Month: August 2024

  • Prezident İlham Əliyev Astanada qala-konsertdə iştirak edib

    Avqustun 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində “Вечер дружбы” adlı qala-konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

  • Bu universitetlərdə qiyabi ixtisaslar ləğv edilib – Siyahı

    Azərbaycanda bir sıra universitetlərdə qiyabi ixtisaslar ləğv edilib.

    Median.Az modern.az-a istinadən xəbər verir ki, 15-ə yaxın universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq.

    Belə ki, 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Milli Aviasiya Akademiyasında, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Sumqayıt Dövlət Universitetində, Mingəçevir Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində əsasən mühəndisliklə bağlı ixtisaslarında (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq.

    Həmçinin BDU-da kompüter elmləri ixtisasında da qiyabi formaya qəbul mümkün olmayacaq.

  • AYNA işğaldan azad edilmiş ərazilərdə marşrut xətlərini müsabiqəyə çıxarıb – FOTO

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Laçın, Bakı-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli, Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan şəhərlərarası və Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

    Bu barədə AYNA məlumat yayıb.

    Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

    Sənədlər 6 sentyabr 2024-cü il saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: (050) 855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

    Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Xankəndi-Laçın, Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi) istiqamətlərində 5 Lot üzrə sentyabrın 24-də;

    Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 4 Lot üzrə sentyabrın 27-də;

    Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli və Xankəndi-Laçın istiqamətlərində 4 Lot üzrə oktyabrın 1-də;

    Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutu, eləcə də Xocalı-Laçın və Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə oktyabrın 4-də baxılacaq.

    Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

    Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

  • Впервые за время боевых действий Украина использовала истребители F-16

    Украина впервые использовала американские истребители F-16.

    Как передает Median.Az, об этом сообщают российские СМИ.

    Согласно информации, впервые в зоне боевых действий были замечены эти истребители.

    Мирных жителей Каховского округа Херсонской области, где были замечены эти самолеты, просят сохранять спокойствие.

    4 августа украинский президент Владимир Зеленский подтвердил, что Киев получил от западных союзников первую партию истребителей F-16 (10 из 79). При этом он не уточнил, сколько именно самолетов передано и где они будут базироваться.

  • Ukrayna ilk dəfə F-16 qırıcılarından istifadə etməyə başladı

    Xerson vilayətinin Kaxovka rayonu səmasında F-16 qırıcıları görüntülənib.

    Bu barədə oxu.az Kaxovka bələdiyyə dairəsi administrasiyasının rəhbəri Pavel Filipçukun öz “Telegram” kanalında videomüraciətinə istinadən xəbər verir.

    “Hörmətli kaxovkalılar, dünəndən bəri bizim bölgə üzərində F-16-lar (qırıcılar) uçur. Bunlar təşviş yaratmaq, qələbəyə olan inamımızı boğmaq üçün edilir. Onların xidmət müddəti ağcaqanad ömrü qədərdir, hamısı vurulacaq və məhv ediləcək”, – deyə o, bildirib.

    Pavel Filipçuk həmçinin qeyd edib ki, müşahidə olunan F-16-lar tezliklə Moskvanın Poklonnaya təpəsində ələ keçirilən texnikanın nümayiş etdirildiyi eksponatlar siyahısına qoşulacaq.

    Qeyd edək ki, F-16 qırıcılarından Rusiya-Ukrayna müharibəsində ilk dəfə istifadə olunub.

    Xatırladaq ki, avqustun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Qərb müttəfiqlərindən F-16 qırıcılarının ilk partiyasını aldığını təsdiqləyib. Lakin o, dəqiq neçə təyyarənin təhvil verildiyini və onların harada yerləşəcəklərini açıqlamayıb.

  • Во Франции сотруднику AzTV хотели продать наркотики – ВИДЕО

    Командированному во Францию корреспонденту Азербайджанского телевидения (AzTV) Эльзару Асгаеву предложили наркотическое вещество.

    В связи с этим канал опубликовал кадры скрытой камеры.

    Из этих кадров становится ясно, что люди не стесняются продавать наркотики даже в тех районах, где патрулирует полиция.

    Подробнее – в сюжете AzTV.

  • Fransada AzTV-nin əməkdaşına narkotik maddə satmaq istədilər (VİDEO)

    AzTV-nin Fransaya ezam olunmuş müxbiri Elzar Asğayevə narkotik maddə təklif edilib.

    Kanal bununla bağlı gizli kamera görüntülərini yayımlayıb.

    Həmin görüntülərdən məlum olur ki, polisin növbə çəkdiyi ərazilərdə belə insanlar narkotik maddə satmaqdan çəkinmirlər.

    Daha ətraflı AzTV-nin süjetində:

  • İndiyədək azad edilmiş ərazilərə iki mindən çox ailə köçürülüb – RƏSMİ

    İyulun 31-nə olan məlumata görə, azad edilmiş ərazilərə 2 036 ailə, yəni 7 901 nəfər köçürülüb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib k, Füzuli şəhərinə 822 ailə (3132 nəfər), Şuşa şəhərinə 147 ailə (570 nəfər), Laçın şəhərinə 552 ailə (2031 nəfər), Xocalı şəhərinə isə 44 ailə (169 nəfər) köçürülüb.

    Bundan başqa, azad edilən Talış kəndinə 20 ailə (90 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər), Zabux kəndinə isə 217 ailə (823 nəfər) köçürülüb.

    Qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Həmin ərazilərdə ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, əhalinin doğma yurduna qayıdışı davam edir.

    Şəffaflığı və ədalətliliyi təmin etmək üçün öncəliklə vətəndaşlar arasında püşkatma keçirilir, məcburi köçkünlər əvvəlcədən onların ailə tərkibinə uyğun olaraq ayrılmış mənzillərin yerləşdiyi bina və mərtəbənin yerini müəyyənləşdirilir. Püşkatmada iştirak etmiş sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürülür.

  • Xəzər dənizində zəlzələ oldu

    Xəzər dənizində zəlzələ olub.

    Bu barədə Respublika Seymoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, 3,2 maqnitudalı təkanlar yerli saatla 15:52-də, 66 km dərinlikdə baş verib.

  • İşdən çıxarılan icra başçısı: “Yazdıqları əmlakları onlara bağışlamasam, kişi deyiləm”

    Vəzifəsindən azad edilən Ağdaş Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq İbrahimovun səhhətində problem yaranıb.

    Bu barədə Manset.az-a açıqlamasında Tofiq İbrahimov özü məlumat verib.

    O qeyd edib ki, bir neçə dəfə əməliyyat olunub:

    “Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirəm. Türkiyədə əməliyyat olunmuşam, vəziyyətim çox pisdir. Hazırda müalicəm davam edir, nə olacağını bilmirəm”.

    Sabiq başçı bir sıra saytlarda yayılan, əmlaklarının varlığı iddia olunan siyahıya münasibət bildirib:

    “Yazdıqları tamamilə yalan məlumatdır. Mənim o boyda əmlakım haradan ola bilər? İki min baş camışı otarmaq üçün nə boyda örüş sahəsi lazımdır. Mən əməliyyat olunanda uşaqlarım yanıma gəlmişdilər. Həmin vaxtı onlar hoteldə qaldılar. Mənim o boyda mülklərim varsa, övladlarım niyə hoteldə qalırdılar? Bu məlumatı neçə il öncə Sənan adlı jurnalist yazmışdı. İndi o həbsdədir. Götürüb illər əvvəl onun yazdığı yalan informasiyanı yenidən tirajlayırlar. Bunlar Allahdan qorxmurlar? Yazdıqları mülklərin mənə və ya yaxınlarıma məxsus olduğunu sübut etsinlər. O əmlakları onlara bağışlamasam, kişi deyiləm”.