Month: August 2024

  • На Солнце произошла новая мощная вспышка

    На стороне Солнца, обращенной к Земле, произошла новая мощная вспышка Х уровня.

    Об этом РИА Новости рассказал руководитель Лаборатории солнечной астрономии ИКИ РАН Сергей Богачев.

    Ученый сообщил, что на линии Солнце – Земля произошла новая мощная вспышка Х уровня. По данным космических средств слежения, на Солнце примерно в 10:40 утра по бакинскому времени был зарегистрирован новый взрыв высшего балла.

    Он добавил, что взрыв произошёл в северном полушарии Солнца, что необычно для текущего солнечного цикла, в котором почти вся активность до этого времени была сосредоточена к югу от экватора.

  • Günəş-Yer xəttində güclü partlayış baş verdi

    Bakı vaxtı ilə saat 11:40-da Günəşdə “X1.1” sinfinə aid yeni güclü partlayış qeydə alınıb.

    Bu barədə Günəşin aktivliyi haqqında məlumat toplayan “XRAS” elmi platforması məlumat verib.

    “Partlayış Günəşin şimal yarımkürəsində baş verib ki, bu da cari Günəş sikli üçün olduqca qeyri-adidir. Belə ki, indiyə qədər bütün aktivlik ekvatordan cənubda cəmləşmişdi”, – deyə məlumatda bildirilir.

    Partlayışın mərkəzi Günəş-Yer xətti üzərindədir. Buna baxmayaraq, geomaqnit vəziyyəti mülayim sabitdir. Maqnitosfer 12 avqustda baş verən güclü qasırğadan sonra demək olar ki, tamamilə bərpa olunub.

    Günəşin aktivliyi ilə bağlı risklər 2-3 gün ərzində davam edəcək. Bu müddət başa çatdıqdan sonra aktiv Günəş mərkəzləri Yer üçün daha az təhlükəli zonalara keçəcək.

    Tarixə nəzər salsaq, Günəş partlayışları keçmişdə də Yer üçün problemlər yaradıb. Məsələn, 1859-cu ildə baş verən “Carrington” hadisəsi teleqraf sistemlərini sıradan çıxarmışdı. Müasir dövrdə isə belə bir hadisə qlobal kommunikasiya və enerji infrastrukturuna ciddi ziyan vura bilər.

  • Президент Азербайджана: Мы уже сейчас должны начать готовиться к следующим Олимпийским играм

    После определенного отдыха будет дан старт новому подготовительному процессу, будет идти подготовка к чемпионатам как Европы, так и мира. Конечно, мы уже сейчас должны начать готовиться к следующим Олимпийским играм.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев, принимая азербайджанских спортсменов, завоевавших медали на летних Олимпийских играх в Париже, и их тренеров.

    “В некоторых видах спорта идет процесс смены поколений. Поэтому, конечно, мы должны подойти к следующим Олимпийским играм учитывая этот аспект, и детско-юношескому спорту и впредь должно уделяться особое внимание”, – добавил глава государства.

  • Azərbaycan Prezidenti: “Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”

    “İndi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən səsləndirib.

    “Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • İlham Əliyev: “Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir”

    “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu oyunlara xüsusilə hazırlaşır”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən söyləyib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir”.

  • В районах Азербайджана ожидаются сели

    В первой половине 15 августа, а также 16 августа в Баку и на Абшеронском полуострове ожидается кратковременный дождь. В некоторых частях полуострова возможны ливни и грозы.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    В районах Азербайджана с 15 по 17 августа ожидаются кратковременные ливни и грозы. На отдельных территориях (Карабах и Восточный Зангезур, Газах-Гянджа, Дашкесан-Гедабей, Балакен-Шеки, Горный Ширван, Губа-Гусар, Центральный Аран, Лянкяран-Астара) ожидаются интенсивные дожди, грозы, возможен град.

    Водность в реках увеличится, в некоторых реках Большого и Малого Кавказа, а также Лянкяран-Астаринского региона возможны кратковременные паводки и сели.

  • Bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Avqustun 15-də günün birinci yarısında, 16-da isə gün ərzində Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında avqustun 15-dən avqustun 17-də gündüzədək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

    Avqustun 15-də axşamdan avqustun 16-da səhərədək əksər rayonlarda yağıntıda fasilə olacaq.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

    Milli hidrometeorologiya xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları və hava proqnozlarını diqqətlə izləməlidir.

    “Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir!”

  • Житель Джалилабада упал в колодец

    Житель Джалилабадского района упал в колодец глубиной около 15 метров.

    Несчастный случай произошел в селе Моранлы, пишет АПА.

    В настоящее время принимаются меры по его спасению.

  • Cəlilabad sakini 15 metr dərinlikdə kömək gözləyir

    Cəlilabad rayon sakini su quyusuna düşüb.

    APA xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

    İlkin məlumata görə, bir nəfər təxminən 15 metr dərinliyi olan su quyusuna düşüb. Hazırda onun xilas edilməsi üçün tədbirlər görülür.

  • Qəzaya düşən PFL prezidentinin SON DURUMU AÇIQLANDI

    Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bu ayın sonunda evə buraxıla bilər.

    Bunu “Report”a açıqlamasında PFL-in media və marketinq direktoru Sənan Abdullayev deyib.

    O bildirib ki, qurum rəhbərinin fizioterapiyası hələlik xəstəxana şəraitində davam edir:

    “Bərpa prosesi uğurla keçir. Əhvali-ruhiyyəsi yaxşıdır. Gözlənilir ki, bu ayın sonunda evə buraxılsın. Fizioterapiyası, müalicəsi ondan sonra ev şəraitində davam edəcək. Yəni artıq xəstəxanada qalmasına ehtiyac olmayacaq. Vitse-prezident Aslan Şahgəldiyevdə olduğu kimi, Elxan müəllim də sadəcə tam bərpa məqsədilə bir müddət fizioterapiya üçün həmin xəstəxanaya gəlib-gedəcək”.

    Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.