə uyğun olan şəxslər işə qəbul olunsunlar;

    – tələbələr və müdavimlərin praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası üzrə mövcud qanunvericiliklə bağlı maarifləndirilməsi, bu əmr barədə məlumatlandırılması təmin edilsin.

    Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinə tapşırılıb ki, Naxçıvan Muxtar Respublikasında sertifikasiya imtahanlarının qanunvericiliyin tələblərinə uyğun olaraq təşkili üçün müvafiq şəraitin yaradılması təmin edilsin.

  • Braziliyada daha bir təyyarə qəzası – 5 nəfər öldü

    Braziliyada kiçik ölçülü sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çöllük əraziyə çırpılaraq alovlanan təyyarədə sağ qalan olmayıb.

    Qeyd edək ki, bu ay ərzində Braziliyada artıq ikinci təyyarə qəzasıdır.

    Daha öncəki insident avqustun 9-da, sərnişin təyyarəsinin yaşayış məntəqəsinə çırpılması nəticəsində 57 sərnişin və 4 ekipaj üzvü həlak olmuşdu.
    //azxeber.com