Month: August 2024

  • В Имишли учитель совершил самоубийство

    В Имишли учитель физкультуры совершил самоубийство.

    Как передает мил-муганское бюро апа, житель села Хошчобанлы Имишлинского района Асланов Рустам Азиз оглу 1968 года рождения покончил жизнь самоубийством, повесившись на столбе.

    Отметим, что Р.Асланов работал учителем физкультуры в сельской школе.

    По данному факту в прокуратуре Имишли ведется расследование.

  • İmişlidə müəllim intihar edib

    İmişlidə idman müəllimi intihar edib.

    Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişlinin Xoşçobanlı kənd sakini, 1968-ci il təvəllüdlü Aslanov Rüstəm Əziz oğlu özünü internet xəttinin dirəyindən asaraq intihar edib.

    Qeyd edək ki, R.Aslanov kənd məktəbində idman müəllimi kimi çalışırmış.

    Faktla bağlı İmişli prokurorluğunda araşdırma aparılır.

  • XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir

    “Azərbaycanın guya İtaliyadan silah aldığı barədə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səslənən iddia həqiqəti əks etdirmir”.

    Apa xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında ölkəmizə qarşı səsləndirdiyi iddialara dair şərhində əks olunub.

    XİN rəsmisi N. Paşinyanın Azərbaycanın hərbi büdcəsi ilə bağlı dediklərinin də beynəlxalq təşkilatların məlumatları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb:

    “Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir. Bununla yanaşı, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir”.

  • Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir

    “Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır”.

    APA xəbər verir ki, bunu xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində deyib:

    O bildirib ki, bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir:

    “Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hal-hazırda, Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir”.

    Ayxan Hacızadə qeyd edib ki, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır:

    “Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Məhz buna görə də, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Bununla yanaşı, Baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir. İlk öncə qeyd edək ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkənin Ermənistan olduğunu, hal-hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid olduğunu anlamaq çətin deyil”.

  • Bakıda 18 yaşlı qız binadan yıxılıb öldü

    Bakıda gənc qız bədbəxt hadisənin qurbanı olub.

    Lent.az-ın məlumatına görə, hadisə Yasamal rayonu Balababa Məcidov küçəsində baş verib.

    Belə ki, 18 yaşlı A.Əsgərli adlı qız binanın eyvanından yıxılıb.

    O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının SİYAHISI – FOTO

    UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı açıqlanıb.

    36 komanda səkkiz turda mübarizə aparacaq.

    Ümumilikdə 144 matç baş tutacaq.

    Qeyd edək ki, ilk turun görüşlərinə sentyabrın 17-də start veriləcək.

  • Bakıda 17 yaşlı qız itkin düşdü

    Bakıda 17 yaşlı qız itkin düşüb.

    Bu barədə Baku.ws—ə onun yaxınları məlumat verib.

    Bildirilib ki, Şaymuradova Sevda Marat qızı ötən gün yaşadığı evdən çıxıb və indiyədək yaxınları ondan heç bir xəbər ala bilmir.

    Məlumata görə, 17 yaşlı Sevda kursa getmək adı ilə evdən çıxıb və yaxınlarına çatdığı barədə məlumat verib. O, daha sonra vida mesajı yazaraq onu axtarmamalarını bildirib.

    Ailəsi Sevdanın itkin düşməsi barədə Nəsimi rayon 19-cu polis bölməsinə məlumat veriblər.

  • СМИ: Дуров до задержания контактировал со спецслужбами Франции

    Сооснователь мессенджера Telegram Павел Дуров на допросе в Париже заявил, что поддерживал связи с представителями Главного управления внутренней безопасности Франции (DGSI, контрразведки), в частности встречался с ними в Дубае.

    Об этом сообщила газета Libération со ссылкой на источник.

    На этой встрече сооснователь Telegram дал понять, что “для него было бы неуместно раскрывать информацию, составляющую военную тайну”. О чем конкретно идет речь, газета не поясняет.

    Кроме того, как отметил источник, Дуров заявил, что “в рамках борьбы с терроризмом открыл официальный канал связи с DGSI с горячей линией и специальным адресом электронной почты”. По его словам, обмен информацией по этим каналам даже позволил предотвратить несколько терактов.

    После задержания Дуров выразил готовность к сотрудничеству и предоставил сотрудникам правоохранительных органов свой мобильный телефон и код доступа к нему.

    О случившемся был предупрежден Елисейский дворец, а президент Франции Эммануэль Макрон 25 августа обсудил ситуацию с главой Объединенных Арабских Эмиратов шейхом Мухаммед бен Заидом Аль Нахайяном.

    Что касается французского гражданства Дурова, то решение о его предоставлении сооснователю Telegram принадлежало Макрону. На пресс-конференции в четверг во время своего визита в Белград Макрон заявил, что считает этот шаг “совершенно оправданным”. При этом ранее сообщалось, что Дуров несколько раз “получал красные штампы с надписью “запрос отклонен”, когда подавал документы на гражданство Франции, поскольку не соответствовал необходимым критериям”.

  • Durovdan etiraf: Həbs olunmazdan əvvəl kimlərlə əlaqə saxlayıb və Dubayda kimlərlə görüşüb?

    “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durov Parisdə dindirilərkən Fransa Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI, əks-kəşfiyyat) nümayəndələri ilə əlaqə saxladığını, xüsusən də onlarla Dubayda görüşdüyünü deyib.

    Bu barədə “Libération” qəzeti mənbəyə istinadən məlumat verib.

    Bu görüşdə Durov açıq şəkildə bildirib ki, hərbi sirr təşkil edən məlumatları açıqlamaq onun üçün yersiz olardı. Söhbətin konkret olaraq nədən getdiyini isə qəzet izah etmir.

    Bundan əlavə, mənbənin qeyd etdiyi kimi, Pavel Durov terrorizmlə mübarizə çərçivəsində DGSI ilə qaynar xətt və xüsusi e-poçt ünvanı olan rəsmi əlaqə kanalı açdığını deyib. Onun sözlərinə görə, bu kanallar vasitəsilə informasiya mübadiləsi hətta bir neçə terror aktının qarşısının alınmasına imkan yaradıb.

    Həbs edildikdən sonra Durov əməkdaşlığa hazır olduğunu bildirib və hüquq-mühafizə orqanlarına mobil telefonunu və telefona giriş kodunu təqdim edib.

    Hadisə ilə bağlı Yelisey Sarayına xəbərdarlıq edilib və Fransa Prezidenti Emmanuel Makron avqustun 25-də Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanla vəziyyəti müzakirə edib.

    Durovun Fransa vətəndaşlığına gəlincə, onun “Telegram” həmtəsisçisinə verilməsi qərarı Makrona məxsus olub. Belqrada səfəri zamanı keçirdiyi mətbuat konfransında Makron bəyan edib ki, bu addımı tamamilə haqlı hesab edir.

    Eyni zamanda, daha əvvəl bildirilmişdi ki, Durov lazımi meyarlara cavab vermədiyi üçün Fransa vətəndaşlığı üçün müraciət edərkən bir neçə dəfə rədd cavabı alıb.

  • Bakıda ilginc dələduzluq: Ağlayan qadının 68 min manatını mənimsədi

    Bakıda avtomobildə oturub ağlayan qadının 68 425 manat pulunu mənimsəyən şəxsə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, 1992-ci ildə Kəlbəcər şəhərində anadan olmuş Əli Cəfərova (soyad şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, Əli idarə etdiyi “Range Rover” markalı avtomobillə metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olarkən yolda Səbinə (şərti) adlı qadınla tanış olub. Onların tanışlığı isə Əlinin qadının ağlamasını görüb, ona yaxınlaşması ilə baş tutub.

    Belə ki, Əli Neyrocərrahiyyə xəstəxanasının qarşısında, işıqfor önündə dayanarkən yanında dayanmış ağ rəngli “Hyundai Santa Fe” avtomobilini idarə edən bir xanımın sükan arxasında əyləşib ağladığını görüb. Əli ondan ağlamasının səbəbini soruşub. Qadın isə ailə məsələsi ilə bağlı problem səbəbindən ağladığını deyib.

    Bundan sonra Əli ona ürək-dirək verib, xoş sözlər deyib və nəticədə tanışlıqları yaranıb. Əli ona ilk görüşdən diqqət göstərib, özünü varlı iş adamı kimi təqdim edib. Hətta ölkənin sayılıb-seçilən bir generalının adamı olduğunu deyib və sübut kimi “Getcontact” proqramında öz mobil telefon nömrəsinin “Generalın adamı”, “General dediyi adam” və s. başqa adlarla yazıldığını göstərib.

    Əli ilk tanışlıqlarında qadına özünün lüks həyat yaşadığını, yalnız “Brioni”, “Cavali” kimi bahalı brend dükanlardan geyim aldığını və geyindiyini də deyib. Beləcə qadını qurduğu işə şərik olmağa dəvət edən Əli ondan müxtəlif yollarla 68 425 manat alaraq, mənimsəyib.

    Səbinə dələduzluğa məruz qaldığını anladıqdan sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Aparılan araşdırma zamanı məlum olub ki, Əlinin heç vaxt avtomobili və imkanı olmayıb. O, “Rent a Car”dan avtomobil götürərək, dələduzluq edib. Geyindiyi geyimlər də saxta məhsullar olub və heç bir vəzifəli şəxslə də əlaqəsi olmayıb.

    Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 7 il azadlıqdan məhrum edilib.