Month: August 2024

  • Совершенствуется боеспособность механизированных подразделений – ВИДЕО

    В соответствии с планом подготовки на текущий год с механизированными подразделениями Сухопутных войск проводятся тактические учения с боевой стрельбой.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    В ходе учений, проводимых на общевойсковом полигоне, основное внимание уделяется совершенствованию знаний и навыков экипажей.

    В азербайджанской армии продолжаются меры по поддержанию боеготовности подразделений на высоком уровне и повышению профессионализма личного состава.

  • Quru qoşunlarında döyüş atışlı taktiki təlimlər: Zirehli texnikalarımızdan sərrast atəş – VİDEO

    Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının mexanikiləşdirilmiş bölmələri ilə döyüş atışlı taktiki təlimlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ümumqoşun poliqonunda keçirilən təlimlərdə əsas diqqət ekipajların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilir.

    Azərbaycan Ordusunda bölmələrin döyüş hazırlığını və şəxsi heyətin peşəkarlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən tədbirlər davam etdirilir.

  • В бакинской тюрьме скончался заключённый

    В Баку скончался Анар Таджеддинов, отбывающий уголовное наказание.

    Как сообщает lent.az, факт смерти зафиксирован в одном из столичных исправительных учреждений Пенитенциарной службы.

    Отмечается, что причиной его кончины стала болезнь.

  • Bakı həbsxanasında ÖLÜM

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Anar Tacəddinov dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

  • В ЦАХАЛ заявили о ликвидации одного из главарей ХАМАС в Газе

    Израильские силовики ликвидировали одного из высокопоставленных членов радикального движения ХАМАС в секторе Газа.

    Как передает Median.Az, об этом говорится в сообщении армейской пресс-службы.

    “Армия обороны Израиля (ЦАХАЛ) и Служба общей безопасности Израиля (ШАБАК) устранили главаря ХАМАС в секторе Газа, который участвовал в осуществлении терактов в Иудее и Самарии. 24 июля во время совместной операции ЦАХАЛ и ШАБАК в секторе Газа был нанесен удар по месту, где действовал главарь ХАМАС Наэль Сахль. Через несколько дней после удара были получены разведданные, указывающие на то, что он был ликвидирован”, – говорится в сообщении.

  • HƏMAS-ın liderlərindən olan Nael Səhl İsrail qüvvələri tərəfindən öldürülüb

    İsrail təhlükəsizlik qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının yüksəkrütbəli üzvlərindən birini öldürüb.

    Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidmətinin məlumatında deyilir.

    Bildirilir ki, SAXAL və İsrail Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) İudeya və Samariyada terror aktlarının həyata keçirilməsində iştirak edən HƏMAS-ın Qəzza zolağındakı liderini aradan qaldırıb.

    “İyulun 24-də SAXAL və ŞABAK-ın Qəzza zolağında birgə əməliyyatı zamanı HƏMAS lideri Nael Səhlin fəaliyyət göstərdiyi yerə zərbə endirilib. Zərbədən bir neçə gün sonra onun məhv edildiyini göstərən kəşfiyyat məlumatları əldə olunub”, – deyə məlumatda vurğulanıb.

  • В Огузе задержан подозреваемый в краже 20 000 манатов из автомобиля

    В отдел полиции Огузского района поступило заявление от местного жителя о том, что неизвестный злоумышленник похитил из его автомобиля крупную сумму денег – 20 000 манатов.

    В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками полиции, был задержан подозреваемый в совершении преступления Н.Рафиев.

    По данному факту возбуждено уголовное дело, ведется расследование.

  • Oğuzda avtomobildən 20 min manat oğurlayan şəxs saxlanılıb

    Oğuz Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini avtomobilindən 20 min manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

    Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən N.Rəfiyev saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  • Дорожная полиция: К автохулиганам будут приняты самые строгие меры – ВИДЕО

    Несмотря на неоднократные беседы о том, что автохулиганство является злонамеренным деянием, демонстративным нарушением покоя населения, откровенным проявлением неуважения к обществу, угрожающим жизни и здоровью людей, и принимаемые превентивные меры против такого опасного поведения, к сожалению, мы все еще сталкиваемся с подобными негативными случаями.

    Об этом сообщает Median.Az со ссылкой на Главное управление Государственной дорожной полиции (ГУГДП) Министерства внутренних дел (МВД).

    Было отмечено, что за 7 месяцев текущего года дорожная полиция выявила 251 факт автохулиганства, а к совершившим данное деяние суды применили самые строгие меры, предусмотренные законодательством.

    “Однако автохулиганы, грубо нарушающие общественный порядок на автомобилях с измененной конструкцией, со снятыми госномерами и отображенными на них оскорбительными слоганами, еще и пропагандируют свое “геройство”, распространяя видео своих выходок в социальных сетях, не осознавая, что таким образом наносят удар по формированию культуры дорожного движения у детей и подростков.

    ГУГДП заявляет, что будет и впредь принимать самые строгие меры в этой сфере, а также еще раз обращаясь к лицам, склонным к автохулиганству, призывает их воздерживаться от опасного для общества поведения, своей полезной деятельностью стать примером для молодого поколения”, – говорится в обращении.

  • DYP: Avtoxuliqanlarla bağlı ən kəsərli tədbirlər görüləcək – VİDEO

    Əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlığın qərəzli əməl olması, insanların həyat və sağlamlığını təhdid etməsi barədə dəfələrlə deyilməsinə, bu təhlükəli davranışa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, təəssüf ki, hələ də belə neqativ hallarla rastlaşırıq.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, cari ilin 7 ayı ərzində DYP tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb və məhkəmələr tərəfindən bu əməli törədən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt sanksiyalar tətbiq edilib:

    “Lakin konstruksiya dəyişikliyi edilmiş, dövlət qeydiyyat nişanları çıxarılmış, üzərində təhrikedici sloqanlar həkk olunmuş avtomobillərlə ictimai qaydanı kobud şəkildə pozan avtoxuliqanlar, bu azmış kimi törətdikləri əməlləri sosial şəbəkələrdə yayaraq dırnaqarası qəhrəmanlıqlarını təbliğ etməkdən çəkinmir, uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına zərbə vurduqlarının fərqinə varmırlar.

    BDYPİ bu sahədə bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirməklə yanaşı, bir daha avtoxuliqanlığa meyilli olan şəxslərə müraciət edərək onları cəmiyyət üçün təhlükəli olan davranışlardan çəkinməyə, gənc nəslə faydalı əməllərlə örnək olmağa çağırır”, – deyə məlumatda qeyd edilib.