Month: August 2024

  • Qəbələdə çay kənarında avtomat və patronlar tapılıb

    Qəbələ rayonunda çay kənarında avtomat və patronlar aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə çay kənarından “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus daraq və 1089 ədəd patron aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib, 12 terrorçu öldürülüb

    Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilit” bölgəsində yeni əməliyyat keçirib.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının on iki üzvü öldürülüb.

    Bildirilib ki, Türkiyənin terrorizmə qarşı mübarizəsi əzm və qətiyyərlə davam edəcək.

  • Paris-2024: Olimpiya mükafatçısı mətbuat konfransı zamanı huşunu itirib

    Paris Olimpiya Oyunlarının pnevmatik tapança ilə atəşaçmada gümüş mükafatın sahibi Kim Ye Ji Cənubi Koreyanın İmsil şəhərində mətbuat konfransı zamanı huşunu itirib.

    İdmançı təxminən 10 dəqiqəyə özünə gəlib. Kim Ye Jiyə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

    Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, idmançının vəziyyəti Fransada keçirilən yarışlardan sonra pisləşib.

  • Завершился визит Президента Ильхама Алиева в Казахстан

    9 августа завершился визит Президента Азербайджанской Республики Ильхама Алиева в Республику Казахстан.

    Как сообщает АЗЕРТАДЖ, в международном аэропорту Нурсултан Назарбаев города Астана в честь главы нашего государства был выстроен почетный караул.

    Президента Азербайджана провожали премьер-министр Казахстана Олжас Бектенов и другие официальные лица.

  • Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb.

    AZƏRTAC xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola salıblar.

  • Bakıda iş adamı faciəli şəkildə öldü

    Bakıda kişi hündürlükdən yıxılıb.

    Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 49 yaşlı Zahid Musa oğlu Şahzadə yaşadığı evin damından yıxılaraq, ağır xəsarət alıb.

    Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

    Məlumata görə, mərhum sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Bakıxanov qəsəbəsində özünə ev tikdirirmiş. Mərhum ustaların əl işinə baxmaq üçün dama çıxıb. Bu zaman yıxılaraq, ağır xəsarət alıb. Z.Şahzadə bir neçə il əvvələ qədər Bakıda daş karxanasına rəhbərlik edib.

  • 20-ci sahədə neft buruqlarının yaxınlığında YANĞIN BAŞLADI – VİDEO

    Paytaxtın Səbail rayonu, 20-ci sahə ərazisində yanğın başlayıb.

    Bizim.media-nın əldə etdiyi məlumata görə, yanğın neft buruqlarının olduğu ərazidə baş verib.

    Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

  • Həyat yoldaşını restoranda işlədiyinə görə öldürən ərə ağır cəza verildi

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə qəsdən adam öldürmə maddəsi üzrə təqsirləndirilən şəxs – Qədir Qasımovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

    “Unikal”ın məlumatına görə, prosesdə şahid qismində hadisəni törədən şəxsin azyaşlı qızı Şəbnəm Xamoyeva ifadə verib:

    “Hadisə səhərə yaxın oldu. Atam içkili vəziyyətdə evə gəldi, mənim gözümün qabağında anamı öldürdü. Atam həmişə evə içkili gəlirdi, anamı döyürdü. Hətta anam bişirən yeməkləri çölə atırdı”.

    Sonra Qədir Qasımovun bacanağının anası Pərizadə ifadə verərək bildirib ki, hadisə Zülfiyyənin restoranda işə girməsi üstündə baş verib:

    “Mən oğlumun evinə qonaq gəlmişdim. Evdə uşaqlardan mənim nəvəm İslam və Şəbnəm var idi. Mən şəkər xəstəsi olduğumdan yatmışdım. Birdən səsə oyandım. Hadisə uşaqların gözü qabağında baş verib, Qədir bıçaqla Zülfiyyənin boyun, çiyin, kürək nahiyələrindən vuraraq öldürüb. Hətta danladım da Qədiri, dedi gedirəm polisə təslim olmağa. Gedib 40-cı polis bölməsinə təslim oldu”.

    Məhkəmənin növbəti gedişində hakim Telman Hüseynov cinayət işinin materiallarını tədqiq edib. Məlum olub ki, Qədir Qasımov 3-cü qrup əlildir.

    Sonra hakim məhkəmə istintaqının tamamlanması ilə bağlı qərarı elan edib və dövlət ittihamçısı Valeh Ələkbərov ittiham nitqi ilə çıxış edərək Qədir Qasımovun 19 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

    Sonra təqsirləndirilən şəxsin vəkili Toğrul Məmmədov çıxış edərək qeyd edib ki, cinayətin törədilməsində xuliqanlıq niyyəti olmayıb, həmçinin hadisə azyaşlı uşaqların gözü qarşında baş verməyib. Müdafiə etdiyim şəxsə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza verilməsini istəyib.

    Qeyd edək ki, Qədir Qasımov son sözündə həyat yoldaşı Zülfiyyə Xamoyevanı qısqanclıq zəminində öldürdüyünü bildirib.

    Çıxışlardan sonra hakim hökmü elan edib və Qədir Qasımov 18 il müddətinə azadlıqdan məhrum olunub.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ötən il noyabrın 2-də səhər saat 7 radələrində Binəqədi rayonu, yeni yaşayış massivində yerləşən evlərdən birində qeydə alınıb. Orada yaşayan, 37 yaşlı Zülfiyyə Alim qızı Xamoyevanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 42 yaşlı Qədir Tahir oğlu Qasımov saxlanılıb. Qədir Qasımov barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 157.1-ci maddələri ilə Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb.

  • Türkiyədə bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə ALINDI

    Türkiyənin Sakarya şəhərində bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Xəstəxanaya yerləşdirilən həmin şəxsdə virusun bəzi əlamətləri aşkarlanıb.

    Xatırladaq ki, bundan əvvəl Pakistanda da meymunçiçəyinə yoluxma halı qeydə alınmışdı.

    Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.

  • DİM abituriyentlərə ÇAĞIRIŞ ETDİ

    Son günlər kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkələrdə ali təhsil müəssisələrinə ixtisas seçiminin həyata keçirilməsi ilə bağlı ödənişli avtomatik proqram təminatı vasitələrinin təqdimatı halları müşahidə olunur.

    Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.

    Vurğulanıb ki, həmin proqramların populyarlaşdırılması və abituriyentlərin daha çox diqqətinin cəlb edilməsi məqsədilə işləmə mexanizmlərində Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının müxtəlif nömrələrində dərc olunan məlumatlarından (keçid balları, ixtisaslar və s.) istifadə olunması qeyd olunur.

    “İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə çatıdırırıq ki, Dövlət İmtahan Mərkəzi ixtisas seçimi ilə bağlı kommersiya fəaliyyəti göstərən heç bir şirkətlə əməkdaşlıq etmir və onların hər hansı bir məhsulunda təqdim olunan bu tip məlumatların etibarlılığına təminat vermir.

    Burada həmçinin istifadəçilərin müəyyən fərdi məlumatları (topladığı bal, iş nömrəsi, telefon nömrəsi, ad, soyad və s.) toplanılır. Abituriyentlər və onların valideynləri diqqətli olmalıdırlar. Abituriyentlər DİM-in xidmətlərindən istifadə zamanı onlara təqdim olunan iş nömrəsi, həmçinin “Şəxsi kabinet”ə aid ola biləcək məlumatların məxfiliyinin qorunub saxlanılmasına birbaşa məsuliyyət daşıyırlar. Ona görə də abituriyentlər öz şəxsi məlumatlarının hər hansı bir platformada istifadəsi zamanı ayıq-sayıq olmalıdırlar.

    İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

    DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri dərc olunub.

    Siz, həmçinin hər hansı bir çətinliyiniz olduqda, Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ə müraciət edə bilərsiniz. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

    Bir daha abituriyentləri və onların valideynlərini diqqətli olmağı, yalnız Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına, çağırış və tövsiyələrinə əməl etməyi məsləhət görürük” – məlumatda qeyd edilib.