Month: August 2024

  • Biləsuvarda avtomobildən külli miqdarda PUL OĞURLANDI

    Biləsuvar rayonu ərazisində əkin sahəsinin yaxınlığında dayanmış yük avtomobilindən 5 430 manat pulun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

    Median.az xəbər verir ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törədən 2006-cı il təvəllüdlü İ.Salahov müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır. (“Report”)

  • Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirildi

    sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar olan Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Dəyərləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyələri ilə bağlı görülmüş işlər nəzərdən keçirilib. Bununla yanaşı, GRECO-nun 5-ci dəyərləndirmə raundu çərçivəsində verdiyi tövsiyələrin icrası ilə əlaqədar müvafiq qanun layihəsi Komissiya üzvlərinin müzakirəsinə çıxarılıb.

    İclasda dövlətə məxsus torpaq sahələri ilə bağlı münasibətlərin tənzimlənməsi zamanı yol verilən korrupsiya hüquqpozmaları barədə məruzə dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib. Eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətləri barədə məruzə dinlənilərək dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması, dövlət və bələdiyyə mülkiyyətində olmayan kommersiya və ya qeyri-kommersiya qurumlarında korrupsiyaya qarşı mübarizə çərçivəsində görülməli olan tədbirlərin qanunvericilikdə təsbit edilməsi barədə fikir mübadiləsi aparılıb, nəzəriyyə və beynəlxalq təcrübə nəzərdən keçirilib.

    Bundan başqa, iclasda Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Azərbaycan Respublikasını korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarda təmsil edən nümayəndə heyətinin və hökumət ekspertlərinin tərkibi yenilənib.

    Bununla yanaşı, Komissiyanın yanında fəaliyyət göstərən işçi qrupların tərkibinin yenilənməsi və Komissiya yanında iki yeni işçi qrupun formalaşdırılması qərara alınıb.

    Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.

  • Azərbaycanda deputatlığa namizədə xəbərdarlıq edildi

    Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Məmməd Ağalar oğluna dairə seçki komissiyası (DSK) tərəfindən xəbərdarlıq edilib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq 77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasından məlumat verilib.

    DSK-dan bildirilib ki, seçki dairəsi üzrə qeydə alınmış namizəd Əliyev Məmmədin qanunvericiliklə müəyyənləşdirilmiş seçkiqabağı təşviqat qaydalarını kobud şəkildə pozması digər namizədlərin və seçicilərin haqlı narazılığına səbəb olub:

    “Namizəd Əliyev Məmməd seçkiqabağı təşviqat qaydalarını pozduğuna görə DSK tərəfindən qanunverciliyin tələblərinə uyğun olaraq, ona xəbərdarlıq edilib. Habelə təşviqat dövründə belə halların təkrarlanmasının qanunvericiliklə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görülməsinə əsas olması namizədin diqqətinə çatdırılıb”.

  • Türkiyədə İnstaqrama giriş bərpa olunacaqmı? – Nazir

    Əsas yol qət olunub. Ümid edirik ki, tezliklə razılıq əldə edəcəyik.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu İnstaqram sosial şəbəkəsinin açılması üzrə danışıqların son mərhələsi barədə danışarkən deyib.

    Uraloğlu vurğulayıb ki, rəsmi Ankara ölkədə hər hansı sosial şəbəkələri, medianı qadağan edən bir imicin formalaşmasına qəti şəkildə qarşıdır:

    “Mən birmənalı olaraq əmin edə bilərəm ki, Türkiyə hakimiyyəti söz azadlığı mövzusuna sosial şəbəkələrin sahiblərindən daha geniş mənada yanaşır. Ankaradan fərqli olaraq onlar sosial şəbəkələri sizə xəbər vermədən bloklayırlar. Biz əvvəlcə problemin mövcudluğu ilə bağlı rəsmi xəbərdarlıq edir, sonra addımlar atırıq. Ümid edirəm ki, son nəticədə Türkiyə vətəndaşlarının gözləntiləri və həssaslığı nəzərə alınacaq”.

    Qeyd edək ki, Türkiyədə avqustun 2-i İnstaqram sosial şəbəkə platformasına giriş bloklanıb. Türkiyə mediasının yazdığına görə, İnstaqrama girişin olmaması ölkə iqtisadiyyatına gündəlik 1.9 milyard lirə ziyan vurur.

  • Beynəlxalq Olimpiya Komitəsinin prezidenti namizədliyini irəli sürməyəcək

    Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax yeni müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

    APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    O, bu qərarını ailəsi ilə müzakirə etdiyini vurğulayıb. “Mən belə qənaətə gəldim ki, mandatım nəzərdə tutulan müddətdən artıq uzadılmamalıdır”, – Bax deyib.

    BOK-un prezident seçkiləri 2025-ci ilin martında təşkilatın Yunanıstanda baş tutacaq sessiyasında keçiriləcək.

    Bax bu vəzifəni 2013-cü ilin sentyabrından icra edir.

  • Kanalda axtarışları davam edən qazinin- FOTOsu

    Xəbər verdiyimiz kimi, Samur- Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb, sürücü isə tapılmır.

    Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, avtomobilin sürücüsü Abusət Əliyev Vətən müharibəsi qazisidir.

    Qonşuların sözlərinə görə, o, maşını iki gün öncə alıb.

    Kanalda axtarışları davam edən qazinin fotosunu təqdim edirik:

  • Göyçayda alışqan üstündə anası ilə dava edən oğul həbs edildi

    Göyçayda siqaret çəkmək üçün anasından alışqan istəyən oğul həbs edilib.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində baş verib.

    Belə ki, 1985-ci təvəllüdlü Pərviz Camalov (ad-soyad şərtidir) içkili halda evə gələrək anasından siqaret çəkmək üçün alışqan istəyib. Anası ona alışqan vermədiyi üçün əsəbiləşərək evdə səs-küy salıb və mübahisə etməyə başlayıb.

    Qadın bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib.

    P.Camalov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə P.Camalova səkkiz gün müddətə inzibati həbs tətbiq olunub.

  • Париж-2024: Азербайджанский борец проиграл в полуфинале

    Азербайджанский борец вольного стиля Магомедхан Магомедов проиграл полуфинальную схватку на Летних Олимпийских играх в Париже.

    Как передает из французской столицы корреспондент report, спортсмен, выступающий в весовой категории 97 кг, в шаге от финала встретился с Гиви Матчарашвили из Грузии.

    Проиграв своему сопернику со счетом 0:5, М.Магомедов сохранил шанс взять бронзу в своей весовой категории. Завтра, в последний день соревнований он выйдет на схватку за третье место, его соперник определится после утешительных поединков.

    Отметим, что парижская Олимпиада завершится 11 августа

  • Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda məğlub olub – YENİLƏNİB – 2

    Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

    “Report”un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.

    Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. Maqomedxan sabah bürünc medal uğrunda güləşəcək. Onun rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

  • Tanınmış tarzən Rövşən Zamanov vəfat edib

    Tanınmış tarzən Rövşən Zamanov 69 yaşında vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə musiqiçinin yaxınları sosial şəbəkədə yazıb.

    O, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

    Qeyd edək ki, R.Zamanov bir müddət Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışıb.