Month: August 2024

  • Qadınlara xaricdə yaşamaq üçün saxta evlilik təklif edilir – VİDEO

    Sosial şəbəkələr üzərindən 30-45 yaşlı qadınların xaricdə yaşaması üçün saxta evlilik təklifləri edilir.

    Xezerxeber.az-ın məlumatına görə, son vaxtlar Avropada saxta evlilik edən şəxslər peyda olublar.

    Sosial şəbəkələrdə belə paylaşımlar edən şəxs bunun qarşılığında isə 20 min avro istəyir. Özü bu işin qanunsuz olduğunu etiraf etsə də, müraciət edənin çox olduğunu deyir.

    Bu işlə məşğul olan şəxs iddia edir ki, artıq bir neçə vətəndaşı bu üsulla Belçikaya gətirib. Müştərilərini isə “Facebook” və digər sosial şəbəkələr üzərindən tapır.

    Hüquqşünasların sözlərinə görə, saxta nikaha girənlərin hüquqi məsuliyyəti var.

    Ətraflı süjetdə:

  • Avtomobil alarkən diqqət yetirməli olduğunuz məqam: Ən etibarlı modellər – SİYAHI

    Ciddi təmir olmadan 400 min km-dən çox yol qət edə biləcək avtomobillərin reytinqi tərtib edilib.

    Reytinqi ABŞ-nin avtomobil təsnifatçısı “iSeeCars” təqdim edib.

    Mütəxəssislər 2012-2023-cü illər arasında satılan avtomobilləri araşdıraraq, illik orta yürüş göstəricilərindən istifadə etməklə bu reytinqi hazırlayıblar.

    Məlum olub ki, ümumilikdə avtomobilin 400 min km yol qət etmə ehtimalı 8.6% təşkil edir. Lakin elə modellər var ki, onların bu göstəricisi digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, reytinqdə “Toyota Tundra” pikapı 36.6% göstərici ilə lider olub. Onun ardınca “Toyota Sequoia” gəlir – 36.4%. Üçüncü yerdə isə “Toyota 4Runner” qərarlaşıb – 26.8%.

    Reytinqə, həmçinin “Toyota Tacoma”, “Toyota Highlander Hybrid”, “Honda Ridgeline”, “Chevrolet Suburban”, “Toyota Avalon”, “Lexus GX”, “Chevrolet Silverado 1500”, “GMC Yukon XL”, “Chevrolet Tahoe”, “Honda Pilot”, “Honda Accord”, “GMC Sierra 1500”, “Ford F-150”, “Toyota Highlander”, “Nissan Titan”, “Honda CR-V” kimi modellər də daxil olub.

    //oxu.az

  • Bakıda kafedə qan töküldü

    Bakının Qaradağ rayonunda 2006-cı il təvəllüdlü Namid şəxsi münasibətlər zəminində yaranan dava zamanı onunla birlikdə “Məkan” kafesində ofisiant işləyən Nurlanı bıçaqlayıb.

    Demokrat.az-ın məlumatına görə, hadisə 30 sentyabr 2023-cü ildə, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində baş verib.

    Namid işdə olarkən həmin kafedə ofisiant işləyən Nurlanın onunla kobud zarafat edərək baldırına şillə vurmasından hiddətlənib.

    O, Nurlanı söyüb təhqir etdiyinə görə kafenin inzibatçısı tərəfindən ofisə dəvət olunub və barışmaları təklif olunub.

    Bu zaman Nurlan ondan nalayiq İfadələr işlətməsinə görə üzr istəməsini tələb edib. Namid isə üzr istəməyib. Nurlan onun üzünə şillə vurub və aralarında dava başlayıb. Namid üzərində gəzdirdiyi cib bıçağı ilə onun sağ sinə nahiyəsinə bir zərbə vurub.

    Hadisəni törədən Namidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

  • В Иране заявили о проведении учений сил ПВО ВМС на Каспии

    Учения по применению средств противовоздушной обороны (ПВО) Военно-морских сил (ВМС) иранской армии пройдут у портового города Астара в южной акватории Каспийского моря.

    Об этом сообщил заместитель мэра города Хамид Мусави.

    “Во вторник вечером в районе морской базы армии в Астаре пройдут учения по использованию средств противовоздушной обороны ВМС армии Исламской Республики Иран”, – заявил Мусави агентству Mehr.

    По информации чиновника, во время учений будут применяться взрывные боеприпасы.

    Заявление иранских властей было сделано на фоне эскалации на Ближнем Востоке, которая связана с убийством 31 июля главы политбюро палестинского движения ХАМАС Исмаила Хании в Тегеране. ХАМАС и Иран возложили ответственность за гибель Хании на Израиль и пообещали жесткий ответ. С 9 по 13 августа в иранской провинции Керманшах у города Касре-Ширин на границе с Ираком проходили учения Корпуса стражей исламской революции (КСИР).

  • İran Xəzərdə hərbi təlimlər keçirib

    Xəzər dənizinin cənubundakı Astara liman şəhəri yaxınlığında İran Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin istifadəsi üzrə təlimlər keçirilib.

    Bunu şəhər merinin müavini Həmid Musəvi “Mehr”ə açıqlamasında deyib.

    Onun sözlərinə görə, Bakı vaxtı ilə 21:00-dan 22:00-dək baş tutan təlimlərdə partlayıcı sursatlardan istifadə olunub.

  • Приостановлено газоснабжение части Гянджи

    Сегодня с 10:00 приостановлено газоснабжение части Гянджи.

    Как сообщает Report со ссылкой на Гянджинское региональное управление эксплуатации газа, в связи с проведением испытаний плотности и других ремонтно-восстановительных работ, приостановлена подача газа на 2-й городской линии (часть города).

    Отметим, что газоснабжение будет восстановлено после завершения работ.

  • Gəncənin bir hissəsində qazın verilişi dayandırılıb

    Gəncə şəhərinin bir hissəsində qazın verilişi dayandırılıb.

    “Report”un məlumatına görə, saat 10:00-dan qazın təchizatında fasilə yaranıb.

    Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, kipliyə sınaq və digər təmir-bərpa işləri ilə əlaqədar olaraq 2-ci şəhər xəttində (şəhərin bir hissəsi) qaz təminatı dayandırılıb.

    Qeyd edək ki, görülən işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

  • Задержаны участники драки на центральной улице Баку – ВИДЕО

    На улице Низами в Сабаильском районе Баку произошла драка.

    Как сообщили в пресс-службе Министерства внутренних дел, участники инцидента М.Абдулазимов и Э.Садыглы были задержаны и доставлены в районное отделение полиции.

    По данному факту ведется расследование, по итогам которого упомянутому деянию будет дана правовая оценка.

    * * * * *

    На улице Низами в центре столицы произошла драка.

    Соответствующее видео распространилось в социальных сетях.

    Так, двое молодых людей сначала оскорбляли друг друга, а потом начали обмениваться ударами кулаков.

    На указанную территорию были привлечены сотрудники полиции.

    Причины происшествия пока не известны.

    Представляем данные кадры:

  • Bakının mərkəzindəki əlbəyaxa davaya görə iki nəfər saxlanılıb – VİDEO

    Paytaxtın Səbail rayonu Nizami küçəsində baş verən insidenti törədən şəxslər – M.Əbdüləzimov və E.Sadıqlı saxlanılaraq ərazi üzrə polis bölməsinə gətiriliblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

    * * * * *

    Bakının Nizami küçəsində əlbəyaxa dava olub.

    Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Belə ki, iki gənc bir-birini təhqir edib, yumruqlamağa başlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub.

    Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda dələduzluq əməlləri törətməkdə şübhəli bilinən sayt rəhbəri həbs edilib

    Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətindən “report”a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, “Az24saat.org” xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

    Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.