Month: August 2024

  • 200 пострадавших и 350 000 манатов: масштабное мошенничество в TikTok раскрыто в Баку – ВИДЕО

    В результате очередного мероприятия, проведенного сотрудниками полиции на территории Баку, был задержан Санан Аббасов (2000 г.р.), который создавал в социальной сети TikTok страницы, похожие на названия небанковских кредитных организаций, и совершал мошенничество.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу Министерства внутренних дел.

    В ходе расследования выяснилось, что С.Аббасов, используя личные данные обратившихся к нему посредством его аккаунтов, оформлял на них микрокредиты на сумму от 100 до 600 манатов, а полученные деньги отправлял на банковскую карту своего близкого родственника, проживающего за рубежом.

    Затем эти же денежные средства были переведены на электронный кошелек С.Аббасова. Злоумышленник обналичил сумму в Гяндже, после чего переправил деньги в другую страну в иностранной валюте.

    Таким образом, С.Аббасов обманул 200 человек, присвоив свыше 350 000 манатов. Он был задержан сотрудниками полиции при попытке покинуть страну.

    Граждан, пострадавших от действий С.Аббасова, просят сообщить об этом в полицию.

    В настоящее время продолжаются меры по задержанию и его родственника, проживающего за пределами страны. Полиции уже удалось установить его личность.

  • “TikTok”da kredit vermək adı ilə 200-dən artıq vətəndaşı aldadan şəxs saxlanılıb – VİDEO

    Paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir nəticəsində “TikTok” sosial şəbəkəsində bank olmayan kredit təşkilatlarının adlarına oxşar səhifələr açaraq insanları aldadan 2000-ci il təvəllüdlü Sənan Abbasov saxlanılıb.

    Barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırmalarla S.Abbasovun səhifələrə müraciət edən vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək zərərçəkənlərin adlarına 100-600 manat aralığında mikrokreditlər rəsmiləşdirdiyi, daha sonra isə həmin pul vəsaitlərini xarici ölkələrdən birində yaşayan yaxın qohumunun kart hesablarına köçürdüyü müəyyən olunub. Qeyd edilən vəsaitlər daha sonra ölkə daxilində olan elektron pul kisələrinə göndərilərək Gəncə şəhərində nağdlaşdırılıb və xarici valyuta şəklində yenidən ölkə xaricinə transfer olunub. S.Abbasov bu yolla 200 nəfəri aldadaraq 350 min manatdan artıq maddi vəsaiti mənimsəyib. O, törətdiyi qanunsuz əməllərdən yayınmaq məqsədilə ölkəni tərk etmək istəyən zaman polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.

    S.Abbasovun kiberdələduzluq tərkibli cinayət əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

    Onun qanunsuz əməllərini birgə həyata keçirdiyi, ölkə xaricində yaşayan və şəxsiyyəti polisə məlum olan qohumunun da saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

  • В Турции будут снимать отпечатки пальцев у въезжающих в страну

    Турецкое Министерство внутренних дел подготовило проект по введению системы снятия отпечатков пальцев для всех въезжающих в страну.

    Об этом сообщила газета Sabah со ссылкой на министра ведомства Али Ерликая.

    Он упомянул, что аналогичная практика уже реализована в США и Великобритании.

    Кроме того, министр заявил, что удостоверения личности лиц, получивших статус временной защиты будут оснащены чипами, что сделает их защиту от подделок максимально надежной.

  • Türkiyəyə səfər edənlərlə bağlı YENİLİK: Barmaq izi götürüləcək

    Türkiyə Daxili İşlər Nazirliyi ölkəyə daxil olan hər kəs üçün barmaq izi sisteminin tətbiqi ilə bağlı layihə hazırlayıb.

    Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

    O qeyd edib ki, oxşar təcrübələr artıq ABŞ və Böyük Britaniyada da tətbiq edilib.

    Ali Yerlikaya əlavə edib ki, Türkiyədən müvəqqəti qoruma statusu alanların, xüsusilə də suriyalıların şəxsiyyət vəsiqələrinə çip yerləşdiriləcək.

  • Гражданин Азербайджана скончался в России от огнестрельного ранения

    В деревне Новосаратовка (Всеволожский район Ленинградской области России) встретились двое мужчин. Внезапно между ними произошла ссора, которая закончилась стрельбой из пистолета.

    Об этом сообщает Median.Az со ссылкой на 47channel.ru.

    После этого злоумышленник скрылся с места происшествия, а пострадавший – 43-летний гражданин Азербайджана обратился в больницу.

    У мужчины диагностировали огнестрельное сквозное ранение левого бедра, острую кровопотерю и состояние шока третьей степени. Состояние 43-летнего мужчины оценивалось как тяжелое. Врачи боролись за жизнь пострадавшего, однако ночью 14 августа он скончался.

    Решается вопрос о возбуждении уголовного дела. Как сообщил источник в полиции, с места происшествия изъяли гильзу и грунт со следами крови.

    Стрелка в настоящий момент разыскивают.

  • Rusiyaya işləməyə gedən azərbaycanlı güllələnərək qətlə yetirilib

    Rusiyanın Leninqrad vilayətinin Novosaratovka kəndində iki şəxs arasında baş verən mübahisə qətllə nəticələnib.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, silahdan açılan atəş nəticəsində həyatını itirən şəxs azərbaycanlıdır.

    Qeyd olunur ki, Azərbaycan Respublikasının 43 yaşlı vətəndaşı Rusiyada miqrasiya qeydiyyatında olub.

    Həkimlər həyatını itirən şəxsə sol bud nahiyəsində güllə yarası, kəskin qan itkisi və 3-cü dərəcəli şok diaqnozu qoyublar.

    Hələlik öldürülən şəxsin adı açıqlanmır. Hadisə ilə bağlı cinayət işi başladılıb.

  • В Баку женщина бросилась с 11-го этажа

    В Хатаинском районе Баку произошло самоубийство.

    Как сообщает lent.az, 33-летняя Г.Абдуллаева покончила с собой, бросившись с 11-го этажа многоэтажного дома.

    По информации, квартира, в которой зафиксирован инцидент, принадлежала ее сестре.

    Причины суицида пока неизвестны.

    По данному факту ведется расследование

  • Bakıda qadın özünü bacısının evindən atdı

    Bakıda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonunda baş verib. 33 yaşlı G.Abdullayeva çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən özünü ataraq həyatına son qoyub.

    Məlumata görə, qadının özünü atdığı ev bacısına məxsus olub.

    İntiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • С сегодняшнего дня автобусы до аэропорта будут курсировать круглосуточно

    С сегодняшнего дня маршрутная линия H1 – Airport Express будет работать круглосуточно.

    Об этом сообщает Median.Az со ссылкой на ООО BakuBus.

    Автобусы по маршруту будут курсировать с 20-минутным интервалом в дневное время и 45-минутным – в ночное.

  • Bakıda avtobus marşrutlarından biri 24 saatlıq rejimə keçirildi

    Bu gündən etibarən “H1 Airport Express” marşrutu 24 saat fəaliyyət göstərərək hava limanı ilə şəhər mərkəzi arasında rahat nəqliyyat əlaqəsini təmin edəcək. Avtobuslar gündüz saatlarında 20 dəqiqəlik, gecələr isə 45 dəqiqəlim intervalla hərəkət edəcəklər.

    Bununla bağlı “BakuBus” MMC-nin məlumatında bildirilir.

    Qeyd olunur ki, bu günə kimi H1 marşrutu saat 1:00-a kimi xidmət göstərirdi ki, bu da gec saatlarda gələn sərnişinlər üçün müəyyən narahatlıq yaradırdı. Hazırda isə qrafikin genişləndirilməsi sayəsində sərnişinlər günün istənilən vaxtında şəhərə rahat çata biləcəklər ki, bu da onların səyahət təcrübəsini xeyli yaxşılaşdıracaq.

    Marşrut şəhərin əsas nəqliyyat qovşaqlarını – “Koroğlu” habı və metronun “28 May” stansiyasını əhatə edir. Bu marşrut üzrə fəaliyyət göstərən müasir “Neoplan” avtobusları geniş baqaj bölmələri, soyuducu və məlumat monitorları ilə təchiz olunub ki, bu da səfəri mümkün qədər rahat edir. Yolda sərf olunan müddət günün saatından asılı olaraq təxminən 30 dəqiqə təşkil edir.

    H1 marşrutu üzrə gediş haqqı 1,3 manatdır. Ödənişi hava limanında əldə edilə bilən “BakıKart” kartı, həmçinin “M10” və “Birbank” mobil tətbiqləri vasitəsilə həyata keçirmək mümkündür.

    Qeyd edək ki, H1 marşrutunun hərəkət cədvəlinin genişləndirilməsi, xüsusən də Bakı şəhərində yaxın aylarda keçiriləcək “Formula-1” Qran-prisi və BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəfləri Konfransı (COP29) kimi mühüm tədbirlər öncəsi, bütün sərnişinlər üçün nəqliyyat xidmətlərinin rahatlığının və əlçatanlığının artırılmasına yönəldilib.