Month: August 2024

  • Bakıda dələduzluq əməlləri törətməkdə şübhəli bilinən sayt rəhbəri həbs edilib

    Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətindən “report”a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, “Az24saat.org” xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

    Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • “Qarabağ” hesabı bərabərləşdirdi – YENİLƏNİR – VİDEO – FOTO

    22:48

    UEFA Çempionlar Liqası

    3-cü təsnifat mərhələsi, cavab oyunu

    13 avqust

    22:00. “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” (Azərbaycan) – 2:2 (Birinci hissə)

    Qollar: Juninyo, 7 (0:1), Kvadvo Dua, 13 (1:1), 23-pen. (2:1), Yassin Benzia, 45+1-pen. (2:2)

    Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti

    VAR hakimləri: Gianluca Aureliano, Marco Serra (Hakimlər briqadası İtaliyadandır)

    “Ludoqorets Arena”

    İlk oyun – 2:1

  • Ölümcül virus yayıldı: Yüzlərlə insan yoluxub

    Afrikada çiçək virusunun yeni ştammı olan mpox epidemiyası qeydə alınıb.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bu, bütün dünyada tibb mütəxəssislərinin ciddi narahatlığına səbəb olub.

    Qitənin dörd ölkəsində, o cümlədən vəziyyətin ən kritik olduğu Konqo Demokratik Respublikasında yoluxma halları aşkar edilib.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Konqo DR-də artıq 14,000-dən çox xəstəlik qeydə alınıb, onlardan 511-i ölümcül olub. Virus həmçinin qonşu ölkələrə – əvvəllər çiçək xəstəliyinin qeydə alınmadığı Keniya, Ruanda və Uqandaya da yayılıb.

    ÜST vəziyyəti qiymətləndirmək və epidemiyanın ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib-etməməsinə qərar vermək üçün fövqəladə hallar komitəsi çağırmağı planlaşdırır. Eyni zamanda, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tibb ictimaiyyətini Afrika ölkələrindən bu yaxınlarda gələn xəstələrə xüsusilə diqqətli olmağa və infeksiyaya şübhə olduqda müvafiq tədbirlər görməyə çağırır.

    Mpox həm insanlar arasında, həm də xəstə heyvanlardan asanlıqla ötürülə bilən viral xəstəlikdir. Virusun ötürülməsinin əsas yollarına yaxın fiziki təmas, o cümlədən toxunma, öpüşmə, cinsi əlaqə və paltar kimi çirklənmiş əşyalar daxildir. Xəstəliyin simptomları arasında qızdırma, ağrılı səpgi, ümumi zəiflik, baş ağrısı, əzələ və bel ağrıları, limfa düyünlərinin şişməsi daxildir.

    Konqo DR-də virusun yayılması ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. 2023-cü ilin yanvar ayından bəri ölkədə 22,000-dən çox hadisə qeydə alınıb, onlardan 1,200-dən çoxu ölümlə nəticələnib. 2024-cü ilin ilk altı ayında yoluxmaların sayı ötən ilin bütün səviyyəsinə çatıb ki, bu da virusun yayılmasının əhəmiyyətli dərəcədə sürətləndiyini göstərir.

  • Müdafiə nazirinin müavini Türkiyədə

    Azərbaycanın müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov ölkəmizdə səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Türkiyəli qonaqları salamlayan Baş direktor onları ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib, bu cür görüşlərin qardaş ölkə ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.

    H.Görgün isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin ordularımızın müdafiə qüdrətinin artırılması baxımından faydalı olacağını əminliklə qeyd edib.

    Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və bu ölkənin aparıcı hərbi sənaye şirkətlərinin rəhbər heyətinin də iştirak etdiyi görüşdə, həmçinin ölkələr arasında hərbi, hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Türkiyə nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə ilə görüşüb. Qonaqlara Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

  • 38 yaşlı Zülfiyyə telefon işlətdiyinə görə ÖLDÜRÜLÜBMÜŞ

    Bakıda arvadı 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanı qətlə yetirən 43 yaşlı Qədir Qasımovun məhkəmə prosesi başa çatıb.

    Median.Az-ın məlumatına görə, təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Hadisə keçən ilin noyabrın 2-də paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

    Qədir Qasımovun məhkəmədə ifadəsində bildirib ki, Zülfiyyə ilə 16 il evli olublar. Qətlə səbəb isə həyat yoldaşının telefon işlətməsi olub:

    “Hadisədən 2-3 ay əvvəl Xocasəndə Zülfiyyənin avtobusdan düşüb telefonla danışdığını gördüm. Onun heç vaxt telefonu olmamışdı. Anasıgilə gedəndən telefon işlədirdi. Sonra yenə telefon işlətdiyini gördüm, istədim, vermədi. Qaçıb telefonu anasına verdi. Bir dəfə də metronun yanında Zülfiyyənin telefon işlətdiyini gördüm. Yenə telefonu vermədi. Bir dəfə həyat yoldaşımın qohumlarına Zülfiyyənin ondan gizli telefon işlətdiyini, bu qızın öləcəyini dedim. Sonuncu dəfə də Zülfiyyənin restoranda işləməsi məni lap dəli etdi. Bundan sonra bıçaqla onu qətlə yetirdim”.

    Qeyd edək ki, Qədir Qasımov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. (Report)

  • Формула 1: На улице Хагани в Баку будет ограничено движение транспорта

    В связи с монтажными работами в рамках подготовки к Гран-при Азербайджана Формулы 1 сезона 2024 года, который пройдет в Баку 13-15 сентября, будет ограничено движение транспорта на ряде участков улицы Хагани.

    Как сообщает Median.Az, ограничения будут в силе 13-16 августа с 23:00 до 06:00.

    Движение и парковка автомобилей будут ограничены на нижеприведенных участках:

    – 13 августа с 23:00 до 14 августа 06:00 правая и левая стороны улицы Хагани, между перекрестками с проспектом “Азадлыг”и улицей Пушкина;

    – 14 августа с 23:00 до 15 августа 06:00 левая сторона улицы Хагани по направлению движения транспорта, между перекрестками “Хагани-Рашид Бейбутов” и “Хагани-Азадлыг”;

    – 15 августа с 23:00 до 16 августа 06:00 левая сторона улицы Хагани по направлению движения транспорта, между перекрестками “Бюльбюль-Хагани” и “Рашид Бейбутов-Хагани”.

  • “Formula 1”: Azərbaycan Qran-prisinə görə mərkəzi yollarda hərəkət məhdudlaşdırılacaq

    Bakıda keçiriləcək 2024-cü il “Formula 1” Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.

    Median.Az xəbər verir ki, avqust ayının 13-ü saat 23:00-dan səhər saat 06:00-a qədər mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq.

    Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

    13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, “Azadlıq” kəsişməsindən “Puşkin” kəsişməsinə qədər,

    14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Xaqani-Rəşid Behbudov” və “Xaqani-Azadlıq” kəsişmələri arası,

    15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Bülbül-Xaqani” və “Rəşid Behbudov-Xaqani” kəsişmələri arası.

    Qeyd edək ki, “Formula 1” Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək.

  • Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

    Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğunu açıqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda bildirib.

    “Mürəkkəb intensiv döyüşlərə baxmayaraq, qüvvələrimiz Kursk vilayətində irəliləməyə davam edir, eyni zamanda “mübadilə fondumuz” (əsir mübadiləsi – red.) da genişlənir”, – Ukrayna lideri qeyd edib.

    Onun sözlərinə görə, Zelenski Ukrayna ordusunun nəzarət etdiyi yaşayış məntəqələrinin sayını da açıqlayıb: “74 yaşayış məntəqəsi Ukraynanın nəzarəti altındadır”.

    Ölkə başçısı ələ keçirilmiş ərazilərdə “humanitar həllərin hazırlanması üzrə işlərin davam etdiyini” vurğulayıb. O bu yaşayış məntəqələrində neçə mülki şəxsin qaldığına aydınlıq gətirməyib.

    “Əsgərlərimizə göstərdikləri qəhrəmanlıqlara görə minnətdaram. Növbəti addımlarımıza hazırlıq davam edir!”, – Zelenski əlavə edib.

  • Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

    Dünən gecə saatlarından başlayaraq, Oğuz – Qəbələ xəttində aparılan təmir-bərpa işləri ilə əlaqədar Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilmə rejimində dəyişiklik ediləcək.

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən  verilən məlumata görə, bununla bağlı suyun verilməsimdə fasilələr yaranıb.

    Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri aparılır. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması isttiqamətində işlər aparılır.

    Oğuz – Qəbələ xəttində təmir-bərpa işləri tezliklə yekunlaşan kimi suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.

  • Məhkəmələrdə BOMBA TƏHLÜKƏSİ: Polis axtarışlara başladı

    Slovakiyada polis əməkdaşları məhkəmələrə bomba qoyulması ilə bağlı anonim məlumatlardan sonra binalara baxış keçirməyə başlayıblar.

    Median.Az xəbər verik ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.

    “Hazırda polis bütün Slovakiyada partlayıcı qurğuların qoyulması təhlükəsi ilə əlaqədar məhkəmə binalarını yoxlayır”, – məlumatda deyilir.

    Bratislava vilayətinin polis idarəsinin sözçüsü Silvia Şimkova da təsdiqləyib ki, bomba təhlükəsi ilə əlaqədar paytaxt regionunda məhkəmə binalarına baxış keçirilir. Digər təfərrüatlar açıqlanmayıb.