Month: August 2024

  • İnsanlar Qubada taksi sürücülərinin dayanacaqları zəbt etməsindən şikayətçidirlər – VİDEO

    Qubada avtobus sürücüləri taksi sürücülərinin dayanacaqları zəbt etmələrindən şikayətçidirlər.

    Şikayətçilər qeyd ediblər ki, ərazidə dayanma və durmanı qadağan edən nişan olsa da, taksi sürücüləri buna məhəl qoymurlar.

    Hər gün sözügedən problemlə üz-üzə qaldıqlarını deyən avtobus sürücüləri bu səbəbdən sərnişinlərin avtobusa rahat minib-düşməsinə maneə yarandığını bildiriblər.

    “40 ilin sürücüsüyəm. Belə şey görməmişəm. Sərnişinlər avtobusa nə minə, nə də düşə bilirlər. Saxlayıb sərnişin götürmək istəyirik, imkan vermirlər. Polis gəlib sürücüləri dayanacaqdan uzaqlaşdırsa da, yenidən qayıdırlar”, – deyə şikayətçi bildirib.

    Daha ətraflı Baku TV-nin materialında:

  • В Украине ограничили перемещение всех граждан в приграничной зоне

    На Сумщине военным командованием введены временные ограничения на перемещение всех категорий граждан в приграничной с Россией 20-километровой зоне.

    Об этом сообщает Генштаб Вооруженных сил Украины (ВСУ).

    “В связи с увеличением интенсивности боевых действий, активизацией деятельности диверсионно-разведывательных групп, сил специальных операций противника и с целью сохранения жизни гражданского населения и военнослужащих, военным командованием введены ограничения на перемещение всех категорий граждан в приграничной 20-километровой зоне Сумской области”, – говорится в информации.

    Допуск людей на указанную территорию осуществляется по паспортам граждан Украины с соответствующей отметкой о регистрации проживания в этой зоне.

  • Ukrayna ordusu ölkə vətəndaşlarının hərəkətini məhdudlaşdırıb

    Ukrayna ordusunun hərbi komandanlığı Rusiya ilə 20 kilometrə qədər olan həmsərhəd ərazidə öz vətəndaşlarının yerdəyişməsini qadağan edib.

    Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

    Məlumatda qeyd olunub ki, Ukrayna vətəndaşlarına tətbiq edilən qadağa döyüş əməliyyatlarının intensivliyinin artması, kəşfiyyat qruplarının, həmçinin xüsusi əməliyyat qüvvələrinin fəaliyyətinin intensivləşdirilməsi ilə əlaqədardır.

    Məlumat üçün əlavə edək ki, Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində keçirdiyi uğurlu əməliyyatdan sonra iki ölkə arasında hərbi toqquşmaların miqyası böyüyüb.

  • Küçədə heyvana balta ilə işgəncə verən şəxs saxlanılıb

    Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.

    Paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib.

    Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür.

  • Azərbaycanda quzu əti niyə bahalaşıb?

    Azərbaycanda ət kəsimi məntəqələrində quzu ətinin bahalaşdığı müşahidə olunur. Belə ki, bir müddət əvvəl bir kiloqramı 18-19 manata satılan quzu əti hazırda bəzi məntəqələrdə 20 manata təklif olunur. Bəzi satıcılar bahalaşmaya səbəb olaraq diri çəkidə quzunun qiymətinin artdığını göstərirlər.

    Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ölkədə faktiki olaraq ət çatışmazlığı mövcuddur.

    Onun sözlərinə görə, heyvandarlıq məhsulları, o cümlədən də ət istehsalı tələbatı ödəyə bilmir: “Yerli ət istehsalı ümumi ölkə tələbatının təxminən 50%-nə qədərini qarşılaya bilir. Bu səbəbdən qiymətlər get-gedə bahalaşır. Qiymət artımına müxtəlif amillər təsir edib. Bunlardan biri də bu yay mövsümündə davam edən qeyri-sabit hava şəraitidir. Belə ki, hava yağıntılı keçdiyinə görə biçində problemlər yarandı, yağış otu sıradan çıxardı və keyfiyyətini azaltdı. Bu da təbii ki, məhsuldarlığa mənfi təsir göstərdi. Əlverişsiz hava şəraiti heyvanlar üçün yığılan yem bazasını zəiflətdi”.

    Ekspert söyləyib ki, ümumiyyətlə, bu il yem bitkilərinin məhsuldarlığı aşağıdır: “Ona görə də heyvandarlıqla məşğul olan sahibkarların xərcləri artır. Xərclər artığına görə də onlar əti bahalaşdırmaq məcburiyyətində olurlar”.

  • Израиль рассчитывает получить от ХАМАС до 35 заложников

    Власти Израиля намерены потребовать от радикального палестинского движения ХАМАС освободить от 20 до 35 удерживаемых в секторе Газа заложников в рамках первого этапа сделки о прекращении огня.

    Об этом сообщила газета The Jerusalem Post.

    Такую цифру озвучил министр обороны Израиля Йоав Галант в Кнессете (парламент страны). Считается, что из 115 заложников ХАМАС в живых остаются 76 человек. В первую, так называемую гуманитарную группу освобожденных должны войти женщины, дети, люди пожилого возраста, а также раненые и больные.

    Все остальные оставшиеся в живых заложники должны быть переданы в ходе второго этапа сделки, однако он не будет реализован до тех пор, пока Израиль и ХАМАС не согласуют условия постоянного прекращения огня. Консультации по этому вопросу должны начаться на 16-й день после первого этапа и могут продлиться дольше изначально отложенного на них периода в шесть недель.

    9 августа лидеры Египта, Катара и США опубликовали совместное заявление, в котором призвали Израиль и ХАМАС возобновить переговоры о прекращении огня в секторе Газа 15 августа в Дохе или Каире. Посредники также сообщили о готовности представить окончательный проект соглашения, который основан на принципах, выдвинутых президентом США Джо Байденом и поддержанных резолюцией 2735 Совета безопасности ООН.

  • İsrail HƏMAS-dan ilk mərhələdə 20-35 girovu azad etməsini gözləyir

    İsrail hökuməti HƏMAS-dan atəşkəs sazişinin birinci mərhələsi çərçivəsində Qəzza zolağında girov saxlanılan 20-35 nəfərin azad olunmasını tələb etmək niyyətindədir.

    Bu barədə “The Jerusalem Post” qəzeti məlumat verib.

    Bildirilib ki, bu rəqəmi İsrailin müdafiə naziri Yoav Qalant Knessetdə (ölkə parlamenti) səsləndirib.

    Nəşr qeyd edir ki, HƏMAS-ın əlində olan 115 girovdan 76 nəfərin sağ qaldığı hesab edilir. Azad edilənlərin ilk – humanitar qrupuna qadınlar, uşaqlar, yaşlı insanlar, həmçinin yaralı və xəstələr daxil olmalıdır.

    Sağ qalan bütün digər girovlar sazişin ikinci mərhələsində təhvil verilməlidir, lakin İsrail və HƏMAS daimi atəşkəs şərtlərini razılaşdırana qədər bu mərhələ həyata keçirilməyəcək.

    Bu məsələ üzrə məsləhətləşmələr birinci mərhələdən 16 gün sonra başlamalıdır. Konsultasiyanın ilkin olaraq nəzərdə tutulmuş altı həftəlik müddətdən daha uzun çəkə biləcəyi ehtimal olunur.

    Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayımlayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar. Vasitəçilər, həmçinin ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını bildiriblər.

  • Azərbaycan klubuna monteneqrolu baş məşqçi təyin olunub

    Qadın həndbolçulardan ibarət “Kür” komandasının yeni baş məşqçisi məlum olub.

    AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Mingəçevir klubu bu vəzifəyə monteneqrolu Milorad Despotoviçi gətirib. Onunla birillik müqavilə imzalanıb.

    M.Despotoviç bundan əvvəl ölkəsinin “Ulsin” kollektivində işləyib.

    Bölgə təmsilçisini ötən mövsüm Fuad Yangildin çalışdırıb. O, yeni mövsümdən komandada məşqçi və direktor kimi fəaliyyət göstərəcək.

    Qeyd edək ki, Avropa Kubokuna ikinci mərhələdən qoşulacaq “Kür” Yunanıstanın OFN komandası ilə qarşılaşacaq. Bu raundun ilk oyunları oktyabrın 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək.

  • Футболиста сборной Армении посадили за гибель двух человек

    Бывшего футболиста сборной Армении Армена Фишяна осудили за смертельное ДТП в Ставропольском крае.

    Об этом сообщает Median.Az со ссылкой на “Вестник Кавказа”.

    Известно, что Армен в марте 2024 года сбил на своем Mercedes инспектора ДПС и владельца автомобиля, который был ранее остановлен. Оба умерли на месте.

    Суд признал Фишяна виновным в нарушении правил дорожного движения и назначил ему наказание в виде лишения свободы на 11 лет.

    Футболист завершил свою профессиональную карьеру в 2016 году.

  • Ermənistan millisinin futbolçusu iki nəfərin ölümünə görə həbs edilib

    Ermənistan milli komandasının keçmiş futbolçusu Armen Fişyan Rusiyanın Stavropol diyarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirli bilinib.

    Median.Az bu barədə “Vestnik Kavkaza”ya istinadən xəbər verir.

    Qeyd olunub ki, 2024-cü ilin martında Armen idarə etdiyi “Mercedes” markalı avtomobillə yol polisini və polislərin daha əvvəl saxladıqları avtomobilin sürücüsünü vurub. Hər iki şəxs yerindəcə keçinib.

    Məhkəmə Fişyanı yol hərəkəti qaydalarını pozmaqda təqsirli bilib və 11 il müddətinə azadlıqdan məhrum edib.

    Futbolçu peşəkar karyerasını 2016-cı ildə başa vurub.