Month: August 2024

  • İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək

    Bu gün İran Prezidenti Məsud Pezeşkian axşam saat 22:00-da ilk canlı televiziya müsahibəsində xalqa müraciət edəcək.

    Bu barədə Median.Az “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

    Məlumata görə, prezidentin müsahibəsi İran Dövlət Televiziyasının xəbər kanalında yayımlanacaq.

  • Alimlər Yerin yaxınlığında üçüncü qlobal sahə tapdı

    NASA alimləri ilk dəfə Yer ətrafında planetar miqyasda elektrik sahəsi kəşf ediblər. Kəşf 60 ildən çox əvvəl irəli sürülən fərziyyəni təsdiqləyib. 

    Median.Az xəbər verir ki, araşdırma “Nature” elmi jurnalında dərc olunub.

    Mütəxəssislərin fikrincə, ambipolyar elektrik sahəsi kimi tanınan fenomen qravitasiya və maqnit sahələri ilə yanaşı, planetimiz üçün üçüncü qlobal sahə rolunu oynayır.

    Yer atmosferində onun səthindən 60-300 kilometr hündürlükdə ionosfer adlanan təbəqə var. Orada Günəşdən gələn ultrabənövşəyi radiasiya atomları bombalayır, onları elektronlardan ayırır və ionlara çevirir. Nəzəriyyəyə görə, bu, atmosferi olan istənilən planetin ətrafında zəif elektrik sahəsi yaratmalıdır.

    Ambipolyar elektrik sahəsinin mövcudluğuna dair göstərişlər ilk dəfə 1968-ci ildə Yerin Şimal və Cənub qütbləri üzərində uçan kosmik gəmilər tərəfindən aşkar edilib. Onlar atmosferdən kosmosa qaçan hissəciklərin axınlarını qeydə alıblar. Bu fenomen qütb küləyi adlanır.

    Qütb küləyinin mənşəyini araşdırmaq üçün tədqiqatçılar Şimal qütbünün yaxınlığındakı Şpitsberqendəki raket sınaq poliqonundan 19 dəqiqə sonra Qrenlandiya dənizinə sıçramadan əvvəl onu yerdən 768,03 km yüksəkliyə qaldıraraq “Endurance” raketini buraxıblar.

    Cihazın sensorları təxminən saatın batareyasının gərginliyinə uyğun gələn 0,55 voltluq cüzi dəyişiklik aşkar ediblər. Lakin bu gərginlik fərqi günəş küləyində ən çox yayılmış hissəciklər olan hidrogen ionlarını cazibə qüvvəsindən 10,6 dəfə böyük qüvvə ilə itələyir.

    Alimlərin fikrincə, bu qüvvə hissəcikləri səsdən yüksək sürətə çatdırmaq və onları kosmosa atmaq üçün kifayətdir. Tədqiqatçılar həmçinin Mars və Venerada ambipolyar elektrik sahələri tapmağı gözləyirlər.

  • В Казахстане из-за отравления в шахте погибли четыре человека

    На востоке Казахстана в шахте четыре человека погибли от отравления неизвестным веществом.

    Как передает report, об этом сообщают казахстанские СМИ со ссылкой на пресс-службу департамента по ЧС Восточно-Казахстанской области.

    “В шахте ТОО “Востокцветмет” 31 августа в 17:30, по предварительной информации, получили отравление неизвестным веществом и скончались четыре человека. В районную больницу Глубоковского района ВКО госпитализирован ещё один человек, врачи оценивают его состояние как стабильное”, – говорится в сообщении.

    Обстоятельства произошедшего выясняются. На месте происшествия работают спасатели и представители местных исполнительных органов.

  • Qazaxıstanda dörd nəfər şaxtada zəhərlənərək ölüb

    Qazaxıstanın şərqində dörd nəfər şaxtada naməlum maddədən zəhərlənərək ölüb.

    Report xəbər verir ki, bu barədə Şərqi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.

    “Avqustun 31-də saat 17:30-da “Vostoktsvetmet” MMC-nin şaxtasında ilkin məlumata görə, 4 nəfər naməlum maddədən zəhərlənərək ölüb. Daha bir nəfər Şərqi Qazaxıstan vilayətinin Qlubokovski rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər”, – məlumatda vurğulanıb.

    Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.

  • Sentyabrın 3-də bu ərazilərdə su olmayacaq

    Sentyabrın 3-də saat 06:00-dan 21:00-dək Bakının Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, Çernyaxovski küçəsi, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

    Median.Az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) daxil olan İri Şəhərlərin Birləşmiş
    Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, fasilə Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə bağlıdır.

  • 700 bal toplayan, yoxsa olimpiya çempionu? – Elə cavab verdi ki…

    Olimpiya oyunlarında qalib gələn idmançılara göstərilən dövlət qayğısı gənclər arasında elmə yox, idmana yönəlməklə karyera qurmaq fikrini gücləndirir. Həkim-nevroloq Qalib Əsədov isə Oxu.az-a deyib ki, 700 bal yığan gənc olimpiya çempionundan daha üstündür.

    Median.Az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən sabiq təhsil naziri Misir Mərdanov bildirib ki, 700 bal yığmaq uğur olsa da, onu olimpiya çempionu ilə müqayisə etmək yanlışdır.

    Onun fikrincə, olimpiya çempionluğunu əldə etmək daha yüksək nəticədir:

    “Hər zaman idman və mədəniyyət sahəsində uğurları olan gənclər, eləcə də yaşlı insanlar daha çox diqqət mərkəzində olublar. Lakin nədənsə elmin müxtəlif sahələrində uğur qazanan insanların əməyi bir o qədər də yüksək qiymətləndirilmir. Demirəm, heç qiymətləndirilmir, sadəcə, istənilən səviyyədə olmur. Yaxşı olar ki, onlar da fərqlənsin, qiymətləndirilsinlər. Məsələn, beynəlxalq olimpiadalarda qızıl, gümüş medal əldə edən gənclərimiz olur. Arzu edərdim ki, onlar ən yüksək səviyyədə ali məktəblərə qəbul olunsunlar. Onları yetişdirən məktəblər, müəllimlər, eləcə də özləri müəyyən mükafatlarla təltif olunsunlar. Onda əlbəttə, qalan insanlarda da fikir formalaşar ki, bu işə getmək, cəhd etmək lazımdır. Amma dediyim kimi, 700 bal toplayanla olimpiya çempionu olan idmançını müqayisə etmək olmaz”.

    Sabiq nazir deyib ki, fərqlənən hər bir insana dəyər vermək lazımdır:

    “Olimpiya çempionu olan şəxsin böyüklüyü ondan ibarətdir ki, onun yarışlarına bütün dünya baxır və orada çempionun ölkəsinin himni səsləndirilir, bayrağı ucaldılır. Bu, tamam başqadır. Ümumiyyətlə, fərqlənən insanların əməyinə qiymət verilməsini istərdim”.//metbuat.az

  • Qış parkında yay günü eskalatorları niyə “don vurdu”?

    Paytaxtın Qış parkı adlanan ərazisində parklanma yerləri və eskalatorlar acınacaqlı vəziyyətdədir.
     
    Sakinlər deyirlər ki, yeraltı parklanma məntəqələrində aylıq parkinq qiymətləri artsa da, xidmətlərdən yararlana bilmirlər.
     
    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Qış parkının altındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub:
     
    “Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub”.
     
    Ətraflı Baku TV-nin süjetində:

  • Париж-2024: Азербайджанский парапловец завоевал серебряную медаль

    Азербайджанский парапловец Раман Салей завоевал серебряную медаль Летних Паралимпийских игр Париж-2024.
    Как сообщает report, выступавший в категории S12 спортсмен взял серебро в плавании на дистанции 100 м на спине.
    Р.Салей в финале показал результат 1:00.67.
    Отметим, что Салей является серебряным призером Рио-2016 и трехкратным золотым призером Токио-2020.

  • Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

    Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

    Report-un məlumatına görə, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.

    Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

    Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.

  • Lənkəranda qonşular arasında dava düşüb, 5 nəfər xəsarət alıb

    Lənkəranda qonşular arasında baş verən davada 5 nəfər xəsarət alıb, onlardan 3-ü bıçaqlanıb.

    Apa-nın cənub bürosunun verdiyi məlumata görə, qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladıqları heyratı xoruzu digərinin həyətinə keçib. Nəticədə, Lənkəran rayonunun Vel kəndində 1957-ci il təvəllüdlü Nərminə Əlişah qızı Hüseynova, 1970-ci il təvəllüdlü Nəzər Ağababa oğlu Hüseynov, 1996-ci il təvəllüdlü Əlişah Nəzər oğlu Hüseynov çəpər qonşuları olan 1980-cı il təvəllüdlü Seymur Möhübbət oğlu Hacıyev və atası 1952-ci il təvəllüdlü Möhübbət Mirzəhüseyn oğlu Hacıyevlə əlbəyaxa olublar. Kütləvi dava nəticəsində 3 nəfər bıçaqlanıb, 2 nəfər isə xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

    Lənkəran rayon mərkəzi xəstəxanasından apa-nın cənub bürosuna bildirilib ki, avqustun 31-də saat 17:20 radələrində Lənkəran rayonu Vel kəndi sakinləri 4 nəfər (kişi cinsli), 1 nəfər (qadın cinsli) başın sol ənsə payının didilmiş-əzilmiş yarası, qarnın sol payının deşilmiş yarası, sağ bazunun qançırı, döşün aşağı 1/3-nin deşilmiş yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olublar.
    Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Xəsarət alanlardan birinin vəziyyətinə uyğun olaraq müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Digər yaralılar ambulator müalicə üçün evə buraxılıblar.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan apa-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

    Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.