Month: August 2024

  • Cəbrayıl şəhərinə köç nə zaman başlayır?

    “Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək”.

    AZƏRTAC xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov “Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

    “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına “Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” çərçivəsində üç şəhər mərkəzi, beş qəsəbə, 24 kəndin inşası və oraya əhalinin köçürülməsi nəzərdə tutulub. 2022-2026-cı illəri əhatə edən proqramın birinci mərhələsi çərçivəsində 41 mindən çox keçmiş məcburi köçkün könüllülük prinsiplərinə əməl olunmaqla öz dədə-baba yurdlarına köçəcək.

    Növbəti ay Cəbrayıl şəhərinə köç həyata keçiriləcək. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edildiyi gündür. Bu münasibətlə keçiriləcək tədbirlərdə gəncləri görmək çox xoş olardı. Ümid edirik ki, növbəti ildə Cəbrayıl könüllüləri qrupu da fəaliyyətə başlayacaq və biz gənclərimizin işğaldan azad olunmuş ərazilərdə daha fəal daha hərəkətverici qüvvə olaraq iştirakını görəcəyik”, – deyə Anar Əkbərov qeyd edib.

  • Atasını öldürən şəxsin qardaşını güllələdi – Bakıdakı qətlin təfərrüatı

    Dünən saat 20 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Amin Cabbar oğlu Xudaverdiyev ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin atası ötən ilin noyabrında qətlə yetirilib. Belə ki, həmin vaxt Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan P.Xudaverdiyevin istintaqı hazırda davam etdirilir.

    Ötən gecə baş verən qətlin də məhz qisas zəminində törədildiyi deyilir.

    Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

  • В Гяндже мужчина попался на краже лотерейных билетов

    В Гяндже произошла кража.

    Местный житель совершил кражу лотерейных билетов на значительную сумму. Вор похитил со стойки 100 лотерейных билетов общей стоимостью 200 манатов, сообщает Oxu.Az.

    Лотереи всегда привлекали любителей легкой наживы. Ведь купив всего один билет, можно в одночасье стать миллионером. Видимо, и гянджинский вор решил испытать удачу, но незаконным путем. Однако его постигла неудача – подозреваемый был оперативно задержан правоохранительными органами.

    Согласно предварительным данным, им оказался местный житель С.Мамедов.

    Теперь незадачливому вору из Гянджи грозит уголовная ответственность за кражу. Согласно законодательству Азербайджана, за подобное преступление предусмотрено наказание в виде лишения свободы сроком до 2 лет. Вряд ли украденные лотерейные билеты принесут ему удачу в тюремной камере.

  • Gəncədə lotereya biletlərini oğurlayan şəxs saxlanıldı

    Gəncədə oğurluq hadisəsi baş verib.

    Belə ki, şəhər sakini vətəndaşa məxsus piştaxtadan 200 manat dəyərində 100 ədəd lotereya bileti oğurlayıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, artıq həmin şəxs saxlanılıb. Onun Gəncə sakini S.Məmmədov olduğu bildirilir.

  • Bakıda 18 yaşlı qız itkin düşüb

    Bakıda 18 yaşlı şəxs itkin düşüb.

    Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Zeynəb Şərifova iyulun 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Onun əlamətləri: boyu 155 sm, arıq bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qəhvəyidir.

    Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə, o cümlədən 14-cü Polis Şöbəsinə (012)455-02-02 şəhər və 055- 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

  • Bakıda qaz sayğacını sındıran gənclərin axtarışına başlanılıb – VİDEO

    Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər axtarılır.

    Artıq polis bununla bağlı araşdırmaya başlayıb.

    Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

    Qeyd edək ki, Bakıda küçədən keçən gənclər yumruq atıb qaz sayğacını sındırıblar. Bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
    Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər təhlükəsizlik kameralarında aydın şəkildə görüntüləniblər. Gənclər o küçədən keçərkən onlardan biri qaz sayğacına yumruqla zərbə vurub. Nəticədə qaz sayğacının üst qutusu sınıb və sayğacda da nasazlıq yaranıb.
    //oxu.az

  • Azərbaycanda bu şəxslərə pulsuz ev veriləcək

    “Müdafiə Nazirliyinin internet səhifəsində “Mənzil növbəsi” adlı yeni bölmə yaradılıb. Bu bölmənin məqsədi elektron qeydiyyatdan keçməklə 20 il qüsursuz hərbi xidmət göstərmiş hərbçilərimizin və eyni zamanda hazırda hərbi xidmətini başa vurmuş vətəndaşlarımızın, eləcə də onların varislərinin mənzillə təminatı ilə bağlıdır”.

    Bu sözləri Baku.ws-ə iqtisadçı Vüqar Bayramov bildirib.

    Onun sözlərinə görə, həmin şəxslər sözügedən internet səhifəsində qeydiyyatdan keçməklə mənzil növbəsinə dayanıb, dövlətdən pulsuz mənzil əldə edə bilərlər:

    “Bu, bir tərəfdən şəffaflığın gücləndirilməsinə, digər tərəfdən növbənin elektron şəkildə sıralanmasına imkan verəcək ki, hərbçilərimiz daha qısa zamanda mənzillə təmin oluna bilsinlər.
    Bu məsələdə şəffaflığın gözlənilməsi önəmlidir və müraciət tarixinə uyğun olaraq hərbçilərimizin mənzillə təminatı çox vacibdir. Yeni sistem imkan verəcək ki, məhz həmin vətəndaşlarımız daha qısa zamanda az proseduradan keçməklə mənzilə sahib ola bilsinlər.

    Qeyd etmək lazımdır ki, 2024-cü ilin dövlət büdcəsində də hərbçilərimizin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı vəsait nəzərdə tutulub. Ona görə də hərbçilərimizin mənzil təminatı, onların sosial müdafiəsi bütövlükdə bu gün həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir və dövlət büdcəsindən vəsaitin nəzərdə tutulması və bu istiqamətdə elektronlaşma imkan verəcək ki, hərbçilərimiz daha qısa müddətdə mənzil ilə təmin oluna bilsinlər”.

  • Hakimə söz verdi, həbsdən azad edildi: “Daha içməyəcəyəm…”

    982-ci ildə Cəlilabad rayonunun Seyidbazar kəndində doğulmuş C.V. bir sıra dövlət qurumlarının qaynar xəttinə zəng edərək, özünü öldürəcəyini deyib.

    Dərhal hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb ediliblər, şəxsin yeri müəyyən olunub. Nazirliklərin əməkdaşları C.V.-ni sərxoş vəziyyətdə meşədən tapıblar. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib. İş baxılması üçün məhkəməyə göndərilib.

    Təqsirləndirilən şəxs məhkəmədə inzibati xətanı törətməsini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, çox böyük səhv etdiyini və bir daha belə hallara yol verməyəcəyini deyib. O, hakimə söz verərək, bundan sonra spirtli içki qəbul etməyəcəyini bildirib və məhkəmədən barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş edib.

    Hakim Osman Vəliyev təqsirləndirilən şəxsin verdiyi sözü nəzərə alaraq, onu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 150 manat cərimə edib. C.V. məhkəmə zalından azad edilib.

  • Dövlət Agentliyi: Özünü qazi kimi təqdim edən şəxs müharibə iştirakçısı deyil

    “Sosial şəbəkələrdə paylaşılan videodakı Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü, iki ayağı olmayan, görmə məhdudiyyətli şəxs Hüseyn Əlağa oğlu Sadıqov müharibə iştirakçısı deyil”.

    “Report” xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat yayıb.

    O bildirib ki, sözügedən şəxsə ödənilən sosial ödənişin dayandırılması barədə qeyd edilənlər yanlışdır:

    “Belə ki, Hərbi-Həkim Komissiyasının Hüseyn Əlağa oğlu Sadıqov ilə bağlı 13.09.2023-cü il tarixli xəstəlik şəhadətnaməsində əsas diaqnozunun müharibə və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqəli olduğu qeyd olunub. Diaqnozunda göstərilən səbəb əlaqəsinə uyğun olaraq da ona hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə (I dərəcə) müddətsiz (ömürlük) əlillik təyinatı aparılıb. Əlilliyi təyin edildiyi vaxtdan da Hüseyn Sadıqova pensiya və təqaüd olaraq ümumilikdə aylıq 680 manat sosial ödəniş təyin edilib və həmin sosial ödənişlərini hər ay almaqda davam edir”.

  • Baş nazir Səfərbərlik Xidməti ilə bağlı qərar imzalayıb

    Baş nazir Əli Əsədov “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” qərar imzalayıb.

    Qərarla SHXÇDX-nin əməkdaşlarına (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi “Hərbi qulluqçuların statusu haqqında” qanunun və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələbləri nəzərə alınmaqla, Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçiriləcək.

    Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarın icrası ilə əlaqədar müvafiq vəsaitin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı SHXÇDX-nin DSX ilə razılaşdırılmış təklifləri əsasında DSX-nin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etsin.

    Qərar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.