Month: August 2024

  • Şimşək çaxıb, arabir leysan yağıb – FAKTİKİ HAVA

    Avqustun 16-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.

    Median.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 16:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Göyçay, Zərdab, İmişli, Sabirabad, Lənkəran, Xaltan, Qusar, Şahdağ, Oğuz, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 30, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.

  • “Bu yumurtalar sağlamlığa zərər verir” – AÇIQLAMA

    Sağlam qida insan bədəninə bütün dərmanlardan daha faydalıdır. Yediyimiz qidaların əsasən yumurtaların sağlam olub-olmadığını müəyyən etmək mümkündür. Çoxu yumurta alarkən onun istehsal tarixi ilə maraqlanır və təzə olub-olmadığını yoxlayır. Həmin yumurtanı yumurtlayan toyuqlar barədə isə düşünmürlər. “Bu toyuqlar sağlamdırmı? Hansı şəraitdə böyüyürlər?” sualını satıcıya versək, cavab ala bilməyəcəyik.

    Bəs sağlam toyuq və yumurta necə əldə oluna bilər?

    Mövzu ilə bağlı sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, toyuq təbii şəraitdə, hormonlarsız, ot və həşəratlarla qidalandıqda sağlam olur:

    “Sağlam bir toyuğun yumurtladığı yumurta da, təbii ki, sağlam olur. Belə yumurtalar vitaminlər və doymamış yağ turşuları olan Omeqa3 və D vitamini ilə zəngindir.
    Toyuqlar məhdud şəraitdə, quşçuluq fermasında yetişdirilibsə, yumurtanın tərkibində vitamin az olur. Bu cür yumurtalar insan sağlamlığına zərər verə bilir. Broyler toyuqları təmiz havaya buraxılmır. Onlar günəş şüasından və açıq havadan məhrumdur. Bu isə birbaşa dölə, toyuğun yumurtasına təsir edir. Nəticə etibarilə toyuğun əti də, yumurtası da keyfiyyətsiz olur”.

    Məhsəti Hüseynova qeyd edib ki, əsas problem toyuqların saxlanıldığı şəraitdir:

    “Dar qəfəslərdə hər kvadratmetrə düşən toyuq sayının çox olması, onların saxlanıldığı yerlərin həddindən artıq işıqlandırılması, ventilyasiya sisteminin zəif olması toyuqlarda stressə səbəb olur.Belə şəraitdə böyüyən toyuqlar bir-birini dimdikləyərək yaralayır. Avropada bu problemi aradan qaldırmaq üçün 2012-ci ildən baraban tipli quşçuluq sistemi qadağan edilib. Digər ölkələrdə isə toyuqların bir-birinə zərər verməməsi üçün başqa vasitəyə əl atırlar. Onların yemlərinə sakitləşdirici dərmanlar əlavə edirlər. Böyümə prosesinə müdaxilə edilməyən toyuqlar daha sağlam olurlar. Məhz bu baxımdan yumurta alarkən kənd toyuqlarının yumurtaları məsləhət görülür”.

  • Zelenskinin Ofisi: “Bizim danışıqlarla bağlı Rusiyaya yalvarmaq planımız yoxdur”

    Ukrayna Rusiya ərazilərini işğal etməkdə maraqlı deyil, bu, özünümüdafiə müharibəsidir.

    Median.Az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

    “Ukrayna Rusiya ərazilərini işğal etməkdə maraqlı deyil. Bu aydındır. Ukrayna beynəlxalq hüquq çərçivəsində eksklüziv müdafiə müharibəsi aparır… Amma əgər söhbət potensial danışıqlardan gedirsə – potensial olduğunu vurğulayıram – biz Rusiyanı öz şərtlərimizlə masanın əks tərəfinə oturtmalı olacağıq. Bizim qətiyyən yalvarmaq planımız yoxdur: “Zəhmət olmasa, oturun danışıqlar aparaq”. Əksinə, biz sübut edilmiş, təsirli məcburetmə vasitələrinə malikik.

    Bu, iqtisadi və diplomatik vasitələrlə yanaşı, həm də hərbi alətdir. Rusiyaya əhəmiyyətli taktiki məğlubiyyətlər verdirməliyik. Kursk bölgəsində biz Rusiyanı ədalətli danışıqlar prosesinə razı salmaq üçün hərbi alətdən necə obyektiv istifadə edildiyini aydın görə bilərik”, – Podolyak qeyd edib.

    Onun sözlərinə görə, müharibə Rusiya ərazisinə keçəndə bu ictimai rəyə təsir edir və onu daxildən dəyişməyə başlayır: “Bu bir faktdır ki, son vaxtlara qədər işğalçı ölkənin vətəndaşları Ukraynada baş verdiyi üçün hərbi əməliyyatlara ümumiyyətlə biganə yanaşırdılar.

    Qərb müttəfiqlərimiz arasında müəyyən bir illüziya var ki, ruslar arasında müharibə ilə bağlı müzakirə gedir: Xeyr, belə müzakirələr yoxdur, orada siyasi məsələlər ümumiyyətlə müzakirə olunmur. Ruslar müharibədən danışmırdı və özlərini kifayət qədər rahat hiss edirdilər, çünki ölüm və dağıntı onlardan çox uzaqda gedirdi. Müharibə onların ərazisinə gələndə ruslar açıq-aydın qorxdular, onlar şokdadır”.

  • Vladimir Putin Azərbaycana dövlət səfəri EDƏCƏK

    Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycana dövlət səfəri edəcək.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

    Səfərin yekunları üzrə hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır.

  • Племянник Назарбаева досрочно освобожден

    Племяннику экс-президента Казахстана Нурсултана Назарбаева Кайрату Сатыбалды смягчили приговор, заменив остаток срока лишения свободы ограничением свободы на 3 года 3 месяца и 7 суток.

    Как сообщает АПА со ссылкой на «Спутник-Казахстан», Сатыбалды отбыл более 1/3 срока наказания, а также возместил ущерб.

    Он добровольно передал государству активы и имущество на общую сумму более 700 млрд. тенге ($1,4 млрд).

    Кайрат Сатыбалды должен в течение 10 дней явиться в службу пробации, встать на учет, не менять без уведомления место жительства, работы и учебы.
    Если у него не будет постоянной работы, его привлекут к принудительному труду по 100 часов ежегодно в течение всего срока наказания.

    Суд по его делу состоялся в Астане в сентябре 2022 года, он был приговорен к 6 годам лишения свободы.

  • Nazarbayevin qardaşı oğlu şərti azadlığa buraxılıb

    Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı şərti azadlığa buraxılıb.

    APA-nın “Sputnik-Kazakhstan”a istinadən məlumatına görə, bu barədə məhkəmə qərar verib.

    Bildirilib ki, o dövlətə dəyən ziyanı ödəmək məqsədilə mülkiyyətindəki 1,4 milyard dollar dəyərində olan aktivləri və daşınmaz əmlakı dövlətə təhvil verib.

    Dövlət əmlakının mənimsənilməsi və israfında günahlandırılaraq, 6 il müddətinə azadlıqdan məhrum edilən 54 yaşlı K. Satıbaldı cəzasının 3 il 3 ay 7 gününü azadlıqda tamamlayacaq.

    Qərara əsasən, əgər daimi iş yeri olmazsa, o şərti azadlıqda olduğu hər il ərzində 100 saatlıq icbari əməyə cəlb ediləcək.

  • Израиль надеется на поддержку союзников в случае удара Ирана

    Глава израильского МИД Исраэль Кац принял коллег из Великобритании и Франции, находящихся с визитом в Израиле.

    Как сообщает АПА со ссылкой на AFP, глава МИД дал понять министрам иностранных дел Франции и Великобритании, что в случае нападения Ирана ждет поддержки от союзников в вопросе ответного удара по Тегерану: «Мы ждем, что в случае нападения Ирана коалиция под руководством США присоединится к Израилю не только в обороне, но и в ответном ударе по важным объектам в Иране», – отметил дипломат.

    Каk сообщил высокопоставленным дипломатам, прибывшим с визитом в Израиль, что его страна готова к соглашению об освобождении заложников, но ХАМАС может ужесточить свои требования во время переговоров в ожидании нападения Ирана.

  • İsrail İranın zərbə endirəcəyi təqdirdə, müttəfiqlərdən Tehrana hücumda dəstək gözləyir

    İsrailin xarici işlər naziri İsrael Katz ölkəsində səfərdə olan fransız və britaniyalı həmkarları ilə görüşüb.

    APA xəbər verir ki, bu barədə İsrael Katz “X” platformasında bildirib.

    XİN rəhbəri İranın İsrailə zərbə endirəcəyi təqdirdə, müttəfiqlərdən Tehrana hücum etməkdə dəstək gözlədiyini deyib.

    ”İran hücum edərsə, koalisiyanın təkcə müdafiədə deyil, həm də İrandakı əhəmiyyətli hədəflərə hücumda İsrailə qoşulmasını gözləyirik”, – diplomat qeyd edib.

    Katz İsraildə səfərdə olan baş diplomatlara ölkəsinin girovların azad edilməsi ilə bağlı razılaşmaya hazır olduğunu, lakin HAMAS-ın danışıqlar zamanı İranın hücumu ərəfəsində tələblərini sərtləşdirə biləcəyini vurğulayıb.

  • В парламенте Турции произошла драка

    В Великом национальном собрании Турции произошла драка.

    Как передает АПА, об этом сообщил NTV.

    Во время обсуждения отзыва мандата у Джана Аталая депутат Рабочей партии (TIP) Ахмет Шик оскорбил членов Партии справедливости и развития.

    После этого напряжение в парламенте возросло, и началась драка.

  • Türkiyə parlamentində dava düşüb, deputatlar yumruqlaşıblar

    Türkiyə Böyük Millət Məclisində (TBMM) dava düşüb.

    APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

    Bildirilib ki, TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından deputat Ahmet Şık AK Partiyasının üzvlərini təhqir edib.

    Bundan sonra TBMM-də gərginlik artıb və deputatlar yumruq davasına çıxıblar.