Month: August 2024

  • Paytaxtın bəzi yollarındakı avtobus zolağı sürücülərə təhlükə yaradır – VİDEO

    Bakıda avtobus zolaqlarının sayı artsa da, bəzi kəsişmələrdə bu səbəbdən təhlükəli vəziyyətlər yaranır.

    Xezerxeber.az-ın məlumatına görə, şəhər yollarının əksər hissələrində kəsişmələrə çatmamış digər nəqliyyat vasitələrinə sağa və ya sola dönmək üçün zolaqlara giriş icazəsi verilir. Ancaq Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində sürücülərə bu cür icazə verilmir. Yəni, bu hissədə nəqliyyat vasitələrinin düzünə və sağa dönməsinə icazə verən yol nişanı olsa da, kəsişməyə çatmamış zolağa giriş icazəsi yoxdur.

    Yol hərəkəti üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, həmin hissədə düzəlişə ehtiyac var. Əks halda, qəza riski qalmağa davam edəcək. Ekspert əlavə edib ki, əgər qırıq-qırıq xətt yoxdur, bu zaman həmin zolağa girən sürücülər cərimələnə bilər. Bütün hallarda, bu məsələnin həlli söz-söhbətlərin qarşısını ala bilər.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən əraziyə qurumun əməkdaşları tərəfindən yerində baxış keçiriləcək və müvafiq tənzimləmələr aparılacaq.

    Ətraflı süjetdə:

  • Перед известным дворцом торжеств в Баку произошла драка – ВИДЕО

    Установлена личность одного из участников драки перед рестораном “Ниагара” в Баку.

    Об этом сообщил сотрудник пресс-службы МВД Ибрагим Амирасланлы.

    “По данному факту в Насимининском районном управлении полиции ведется следствие.

    Выявлен один из участников драки – М.Гасанов (1981 г.р.). У него взяты показания. Расследование продолжается”, – отметил представитель ведомства.

    * * * * *

    На улице Самеда Вургуна в Баку произошла драка.

    Соответствующие кадры распространились в социальных сетях.

    Согласно информации, перед дворцом торжеств Niaqara между людьми, выходящими со свадьбы, возник конфликт, который потом перерос в потасовку.

    Причины инцидента неизвестны.

    Представляем данное видео:

  • Bakıda məşhur restoranda DAVA: Toydan çıxan şəxslər əlbəyaxa oldular – VİDEO

    Bakıda, “Niaqara” şadlıq sarayının qarşısındakı davada iştirak edənlərdən biri müəyyən olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

    Onun sözlərinə görə, hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır:

    “Davada iştirak edən şəxslərdən biri, 1981-ci il təvəllüdlü M.Həsənov müəyyən edilib, izahatı alınıb. Əlavə araşdırmalar davam etdirilir”.

    * * * * *

    Bakının Səməd Vurğun küçəsində əlbəyaxa dava baş verib.

    Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Məlumata görə, “Niaqara” şadlıq sarayının qarşısında toydan çıxan şəxslər arasında mübahisə yaranıb. Nəticədə, onlar bir-birlərini yumruqlamağa başlayıblar.

    Hadisənin səbəbi hələlik məlum deyil.

    Həmin görüntüləri təqdim edirik:

  • В первый день переговоров по Газе достигнут прогресс

    Участники консультаций в Дохе о введении режима прекращения огня в секторе Газа и освобождении заложников достигли прогресса в ходе первого дня переговоров.

    Об этом со ссылкой на собственные источники сообщила газета The Times of Israel.

    “Осведомленный о сегодняшнем саммите о заложниках в Дохе источник заявил, что стороны достигли прогресса”, – пишет издание.

    Других подробностей о ходе переговорного процесса газета не приводит.

  • KİV: Qəzza ilə bağlı danışıqlarda irəliləyiş əldə edilib

    Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı Dohada keçirilən məsləhətləşmələrin iştirakçıları danışıqların ilk günündə irəliləyiş əldə ediblər.

    Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.

    Lakin mənbə danışıqlar prosesinin gedişi ilə bağlı başqa təfərrüat təqdim etməyib.

    Xatırladaq ki, ötən gündən etibarən Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərin paytaxtı Dohada danışıqlar başlayıb. Görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak edirlər.

  • Şəmkirdə 10 yaşlı uşağı traktor vurub öldürdü

    Şəmkirdə 10 yaşlı uşağı traktor vurub öldürdü

    Şəmkirdə bədbəxt hadisə baş verib.

    Median.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb.

    Kənd sakini, 2014-cü il təvəllüdlü Rəvan Əsgərovu traktor vurub.

    O, aldığı xəsarətdən vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə 10 yaşlı uşağı traktor vurub öldürdü

    Şəmkirdə 10 yaşlı uşağı traktor vurub öldürdü

    Şəmkirdə bədbəxt hadisə baş verib.

    Median.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb.

    Kənd sakini, 2014-cü il təvəllüdlü Rəvan Əsgərovu traktor vurub.

    O, aldığı xəsarətdən vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • David Tonoyan azadlığa buraxılacaq

    Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sərbəst buraxılacaq.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya onun vəkili Albert Benqlyan məlumat verib.

    O qeyd edib ki, sabiq nazir 3 il həbsdən sonra 15 milyon dram (37,5 min dollar) girov müqabilində sərbəst buraxılacaq.

    Məhkəmə bu qərarı bir neçə dəqiqə əvvəl verib.

    Xatırladaq ki, David Tonoyan yararsız aviasiya sursatları almaqda ittiham olunur və 2021-ci ilin sentyabrında həbs edilib

  • İsrail SEPAH-ın Qüds Qüvvələrinin 18 neft tankerinə sanksiyalar tətbiq edib

    İsrail SEPAH-ın Qüds Qüvvələri tərəfindən Hizbullah və HAMAS-ı maliyyələşdirmək üçün istifadə etdiyi iddia olunan 18 neft tankerinə qarşı sanksiyalar tətbiq edib.

    APA “The Times of İsrael”ə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin bununla bağlı yaydığı bəyanatda deyilir.

    Bəyanatda deyilir ki, əldə edilən gəlirlər Hizbullahla HAMAS-ın maliyyələşdirilməsi və gücləndirilməsi üçün istifadə olunur.

  • Metyu Perrinin ölümü ilə bağlı saxlanılanlar var

    ABŞ-də “Dostlar” serialının ulduzu, aktyor Metyu Perrinin ölümü ilə bağlı bir neçə nəfər saxlanılıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

    Saxlanılanlar arasında həkim və bir neçə narkotik alverçisi də var. Polis onların kompüterlərini, telefonlarını və digər elektronik ləvazimatlarını götürüb. Aparatların köməyi ilə hüquq-mühafizə orqanları sənətçinin ölümünün səbəblərini öyrənməyə ümid edirlər.

    Qeyd edək ki, aktyorun ölümü zamanı bədənində əməliyyat zamanı ümumi anesteziya üçün kifayət edəcək qədər ketamin var. Lakin dərmanı ona həkimlər yazmayıb.

    Perry klinikada depressiya və narahatlığı müalicə etmək üçün ketamin terapiyası aldı. Son prosedur sənətçinin ölümündən bir həftə əvvəl həyata keçirilib və ölüm zamanı bədənində ketaminin konsentrasiyasını izah etmir.

    Xatırladaq ki, aktyor oktyabrın 28-də Los-Ancelesdəki evində 54 yaşında vəfat edib. O, isti vannada boğularaq tapılıb. Cəsədə baxış zamanıəlum olub ki, aktyor ketaminin kəskin təsirindən ölüb.