Month: August 2024

  • Sürücülərin nəzərinə!

    Paytaxt Bakıda keçiriləcək 2024-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir. Belə ki, avqust ayının 13-ü saat 23:00-dan etibarən mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq. Məhdudiyyətlər 13-16 avqust tarixlərində gecə saat 23:00-dan səhər saat 06:00-dək davam edəcək.

    Median.Az yollar haqqında ətraflı məlumatı təqdim edir:

    13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, “Azadlıq” kəsişməsindən “Puşkin” kəsişməsinə qədər

    14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Xaqani-Rəşid Behbudov” və “Xaqani-Azadlıq” kəsişmələri arası

    15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xəqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Bülbül-Xaqani” və “Rəşid Behbudov-Xaqani” kəsişmələri arası

    Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.

  • 3450 km ayaqyalın və piyada gəzdi, dünya rekordu qırdı

    Niderlanddan olan müharibə veteranı, 37 yaşlı Anton Notenboom 175 gün ərzində 3450 kilometr ayaqyalın gəzib və bununla da dünya rekordunu qırıb.

    Qaynarinfo bu barədə “NL Times”a istinadən xəbər verir.

    Niderlandlı müharibə veteranı bazar günü günortadan sonra Amerikanın Sent-Luis ştatına çataraq, Ginnesin Rekordlar Kitabına düşüb. O, fevralın 17-də Kaliforniyadakı Santa Monika çimərliyindən başlayaraq, 175 gündə 3450 kilometrlik yolu ayaqyalın gedib.

    Həmin şəxs indi adam Nyu-Yorka daha 1700 kilometr piyada getməyi planlaşdırır. Onun nümayəndəsinin sözlərinə görə, niderlandlının Tayms meydanına gəlişi noyabrın 2-də gözlənilir.

    Bildirilir ki, Notenbohm çətin günlər keçirib. Son vaxtlar 35 dərəcə isti asvaltı həddən artıq qızdırıb.

    Qeyd edək ki, əvvəlki rekord 3409,75 kilometr olub.

  • Azərbaycanda ikili diplom təklif edən universitetlər (SİYAHI)

    Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir. Proses avqustun 19-da başa çatacaq.

    Qeyd edək ki, Azərbaycanda bir sıra ali təhsil müəssisələri tələbələrinə təhsil müddətində həyata keçirilən proqramlar vasitəsilə ikili diplom əldə etmək şansı verir.

    Modern.az həmin universitet və ixtisasları təqdim edir:

    Azərbaycan Texniki Universitetində tələbələrinə elektrik mühəndisliyi ixtisası üzrə Qazi Universiteti ilə, Kompüter mühəndisliyi ixtisası üzrə isə Ankara Universiteti ilə ikili diplom proqramı mövcuddur.

    Türkiyə-Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisası üzrə Türkiyənin İstanbul Texniki Universiteti ilə, qida mühəndisliyi ixtisası üzrə Hacettəpə Universiteti, sənaye mühəndisliyi üzrə isə Orta Doğu Texniki Universiteti ilə ikili diplom proqramı həyata keçirilir.

    Azərbaycan Universitetində kompüter mühəndisliyi ixtisası üzrə Xarkov Milli Radioelektronika Universiteti ilə ikili diplom proqramı var.

    Gəncə Dövlət Universitetində isə Türkiyənin Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı həyata keçirilir. Qeyd edək ki, burada ikili diplom proqramı ödənişlidir. İqtisadiyyat, tarix, biologiya üzrə ikili diplom proqramları mövcuddur.

    ADA Universitetinin tərkibində fəaliyyət göstərən İtaliya Azərbaycan Universiteti də elektrik və elektronika mühəndisliyi ixtisası üzrə İtaliyanın Turin Politexnik Universiteti ilə ikili diplom proqramı təklif edir. İxtisas üzrə illik təhsil haqqı 6000 manatdır.

    Naxçıvan Dövlət Universitetində isə iqtisadiyyat ixtisası üzrə oxuyan 10 nəfərin Çankırı Karatekin Universiteti ilə ikili diplom proqramında iştirakı nəzərdə tutulur.

  • Şadlıq evlərində mümkün qiymət artımının səbəbi nədir? – Ekspert

    “Şadlıq evlərində qiymət artımı gözləntisi ümumilikdə ölkə üzrə bir çox sahələrdə qiymət artımı gözləntisi ilə paraleldir. Çünki kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətinin artması gözlənilir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli qarşıdakı aylarda şadlıq evlərində gözlənilən bahalaşmanın səbəblərindən danışarkən deyib.

    O, yaxın aylarda bütün sahələrdə qiymətlərin artacağını vurğulayıb:

    “Dizelin qiymətində artım kənd təsərrüfatı məhsullarının əkilməsi, biçilməsi, toplanması, ərzaq məhsullarının logistika xərcləri və s.ə təsir edir. Xərclər artırsa, istər-istəməz qiymətlər də yüksələcək. Nəticə etibarı ilə bütün sahələrdə qiymət artımının olması gözlənilir. Şadlıq evlərindəki menyular onların maya dəyərinin az qala 80%-ni təşkil edir. Yerdə qalanlar xidmət xərcləridir. Əgər ərzaq məhsullarının qiyməti artacaqsa, onlar məcbur olacaq ki, menyunun qiymətlərini artırsınlar. Təbii ki, noyabrda baş tutacaq COP-29-la bağlı əgər toyların keçirilməsinə müəyyən ara veriləcəksə, nəticədə sıxlıq yaranacaq. Bu zaman tələbat artacaq və bunun da qiymətlərə təsiri olacaq”.

    Natiq Cəfərli təəssüflə vurğulayıb ki, qiymət artımı tək noyabr ayında müşahidə edilməyəcək:

    “Amma görüən odur ki, qiymət artımı trendini təəssüf ki, bir çox sahələrdə müşahidə edəcəyik”.

    Xatırladaq ki, Bakıda şadlıq evlərinin inzibatçıları yaxın aylarda menyuların qiymətinin artacağını bildiriblər.

  • Cənubi Koreyada istidən ölənlərin sayı 21-ə çatıb

    Cənubi Koreyada istidən ölənlərin sayı 21-ə çatıb.

    Bu barədə Daxili İşlər və Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, mayın 20-dən avqustun 11-dək olan müddətdə 2 293 nəfər istilər və onun fəsadları ilə bağlı xəstəxanalara müraciət edib.

    Həmçinin, yüksək hava temperaturu səbəbilə 703 min baş kənd təsərrüfatı heyvanı, o cümlədən 658 min baş ev quşu tələf olub.

  • Sabah Astaranın 5 yaşayış məntəqəsində qaz kəsiləcək

    Sabah Astara rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.

    Rayon ərazisində 2024-2025-ci illərin Payız-qış tədbirlər planına əsasən Maşxan kəndində orta təzyiqli qaz xəttinin üzərində diametri 150 mm-lik yeni siyirtmənin quraşdırılması ilə əlaqədar, “Ərcivan” qaz paylayıcı stansiyadan qidalanan Kijəbə qəsəbəsi, Tüləgivan, Ojəkəran, Deqədi və Səlivə kəndləri olmaqla ümumilikdə 1 900 abonentin qaz təchizatının sabah saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • Дорожная полиция призвала водителей не оставлять автомобили на проезжей части

    Главное управление дорожной полиции обратилось к участникам движения в связи с резким ростом числа тяжелых аварий из-за остановки транспортных средств на проезжей части.

    Об этом сообщает Median.Az со ссылкой на Управление.

    В ведомстве отметили, что водители пренебрегают погодными условиями, состоянием дорожного покрытия, интенсивностью движения, ограниченной видимостью и временем суток и останавливают автомобили на дороге, подвергая опасности не только себя, но и пассажиров, а также других участников движения.

    “По этой причине неоднократно происходили тяжелые ДТП. В этой связи призываем всех участников дорожного движения неукоснительно соблюдать правила при посадке и высадке из транспортных средств, а также при остановке или стоянке”, – подчеркивается в обращении.

  • DYP hərəkət iştirakçılarına müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

    Müraciətdə deyilir ki, yol qəzalarında ağır nəticələrə səbəb olan hallardan biri də sürücülərin hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlamasıdır. Bu səbəbdən məhz yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sürücü, təəssüf ki, özü ilə yanaşı sərnişinləri və digər hərəkət iştirakçılarını təhlükəyə atmış olur.

    Baş Dövlət Yol Polisi İdarəsi göstərilən səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini əhalinin diqqətə çatdırır və bir daha hərəkət iştirakçılarına müraciət edərək nəqliyyat vasitələrinə minib-düşərkən, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və ya durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir.

  • Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş kitabın təqdimatı olub

    Biləsuvar rayonunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Müşfiq Malik Muğanlının Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizdən sonra” adlı kitabının təqdimat mərasimi keçirilib.

    “Report”un Muğan bürosunun məlumatına görə, mərasim Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndindəki ev muzeyində baş tutub.

    Rayon rəsmiləri, şəhid valideynləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə Milli Qəhrəmanın keçdiyi şərəfli yoldan geniş söhbət açılıb. Kitabın məsləhətçisi, Milli Qəhrəmanının atası Ağakərim İbrahimov müəllifə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

    Qeyd olunub ki, kitabın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, redaktoru isə şərqşünas-tərcüməçi Famil Burxanoğludur.

    İki hissədən və dörd bölmədən ibarət olan kitabın birinci hissəsində oxucular Ağakərim İbrahimovun uşaqlara, yeniyetmələrə, gənclərə verdiyi məsləhətləri, düşüncələri, məşhur insanların Mübariz İbrahimov haqqında fikirləri, ikinci hissəsində Mübariz İbrahimovun həyat hekayəsi, esse və şeirlərlə, sonda isə “Müqəddəs Mübarizim” poeması ilə tanış ola bilərlər.

  • Против экс-премьера Бангладеш завели дело об убийстве

    Против бывшей премьер-министра Бангладеш Шейх Хасины и еще шестерых бывших представителей власти заведено дело об убийстве, это первое дело против нее после смены правительства.

    Об этом сообщает издание The Daily Star.

    Хасину и ряд государственных деятелей обвиняют в причастности к гибели владельца продуктового магазина Абу Сайеда, который был застрелен полицией в столичном районе Мохаммадпур 16 июля во время протестов. Ранее в публикации издания подчеркивалось, что он не представлял угрозы для полиции, стоял поодаль от других протестующих, в руках у него была только палка, с которой он ни на кого не нападал. Полиция стреляла в протестующих без разбора, пишет газета.

    Хасина 5 августа на фоне беспорядков покинула официальную резиденцию в Дакке. Затем она заявила об отставке и улетела в индийский город Агартала. Издание Hindu сообщило, что экс-премьер просит убежище в Великобритании. Лауреат Нобелевской премии мира 2006 года доктор Мухаммад Юнус официально назначен на должность главы временного правительства Бангладеш. Он сам и весь состав временного правительства приняли присягу 8 августа.