Month: August 2024

  • Sumqayıtda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib

    Sumqayıt şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, yolu keçən 2000-ci il təvəllüdlü Ramin Akif oğlu Musayevi avtomobil vurub.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda qazla işləyən avtomobillərə maraq kəskin azalıb – VİDEO

    Azərbaycanda avtomobillərə qaz avadanlığının quraşdırılmasına və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş maşınlara maraq kəskin azalıb.

    Xezerxeber.az-ın məlumatına görə, qiyməti ucuz, sərfiyyatı qənaətcil olsa da, tələbat yoxdur.

    Bir neçə il əvvəl irihəcmli mühərrikli avtomobillərin sürücüləri arasında qənaət etmək üçün maşınlarına qaz avadanlığı quraşdıranlar az deyildi. İndi isə bu avtomobillərə maraq kəskin azalıb. Ölkəmizdə yanacağın qiyməti dəyişəndən sonra isə bu məsələ yenidən aktuallaşıb. Ustalar deyirlər ki, xüsusilə benzin sərfiyyatı çox olan avtomobillər üçün bir vaxtlar bu yaxşı seçim idi.

    Avtomobil ustası Dəniz Ağabəyli bildirib ki, ölkəmizdə avtomobillərə qaz quraşdırılması və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş avtomobillərə maraq kəskin azalıb. Onun sözlərinə görə, buna əsas səbəb sonradan avtomobildə nasazlıqların və əlavə xərclərin yaranmasıdır.

    Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 manat 60 qəpik, Aİ-92 markalı benzinin qiyməti 1 manat 10 qəpik, dizelin qiyməti 1 manat, maye qazın satış qiyməti isə 65 qəpikdir.

    Ətraflı süjetdə:

  • В Армении произошло землетрясение

    В Армении произошло землетрясение магнитудой 4,2.

    Как сообщает Median.Az со ссылкой на информацию Сейсмологической службы Средиземноморья, эпицентр землетрясения находился в поселке Еранос Гегаркуникской области, в 49 км от Еревана.

    Очаг землетрясения, зафиксированного в 02:02 по местному времени (одновременно с бакинским временем), залегал на глубине 10 км.

    О разрушениях и пострадавших не сообщается.

  • Ermənistanda zəlzələ baş verib

    Ermənistanda 4,2 maqnitudalı zəlzələ olub.

    Median.Az Aralıq Dənizi Seysmoloji Xidmətinin məlumatına istinadən bildirir ki, zəlzələ ocağı İrəvandan 49 km aralı, Geqarkunik vilayətinin Yeranos yaşayış məntəqəsində yerləşib.

    Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) qeydə alınan zəlzələ 10 km dərinlikdə olub.

    Dağıntı və itki barədə məlumat verilmir.

  • Lökbatan sakinləri NARAZIDIRLAR: “İki ildir içməli su verilmir” – VİDEO

    Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə su problemi yaşanır.

    Sakinlərin iddialarına görə, yaşadıqları əraziyə iki ildir ki, içməli su verilmir. Buna görə də, məcburi olaraq suyu maşınlar vasitəsilə alırlar.

    Sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət də ediblər.

    Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, Lökbatan qəsəbəsində 1-ci massivdən 6-cı massivədək yay aylarında su problemi yaşanır.

    Həmin ərazi üçün ayrıca nasos stansiyası da tikilib. İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti tərəfindən generator alınıb və quraşdırılıb.

    Son tamamlanma işləri aparılır. Yaxın müddətdə işlər bitdikdən sonra ərazidə suyun verilməsi yaxşılaşdırılacaq.

    Ətraflı süjetdə:

  • İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: “Evimə basqın etdi, söyüşlər yağdırdı”

    Türkiyənin məşhur müğənnisi İbrahim Tatlıses qızı Dilan Çıtak tərəfindən psixoloji zorakılığa məruz qaldığını deyib.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, ifaçının sözlərinə görə, qızı Tatlısesin evinə basqın edərək söyüşlər yağdırıb.

    “Mən heç kimin bu qədər sərbəst şəkildə ədəbsiz danışdığını görməmişəm. Bu mənim uşağım ola bilməz. Çünki övladlarımın heç biri yalan danışmır. Maddi vəziyyətim yaxşıdır deyir. Bəs, Nişantaşı və Bodrumdakı mağazanı və altındakı maşını kim alıb? Bodrumda yaşaması üçün ona verdiyim evi 6 milyon lirəyə satdı. Sonra başqa mənzilə köçdü. Anası üçün ayrıca mənzil də aldı. Bunları mənim icazəm və xəbərim olmadan etdi. Sonra dedim ki, iki mənzilin kirayəsini ödəyəcəksən, o iki mənzili Urfada qızlarıma vermişəm, onlara zərər verməməlisən. Bunları dedikdən sonra qiyamət qopardı. Gəlib evə basqın etdi, ağlasığmaz söyüşlər söylədi. Televizorun pultunu atdı. Mənim köhnə vaxtım olsaydı, o mənə qarşı bunu edə bilərdi?”, – deyə müğənni gileylənib.

    Tatlısesin açıqlamalarından sonra Dilan Çıtakın əri Levent Dörter sənətçini təkzib ediblər.

    “Dilan üçün heç bir mağaza alınmayıb. Dilana mağaza açanda yalnız 1/4 hissəsini kömək ediblər. Dilanın bütün mağazaları kirayədədir. Maşını isə Dilan özü alıb”, – deyə Dörter bildirib.

  • Vətəndaşı aldadıb 35 min manatdan çox pulunu MƏNİMSƏDİLƏR – VİDEO

    Kiberdələduzlar bir müddət öncə vətəndaşı saxta investisiya saytı adı ilə aldadaraq 35 min manatdan çox pulunu mənimsəyiblər.

    Xezerxeber.az-ın məlumatına görə, vətəndaş özü həmin məbləği kriptovalyuta vasitəsilə dələduzlara göndərib və qazanc əldə edəcəyini düşünüb. Ancaq qısa müddət sonra aldadıldığını anlayıb.

    “Beynəlxalq kibercinayətkarlıqla mübarizə idarəsi” adı altında vətəndaşa dayanmadan zənglər gəlməyə başlayıb. Ona pulunun guya geri qaytarılacağı deyilib. İtirdiyi 30 min manatı geri almaq üçün ümidlənən vətəndaş bu dəfə isə kart məlumatlarını həmin şəxslərə verib. Nəticədə isə nəinki pulu geri qayıdıb, əksinə, cinayətkarlar onun kartında olan 5400 manatı da oğurlayıblar.

    Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara bu cür vədlərə aldanmamağı tövsiyə edir.

    Bildirilir ki, bu məlumatların paylaşılması ciddi maliyyə itkilərinə səbəb ola bilər.

    Qeyd edək ki, son bir neçə ayda kiberdələduzlar vətəndaşlara milyonlarla manat ziyan vurublar.

    Ətraflı süjetdə:

  • Ən böyük Türkiyə bayrağının dalğalandığı ərazi məhkəməlik oldu

    Samsunun Kavak rayonunda Türkiyənin ən böyük bayrağının dalğalandığı ərazi torpaqdan haqsız istifadə səbəbi ilə məhkəməyə verilib.

    Median.Az Haber Global-a istinadən xəbər verir ki, Samsun-Ankara magistral yolu üzərindəki Hacılıda dalğalanan bayrağın ölçüsü iki min kvadratmetr, çəkisi 450 kiloqramdır.

    Kompleksin məhkəməyə çıxarılan ərazisi isə 7 500 kvadratmetrdir.

    Torpağın sahibi Refiye Şahin şikayət ərizəsində daşınmaz əmlakın üzərindəki bayraq dirəyi və məscidin cavabdeh yanacaqdoldurma məntəqəsi tərəfindən haqsız istifadə edildiyini bildirib. Sözügedən daşınmaz əmlakın yanacaqdoldurma məntəqəsinin girişi kimi istifadə edildiyi və bu vəziyyətdən kommersiya gəliri əldə olunduğu iddia edilib. Şahin ona məxsus olan torpağa müdaxilənin qarşısının alınmasını və bu müddət ərzində haqsız istifadəyə görə 1 000 TL cərimənin faizlə ödənilməsini istəyib.

    Yanacaqdoldurma şirkəti isə Refiye Şahin ilə şirkət arasında 10 illik icarə müqaviləsi bağlandığı və illik 9 min TL olmaqla cəmi 90 min TL pulun nağd şəkildə ödənildiyi bildirib. Lakin Refiye Şahin və oğlu Mehmet Şahin kirayə müqaviləsinin saxta və etibarsız olduğunu deyiblər. Ekspertiza sənədin saxlatılığını sübut edib və məhkəmə şikayətçinin iddiasını təmin edərək yanacaqdoldurma şirkətini cərimələyib.

  • Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə ALDADILDI – VİDEO

    Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.

    Xezerxeber.az-ın məlumatına görə, bu gün günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər.

    Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur.

    Bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylardır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər.

    Zərərçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü “Hacı xanım” kimi təqdim edən şəxsi şöbəyə aparıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Ətraflı süjetdə:

  • Стал известен первый абитуриент, поступивший в Карабахский университет

    Стал известен первый абитуриент, поступивший в Карабахский университет.

    Об этом сообщили в вузе.

    Согласно информации, решением Государственного экзаменационного центра Атилла Мурадлы, удостоенный соответствующим приказом министра науки и образования “Золотого нагрудного знака за особые достижения в образовании”, станет первым абитуриентом, поступившим в Карабахский университет вне конкурса.

    Отмечается, что на вступительных экзаменах он показал высокий результат, набрав 519,2 балла, и хочет учиться по специальности “Электротехника и электроника”.

    А.Мурадлы – выпускник полной средней школы №20 города Мингячевир. Является победителем и призером Республиканской олимпиады по логике имени Лютфизаде, Республиканского конкурса по физике имени Н.Набиева, Республиканской олимпиады по астрономии, республиканских предметных олимпиад по физике.

    А.Мурадлы будет представлять нашу страну на Международной олимпиаде по астрономии и астрофизике, которая пройдет в Бразилии 17-27 августа этого года.