Month: August 2024

  • Azərbaycanda 7-ci sinif şagirdi faciəvi şəkildə vəfat etdi – FOTO

    Azərbaycanda 14 yaşlı qız faciəli şəkildə dünyasını dəyişib.

    Bu barədə Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbi məlumat yayıb.

    Bildirilib ki, 7c sinif şagirdi Xədicə Niyaməddin qızı Eyvazlı vəfat edib.

    Qeyd edək ki, o, avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

  • “Təfəkkür” Universitetinin prorektorunun qətlini sifariş verməkdə ittiham olunanlar hakim qarşısında

    Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

    APA xəbər verir ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. İş hakim Həsən Əhmədovun icraatına verilib.

    İlkin baxış iclası avqustun 15-nə təyin edilib.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Baş Prokurorluğun yaydığı məlumata görə, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa ediliblər.

    İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərti ilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.

    Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.

  • Nardaranda evdən 20 min manat oğurlanıb

    Bakıda evdən oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində evlərdən birindən ümumilikdə 20 000 manat pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub:

    “Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş N.Əliyev müəyyən edilərək saxlanılıb”.

    Faktla bağlı araşdırma aparılır.

  • В госпрограмму по обучению молодежи в престижных вузах зарубежных стран добавлена докторантура

    Продлён срок государственной программы по обучению молодежи в престижных высших учебных заведениях зарубежных стран.

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал в связи с этим распоряжение, сообщает Report.

    Было отмечено, что в распоряжение главы государства от 28 февраля 2022 года № 3163 “Об утверждении государственной программы по обучению молодежи в престижных высших учебных заведениях зарубежных стран на 2022-2026 годы” были внесены изменения.

    Согласно им, слова “2022-2026 годы” в документе заменены словами “2022-2028 годы”. Таким образом, срок указанной госпрограммы был продлён на 2 года.

    Новым распоряжением в государственную программу также добавлена докторантура. Отмечается, что получение высшего образования на уровне докторантуры по специальностям, соответствующим приоритетным направлениям социально-экономического развития страны, обеспечит укрепление академического потенциала, повышение научно-технического и интеллектуального потенциала, развитие научного творчества и распространение научных знаний в АР.

    Кроме того, в рамках государственной программы количество молодых людей, которые будут учиться за рубежом, увеличилось с 400 до 500.

  • Gənclərin xaricdə təhsilinə dair Dövlət Proqramının müddəti uzadılıb, say artırılıb

    Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb.

    “Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

    Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda “2022-2026-cı” sözləri “2022-2028-ci” sözləri ilə əvəz edilib.

    Bundan əlavə, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin sayı 400-dən 500-ə qaldırılıb. Dəyişikliklə Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin ediləcək.

    Dövlət Proqramında qeyd edilib ki, ali təhsilin doktorantura səviyyəsində ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun ixtisaslara üstünlük verilməsi Azərbaycan Respublikasında akademik potensialın gücləndirilməsini, elmi-texniki və intellektual potensialın artırılmasını, elmi yaradıcılığın inkişafını və elmi biliklərin yayılmasını təmin edəcək.

    Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramına doktorantura pilləsi də əlavə edilib.

  • DTX-nin həbs etdiyi sabiq baş həkim məhkəməyə müraciət edib

    Dövlət Təhlükəsizliyi Xidmətinin( DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Neftçala Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov məhkəməyə müraciət edib.

    “Report”xəbər verir ki, sabiq baş həkim müraciətində saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyib.

    Onun müraciətinə yaxın günlərdə Xəzər Rayon Məhkəməsində baxılacaq.

    Qeyd edək ki, Telman Zahidov 2020-ci ildə DTX-nin Neftçalada keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 6 ilə, Ali Məhkəmə tərəfindən isə cəzası 5 il 6 aya endirilib.

    Telman Zahidovun bir il çəkilməmiş cəzası qalıb.

  • Ötən gün ölkə ərazisində 35 kiloqramdan çox narkotik aşkar olunub

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da və 11-də ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2.7 kiloqramdan artıq heroin, 31 kiloqrama yaxın marixuana, 1.9 kiloqrama yaxın metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu olub.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

  • Любовный треугольник с трагическим финалом: китаец убил соотечественника из-за ревности в Баку

    Началось судебное заседание по кассационной жалобе на решение в отношении гражданина Китая Юаня Тяньганга, обвиняемого в убийстве соотечественника Пана Юаня Ляна на почве ревности в Баку.

    Как сообщает pravda.az, заседание прошло под председательством судьи Верховного суда Тейюба Мухтарова. На процессе были уточнены анкетные данные подсудимого.

    Следующее заседание суда назначено на 16 августа.

    Напомним, Бакинский суд по тяжким преступлениям приговорил Юань Тяньганга к 9 годам лишения свободы. Также было принято решение о его принудительном выдворении за пределы Азербайджана после отбытия наказания. Бакинский апелляционный суд не удовлетворил жалобу подсудимого.

    Согласно обвинительному акту, оба гражданина Китая, приехавшие в Баку на заработки, проживали в общежитии на территории поселка Кешля Низаминского района столицы. Супруга Ю.Тяньганга также жила с ними в одной квартире. 14 июля 2023 года Юань узнал, что Пан оказывает знаки внимания его жене. В порыве гнева он ударил Пана железным прутом по голове. Пан Юань Лян был госпитализирован в тяжелом состоянии. Он пробыл в реанимации четыре дня, а 18 июля скончался.

    Юаню Тяньгангу предъявлено обвинение по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего) Уголовного кодекса Азербайджана.

  • Bakıda həmyerlisini öldürən əcnəbi cəzasının azaldılmasını istəyir

    Bakıda qısqanclıq zəminində həmyerlisini öldürməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tianqanqın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Pravda.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin növbəti iclası avqustun 16-na təyin edilib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yuan Tianqanq 9 il müddətə azadlıqdan məhrum edilib. Cəzasını çəkdikdən sonra Azərbaycan ərazisini məcburi tərk etməsi ilə bağlı qərar qəbul olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

    İttiham aktına əsasən, Bakıya işləmək üçün gələn hər iki Çin vətəndaşı Nizami rayonu Keşlə qəsəbəsi ərazisində yataqxanada yaşayıblar. Yuan Tianqanqın həyat yoldaşı da onlarla bir evdə qalıb. Cari ilin iyulun 14-də Yuan Tianqanq onunla eyni evdə yaşayan tanışı Lianqinin onun arvadı ilə yaxınlıq etmək istədiyini öyrənib. O, qısqanclıq zəminində Lianqinin baş nahiyəsinə dəmir parçası ilə zərbələr endirib. Lianqi hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Yuan Tianqanqa qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

  • Ликвидировано учреждение, созданное при Васифе Талыбове

    ООО Texniki Servis Mərkəzi (“Центр технического обслуживания”), учрежденное Министерством образования Нахчыванской Автономной Республики (НАР), прекратило свою деятельность.

    Как сообщает iqtisadiyyat.az, в связи с этим ООО приняло решение о ликвидации.

    Отметим, структура была создана по поручению тогдашнего председателя Верховного Меджлиса НАР Васифа Талыбова. В 2022 году центр был оснащен современным техническим оборудованием.

    Напомним, В.Талыбов был освобожден от должности председателя Верховного Меджлиса в 2022 году.