Month: August 2024

  • МИД Бангладеш отозвал послов из семи стран

    Министерство иностранных дел во временном правительстве Бангладеш отозвало послов из ряда стран.

    Как передает Median.Az, об этом сообщил информационный портал UNB.

    Согласно информации, решение касается послов в России, Германии, Мальдивской Республике, ОАЭ, Саудовской Аравии, США и Японии.

    Отмечается, что в ближайшее время в эти страны будут направлены новые дипломатические представители. Замена послов производится новыми властями Бангладеш на фоне других значительных перестановок в администрации.

    5 августа премьер-министр Бангладеш Шейх Хасина ушла в отставку и покинула страну. Протесты против нее и ее правительства начались с выступлений в начале июля недовольных высоким уровнем безработицы студентов. Их акции приобрели массовый характер и переросли в столкновения. В настоящее время в республике сформировано временное правительство, которое возглавил лауреат Нобелевской премии мира Юнус. Оно было приведено к присяге 8 августа.

  • Banqladeş XİN 7 ölkədən səfirlərini geri çağırıb

    Banqladeşin müvəqqəti hökumətindəki Xarici İşlər Nazirliyi bir sıra ölkələrdən səfirlərini geri çağırıb.

    Median.Az xəbər verir ki, bu barədə UNB informasiya portalı məlumat yayıb.

    Məlumata görə, qərar Rusiya, Almaniya, Maldiv adaları, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ və Yaponiyadakı səfirlərə aiddir.

    Qeyd olunur ki, yaxın vaxtlarda bu ölkələrə yeni diplomatik nümayəndələr göndəriləcək.

    Xatırladaq ki, avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib və ölkəni tərk edib. Ona və hökumətinə qarşı etirazlar iyulun əvvəlində yüksək işsizlik səviyyəsindən narazı olan tələbələrin etirazları ilə başlayıb. Onların hərəkətləri geniş vüsət alıb və toqquşmaya çevrilib. Hazırda ölkədə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumət yaradılıb. O, avqustun 8-də and içib.

  • Gədəbəydə qadın bıçaqlanıb, şübhəli şəxs kimi həyat yoldaşı saxlanılıb

    Gədəbəy rayonunun Şahdağ kəndində qadın bıçaqlanıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, mübahisə zəminində bıçaq xəsarətləri alan 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, qısqanclıq zəminində hadisəni törətməkdə şübhəli bilinən, qadının əri 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağstafada maskalı şəxslər evə basqın edib

    Ağstafa rayonunun Poylu qəsəbəsində maskalı şəxslər tərəfindən evə basqın olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, vətəndaş Təranə Əliyevaya məxsus evdən pul oğurlayan naməlum şəxslər ərazidən uzaqlaşıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.

  • UEFA Konfrans Liqası: “Sabah” – “Sent Patriks Atletik” görüşündə hesab açılıb – YENİLƏNİB – 3

    UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən “Sabah” – “Sent Patriks Atletik” (İrlandiya) görüşündə hesab açılıb.

    Median.Az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da qonaqlar hesabda önə çıxıb – 1:0.

    48-ci dəqiqədə Zakari Elbuzedi fərqlənib.

    Qeyd edək ki, Bakı klubunun futbolçusu Sofyan Şakla 27-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

    ***

    UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Sabah” – “Sent Patriks Atletik” (İrlandiya) görüşündə ikinci hissə başlayıb.

    Median.Az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da ilk hissədən sonra hesab açılmayıb.

    Qeyd edək ki, Bakı klubunun futbolçusu Sofyan Şakla 27-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.

  • В Гёйгёле 23-летняя девушка утонула в реке

    В селе Топалгасанлы Гёйгёльского района 23-летняя девушка утонула в реке.

    Как сообщает западное бюро Report, в реке было найдено женское тело. В ходе расследования было установлено, что оно принадлежит К.Ализаде (2001 г.р.).

    Тело было извлечено из воды и передано на экспертизу.

    Обстоятельства инцидента выясняются.

  • Göygöldə çayda boğularaq ölən qadının kimliyi məlum olub – YENİLƏNİB

    Göygöldə çayda boğularaq ölən qadının kimliyi məlum olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, meyit 2001-ci il təvəllüdlü K.Əlizadəyə məxsusdur.

    Faktla bağlı araşdırma aparılır.

  • Konfrans Liqası: “Zirə” – “Osiyek” oyununda ilk hissə başa çatıb – YENİLƏNİB – 2

    Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

    Median.Az-ın məlumatına görə, qonaqlar fasiləyə öndə yollanıblar – 1:0.

    37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

    ***

    Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.

    Median.Az-ın məlumatına görə, qonaqlar görüşdə hesabı açıblar.

    37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

  • İsrail Azərbaycan və Ermənistandakı vətəndaşlarına çağırış etdi

    Avqustun 15-də İsrail Xarici İşlər Nazirliyi İranla həmsərhəd olan dövlətlərdə – Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyə ərazisində yerləşən bütün İsrail vətəndaşlarına müraciət edib.

    Median.Az xəbər verir ki, bu barədə “Vesti İsrail” məlumat yayıb.

    Bildirilib ki, İsrail XİN İranın qonşuluğunda olan bu 4 ölkədəki vətəndaşlarına ayıq və ehtiyatlı olmalarını tövsiyə edib:

    “İran və onun proksilərinin israillilərə zərbə endirmək cəhdləri ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi yuxarıda göstərilən dövlətlərə səfər edən vətəndaşları maksimum ayıq və ehtiyatlı olmağa və İsrail Milli Təhlükəsizlik Şurası yanında Terrorla Mübarizə Qərargahının göstərişlərinə əməl etməyə çağırır”, – müraciətdə bildirilib.

    Xarici İşlər Nazirliyi qeyd edib ki, müraciət İran və onun proksilərindən gələn təhdidlərlə bağlıdır. Nazirlik həmçinin vurğulayıb ki, müharibə başlayandan bəri İran bütün dünyada İsrail hədəflərinə hücum cəhdlərini gücləndirib.

  • Müdafiə Nazirliyi təcili MƏLUMAT YAYDI: Ordumuzun mövqeləri…

    Avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.