Month: August 2024

  • Обнародовано количество местных наблюдателей, зарегистрированных в связи с выборами в Азербайджане

    Обнародовано количество наблюдателей, зарегистрированных на данный момент в связи с внеочередными парламентскими выборами в Азербайджане.

    Как сообщает АПА, об этом заявил председатель Центральной избирательной комиссии Мазахир Панахов.

    По его словам, количество местных наблюдателей превысило 93 964 тысяч человек.

  • Növbədənkənar parlament seçkiləri ilə bağlı qeydə alınan yerli müşahidəçilərin sayı bilinib

    İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli müşahidəçilərin sayı açıqlanıb.

    APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

    O deyib ki, yerli müşahidəçilərin sayı 93 964 nəfərə çatıb: “Onlardan 5859-u MSK-da, 88 105-i isə Dairə Seçki Komissiyalarında (DSK) qeydə alınıb”.

  • В Азербайджане на складе одежды произошел пожар -ВИДЕО

    На горячую линию «112» МЧС поступила информация о пожаре на складе одежды в поселке Гобу Абшеронского района.

    Как сообщает АПА со ссылкой на МЧС, на место были привлечены соответствующие силы министерства..

    На горячую линию «112» МЧС поступила информация о пожаре на складе одежды в поселке Гобу Абшеронского района.

    Как сообщает АПА со ссылкой на МЧС, на место были привлечены соответствующие силы министерства..

  • Qobu qəsəbəsində geyim malları anbarında yanğın olub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən geyim malları anbarında yanğın baş verməsi barədə məlumat daxil olub.

    APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində təkrar istehsalı nəzərdə tutulan geyim malları ümumilikdə 700kv.m. sahədə yanıb. Anbar və geyim malları yığılmış digər kisələr yanğından mühafizə olunub.

  • Обнародовано количество избирателей в Азербайджане

    На выборах в Милли Меджлис Азербайджана действуют 6477 избирательных участков.

    Как сообщает АПА, об этом на сегодняшнем заседании Центральной избирательной комиссии (ЦИК) Азербайджана сказал председатель комиссии Мазахир Панахов.

    По словам М.Панахова, из них 6343 являются постоянными, а 134 – временными избирательными участками: «Количество избирателей – 6 421 073 человека».

  • Azərbaycanda seçicilərin sayı açıqlanıb

    Milli Məclisə seçkilərdə 6477 seçki məntəqəsi fəaliyyət göstərir.

    APA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

    MSK sədri bildirib ki, onlardan 6343 daimi, 134-ü isə müvəqqəti seçki məntəqələridir.

    “Seçicilərin sayı isə 6 421 073 nəfərdir”, – MSK sədri Məzahir Pənahov qeyd edib.

  • Обнародовано количество международных наблюдателей, зарегистрированных в связи с парламентскими выборами в Азербайджане Обнародовано количество международных наблюдателей, зарегистрированных в связи с парламентскими выборами в Азербайджане

    Обнародовано количество международных наблюдателей, зарегистрированных до настоящего времени в связи с внеочередными парламентскими выборами в Азербайджане.

    Как сообщает АПА, об этом сообщил председатель Центральной избирательной комиссии Мазахир Панахов.

    Председатель ЦИК сообщил, что их число составило 321.

  • Parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

    İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı açıqlanıb.

    APA-nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, parlament seçkiləri ilə əlaqədar qeydə alınan beynəlxalq müşahidəçilərin sayı 321 nəfərdir.

    MSK sədri diqqətə çatdırıb ki, 46 ölkədən olan beynəlxalq müşahidəçilər 39 qurumu təmsil edir.

  • Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib

    Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib.

    Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 16-da Baş prokuror Kamran Əliyev Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

    Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

    Qəbulda iştirak edən 41 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

    Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

  • “Rusiya müqəddəs müharibədə mütləq qalib gələcək” – Kim Çen In

    Şimali Koreya lideri Kim Çen In ölkəsinin müstəqilliyinin ildönümü şərəfinə Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.

    Median.Az bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

    Kim Çen In ölkələr arasında dostluq münasibətlərini vurğulayaraq, Ukraynada “sülh uğrunda müqəddəs müharibədə” Rusiyanın qalib gələcəyinə əminliyini ifadə edib.

    “Dözümlü rus xalqı yoldaş Putinin rəhbərliyi altında dövlətin suveren hüquqlarını və təhlükəsizlik maraqlarını qətiyyətlə müdafiə edəcək, regional və beynəlxalq sülhə nail olmaq üçün müqəddəs müharibədə mütləq qalib gələcək”.

    Kim Çen In rus və Şimali Koreya xalqları arasındakı qardaşlığı da xatırladıb. Onun sözlərinə görə, çoxqütblü dünyanın qurulmasında hərəkətverici qüvvə məhz budur.

    Xatırladaq ki, Şimali Koreyada avqustun 15-i Qurtuluş Günüdür. Bayram həm Şimali, həm də Cənubi Koreya tərəfindən qeyd olunur. Bu tarix Yaponiyanın Koreya yarımadasında 35 illik müstəmləkəçiliyinin sona çatması ilə bağlıdır.