Month: August 2024

  • Lənkəranda qanunsuz odlu silah saxlayan və ov edən şəxslər müəyyən edildi

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində rayon ərazisində təyin olunmayan yerdə V.Qurbanov adlı şəxsin qanunsuz olaraq ov etdiyi müəyyən olunub.

    Median.Az xəbər verir ki, saxlanılan şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz ovladığı çöl quşları aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmayan 12 ədəd tüfəng aşkarlanaraq götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Bakıda bu obyektin fəaliyyəti məhdudlaşdırıldı

    Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində fəaliyyət göstərən fiziki şəxs Cəfərova Telli Hidayət qızına məxsus ictimai iaşə obyektində plandankənar yoxlama keçirilib.

    Bu barədə Agentlikdən bildirilib.

    Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin qida obyektində müvafiq təmizlik işlərinin aparılmadığı müşahidə edilib.

    Bundan başqa, qida obyektinin mətbəx sahəsində havalandırma sistemi quraşdırılmadığı, qida məhsullarının, əllərin ayrıca yuyulması üçün müvafiq şəraitin təşkil edilmədiyi aşkarlanıb.

    Aşkar olunan uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, məhdudlaşdırıcı qərar qəbul edilərək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.

  • Завтра в части Насиминского района не будет газа

    Завтра в части Насиминского района Баку будет временно прекращено газоснабжение.

    Об этом сообщает Median.Az со ссылкой на Производственное объединение “Азеригаз” Государственной нефтяной компании Азербайджана (SOCAR).

    Согласно информации, 16 августа с 09:30 до завершения ремонтных работ будет приостановлено газоснабжение улиц 20 Января, Асафа Магеррамова, Мирджалала, Эльдара Тагизаде и Московского проспекта в Насиминском районе

  • Sabah Nəsimi rayonunun bir hissəsində qaz olmayacaq

    Sabah Bakının Nəsimi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

    “Report” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, “Alatava” qaz paylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektora “Mikrorayon 500 mm-lik” əhali qaz kəmərinin birləşdirilməsi məqsədi ilə avqustun 16-da saat 09:30-dan işlər yekunlaşanadək “Mikrorayon” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

    Təmir-quraşdırma işləri görülən müddətdə Nəsimi rayonunun 20 Yanvar, Asəf Məhərrəmov, Mircəlal, Eldar Tağızadə küçələrinin və Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Naxçıvanda “Beşiktaş” futbol məktəbi açılacaq

    “Beşiktaş” Futbol Akademiyalarının baş direktoru Ufak Pak Naxçıvan Futbol Federasiyasının dəvəti ilə Muxtar Respublikaya səfər edib.

    Median.Az xəbər verir ki, futbol funksioneri bu gün federasiyanın inzibati binasında qurumun rəsmiləri və futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    U.Pak rəhbəri olduğu akademiya ilə bağlı qısa məlumat verib. Baş direktor tezliklə bölgədə kütləviliyin artırılması, uşaqların bu idman oyununa cəlb edilməsi məqsədi ilə Naxçıvanda “Beşiktaş” futbol məktəbinin açılacağını bildirib. Məktəbdə ilkin olaraq 6-13 yaş qruplarına aid komandalar fəaliyyət göstərəcək.

    Bundan başqa, görüş zamanı “Araz-Naxçıvan”ın futbol akademiyası ilə mümkün əməkdaşlıq da müzakirə olunub. Razılığa əsasən, yaxın vaxtlarda Türkiyə təmsilçisinin uşaq futbol komandalarında çalışan məşqçi və təlimçiləri “Araz-Naxçıvan” akademiyasında fəaliyyət göstərən məşqçilər üçün nəzəri və praktik təlimlər keçəcəklər. Akademiyada, eləcə də açılacaq məktəbdə istedadlı və perspektiv vəd edəcək uşaqlar gələcəkdə seçimlər üçün “Beşiktaş”ın akademiyasına göndəriləcəklər.

    Qonaq həmçinin “Beşiktaş”ın futbolçularının imzaladığı oyun formasını NFF-nın prezidenti Zaur Axundova hədiyyə edib. Hədiyyəni görüşdə iştirak edən qurumun baş katibi Raqif Abbasov qəbul edib.

    Daha sonra “Beşiktaş” rəsmisi Uzunoba Təlim-Məşq Mərkəzində məşqçilərlə, Naxçıvan Muxtar Respublika stadionunda isə uşaq futbolçularla və hakimlərlə görüşüb.

  • Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb

    Salyanda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlı kəndi ərazisində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb və piyada, rayonun Qarabağlı kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Layiq Faiq oğlunu vurub.

    Qəza nəticəsində piyada, avtomobildə olan rayonun Qarabağlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Mustafayev Rauf Zabil oğlu və onun qardaşı, 1981-ci il təvəllüdlü Mustafayev Zamin Zabil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Göygöldə çayda qadın meyiti tapılıb

    Göygöl rayonunda çayda qadın meyiti tapılıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Topalhəsənli kəndində qeydə alınıb.

    Meyit sudan çıxarılaraq tibbi ekspertizaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Pentaqon: Ukraynanın hücumu ilə bağlı sübutumuz yoxdur

    ABŞ Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının dərinliklərinə uzaqmənzilli Amerika silahlarının vurulmasına qoyulan qadağaları pozduğuna dair heç bir sübuta malik deyil.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun hesabatında deyilib.

    Qeyd edək ki, daha öncə Rusiya Ukrayna ordusunun ABŞ silahlarından istifadə edərək ərazisinə hücum etdiyini iddia edib.

  • Quyuda boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat

    Cəlilabad rayonunun Moranlı kəndində quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.

    Median.Az report.az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov dərinliyi təxminən 15 metr olan su quyusuna düşən qızı 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanı oradan xilas etmək istəyərkən özü də quyuya düşərək boğulub.

    Qız quyuya düşərkən evdə heç kim olmayıb. Qonşu kəndə qonaq gedən ata evə gəldikdən sonra qızını axtarmağa başlayıb. Sonra onun ayaqqabılarını quyunun kənarında görüb. Qızının quyuya düşdüyünü müəyyən edən ata dərhal su şlanqı ilə onu çıxarmağa çalışıb. Lakin şlanq qırıldığından o da boğulub.

    Kənd sakinlərinin məlumatına görə, qız həmişə quyudan kəndir vasitəsi ilə su çəkirmiş. O boğulan zaman evin xanımı Bakıda müalicədə olub.

    Qeyd edək ki, dünyasını dəyişən N.Məmmədova nişanlı imiş.

  • Çexiya, Bosniya və Herseqovina – Qərbin Azərbaycandakı şəbəkəsinin yeni ünvanı

    Artıq məlumat verdiyimiz kimi, Gürcüstan parlamentinin 2024-cü ilin may ayında “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu Qərbi Azərbaycana dair planlarında ciddi dəyişiklik etmək məcburiyyəti qarşısında qoyub.

    Median.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, indiyədək Azərbaycandakı məlum şəbəkə üzvlərinin təlimi və qanunsuz maliyyə axını üçün əsas “plasdarm” rolunu oynamış Gürcüstan artıq “təxribat şəbəkələri”nin bəslənilməsi üçün təhlükəli məkana çevrilib.

    Buna görə, Qərb öz şəbəkələrinin dislokasiya ünvanını yeniləyir və bunun üçün Balkan ölkələrini seçib.

    Amma əldə etdiyimiz məlumata görə, məsələ yalnız Balkanlarla kifayətlənmir.

    Nəzarətsiz maliyyə axını və vətəndaş cəmiyyəti adı altında Azərbaycanda vətəndaş qarşıdurmasına hazırlanan qruplar üçün “dislokasiya” yeri kimi iki ölkə seçilib. Bunlardan biri Çexiyadır. O da bildirilir ki, maliyyə təminatı, qrupların təlimatlandırılması və digər proseslər III Respublika Platformasının yaradıcılarından olan Elman Fəttaha həvalə edilib.

    Çexiyada qurulan şəbəkə üzvləriə təlim və treninqlərin bir hissəsi isə Balkanlarda – Bosniya və Herseqovina ərazisində təşkil ediləcək.

    Göründüyü kimi, Azərbaycandakı ənənəvi şəbəkə ifşa olunduqdan sonra Qərb institutları bütün qüvvələrini yeni şəbəkənin qurulmasına səfərbər edib.