Month: August 2024

  • 309 dönərxanada nöqsanlar aşkarlandı

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə 310 müəssisədə monitorinq keçirib.

    Bu barədə Agentlik məlumat yayıb.

    Bildirilib ki, onlardan 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə bir sıra nöqsanlar aşkar edilib.

    Monitorinq çərçivəsində 209 müəssisə üzrə 220 toyuq əti, 74 mal əti olmaqla, ümumillikdə, 294 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 64 dönər nümunəsində (47 toyuq əti və 17 mal əti) E.Coli bakteriyası, 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası və 1 mal ətindən dönər nümunəsində toyuq əti DNT-si aşkar edilib. 158 müəssisə üzrə 215 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib.

    Aparılan yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib ki, bununla əlaqədar 21 müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 1 müəssisədə çiy dönər emalının dayandırılması, 16 müəssisədə iş personalının üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib. Həmçinin aşkar edilən pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

    “Əlavə edək ki, Agentlik tərəfindən aparılan nəzarət tədbirləri ilə yanaşı, dönər satışı həyata keçirilən qida obyektlərində sağlamlaşdırıcı tədbirlər də icra edilib, sahibkarlara metodiki dəstək göstərilib. Belə ki, görülən tədbirlər nəticəsində 14 müəssisədə sağlamlaşdırıcı tədbirlər həyata keçirilib. Eyni zamanda, dönər satışı həyata keçirilən 310 obyektdə istehlakçıların maarifləndirilməsi məqsədilə hazırlanan posterin yerləşdirilməsi təmin olunub. Bununla yanaşı, həmin ictimai iaşə müəssisələrinin rəhbərlərinə bu sahədə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib”, – deyə məlumatda qeyd olunub.

  • Kürdəmirdə məsciddən axundun qəlyanı OĞURLANDI

    Kürdəmirdə məsciddən axundun səsgücləndiricisini oğurlayan şəxsə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, hadisə Kürdəmir şəhərindəki məsciddə baş verib.

    1988-ci ildə Kürdəmir şəhərində anadan olmuş Yengibar Məmmədov adlı şəxs məscidin bağlı olmasından istifadə edərək yan pəncərəni daşla sındıraraq içəri daxil olub, dolabın içərisində olan saxlanc yeri hesab edilən dəmir qutunu açaraq içərisindən 250 manat dəyərində “Zoodo ZO 120MP/PV” markalı səsgücləndirici aparatı, bir ədəd elektron qəlyan və bir ədəd inhalyator aparatını oğurlayıb.

    Yengibar Məmmədov oğurladığı səsgücləndiricini Bakıda, 20 yanvar dairəsi adlandırılan yerdə 60 manata satıb. Onun həmin gün Kürdəmirdə mağazadan siqaret də oğurladığı məlum olub.

    Həmin şəxs saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmədə məscidin dini icmasının sədri, axund Aqil Əliyev təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsi qoyulub.

    Məsciddən götürülmüş elektron qəlyan və inhalyator aparatı geri qaytarılıb.

  • Ağstafada bir nəfər Kürdə batıb

    Ağstafada bir nəfər Kür çayında batıb.

    APA-nın məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində qeydə alınıb.

    Əraziyə FHN-in dalğıc-axtarış qrupu cəlb olunub.

  • Bakıda 750 min manatlıq fırıldaq: Nazirliyin işçisini aldadaraq…

    Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda dələduzluq əməlində təqsirləndirilən Naxçıvan Muxtar Respublikasının Babək rayon, Nehrəm qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rahib Əliyev həbs edilib.

    Publika.az xəbər verir ki, məhkəmənin hökmü ilə avqustun 2-də Rahib barəsində həbs-qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.

    İttihama görə, Rahib sinif yoldaşı olan və nazirliklərdən birində çalışan Xaliq adlı şəxsi, onun iş yoldaşlarını və bir neçə qohumunu öz biznesinə şərik etmək adı ilə aldadaraq ümumilikdə 750 min manat pul alıb. Lakin Rahib heç bir biznes sahibi olmayıb, pulların bir hissəsini həmin şəxslərə gəlir kimi qaytararaq biznesinin uğurlu olması barədə yalan fikir formalaşdırıb. Pulun böyük hissəsini isə özü üçün xərcləyib.

    Bir müddət sonra Rahibin fırıldağının üstü açılıb və onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub. İş üzrə 11 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Rahibin onların birindən 204 min, digərindən 70 min və fərqli məbləğlərdə pul alaraq ələ keçirməsi məlum olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Rahib Əliyev 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Подросток украл деньги, забытые пенсионером в банкомате

    В Билясуварский районный отдел полиции поступила информация о краже 500 манатов с карты пожилого человека.

    Как сообщает Report, в результате мероприятий, проведенных правоохранителями, был установлен и задержан подозреваемый в совершении преступного деяния Дж.Агаев (2006 г.р.).

    В ходе расследования выяснилось, что владелец карты подошел к банкомату вместе с другим человеком, чтобы узнать сумму на своем счете.

    По ошибке они сняли деньги со счета, но, не заметив этого, отошли от банкомата, оставив купюры. Находившийся неподалеку подросток, наблюдавший за происходящим, похитил забытую сумму.

    По данному факту проводится расследование.

  • Kart hesabını yoxlamaq istəyən yaşlı kişini talamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

    Biləsuvar Rayon Polis Şöbəsinə 73 yaşlı bir nəfərin kartındakı 500 manat pulun oğurlanması ilə bağlı müraciət daxil olub.

    “Report” xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə əməli törətmiş 2006-cı il təvəllüdlü C.Ağayev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, kart sahibi bankomata yaxınlaşaraq digər bir şəxslə birlikdə hesabındakı məbləği öyrənmək istəyib.

    Bu zaman səhvən hesabdan pul çıxarsalar da, bundan xəbərsiz olduqları üçün məbləğ çıxmadan oradan uzaqlaşıblar. Kənarda dayanıb baş verənləri müşahidə edən yeniyetmə isə çıxan məbləği oğurlayıb.

    Hazırda faktla bağlı araşdırma aparılır.

  • İnternet qiymətini artıran provayderlərlə bağlı araşdırmalara başlanılıb

    Son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır. Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur.

    Median.Az Dövlət Xidmətinə istinadən xəbər verir ki, internet provayderləri tərəfindən nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənəcəyi məlum olub.

    Bildirilib ki, nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq: “Bundan əlavə, daha aşağı internet sürəti (100 mbit/s-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksək sürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən edilib.

    Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur.

    Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də Məcəllə ilə qadağan olunur”.

    Məlumatda qeyd olunub ki, genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb:

    “Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcəkdir”.

  • Спасатели МЧС обнаружили тело одного из утонувших на территории Товузского района

    Водолазы-спасатели Государственной службы надзора за маломерными судами и спасению на водах Министерства по чрезвычайным ситуациям (МЧС) обнаружили и извлекли из воды тело одного из 2 человек, предположительно утонувших в результате падения автомобиля в реку Кура 2 июня на территории села Хунанлар Товузского района.

    Об этом сообщили в МЧС.

    Отмечается, что в настоящее время интенсивно продолжаются поиски другого утонувшего человека.

    Дополнительная информация будет предоставлена позже.

  • Tovuzda Kür çayına düşən avtomobilin sərnişinlərindən birinin meyiti tapıldı

    İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 2 nəfərdən birinin meyiti avtomobilin çaya düşdüyü yerdən 3 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hazırda batdığı ehtimal olunan digər şəxsin axtarışları intensiv şəkildə davam etdirilir.

    Əlavə məlumat veriləcək.

  • Boks Los-Anceles Olimpiadasından çıxarıldı

    Beynəlxalq Olimpiya Komitəsi (BOK) boks idman növünün 2028-ci il Los-Anceles Olimpiadasından çıxarıldığını açıqlayıb.

    Komitə boksun müəyyən standartlara cavab verəcəyi təqdirdə yenidən proqrama daxil edilə biləcəyini bəyan edib və bu məsələ ilə bağlı yekun qərarın 2025-ci ildə veriləcəyini açıqlayıb.

    Qeyd edək ki, 1912-ci ildə də İsveçrədə verilən qərarla boks Olimpiya yarışlarından çıxarılmışdı.
    //azxeber.com