Month: August 2024

  • Bakının mərkəzi küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

    Sentyabrın 1-i saat 6:00-dan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (K.Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

    Bu məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

    “AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi xahiş edir”, – deyə məlumatda bildirilir.

  • Bakıda evdən 35 min manat oğurlandı

    Zirə qəsəbəsindəki evlərin birindən 35000 manat pul, oyun aparatı və sənədlərin oğurlanması barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.

    Median.Az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan altı azyaşlı xilas edilib

    Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan altı azyaşlı xilas edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi, Suraxanı və Yasamal rayonlarının ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

    Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar. Xilasetmə tədbirləri nəticəsində azyaşlılar xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

  • Bit dərmanından zəhərlənən uşaqlardan biri qonaq gəlibmiş – VİDEO

    Xəbər verdiyimiz kimi, ötən gün Göygöl rayonunda 3-ü uşaq olmaqla 4 nəfər zəhərlənib, 10 yaşlı uşaq vəfat edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisənin təfərrüatı məlum olub.

    Belə ki, uşaqların nənəsi Mətanət Qasımova nəvələrinin və evində qonaq olan digər uşağın başına heyvanlarda istifadə olunan “Niasitol” dərmanı vurub.

    Haraya gələn qonşuların bildirdiyinə görə, uşaqlardan biri – 10 yaşlı A.Orucova hadisə yerində ölüb. Digər uşaqları və nənəni halsız vəziyyətdə təcili yardımla xəstəxanaya çatdırıblar.

    Ətraflı videomaterialda:

  • Vətənə xəyanətdə ittiham olunan İqbal Əbilovun şikayəti təmin edilməyib

    Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı İqbal Əbilovun həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə verilən şikayətə baxılıb.

    APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində baxılan şikayət təmin olunmayıb.

    Qeyd edək ki, xarici ölkədə yaşayan adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

    Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

  • Sabah “ASAN xidmət” işləməyəcək

    Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçki ilə bağlı səsvermə günü “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

    Bu barədə “ASAN xidmət” mərkəzi məlumat yayıb.

    Məlumatda bildirilib ki, vətəndaşlar həmin gün yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.

  • Bakının iki qəsəbəsində və 20-ci sahədə su olmayacaq

    Bibiheybətdən keçən magistral su kəmərində təmir işləri aparılacaq.

    Bu məlumatı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti yayıb.

    “Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə əlaqədar sentyabrın 3-ü saat 6:00-dan 21:00-dək Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, İvan Çernyaxovski, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq”, – deyə məlumatda bildirilir.

  • Париж-2024: азербайджанская парапловчиха завершила выступление

    Летние Паралимпийские игры Париж-2024 продолжаются.

    Азербайджанская парапловчиха Кёнуль Сулейманова приняла участие в очередном этапе.

    Спортсменка выступала в категории S2 на дистанции 50 м на спине. В своей второй попытке К.Сулейманова с результатом 1:52.64 минуты стала 5-й в группе и 11-й в итоговом списке.

    На этом ее выступление на турнире завершилось.

    Отметим, что финальный тур в этой категории начнется в 21:50 по бакинскому времени.

  • Paris-2024: İkinci sınağına çıxan paraüzgüçümüz Könül Süleymanova mübarizəni dayandırdı

    Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparan paraüzgüçümüz Könül Süleymanova S2 kateqoriyası üzrə 50 metr məsafəyə arxası üstə üzməkdə mübarizə aparıb.

    K.Süleymanova Fransa paytaxtında ikinci cəhdində 1:52,64 dəqiqəlik göstərici ilə qrupda 5-ci, yekun siyahıda 11-ci olub. Bununla da Süleymanova paralimpiadada çıxışını başa vurub.

    O, eyni kateqoriya və üsulla 100 m məsafəyə üzməkdə öz qrupunda 5-ci olub.

    Qeyd edək ki, bu növdə final mərhələsi 21:50-də başlayacaq.

  • МВД обнародовало число найденного на освобожденных территориях за неделю оружия

    Министерство внутренних дел (МВД) Азербайджана обнародовано количество оружия и боеприпасов, обнаруженных сотрудниками полиции на освобожденных территориях страны за прошедшую неделю.

    Как сообщили в пресс-службе ведомства, 25-30 августа на территории города Ханкенди сотрудниками полиции обнаружено и изъято 20 автоматов, 3 пистолета, 7 ружей, 22 гранаты, 16 запалов, 7 снарядов, 6 штык-ножей, 78 магазинов, 4 707 патронов различного калибра и другие боеприпасы.

    Помимо этого, на территории Ходжалинского района обнаружено 3 автомата, 1 пулемет, 5 магазинов, 1 граната и 655 патронов, а на территории Ходжавендского района – 2 автомата, 1 пулемет, 1 ружье, 1 гранатомет, 572 патрона разного калибра и другое боеприпасы.